Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5327/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" ASC-yə qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar: sözlər: qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-441/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" ASC ilə əmanətçi X7 (uşaq həddi-buluğa çatanadək hesabın sərəncamçısı onun babası X7) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, müddətli depozit müqaviləsinə əsasən Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 18 aydır. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən sığorta hadisəsi (bankın məcburi ləğvi və ya müflis elan olunması və s.) baş verdikdə Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir. Əmanətçinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.
2. "xxxx" ASC tərəfindən xx.xx.2008- ci il tarixində verilmiş əmanət kitabçalarının surətindən görünür ki, X5 və X2 hər birinin adına 1000 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. X7 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işdə iddiaçı qismində işdə iştiraka cəlb edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 və X5 hər birinin adına 03 Aprel 2008-ci ildə "xxxx" ASC-yə qoyduğu hər biri 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları məbləğində əmanətin geri ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı öz övladları, xx.xx.2001-ci il doğumlu X2 və xx.xx.2007-ci il doğumlu X5 hər birinin adına 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları pul vəsaitini 03 Aprel 2008-ci ildə "xxxx" ASC-yə əmanət olaraq qoymuşdur. Azərbaycan Respublikası X13 heyətinin 12 İyul 20212-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilib. 13 İyul 2012-ci il tarixdən həmin bankın müvəqqəti inzibatçısı təyin edilib, 16 İyul 2012-ci il tarixdən bankın kreditorları qarşısında öhdəliklərini icra etməsi ilə bağlı iflas proseduruna başlanılıb. Həmin andan da "xxxx" ASC-nin öhdəliklərinin icrasına moratorium qüvvəyə minib. 25 İyul 2012-ci ildə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı ilə banka ləğvedici cavabdeh Əmanətlərin Sığortalanması Fondu təyin olunub. 07 Sentyabr 2021-ci ildə "xxxx" ASC-yə qoyduğu əmanətin və ona hesablanmış faizlərin geri qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh **********185 saylı 13 Oktyabr 2021-ci il tarixli məktubla ərizəni təmin etməyib, vəsaitini geri qaytarmayıb.
7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-441/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə əmanətçi X7 (uşaq həddi-buluğa çatanadək hesabın sərəncamçısı onun babası X7) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 18 aydır. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən sığorta hadisəsi (bankın məcburi ləğvi və ya müflis elan olunması və s.) baş verdikdə Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir. Əmanətçinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2008- ci il tarixində verilmiş əmanət kitabçalarının surətindən görünür ki, X5 və X2 hər birinin adına 1000 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Hər iki iddiaçıya münasibətdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. “Əmanətlərin Sığortalanması Fondu” hazırki işdə subyektiv cavabdeh olsa belə, iddiaçılar tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müəyyən olunmuş müddət üzrlü səbəblər olmadan ötürülmüşdür. Fond tərəfindən kompensasiyaların ödənilməsi ilə bağlı kəsici müddət müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, müddət axımı "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi gündən hesablanmalıdır. "xxxx" ASC-nin lisenziyası AR X13 Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə ləğv edilmişdir (müddətinin axımının başlanılması anı). Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar izahatlarında Azərbaycan Respublikasından kənarda olduqlarına görə xəbərlərinin olmaması səbəbindən müddəti ötürdüklərini bildirmişlər. Lakin bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, “Əmanətlərin sığortalanması” haqqında Qanunun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. İddiaçılar tərəfindən müddətin ötürülməsi üzrlü hesab oluna bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1 və 76.2-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-441/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi e- 2(006)-441/2024saylı 26 İyul 2024-cü il tarixli qətnaməsi ilə iddianı rədd edib və hesab edib ki, guya o və digər iddiaçı qismində cəlb edilmiş oğlum X7 iddia müddətini buraxıblar. Lakin iddia ərizəsində cavabdehdən pul şəklində əmanət olaraq verilmiş mülkiyyət tələb olunub. Qanunun tələbinə görə də mülkiyyətin müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə öz qətnaməsinin 18-28-ci bəndlərində göstərib ki, “hər iki iddiaçıya münasibətdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, “Əmanətlərin Sığortalanması Fondu” hazırki işdə subyektiv cavabdeh olsa belə, iddiaçılar tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müəyyən olunmuş müddət üzrlü səbəblər olmadan ötürülmüşdür «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunun tələblərindən də göründüyü kimi Fond tərəfindən kompensasiyaların ödənilməsi ilə bağlı kəsici müddət müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müddət axımı "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi gündən hesablanmalıdır. "xxxx" ASC-nin lisenziyası AR X13Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə ləğv edilmişdir (müddətinin axımının başlanılması anı). Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar izahatlarında Azərbaycan Respublikasından kənarda olduqlarına görə xəbərlərinin olmaması səbəbindən müddəti ötürdüklərini bildirmişlər. Lakin bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmanətlərin sığortalanması” haqqında Qanunun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişibir həftə ara verməklə daha iki dəfə təkrar edir.” Lakin məhkəmə iddia müddətini tətbiq edərkən nəzərə almayıb ki, əmanətlər banka xx.xx.2001-ci il doğumlu X2 və xx.xx.2007-ci il doğumlu X5 hər birinin adına onların yetkinlik yaşına çatmaları vaxtınadək banka əmanət olaraq qoyulub. Əhmədov Hüseyn yetkinlik yaşına xx.xx.2019-cu ildə çatıb, Əhmədov Azər isə yetkinlik yaşına xx.xx.2025-ci ildə çatacaq. Digər tərəfdən məhkəmə nəzərə almayıb ki, iddiaçılar Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan çox əvvəl Azərbaycan Respublikasında yaşamırlar və Azərbaycan mediasındakı məlumatlarla tanış olmaq imkanına malik olmayıblar. Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbinə görə isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Uzun müddətdir X1 yaşayan iddiaçılar bankın bildirişi ilə tanış ola bilməzdilər. Məhkəmə onu da nəzərə almayıb ki, əmanət şəklində banka qoyulmuş vəsaitlər iddiaçıların mülkiyyətidir. Mülki Məcəllənin 384.02 və 384.04-cü maddələrinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun, o cümlədən əmanət olaraq banka qoyulan əmlaklarının geri qaytarılması barədə tələblərinə iddia müddəti tətbiq oluna bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanmışdır. Həmin Məhkəmənin 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasan kompensasiya sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsina əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanatlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizələrindən də görünür ki, İddiaçı kompensasiya ödənişinin həyata keçirilməsi üçün müraciətləri həmin tarixlərdə Fond tərəfindən qəbul edilmiş və baxılaraq cavablandırılmışdır. Həmin müraciətlər kompensasiya alınması üçün müddətin ötürülməsinin əyani göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018- ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Qorunan hesab edilməyən əmanətlər isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır və ödənilməsi növbəlik qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. İddiaçı tərəfindən müddət ötürülmüş və qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən əmanətlərin kompensasiya edilməsi qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2(006)- 441/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli deyildi. Əmanət şəklində banka qoyulmuş vəsaitlər iddiaçıların mülkiyyətindədir. Mülki Məcəllənin tələbinə əsasən əmanət olaraq banka qoyulan əmlakların geri qaytarılması barədə tələblərə iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə bu hala qiymət verməyib. İddiaçılar 2000 dollar pulunu tələb edir. Əmanətlər banka iddiaçının yetkinlik yaşına çatma vaxtınadək qoyulub. Sonradan bildilər ki, iddiaçının 18 yaşına çatmasını gözləməyə ehtiyac yoxdur, istənilən vaxt əmanəti götürmək olar. Cavabdeh tərəflər arasındakı müqaviləni sonradan təqdim etmişdir. Tərəflər 2013-cü ildən ölkə xaricindədirlər, bu günə qədər gəlməyiblər.
14. Məhkəmə iclasında çıxış edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Kompensasiya dedikdə sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaiti başa düşülür. Kompensasiya almaq hüququnu Fond 5 il müddətində saxlayır. Həmçinin, iddiaçı oğlunun adına kompensasiya ala bilər. Övladının adına əmanət necə qoyulmuşdursa eyni qaydada müraciət edərək kompensasiya ala bilərdi. Təcrübədə bu hallar mövcuddur. Şəxsin 18 yaşına çatmasına gözləməyə ehtiyac yox idi. İddiaçının bunu bilməməsi onun tələbinin təmin edilməsi üçün əsas deyil. Hazırkı işdə iddiaçı müddəti 12 il ötürüb. Sığorta hadisəsi 2012-ci ildə baş verib. Bankın müflis olması barədə məlumatlar həm qəzetdə, həm də kütləvi informasiya vasitələrində yerləşdirilib. Fond vətənşdalara kompensasiya ödəməyi öhdəsinə götürüb. Əmanətçinin kompensasiya almaq hüquqnu Fond 5 il müddətində saxlayır. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına görə sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyasının ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. İddiaçılar iddia müddətini ötürüblər. Əmanəti qanunda qeyd edilən müddət ərzində götürə bilərdilər, iddiaçının 18 yaşına çatmasını gözləməyə ehtiyac yox idi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə,bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
17. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Maddə 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Maddə 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin halları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə əmanətçi X7 (uşaq həddi-buluğa çatanadək hesabın sərəncamçısı onun babası X7) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müddətli depozit müqaviləsi (bank əmanəti) bağlanmışdır.
24. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanmışdır.
25. İddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 ABŞ dolları məbləğində əmanətin geri ödənilməsini xahiş etmişdir.
26. Cavabdehin etirazın dəlili odur ki, iddiaçılar tərəfindən kompensasiyanın ödənilməsini tələb etməklə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X17 Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "xxxx"ın lisenziyasının ləğv edilmişdir.
29. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsində qeyd edilir ki, Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
30. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsində qeyd edilir ki, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
31. Hazırkı halda iddiaçıların kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən 1 il ərzində ərizə ilə Fonda müraciət etmək hüququ olsa da, bu hüquq onlar tərəfindən həyata keçirilməmişdir.
32. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsində qeyd edilir ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
33. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...elə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
34. Göründüyü kimi, hazırkı halda iddiaçılar 5 il ərzində kompensasiyaların ödənilməsi ilə bağlı müraciət etmədikləri üçün belə bir hüquqlarını itirmişlər.
35. İddiaçı apellyasiya şikayətinin dəlili odur ki, ölkə xaricində olduqları üçün kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında verilmiş elandan məlumatları olmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edilmədiyi üçün apellyasiya şikayətinin dəlili əsassızdır.
37. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. O cümlədən qeyd olunmalıdır ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-441/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev