Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-535/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-505/2023 Açar sözlər: Başqasının əmlakının sökülməsinin hüquqi nəticələri Bakı şəhəri 25 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifovdan və X12 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsindən iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzili xx.xx.2015-ci il tarixdə X13 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X27 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir.Bundan sonra X3i varisi kimi X10 24 saylı Notariat Kontoru tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay alması barədə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisəli mənzilə X6 hüquqları dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir
2. X2 Flora Şəmistan qızı, X19 və X15 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçisinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir.
4. Bundan sonra Cavabdeh X18 ilə şifahi alğı-satqı müqaviləsi bağlamış, əvəzində X10 həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır.
5. Mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X20, X10, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X10 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X14 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X21, X30, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
7. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X16, 1/7 hissədə X6, 1/7 hissədə X8, 1/7 hissədə X22, 1/7 hissədə X11 və 1/7 hissədə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
8. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır.Həmin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
9. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin görünür ki, Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək cavabdehlər "xxxx" MMC, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X20 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilində mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X21, X30, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır.Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X18 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alqı-satqı müqaviləsi bağlayaraq, əvəzində X10 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə cavabdeh MMC yə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh MMC ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır. Cavabdeh MMC-nin məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin faktiki olaraq X6 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh MMC həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq beş il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 30.000 manat (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla) məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində iddiaçı 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, iddiaçı dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. MMCnin tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihə ilə bağlı AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib.Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN-TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də ORXAN-TİT MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X23 iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda yeni binanın inşası davam edir. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMCyə yaxınlaşarsa, onlarla 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.
13. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X40 məhkəmə iclasında İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.
14. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çoxmənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissələrdə iddia tələbləri rədd edilməlidir.
17. Belə ki, iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.
19. İddianın “sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsinə münsibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar təqdim edilmədiyindən rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 6, 16.1, 21, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 158.3, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla iddiaçını ən azı 3 otaqlı mənzillə təmin etməli olduğu halda düzgün olmayan qətnamə qəbul etmişdir.
23. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamış, Bakıya xx.xx.2017-ci ildə gəlmişdir.Həmçinin həmin dövrdə qeyd edilən mənzilin tam paya malik mülkiyyətçisi iddiaçının qardaşı X18 olmuş, sonuncu ilə MMC arasında mənzilin sökülməsi və əvəzində yeni tikilən binadan yeni mənzilin verilməsi ilə bağlı razılıq əldə edilmişdir.İddiaçı sonradan məhkəməyə müraciət edərək 2019-cu ildə mübahisəli mənzilin 1/7 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ mənzil söküləndən sonra yaranmışdır. Ona görə də mənzilin sökülməsi zamanı iddiaçının razılığının alınması qeyri-mümkün olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlakda payın müəyyən edilməsi barədə iddiası ilə bağlı məhkəmə mübahisəsinə baxılan zaman MMC işə cəlb edilməmiş belə bir mübahisənin olmasından xəbərdar olmamışdır. Həmçinin qətnamə məhkəmə iddiaçının MMC-yə müraciət edərək 3 otaqlı mənzil istəməsi və qarşılığından MMC-nin 30 kv.metrlik mənzil təklif etməsini qeyd etsə də həmin hal iş materialları ilə təsdiq edilmir.
25. Qətnamədən eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və İddiaçı 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir.Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış sahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26.0 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26.0 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi.
27. İşə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması (iddiadan qismən imtina edilməsi barədə) barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi hissəsindən imtina edilməsini göstərmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) hazırkı mülki iş üzrə icraata iddia tələbinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi “iddianın təmin olunmuş” hissəsində dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pulun iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir.Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir.Həmin qətnamələrdə əksini tapmış iddia tələbində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X27 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən ünvan 4 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X27 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq sənədin verilməsi üçün müraciət etmişdir. Müraciəti əsasında ona xx.xx.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə gemtiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan mübahisə 2019-cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzil sökulən zaman onun mulkiyyətçisi X6 olmasına dair müvafiq Çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMC-nin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə xx.xx.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Ona görə də apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyriqanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi ziyan vurulması hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi işin araşdırılmış halarına tam uyğundur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək şikayətin məhkəmənin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC məxsus çoxmənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoyduğunu müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Başqa sözlə, iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır.
35. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC-ə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, kollegiyanın qənaətinə görə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin də hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin birinci instansiya məhkəməsinin İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini hansı əsasla müəyyən etdiyi aydın deyildir. 3-cü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə İddiaçı 1/7 hissədə düşən pay 3-cü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4 : 7) hissə təşkil edir. İşin materiallarından görünür ki, 3-cü şəxs bu hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür (60,80+60,80+60,80= 182,4).
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" MMCnin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87 : 7) təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı mülkiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. Nə qədər ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə İddiaçı məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və 3-cü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı.
38. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçıya düşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə almışdır.
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, 158.4-cü, Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 88, 107, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
40. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X17 məruzəsi ilə, X26, X4 ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli, 2(102)-4608/2022 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4608/2022 saylı Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Apelyasiya Məhkəməsi iddiaçıya verilməsi qət edilmiş sahəyə uyğun mənzilin olubolmaması, belə bir mənzil sahəsinin binanın layihəsində nəzərdə tutulubtutulmamasını yoxlamamışdır.Nəzərə almaq lazımdır ki, mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 12.2. maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.Yaşayış binasında hansısa sahənin 28 kv.m ölçüdə ayrılaraq iddiaçıya verilməsi mənzil ayrılması anlamına gəlmir. Ayrılan mənzil müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara (mənzilin pəncərəsi, havalndırma sistemi, kanalizasiya sistemi, mətbəxin quraşdırılması üçün lazım olan texniki şərtlər, onların havalandırması və.s.) uyğun olmalıdır. Ona görə mübahisə iddiaçıya vərəsə olaraq payına düşən sahəyə uyğun sahənin ayrılması ilə bitmir, mübahisə iddiaçının əmlakının əvəzi olaraq yaşayış sahəsi, mənzillə təmin olunması ilə həll edilə bilər.Yeni məhkəmə baxışı zamanı məhkəmə iddiaçının anası X13 nə vaxt vəfat etməsi (xx.xx.2016-cı il tarixdə), şirkətin həmin ünvanda nə vaxt ev inşa etməyə başlamasına razılıq verilməsi (xx.xx.2016-cı il tarixli sərəncamla) tarixlərini müqayisə etməli, şirkətin sökülməsi nəzərdə tutulan ərazidə əmlak hüquqları olan şəxslər barədə vaxtında məlumatlı olub-olmaması, əgər məlumatlı deyildisə, nəyə görə keçən illər ərzində iddiaçının qardaşı iş üzrə üçüncü şəxs X24 ilə yazılı müqavilə bağlanmaması məsələlərini aydınlaşdırmalı, həmi məlumatları digər sübutlarla məcmu halında qiymət verməklə vicdanlılıq məsələsi həll edilməlidir.Şirkətin vicdanlılığı məsələsinin aydınlaşdırılması həm veriləcək mənzilin sahəsi ilə bağlı mübahisələri həll etmiş olur, həm də iddiaçının digər tələblərinəkirayə haqlı, maddi və mənəvi zərər, və.s. tələblərinə münasibət bildirməyə köməklik etmiş olur. Şirkətin vərəsənin hüquqlarının pouzmlasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
43.Yeni apellyasiya baxışı məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin və əvvəlki apellyasiya baxışı zamanı istinad etdiyi apellyasiya şikayətinin dəlillərinə oxşar izahat vermişdir.Həmçinin, şifahi vəsatət verərək cavabdehlə 3-cü şəxs X24 arasında 2017-ci il tarixdən hal-hazıra kimi bağlanmış müqavilələrin tələb olunması barədə sorğu göndərilməsini xahiş etmişdir. 44.Yeni apellyasiya baxışı məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi X29 izahatında bildirmişdir ki, iddiaçının payına düşən 28,0 kv.m sahəyə uyğun mənzil mövcud deyildir.Tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyi yoxdur və belə öhdəliyin cavabdehin üzərinə qoyulması MMC-nin hüquqlarının pozulmasına səbəb ola bilər.Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır.2017-ci ildə 3-cü şəxs Mübaris Əliyevlə müqavilə bağlanarkən isə MMC vicdanlı hərəkət etmişdir, belə ki, həmin zaman Mübaris Əliyevin vərəsə olaraq tam pay ilə mülkiyyət sənədləri əsasında onunla müqavilə bağlanmışdır.Hazırda Cavabdeh ilə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 arasında mübahisəli mənzilə hüquqların MMC-yə ötürülməsinə dair bağlanmış müqavilə ləğv olunmuşdur. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.
45. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.
46. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X6 vəkili Nümayəndə1 iddiaçının izahatına oxşar mövqe bildirmişdir.
47. İş üzrə digər şəxslər məhkəmə iclası barədə xəbərdar edilsə də, iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
49. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
50. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
55. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yaxud qismən ləğv edə bilər.
61. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
65. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs ayrılıqda apellyasiya şikayəti vermişlər, apellyasiya şikayətlərinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
66. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 apellyasiya şikayəti qismən təmin olunmal və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
68. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
69. Lakin tərəflərin izahat və təqdim edilən sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 182 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır.Buna baxmayaraq iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87 : 7) təşkil edir.
70. Göründüyü kimi, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması üçün müqavilə bağlanması vəzifəsi qoyulması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin və cavabdehin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
71. İddiaçının iddiası mübahisələndirilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə qismən təmin edilərkən və iddiaçı da iddiasını əsaslandırarkən istinad olunmuşdur ki, cavabdeh "xxxx" MMC ilə artıq mübahisəli mənzilin mülkiyyətçisi kimi müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmışdır.Odur ki, iddiaçı ilə MMC arasında ayrıca müqavilə bağlanmalıdır.
72. Baxmayaraq ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində icraat zamanı da izahatında bildirmişdir ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyi yoxdur və belə öhdəliyin cavabdehin üzərinə qoyulması MMC-nin hüquqlarının pozulmasına səbəb ola bilər.Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır.2017-ci ildə 3-cü şəxs Mübaris Əliyevlə müqavilə bağlanarkən isə MMC vicdanlı hərəkət etmişdir, belə ki, həmin zaman Mübaris Əliyevin vərəsə olaraq tam mülkiyyət hüququna dair sənədləri əsasında onunla müqavilə bağlanmışdır.Mübahisəli Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
73. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsinin şifahi vəsatəti təmin olunaraq Bakı apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır.Həmin 3.5ci bəndindən görünür ki, mülkiyyətçi X18 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
74. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin görünür ki, Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
75. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X20, X10, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X10 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X14 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
76. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X21, X30, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
77. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X16, 1/7 hissədə X6, 1/7 hissədə X8, 1/7 hissədə X22, 1/7 hissədə X11 və 1/7 hissədə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
78. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs) X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır.Həmin 3.5ci bəndindən görünür ki, mülkiyyətçi X18 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
79. Həmçinin, məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
80. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
81. Belə ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması MMC-nin və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər.
82. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdeh 2017-ci ildə 3-cü şəxs Mübaris Əliyevlə müqavilə bağlayarkən isə Cavabdeh MMC-nin vicdanlı hərəkət etmədiyi barədə iş materiallarında hər hansı sübutlar müəyyən edilməmişdir.
83. Belə ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs) X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanarkən X18 mənzilin tam hüquqla mülkiyyətçisi olmuşdur.X18 mənzilin mülkiyyətçisi olması barədə sənədlər isə sonradan mübahisələndirilmiş, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X21, X30, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
84. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X16, 1/7 hissədə X6, 1/7 hissədə X8, 1/7 hissədə X22, 1/7 hissədə X11 və 1/7 hissədə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
85. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının 20% də əlavə olunmaqla cəmi 28 kv.metr sahəli mənzil əvəzində daha artıq sahəli mənzil (60,0 kv.m sahəsi ) verilməsi tələbi əsassızdır, odur ki, təmin olunmamalıdır.
86. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddiaçının yuxarıdakı tələbi əsassız olduğundan həmin tələblə əlaqəli olan digər tələbləri də təmin olunmamalıdır.Belə ki, mübahisəli mənzillə bağlı paylı mülkiyyətçilərlə müqavilə bağlanarkən, kirayə haqqı və.sair ilə bağlı mübahisələr yaranarsa tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.