Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5322/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qarşı mülki iş üzrə (Açar sözlər: əmlakların evdən çıxarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1542/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İşin hallarından müəyyən edilir ki, mübahisəli əmlak İddiaçı qanuni sahiblik və istifadəsindədir. Belə ki, o, həmin mənzili 1984-cü ildə Abşeron donuz əti istehsalı birliyində fəhlə işləyərkən almışdır. Cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızı onun gəlini olmaqla 2006-cı il tarixdə həmin evə köçmüşdür. Cavabdeh və iddiaçının oğlu arasında nikah Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, onlar arasında ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh Şivəxanova (Qurbanova) Dilrubə Elşad qızı nikah pozulduqdan sonra həmin mənzildə yaşamır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin bir otağında yerləşdirilən Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına məxsus olan əmlakın götürülüb Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına verilməsi baradə qətnamə qəbul edilmısini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatda olmaqla oğlu Qurbanov Elşən Babulla oğlu və oğlunun azyaşlı oğlu Qurbanov Sadiq Elşən oğlu ilə yaşayır. Oğlu Qurbanov Elşən Babulla cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızı ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İlkin vaxtlar onlarda ailə münasibətləri yaxşı olsa da, sonradan aralarında münasibətlər pozulmuşdur. Cavabdeh israrla ailə münasibətlərinin pis olmasını bəhanə gətirməklə nikahın pozulmasını tələb edirdi. Onların birgə nikah münasibətindən xx.xx.2006-cı il təvəlllüdlü Quranov Sadiq və xx.xx.2012-ci il təvəllüdlü Qurbanova Nigar Elşən qızı adlı iki uşaqları olmuşdur. O və həyat yoldaşı dəfələrlə gəlinilə söhbət edərək bu fikirdən daşınmağını xahiş etməklə iki azyaşlı uşağı atasız böyüməməsini xatırlatmışlar. Lakin aparılan söhbətlərin heç bir nəticəsi olmadı. Dəfələrlə cavabdehin valideynləri ilə də söhbət etsələr də, heç bir əhəmiyyəti olmadı. Cavabdeh 2019-ci ilin fevral ayının 6-da azyaşlı qızı Nigarla valideynlərinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinə getdi. 2021-ci ilin yanvar ayında onların ünvana Xəzər rayon məhkəməsindən bildiriş daxil olanda ona məlum oldu ki, keşmiş gəlini, yəni cavabdeh nikahın pozulması və aliment tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlardan biri Qurbanov Sadiq atasının himayəsinə, Qurbanova Nigar isə anasının himayəsinə verildiyi üçün alimentin tutulması rədd edilmişdir. Nikahın pozulmasına baxmayaraq, o, yenə də keşmiş gəlininin evdə qalmasını istəyirdi. Cavabdehin qoyduğu şərt bu oldu ki, oğlu bu evdən çıxıb getdiyi halda o gəlib yaşaya bilər. Cavabdehin bu yersiz tələblərinə görə təklif etmişdir ki, bir halda ki, gəlmək istəmirsə cehiz əşyalarını evindən çıxartsın. Cavabdeh bu təklifi rədd etmişdir. O, məcbur olaraq həmin əşyaların siyahısını tutmaqla bir otağa yığmışdır. Üç ildir ki, cavabdeh əşyalarını aparmır. Baxmayaraq ki, həmin əşyaların maneçilik törətdiyini cavabdehə və valideynlərinə demişdir. Cavabdehi yaşadığı evə qeydiyyata alsa da, yaşayış evinin mülkiyyətçiləri kimi nə o, nə də həyat yoldaşı oğlu və gəlinilə, yəni Qurbanova ( Şivəxanova) Dilrubə Elşad qızı ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ üzrə heç bir rəsmi müqavilə bağlamamışlar. Cavabdeh Qurbanova ( Şivəxanova) Dilrubə Elşad qızı qızı ilə aralarında nə elə bir razılaşma olmamış və nə də notariat qaydasında təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin xx.xx.2001- ci il tarixli qərarında göstərilir:2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123- cü maddəsində qaydalarına uyğun həll edilməlidir. cavabdeh ilə oğlu Abdullayev Rövşən arasında başlanmış faktiki ər-arvad münasibətləri isə xx.xx.2013cü il tarixdən başlamış olduğundan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtlərindən söhbət ola bilməz. Ona görə də müvafiq qaydada məhkəməyə müraciət etməklə cavabdeh Qurbanova (Şivəxanova )Dilrubə Elşad qızına məxsus əmlakın ona məxsus evdən çıxarılması barədə iddia qaldırmışdır. Cehiz əmlakın saxlandığı bir otaq onun istifadəsində deyil. Əmlakın siyahısını iddia ərizəsinə əlavə edir. Yalnız qızıl-zinət əşyaları cavabdehin özündə saxlanılır. Cavabdeh və onun valideynləri isə o həqiqəti qəbul etməlidirlər ki, həmin əmlakın onun evində saxlanılmasının heç bir əsası yoxdur. Çünki nə o, nə də ailə üzvləri həmin otaqdan istifadə edə bilmədiyindən hüquqları pozulur.
4. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına məxsus olan əşyalar: 6 ədəd rumka, 6 ağ rumka, 1 qrafın naboru 6 rumka, 2 ədəd göy salfet qabı, 4 ədəd yumuru göy çərəz qabı, 1 səbət çərəz qabı, 2 dəst 3 mərtəbəli çərəz qabı, çay servisi yarımçıq, 4 ədəd ağ çərəz qabı, 2 yumuru ağ çərəz qabı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 17 ədəd kabab nimçəsi, 15 ədəd salat nimçəsi, 23 ədəd aş nimçəsi, 15 ədəd sous nimçəsi, 5 ədəd böyük nimçə, 2 ədəd bulud, 14 ədəd keks qabı, 2 dəst tort qabı, 2 dəst çəngəl və qaşıq salafanda, 1 ədəd böyük çərəz qabı, 1 ədəd şirniyyat qabı qutuda, 1 ədəd böyük yumru şüşə şirniyyat qabı, 6 ədəd qənd qabı qutuda, 4 ədəd rangli qənd qabı, 1 ədəd tefal qazan, 1 ədəd şirəli tas və balaca şirəli qab, 2 ədəd kül qabı, 3 çaşka,, 3 ədəd plastmas stəkan, 4 döşək+ 1 yarımçıq, 6 yorğan+1 yorğan setkada, 2 ədəd adyal+ladyal setkada, 1 ədəd plastmas padnos, 2 ədəd şüşə çərəz qabı, balaca kasa(maskura), 1 ədəd samovar, 2 ədəd lotka konfet qabı, 6 ədəd nəlbəki qutuda, 6 ədəd armudu stəkan qutuda, 5 ədəd armudu stəkan qutuda, 3 ədəd çərəz qabı, 2 ədəd tava, 2 ədəd qazan, 1 ədəd tava, 1 ədəd iri nikelli tava, 1 ədəd iri qazan, 1 ədəd aliminium qazan, 38 ədəd xörək, 34 ədəd çay, 6 ədəd bulud, 6 ədəd şüşə salat qaşığı, 47 ədəd çəngəl, 8 ədəd limon çəngəli, 2 ədəd çömçə, 16 ədəd bıçaq, 10 ədəd şüşə kasa + 2 ədəd kasa, 1 ədəd tefal termos, 1 ədəd şirəli qazan, 1 ədəd şüşə çaynik, 1 ədəd nikkel çaynik, 4 ədəd çay, 4 ədəd su stəkanı, 1 ədəd yağ qabı, 1 ədəd çaşka nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd su naboru göy qrafinli 6 ədəd stəkan, 1 ədəd plasmas tas və podnos, 1 ədəd tava qapaqlı balaca, 1 ədəd balaca aş qazanı, 1 ədəd şirəli qazan, 1 ədəd göy tava qapaqlı, 1 ədəd aliminium aşsüzən, 1 ədəd plasmast aşsüzən, 1 ədəd plasmast qab qapaqlı, 1 ədəd nikkelli qab, 2 ədəd şüşə qrafin, 4 ədəd limon qabı, 1 ədəd barbi kasa, mətbəx naboru və kartof əzən, ədəd rumka, 3 ədəd plasmast stəkan, 1 ədəd qab sur, 6 ədəd yorğan, 1 ədəd yorğan setkada, 2 ədəd odeyal, 1 ədəd odeyal setkada, 5 ədəd döşəkcə, 3 ədəd uşaq odeyalı, 10 ədəd balış, 2 ədəd xalça 4x5,2x3, 2 ədəd balaca 1 ədəd mətbəx üçün, 1 ədəd ayaqaltı divan örtüyü, 3 ədəd pərdə, 1 ədəd çamadan, 1 ədəd dxovka, 1 ədəd tozsoran, 1 ədəd aliminium qazan, 1 ədəd yemək stolu, 3 ədəd oturacaq, 2 ədəd dəsmal, 6 ədəd balaca divan balışı üzü, 3 ədəd çay dəsmalı, 1 ədəd uşaq dəsmalı, 1 ədəd salfetka, 1 ədəd yorğan çexolu, 8 ədəd süfrə, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd ütü, 1 ədəd balaca örtük, 2 ədəd yorğan üzü, 4 ədəd prostina, 2 ədəd balış üzü, 2 ədəd qayım, 1 ədəd paltar, 1 ədəd lampa, saplar, iynələr, 1 qutu su naboru 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 ədəd iri alüminium tas, 1 ədəd iri alüminium aşsüzən adda əşyaların ona məxsus ünvan 2 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1542/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbinin təmin edilməsi, İddiaçı istifadə və sahibliyində olan ünvan 2 ünvanında yerləşən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qızına məxsus olan əşyalar: 6 ədəd rumka, 6 ağ rumka, 1 qrafın naboru 6 rumka, 2 ədəd göy salfet qabı, 4 ədəd yumuru göy çərəz qabı, 1 səbət çərəz qabı, 2 dəst 3 mərtəbəli çərəz qabı, çay servisi yarımçıq, 4 ədəd ağ çərəz qabı, 2 yumuru ağ çərəz qabı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 17 ədəd kabab nimçəsi, 15 ədəd salat nimçəsi, 23 ədəd aş nimçəsi, 15 ədəd sous nimçəsi, 5 ədəd böyük nimçə, 2 ədəd bulud, 14 ədəd keks qabı, 2 dəst tort qabı, 2 dəst çəngəl və qaşıq salafanda, 1 ədəd böyük çərəz qabı, 1 ədəd şirniyyat qabı qutuda, 1 ədəd böyük yumru şüşə şirniyyat qabı, 6 ədəd qənd qabı qutuda, 4 ədəd rangli qənd qabı, 1 ədəd tefal qazan, 1 ədəd şirəli tas və balaca şirəli qab, 2 ədəd kül qabı, 3 çaşka,, 3 ədəd plastmas stəkan, 4 döşək+ 1 yarımçıq, 6 yorğan+1 yorğan setkada, 2 ədəd adyal+ladyal setkada, 1 ədəd plastmas padnos, 2 ədəd şüşə çərəz qabı, balaca kasa(maskura), 1 ədəd samovar, 2 ədəd lotka konfet qabı, 6 ədəd nəlbəki qutuda, 6 ədəd armudu stəkan qutuda, 5 ədəd armudu stəkan qutuda, 3 ədəd çərəz qabı, 2 ədəd tava, 2 ədəd qazan, 1 ədəd tava, 1 ədəd iri nikelli tava, 1 ədəd iri qazan, 1 ədəd aliminium qazan, 38 ədəd xörək, 34 ədəd çay, 6 ədəd bulud, 6 ədəd şüşə salat qaşığı, 47 ədəd çəngəl, 8 ədəd limon çəngəli, 2 ədəd çömçə, 16 ədəd bıçaq, 10 ədəd şüşə kasa + 2 ədəd kasa, 1 ədəd tefal termos, 1 ədəd şirəli qazan, 1 ədəd şüşə çaynik, 1 ədəd nikkel çaynik, 4 ədəd çay, 4 ədəd su stəkanı, 1 ədəd yağ qabı, 1 ədəd çaşka nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd su naboru göy qrafinli 6 ədəd stəkan, 1 ədəd plasmas tas və podnos, 1 ədəd tava qapaqlı balaca, 1 ədəd balaca aş qazanı, 1 ədəd şirəli qazan, 1 ədəd göy tava qapaqlı, 1 ədəd aliminium aşsüzən, 1 ədəd plasmast aşsüzən, 1 ədəd plasmast qab qapaqlı, 1 ədəd nikkelli qab, 2 ədəd şüşə qrafin, 4 ədəd limon qabı, 1 ədəd barbi kasa, mətbəx naboru və kartof əzən, ədəd rumka, 3 ədəd plasmast stəkan, 1 ədəd qab sur, 6 ədəd yorğan, 1 ədəd yorğan setkada, 2 ədəd odeyal, 1 ədəd odeyal setkada, 5 ədəd döşəkcə, 3 ədəd uşaq odeyalı, 10 ədəd balış, 2 ədəd xalça 4x5,2x3, 2 ədəd balaca 1 ədəd mətbəx üçün, 1 ədəd ayaqaltı divan örtüyü, 3 ədəd pərdə, 1 ədəd çamadan, 1 ədəd dxovka, 1 ədəd tozsoran, 1 ədəd aliminium qazan, 1 ədəd yemək stolu, 3 ədəd oturacaq, 2 ədəd dəsmal, 6 ədəd balaca divan balışı üzü, 3 ədəd çay dəsmalı, 1 ədəd uşaq dəsmalı, 1 ədəd salfetka, 1 ədəd yorğan çexolu, 8 ədəd süfrə, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd ütü, 1 ədəd balaca örtük, 2 ədəd yorğan üzü, 4 ədəd prostina, 2 ədəd balış üzü, 2 ədəd qayım, 1 ədəd paltar, 1 ədəd lampa, saplar, iynələr, 1 qutu su naboru 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 ədəd iri alüminium tas, 1 ədəd iri alüminium aşsüzən adda əşyaların çıxarılaraq cavabdehə təhvil verilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 158.2, 159-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istinad etdiyi maddələrin tələblərini hazırkı iş üzrə tərəflərin münasibətinə nisbətdə düzgün şərhetməmişdir. Belə ki, cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızı 2005-ci ildə Qurbanov Elşən Babulla oğlu ilə toyları olmuş və el adəti ilə mübahisəli Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-ə köçmüşlər və gəlin olaraq cehizləri həmin ünvana gəlmişdir. Gəlin gəldiyi vaxt həmin mənzil boş olmuş və orada kimsə yaşamamışdır. İddiaçı ailəsi ilə Binə qəsəbəsində özlərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar və hazırda da həmin evdə yaşayırlar. Qurbanov Elşən Babulla oğlu ilə cavabdehin nikahları xx.xx.2006-ci tarixdə rəsmiləşdirilmişdir. Birgə nikah və birgə yaşayış müddətdə xx.xx.2006-cı il tarixdə Qurbanov Sadiq və xx.xx.2012-ciil tarixdə Qurbanova Nigar adlı iki uşaqları olmuşdur. Son zamanlar yoldaşı Qurbanov Elşən tərəfindən davamlı şiddətə məruz qaldığından, nikahın pozulmasına müraciət etmiş və Xəzər rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahların da pozulduğu zaman razılaşmaları belə olmuşdur ki, aliment məsələsi olmasın deyə qətnamə ilə hərəsinin yanında bir uşaq saxlanılsın. Zatən oğlan uşağı çox vaxtı nənəsinin (iş üzrə iddiaçının) yanında qalırdı və hazırda da onun yanındadır. Mübahisəli mənzildə cavabdeh qız uşağı ilə qalması, yoldaşı isə fərdi yaşayış evlərində anası ilə qalsın. Razılaşdıqları kimi, məsələlər həll olunmuşdur. Elşən Qurbanov fərdi yaşayış evində anası, qardaşı və oğlu ilə birgə, mübahisəli mənzildə də cavabdeh qız uşağı ilə birgə yaşamaqda davam etmişlər və bunun təsdiqinə dair rəsmi arayış təqdim edilir. Bir müddət sonra, təqribən bir il bundan əvvəl iddiaçı cavabdehə bildirmişdir ki, oğlanların heç biri işləmir. Maddi vəziyyətləri pisdir. Uşağa baxa bilmirlər. Mənzili kirayə versinlər və bir müddət anasının yanında qalsın. Cavabdeh də razılaşıb, mənzildə olan əmlaklarını bir otağa yığmış və qalan otaqları kirayəçiyə vermişlər və hazırda da mənzildə kirayəçilər qalır. Kirayəçini də iddiaçı tərəf tapmış və kirayə haqqını da özləri alırlar. Göründüyü kimi, cavabdeh həmin mənzilə ailə üzvü kimi köçmüş və yaşamışdır. Müvəqqəti anasının yanında qalmasına səbəb də aşkar hal olaraq, bütün ailə üzvlərinin qarşılıqlı razılaşması əsasında, mənzil ailənin ümumi qazancı üçün kirayə verilmişdir. Mənzil kirayəçiyə təhvil verildiyindən bütün ailə üzvləri kimi cavabdeh də anasının yanına müvəqqəti qalmaq üçün getmişdir. Həmin mənzildə olan əşyaların bir qismi kirayəşinlərin istifadəsinə verilmiş, əsas şəxsi əşyalar isə bir otağına yığılmışdır. Əgər bu gün cavabdehdən əşyalarının mənzildən çıxarılmasına onun həmin mənzildə yaşamaması ilə əsaslandırılrsa, bu ailənin digər üzvlərinə də aiddir. Ona görədə cavabdehin müvəqqəti anasının yanında qalması, ona məxsus əşyaların adı çəkilən mənzildən çıxarılması üçün əsas deyildir. Mənzillə dair hüquqa gəlincə, tərəflər bərabər hüquqludurlar və heç birinin üstünlük hüququ müəyyən edilmir. Belə ki, mənzil dövlət fonduna aid olmaqla əvəzsiz verilmişdir. Özəlləşdirilməyib və mənzilə hüquqular ailə üzvlərinin qeydiyyatı əsasında müəyyən edilir. Əşyaların çıxarılması tələb edilən mənzil iddiaçının mülkiyyətində deyildir. O, həmin mənzilin icarədarıdır. Ona görə də həmin mənzilə onun istədiyi kimi sərəncam vermə hüququna malik olduğu və bunun hüquqi əsası kimi MM-nin 152-ci maddəsinin tətbiq edilməsi düzgün olmamışdır. Cavabdehin həmin mənzilə 2005-ci ilədə gəlin köçməsi ailə üzvü olaraq həmin ünvanda 2006-cı ildən qeydiyyata alındığı və həmin vaxtdan ailə üzvü kimi yaşaması baxımında, mənzilin özəlləşdirilməsi zamanı mülkiyyətlə bağlı digər ailə üzvləri kimi gözlənti hüququna malikdir. Həmin mənzilin bir hissəsinin hazırda kirayə verilməsi və ya müvəqqəti olaraq cavabdehin öz anasının yanında qalması, qeyd olunan hüququn itirilməsinə səbəb olmur və onun əşyalarının mənzildən çıxarılmasına digər ailə üzvünə əlavə səlahiyyətlər vermir. Tərəflər arasında ailə üzvü və həmin mənzillə bağlı münasibətlər 2005-ci ildən yaranmışdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan AzərbaycanRespublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasənicarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. İlkin olaraq qeyd edilməlidir ki, MM-nin 60-cı maddəsinin 1-ci hissəsində təsbit olunmuş norma, icarədarla ailə üzvü arasında deyil, mənzilin mülkiyyətçisinin icarədarla və ya onun ailə üzvləri arasında münasibəti tənzimləyir. Yəni hazırkı iddia o halda bu maddənin tələbləri altına düşə bilərdi ki, tələbi icarədardan deyil, məzilin mülkiyyətçisindən gəlmiş olsun. İddianın təmin edilməsinin hüquqi əsası kimi istinad edilmiş həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə gəlincə onda da təsbit olunmuş norma da mahiyyət etibarı ilə eyni qayda ilə icarədarla ailə üzvü arasında deyil, mənzilin mülkiyyətçisinin icarədarla və ya onun ailə üzvləri arasında münasibəti tənzimləyir və başqa yerə daimi köçməklə bağlıdır. Beləki, həmin maddənin tələbinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Adı çəkilən Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiy aMəhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilən mövqeyə görə “... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 mövqeyə görə “... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-cimaddəsindəvə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir...” Göründüyü kimi qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyindədə icarədar və onun ailə üzvləri bir tərəfdə nəzərdə tutulmaqla, onlar arasında mübahisəni deyil, mənzil mülkiyyətçisi ilə icarədar (və ya onun ailə üzvləri) arasında münasibətləri şərh edilir. Həmçinin yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının onun həmin mənzildən istifadə hüququnun itirilməsi və ya icarədarla icarə müqaviləsinin pozulması üçün mütləq tələb olmadığını da izah edir. Ona görə qətnamənin hüququ əsası kimi istinad edilmiş yuxarıda qeyd olunan maddi normalar, hazırkı iddia üzrə mübahisə mülkiyyətçi ilə icaraədar (və ya onun ailə üzvü) arasında deyil, icarədarla onun keçmiş ailə üzvü arasında olduğundan və cavabdeh həmin mənzili başqa ünvana daimi yaşamağa getdiyi üçün tərk etmədiyi baxımından düzgün tətbiq edilməmişdir. Cavabdehin əşyalarının həmin mənzildən çıxarılması tələbinin təmin edilməsi, gələcəkdə onun həmin mənzildə mövcud istifadə hüququn itirilmaəsi üçün əsas olacağı bəllidir. Hətta hazırkı iş üzrə belə bir tələb olmasa da belə məhkəmə bu barədə artıq qətnaməsində də qeyd etmişdir “... Göründüyü kimi, cavabdeh iddiaçınınkeçmiş ailə üzvü kimi nikah münasibətlərinə xitam verildikdən və mübahisəli evi tərk etdikdən sonra mübahisəli evə olan istifadəhüquqlarını itirmişdir...” Belə olan halda yəni hazırda iddiaçının mənzilin mülkiyyətçisi kimi qəbul edilirsə və cavabdehin mənzildən istifadə hüququna müdaxilə edilirsə, onda mübahisə ailə üzvünün mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı münasibətlər və onların tənzimləyən maddi hüquq normaların tətbiqi ilə həll edilməlidir. Əslində mübahisəsiz haldır ki, adı keçən mənzil dövlət fonduna aiddir, iş üzrə tərəflərin heç birinin mülkiyyətində deyildir və kirayə verilənə kimi, ailə üzvü olaraq cavabdehlə birgə istifadəsində olmuşdur. Mənzildən əşyaların çıxarılması ilə bağlı tərəflər arasında mübahisə 2023-cü ildə yaransa da, cavabdeh uzun müddət (gəlin köçdüyü 2005-ci il vaxtdan) mübahisəli mənzilə köçüb, rəsmi qeydiyyata alınıb, yaşadığından tərəflərin ailə münasibətləri 2005-ci ildən yarandığı baxımından, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmışdır. İddiaçının keçmiş ailə üzvü olaraq cavabdehin həmin mənzildən əşyalarının çıxarılması, bunun da onun həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə nəticələndiyi baxımından, əşyalarının çıxarılması qənaətinə gəlməsi üçün yuxarıda cavabdehin müvəqqəti olaraq anasının yanında qalmasının səbənbləri geniş araşdırılmalıdır. Bu səbəblər məhkəməyə iddianın təmin edilməsi üçün əsas verdiyi halda, onda yaşayış sahəsindən istifadəyə xitam verilməsinin kompensasiya verilməklə mümkünlüyü məsələsi baxımından həll edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəblər barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
12. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29.2. mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. Maddə 152.1 mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
15. Maddə 152.2, 152.3 və 152.4 sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
16. Maddə 157.4. əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər.
17. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. Maddə 158.2. əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
19. Maddə 159. sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1542/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-403/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Qurbanova Dilruba Elşad qızı ilə cavabdeh Qurbanov Elşən Babulla oğlu arasında Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 122 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Qurbanova Nigar Elşən qızının anası Qurbanova Dilruba Elşad qızının yanında, xx.xx.2006-cı il təvəllüdlü Qurbanov Sadiq Elşən oğlunun atası Qurbanov Elşən Babulla oğlunun yanında saxlanılması qət edilmişdir.
31. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iş üzrə tərəflər İddiaçı və Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatdadır.
32. İş materiallarında olan Abşeron kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatdadır. Həmin mənzili İddiaçı 1984-cü ildə Abşeron donuz əti istehsalı birliyində fəhlə işləyərkən almışdır. Göstərilən mənzil hal-hazırda Abşeron k/t məhsulları istehsalı müəssisəsinin (keçmiş Abşeron donuz əti istehsalı müəssisəsi) balansındadır.
33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Hazırkı iddia tələbində iddiaçı cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin özünün mübahisəli evə istifadə hüququ olmuş, lakin onun istifadə hüququna xitam verilmişdir. Çünki o, iddiaçının oğlu ilə boşandıqdan sonra mübahisəli evdə yaşamamış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür.
36. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Şivəxanova (Qurbanova) Dilruba həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Odur ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranmış olsa belə, bu hüquqa xitam verilmişdir.
37. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.
38. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
40. Göründüyü kimi, cavabdeh iddiaçının keçmiş ailə üzvü kimi nikah münasibətlərinə xitam verildikdən və mübahisəli evi tərk etdikdən sonra mübahisəli evə olan istifadə hüquqlarını itirmişdir.
41. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanraq haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ olmadığından, ona məxsus əmlaklarının iddiaçıya məxsus evdə saxlanması, onun evə dair hüquqlarını pozduğundan, iddia tələbi təmin edilməlidir
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1542/2023 nömrəli, 13 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.