Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5347/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X26 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-1895/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Qaçqınların və X16 və Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 02 dekabr 2009-cu il tarixli “7” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu, Ş.Məmmədov 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada, 7 nömrəli, 1 otaqlı mənzili ilə təmin edilmişdir. 2.14 sentyabr 2017-ci ildə X7 vəfat etmişdir. 3.Cavabdeh xx.xx.2009-cu il tarixli müqavilə əsasında ailə üzvləri ilə birlikdə 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada 61 nömrəli, 2 otaqlı mənzillə təmin edilmişdir. 4.Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdikdə, mənzilin açarı Mənnzil İstismar Departamentinin Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, 7 nömrəli mənzildə Cavabdeh qeyriqanuni yaşadığı müəyyəq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən, 7 nömrəli mənzildən çıxarılmasna və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir, Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinın 02 dekabr 2009-cu il tarixli 7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün X6 qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada 7 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə X6 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 7 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 369 mənzilli yaşayış kompleksindəki 7 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyr-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada 61 nömrəli, 2 otaqlı mənzillə təmin edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi onun öz adına tərtib olunan müqavilə MKİS rəisi tərətindən imzalanaraq təsdiq edildiyi üçün heç bir hüquqi qüvvəsi olmayan müqavilədir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan mənzilləri məcburi köçkünlərə ayırmaq səlahiyyəti, yalnız Departamentə aiddir. Bundan başqa cavabdehə eyni gündə iki mənzilin ayrılması, bir mənzilin eyni gündə həm cavabdehə həm də, X3 ayrılması mümkün deyildir. Bundan başqa cavabdehin halhazırda yaşadığı mənzilə dair adına order verilməmişdir. Bu səbəbdən cavabdehin məhkəməyə təqdim etdiyi müqavilə hüquq müəyyənedici sənəd deyildir.
7. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Binəqədi rayon məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bina 5 mənzil 7 saylı evdə 2009-cu ildən X7 ilə birgə yaşamış və buna dair şahidləri vardır. Həmin mənzil X5 ayrılmışdır. X7 onun babasının xalası qızı olmuşdur. O, yataq xəstəsi olan X4 yanında yaşayaraq ona baxmışdır. O, 2017-ci ildə ailə həyatı qurmuş və 5 ay həyat yoldaşı ilə birgə X7 rəhmətə gedənə qədər ona qulluq etmişlər. Hal-hazırda o, həyat yoldaşı X15 və övladı xx.xx.2019-cu il təvəllüdlü X8 ilə birgə Binəqədi rayon məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bina 5 mənzil 7 saylı evdə yaşayır. Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Binəqədi rayon MKİS işçiləri son vaxtlar mütəmadi olaraq onlara müraciət edərək həmin evdə qeydiyyatda olmalarına baxmayaraq qanunsuz yaşadıqları barədə xəbərdarlıq etmiş və evi boşaltmalarını istəmişlər. Məcburi köçkün olduğundan və qalacaq başqa yeri olmadığından, həmçinin evdə körpə uşaq olduğunu nəzərə alaraq evdən yalnız öz rayonunda yaşayış yeri ilə təmin olunacağı halda çıxa bilər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. 8.Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 61 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Dərzili kəndindən məcburi köçkün X9 onunla yaşayan üç ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə iki otaqlı 61 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Dərzili kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. 9.Repatriasiya Departamentinin orderindən müəyyən olunur ki, Bakı şəhəri 2 № ev tikmə kombinatının ərazisində tikilmiş 2 otaqlı 61 saylı mənzili X9, Cavabdeh, X18 və X10 ayrılmışdır. 10.Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 7 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Dərzili kəndindən məcburi köçkün X2 rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bir otaqlı 7 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Dərzili kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. 11.Binəqədi MKİS-nin mühəndisi Nümayəndə, operatoru X20 və bağbanı X21 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X7 2009-cu ildən Ş.Məmmədova 30\97 bina 5 mənzil 7 ilə təmin edilmiş, X7 xx.xx.2017-ci ildə vəfat etmiş, lakin həmin mənzil order əsası ilə B5 M61 təmin edilən Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh mənzili boşaltmamışdır. 12.Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009cu il tarixli 7 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Məstanbəyli kəndindən məcburi köçkün Cavabdeh onunla yaşayan bir ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bir otaqlı 7 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Məstanbəyli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. 13.Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksinin bina 5-də yerləşən 61 nömrəli mənzili onun anasına ailə üzvləri iləbirlikdə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzil isə onun babasının xalası qızı olan X5 2009-cu ildə ayrılmışdır. X7 ailə qurmamış, tək yaşadığından onun qardaşı Cavabdeh ailəsi ilə birlikdə X4 qayğısına qalmışdır. Onalara ayrılan iki otaqlı mənzil ailə üzvləri üçün darısqal olduğundan qardaşı ailəsi ilə birlikdə X5 ayrılan mənzildə yaşayır. 2010-cu ildən onun qardaşı MKİS tərəfindən X5 ayrılan mənzilə qeydə alınmışdır. 14.Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 61 nömrəli müqaviləyə və Repatriasiya Departamentinin orderinə əsasən cavabdehə ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 61 nömrəli mənzil ayrılsa da, cavabdeh hər hansı bir hüquqi əsası olmadan Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzildə yaşayır. 15.Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibətdə qeyd etmişdir ki, eyni gündə cavabdehə iki mənzilin ayrılması, Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən, 7 nömrəli mənzilin eyni gündə həm X5 həm də, cavabdehə ayrılması mümkün olmadğından, X4 iddiaçının balansında olan mənzilə cavabdehi köçürmək hüququ olmadığından etirazda istinad olunanlar iddia tələblərinin təmin edilməməsi üçün əsas ola bilməz. 16.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə, həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilməsi mümkün olmadığından, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malik olduğundan iddia ərizəsi tam həcmdə təmin edilməlidir. 17.Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-1895/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılaraq, mənzilin boşaldılıb Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, Mənzil Məcəlləsinin 91.1, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 64 saylı qərarının 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-1895/2022 saylı qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 20.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə cavabdehin hansı əsaslarla mənzildən çıxarılmağını, mənzildən çıxarıldıqdan sonra harada məçburi köçkün kimi yerləşdiriləcəyini nəzərə almamışdır. Məhkəmə ümumiyyətlə iş üzrə əhəmiyyətli olan sübutların heç birini, o cümlədən cavabdehin ailəsinin sonrakı taleyinin necə olacağını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadığından düzgün nəticəyə gəlinməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
23. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 24.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 25.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26.Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 27.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 30.Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 31.Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 32.Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 64 saylı qərarına əsasən təsdiq edilmiş Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasına əsasən: 33.Bənd 3.1. Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 34.Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 35.Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 36.Bənd 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 37.Bənd 3.5.Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 38.Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 39.Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Apellyasiya baxışının hədləri
40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Kollegiya cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh və ailə üzvlərinə Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən, 61 nömrəli mənzil ayrılsa da, cavabdeh hər hansı bir hüquqi əsası olmadan Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən, 7 nömrəli mənzildə yaşamaqla, oranı tərk etmir. 33.Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. 34.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)- 1895/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev