Məhkəmə qərarları › İş №2(103)-5341/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5341/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5341/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “mənzilin hərracda satılmasının nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)-5237/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)- 5237/2024 nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçılar hazırda mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022- ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsini xahiş ediblər. Bununla bağlı qeyd edilməlidir ki, qanuni qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1484/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qeyd edilən qətnamə ilə iddia tələbi təmin edilməmişdir (qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır). Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-743/2024 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “Əmlak Hərrac Mərkəzi“ MMC tərəfindən Bakı şəhəri, 8ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022- ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X14” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələblərinin rədd olunması hissədə ləğv olunmuş, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə (İddiaçı2 hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüququnun olmadığından) görə təmin olunmamışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; - ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İş materiallarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2, İddiaçı1, Cavabdeh4, X5, X3, X4, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Hərracın yekunları barədə 16 dekabr 2022-ci il tarixli, 279/22 saylı protokoldan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən əldə olunmuşdur. Hazırda qanuni qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1484/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X14” MMC-yə, "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında 16 dekabr 2022-ci il tarixli, 279/22 saylı yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, bundan sonra iddiaçılar analoji tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 743/2024 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “Əmlak Hərrac Mərkəzi“ MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022- ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X14” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələblərinin rədd olunması hissədə ləğv olunmuş, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə (İddiaçı2 hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüququnun olmadığından) görə təmin olunmamışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi oldğundan). Hazırda iddiaçılar təkrarən (İddiaçı1 isə artıq 3-cü dəfə) eyni tələblə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Göründüyü kimi, yuxarıda qeyd edilən məhkəmə aktları ilə iddia tələbinin predmeti olan Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022ci il tarixli müqavilənin qanuniliyinə hüquqi qiymət verilmiş, iddia tələbləri rədd olunmuşdur. Belə olan halda, iddiaçıların özündə eyniliyi ehtiva edən hazırki tələbinə təkrarən məhkəmə qaydasında baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, yolverilməzdir. MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Çünki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edlir ki, əvvəlki məhkəmə aktlarında açıq-aydın göstərilməsinə baxmayaraq, iddiaçılar faktiki eyni tələblərlə təkrarən məhkəməyə müraciət etmişlər ki, bu hal da prosessual hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası diqqətə çatdırılmasını zəruri hesab edir ki, MPM-nin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “mənzilin hərracda satılmasının nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)-5237/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)-5237/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar