Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5347/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından cavabdehin verdiyi şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, birinci, qərardaddan şikayət verilməsi müddəti ötürülüb, ikinci, şikayət Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş formada verilməyib. Şikayətdə tələb olunub ki, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin. Şikayət qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli, xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayətin yalnız prosessual müddətin keçməsinə görə geri qaytarılması barədə yeni qərardad qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şikayətin qaytarılması üçün birinci instansiya məhkəməsinin istinad etdiyi birinci əsas prosessul müddətin ötrülməsidir. Müəyyən olunur ki, həqiqətən də şikayətvermə müddəti ötürülüb. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilib, bununla da 10 günlük şikayətvermə müddətinin axımı başlayıb. Şikayət isə xx.xx.2023-cü il tarixdə, yəni 10 günlük müddət keçdikdən sonra verilib, müddətin bərpası barədə vəsatət isə verilməyib. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 130.3 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Şikayətin qaytarılması üçün birinci instansiya məhkəməsinin istinad etdiyi ikinci əsas şikayətin Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş formaya uyğun olmamasıdır. Müəyyən olunur ki, şikayətin məzmunu Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə uyğundur. Belə ki, şikayətin məzmununda şikayətçinin hansı məhkəmə aktından, hansı faktlara və hansı hüquqi əsasa görə narazı olması, habelə şikayətçinin tələbi göstərilib. Odur ki, həmin əsasla şikayətin qaytarılması Mülki- Prosessual Məcəllənin 267-ci maddəsinin pozulması sayılır. Beləliklə, şikayətin qaytarılması üçün birinci instansiya məhkəməsinin istinad etdiyi iki əsasdan biri qanunsuz olduğuna görə qərardad ləğv edilməlidir. Belə halda qərardadın qismən ləğv edilməsi mümkün deyil, çünki qərardadın nəticə hissəsi vahiddir. Qərardad ləğv edildikdən sonra şikayətin yalnız bir əsasla – prosessual müddətin keçməsinə görə geri qaytarılması barədə yeni qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdehun verdiyi şikayət prosessual müddətin keçməsinə görə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5347/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5347/2023
18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver