Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5327/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Qafqaz" MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Qafqaz" MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan iddiaçıların hər birinə aid təsdiq edilmiş çıxarışın, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzini cavabdehdən tutularaq, iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar, Cavabdeh MTK-nın payçılarıdır. Müqavilə üzrə razılaşdırılmış pay haqqını tam ödəmiş, artıq bir-neçə ildir ki, mənzillərində yaşayırlar. Buna baxmayaraq, cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməyə imkan vermir, yəni pay haqqı üzrə borcun olmamasına dair arayışı və iclas protokolundan çıxarışı verməkdən imtina edir. Mülkiyyət hüququnun qeydiyyatına mane olmaqla cavabdeh onları bu məsələyə aid olmayan kommunal və sayğac üzrə pul ödənişləri etməyə məcbur etmək istəyir. Cavabdehin göstərdiyi dəlillər həm əsassızdır (çünki pay haqq üzrə hesablaşmaya ümumiyyətlə aid deyildirlər, yaranma mənbəyi mötəbər deyildir), həm də qanunsuzdur. Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamı ilə "Qafqaz” MTK-ya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Sərəncamda yaşayış binasının tikintisinin "Qafqaz” MTK üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcəyi qeyd edilmişdir. İddiaçılar aşağıdakı qaydada həmin yaşayış kompleksində mənzil almışlar: 1) İddiaçı4- xx.xx.2014 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 62 nömrəli mənzili almışdır. Həmin müqavilənin 3.1-ci bəndində mənzilin ümumi dəyəri 108.927 (yüz səkkiz min doqquz yüz iyirmi yeddi) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş xx.xx.2014 il tarixli FJB **********876 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 2) İddiaçı3 - xx.xx.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 17 nömrəli mənzili almışdır. Həmin müqavilənin 3.1-ci bəndində mənzilin ümumi dəyəri 75.123 (yetmiş beş min yüz iyirmi üç) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş xx.xx.2013 il tarixli FJB **********761 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 3) İddiaçı1 xx.xx.2012 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 15 nömrəli mənzili almışdır. Həmin müqavilənin 5.1-ci bəndində mənzilin ümumi dəyəri 69.113 (altmış doqquz min yüz on üç) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş xx.xx.2012 il tarixli FJB **********849 və FJB **********868 nömrəli mədaxil qəbzləri ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 4) İddiaçı2xx.xx.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 43 nömrəli mənzili almışdır. Həmin müqavilənin 5.1-ci bəndində mənzilin ümumi dəyəri 71.877 (yetmiş bir min səkkiz yüz yetmiş yeddi) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş xx.xx.2012 il tarixli FJB **********849 və FJB **********868 nömrəli mədaxil qəbzləri ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. İddiaçılar müxtəlif vaxtlarda Cavabdehə müraciət etsələr də, sonuncu mənzillərə dair mülkiyyət hüququnu rəsmiləşdirilməsi üçün zəruri sənədləri verməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə yazılı qaydada müraciətə də cavab verilməmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh "Qafqaz” Mənzil- Tikinti Kooperativi tərəfindən İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan təsdiq edilmiş çıxarışın və pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh "Qafqaz Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh "Qafqaz” MTK-dan tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir (sədrlik edən: Aytən Novruzova).
4. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/04-131 saylı Razılaşdırılma ilə təsdiq edilmiş layihəyə uyğun Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1990-cı məhəllədə inşa edilmiş yaşayış komleksinin idarəetmə (kommunal xidmətlərin icra edilməsi) funksiyasını Cavabdeh MTK yerinə yetirir. CavabdehMTK ilə İddiaçı1 Əbdürəhmonoviç arasında bağlanmış xx.xx.2012-ci il tarixili, İddiaçı4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İddiaçı3 arasında bağlanmış xx.xx.2013cü il tarixli və İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrə əsasən iddiaçılar CavabdehMTK-nın üzvüdürlər və onların üzərinə düşən öhtəlikləri yerinə yetirilməsinə zəmanət verməklərini öz üzərinə götürüblər. Qanunvericiliyə əsasən yaşayış binalarının ümumi mülkiyyətinin pay dəyərinin ödənilməsində və tərkib hissələrinin mülkiyyətçiləri kimi birgə idarəetmə xərclərində öz dəyər paylarına mütanasib surətdə iştirak etməlidirlər. Sözü gedən müqavilələr üzrə nəzərdə tutulan yaşayış sahəsi üzrə ödənişlər hər bir iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqavilələri əsasında həyata keçirilməli idi. Verilmiş hər bir kreditin digər təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh MTK arasında zaminlik müqavilələri bağlanmışdır. Zamin olaraq MTK qeyd edilən kreditlər üzrə borcların tam ödənilməsini sübut edən bank tərəfindən verilən arayışların əldə edilməsində maraqlı tərəfdir və borcun tam ödənilmədiyi halda iddiaçılar tərəfindən tələb edilən sənədlərin verilməməsində MTK haqlıdır. Lakin, Nərimanov rayon məhkəməsində gedən proses zamanı Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən şifahi olaraq zaminliklə bağlı məlumat verilmiş və "xxxx" ASC-dən həmin kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsini sübut edən məlumatların əldə edilməsi üçün "xxxx" ASC-yə müvafiq sorğunun göndərilməsi barədə şifahi vəsatət verilmişdir. Buna baxmayaraq hakim tərəfindən vəsatət təmin edilməmiş və qətnamədə də bu barədə heç nə yazılmamışdır. Belə görünür ki, məhkəmə prosesi barədə tərtib edilən protokolda da bu barədə heç bir qeydiyyat aparılmamışdır. Bundan əlavə iş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən verilən Arayışdan da görünür ki, İddiaçı2 10944.55 manat məbləğində kredit öhdəliyi mövcuddur. Qətnamədə göstərilən İddiaçı2 tərəfindən tam ödənişin edilməsini sübut edən hansı qəbzə istinad edilməsi sual altındadır. Digər iddiaçıların da "xxxx" ASC-yə olan kredit borclarının tam ödənilməsi və ya borcların olmasını göstərən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə də "xxxx" ASC-dən müvafiq sənədlərin alınması və ya "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Qeyd edilən kredit və zaminliklə əlaqədar iddiaçılar məhkəməyə şifahi və ya yazılı olaraq heç bir məlumat verməmiş və sübut təqdim etməmişdirlər. Bununla da onlar məhkəməyə yalnış məlumatlar verməklə hakim tərəfindən düzgün olmayan qərar qəbul edilməsi üçün şərait yaratmış olublar. Beləliklə, məhkəmə tərəfindən iş materialları tam və düzgün araşdırılmadan, əlavə sübutların toplanmasını və təqdim edilməsini tələb etmədən düzgün olmayan qərar qəbul edilmişdir. Tərəflərin izahatları:
6. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya iclasında iştirak edən iddiaçıların nümayədəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki iş materiallarında olan “Payçı” İddiaçı2 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, “İcraçı” mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 3-cü binanın 10-cu mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 92,15 kv.metr olan, biri birindən tam təcrid edilmiş 2 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 43 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1-ci b). Müqavilə üzrə mənzilin ümumi dəyəri 71877 manat müəyyən edilmişdir.
11. “Payçı” İddiaçı1 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Müqavilənin «1.1.» bəndində göstərilənə əsaslanaraq Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksinin binanın,3 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 92.15 kv.metr təşkil edən 2 otaqlı, 15 saylı mənzil «Kooperativ» «Payçı»-ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyə öz öhdələrinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 69113 manat müəyyən edilmişdir.
12. xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh MTK-nın bank hesabına 69113 manat köçürülmüşdür.
13. “Payçı” İddiaçı4 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 9-cı mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 121,03 kv.metr olan, biri birindən tam təcrid edilmiş 3 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 62 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1 b). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 900 (doqquz yüz ) AZN, ümumi dəyəri isə 108927 ( yüz səkkiz min doqquz yüz iyirmi yeddi) AZN məbləğində müəyyən edilir (3.1-ci b).
14. “Payçı” İddiaçı3 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 3-cü mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 88,38 kv.metr olan, biri birindən tam təcrid edilmiş 2 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 62 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1 b). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 850 (səkkiz yüz əlli) AZN, ümumi dəyəri isə 75123 ( yetmiş beş min yüz iyirmi üç) AZN məbləğində müəyyən edilir (3.1-ci b). Hüquqi dəyərləndirmə:
15. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "Qafqaz” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı4 arasında xx.xx.2014 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 62 nömrəli mənzilə dair, İddiaçı3 arasında xx.xx.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 17 nömrəli mənzilə dair, İddiaçı1 arasında xx.xx.2012 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 15 nömrəli mənzilə dair, İddiaçı2 arasında xx.xx.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 43 nömrəli mənzilə dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən məzillərin pay dəyəri tam ödənildikdən sonra inşa edilmiş mənzillər iddiaçıların istismarına verilmişdir.
16. Kollegiya qeyd edir ki, cavabdeh "Qafqaz” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksində yerləşən barəsində tərəflər arasında müqavilə mövcud olan mənzillər iddiaçıların faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzillərə dair mülkiyyət hüququ ilə bağlı gözlənti vardır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
19. 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur;
20. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər;
21. 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur;
22. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
23. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
24. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;
26. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
29. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
30. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir;
32. 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir;
33. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur.
35. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
36. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, eyni zamanda cavabdeh kooperativ iddiaçı şəxslərin müqavilələr üzrə dəyərini tam ödədiyi mənzillərə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçılar arasında bağlanmış, təsdiq olunmuş müqavilələrə dair maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş müqavilələrə dair maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
37. Bundan başqa, cavabdehin zamin olmuş olması belə onu müqavilə üzrə öhdəliyini icra etmək vəzifəsindən azad edə bilməz. Belə cavabdehin zamin olmasına dair apellyasiya şikayətinin dəlili doğru qəbul edilmiş olsa belə onun sonradan zamin kimi öddiyi məbləği iddiaçılardan (müqavilə üzrə borclulardan) tələb etmək hüququ vardır.
38. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
39. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
40. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman "xxxx" müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bank Cavabdeh MTK-nın zamin olması ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
41. Azərbaycan Beynəlxalq Bankı elektron məhkəmə informasiya sistemi vasitəsilə İddiaçı1lə Azərbaycan Beynəlxalq Bankı və İddiaçı4 ilə Azərbaycan Beynəlxalq Bankı arasında olan müqavilələri məhkəməyə göndərmiş, lakin zaminliklə bağlı hər hansı müqavilə göndərməmiş və iş materiallarında aşkar edilməmişdir.
42. Cavabdeh apellyasiya şikayətində zaminlik müqaviləsinin olması halına istinad etsə də, zaminlik müqaviləsini məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsaslarını özü sübuta yetirməlidir. Hazırda cavabdehin apellyasiya şikayətinin əsası sübutetmə yükü ilə bağlıdır ki, cavabdeh həmin halları sübuta yetirə bilməmiş, zaminlik müqaviləsini məhkəməyə təqdim etməmişdir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin təmin edilərək, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan təsdiq edilmiş çıxarışın və pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh "Qafqaz” MTK-dan tutularaq iddiaçılara ödənilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
50. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh MTK” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev