Məhkəmə qərarları › İş №2(103)-5377/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5377/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5377/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-244/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Ak-2/19147 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdehkeyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçıya məxsus ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir.

3. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə X5na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyriqanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, cavabdehə məxsus **********00000 abonent hesabına aktlar əsasında xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 188,10 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat olmaqla, cəmi 6.675,3 manat məbləğində zərər hesablanmışdır.

4. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 7.466,01 manat borcu (debitor borc) da yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 14.141,31 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, 133,63 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 14.675,63 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017 il tarixində A-19147 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 1702AZ**********93 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 188,10 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022- ci il tarixli ******* saylı akt əsasında 669.60 manat olmaqla ümumilikdə 6675.3 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 7466.01 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 14141.31 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-244/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 344,12 manat məbləğində debitor borc və təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında 77,80 manat məbləğində dəymiş zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 451,92 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini həmçinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Bu hallarla bağlı da məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin müddətdə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq ondan tələb edilməsi də əsassızdır.

9. İlk öncə 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pulun tutulması hissəsinə məhkəmə qiymət verərək hesab etmişdir ki, həmin borc artıq cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, cavabdehin adına olan “Gasrep” çıxarışından görünür ki, cavabdeh tərəfindən 2011-ci ilin noyabr ayından 2022-ci ilin mart ayı da daxil olmaqla ümumilikdə 965 manat ödəniş aparılmış və həmin ödənişlərdən borca görə tutulmalar olmuşdur. Həmin ödəniş və tutulmalar müqayisə olunduqda müəyyən olunur ki, 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Bu hal onun təsdiq edir ki, 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pul cavabdeh tərəfindən hiss-hissə ödənilmiş, qalıq qalmış 360,59 manat borc isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir.

10. Həmçinin cavabdehin etirafı nəzər alındıqda (2020-ci ilin fevral ayında və mart ayının 16-a kimi təbii qazdan qeyri qanuni xətt vasitəsilə istifadə etməsi, evdə olan cihaz isə dördgöz (PQ-4) olması) müəyyən olunur ki, cavabdeh tərəfindən 45 gün müddətində qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Məhkəmə hesab edir ki, həmin dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 77,80 manat qəbul oluna bilər (PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 12 saat x 45 gün=648 m3 x 0.12 manat). Odur ki, məhkəmə hesab edir ki, 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında cavabdehdən 77,80 manat pul iddiaçının xeyrinə tutulmalıdır.

11. Bundan başqa müəyyən olunur ki, cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 344,12 manat məbləğində borcu vardır. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Gasrep” çıxarışına əsasən 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Cavabdeh tərəfindən 2022-ci ilin mart ayına kimi (mart ayı da daxil olmaqla) aparılmış ödənişlərdən, bu müddətdə sərf olunmuş qazın dəyəri ödənilməklə cəmi 16,47 manat məbləğində tutulmalar aparılmışdır ki, yerdə qalan borcun məbləği 344,12 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, həmin məbləğdə debitor borcu iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 425.1 və 427.3-cü maddələri; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»na istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-244/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qeyd edilənlərlə yanaşı bildirmişdir ki, aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmyan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. O cümlədən qeyd etmişdir ki, hazırki məhkəmə də yerli baxış təyin etsə qeyd edilən halları açıq-aşkar müəyyən edəcəkdi. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqələndirsə də hazırki, təbii qazın talamasın heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş akların təmin edilməməsinə əsas vermir. Bundan əlavə olaraq bildirmişdir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclaslarında isə özünün etdiyi hərəkətlərə açıq aşkar bəraət qazandırmaqda idi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Əslində məhkəmənin başqa araşdırmalarına lüzum yox idi, sadəcə məhəkəmə müşahidə etdiklərini məhkəmə qətnaməsində qeyd etməli və iddianı təmin etməli idi. Məhkəmə qanunvericliyin tələblərindən də aydın olur ki, sübutlara qiymət verməlidir. Məhkəmə isə cavabdehin açıq aydın istifadəsinə etinasızlıqla yanaşaraq heç bir təbii qazın talanmasını nəzərə almayaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin iddianı qismən etiraf etməsi tərtib edilmiş aktların həqiqiliyi və qanuniliyi deməkdir. Qanuni və həqiqi olanların aktlar öz realığını cavabdehin ifadəsində yer alsa da, məhkəmə təmin olunmayan hissəni demək olar ki, əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə iddianı təmin etməli idi. Məhkəmə qətnamədə öz mükahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki qətnamənin əsaslı olması üçün məhkəmə-mühasibatlıq ekspertizasını təyin edə bilərdi.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən qətnamənin iddianın təmin olunmayan hissəsindən narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın

24.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 25.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 26.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 27.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

28.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 29.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 30.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 33.Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında ünvan 2 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür.

34. Birinci instansiya məhkəməsi İddiaçı xeyrinə Cavabdeh sayğac üzrə istifadə edilmiş və dəyəri ödənilməmiş 344,12 manat məbləğində sərfiyyat borcunu tutmuşdur. Məhkəmə debitor borcundan başqa 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində borcun cavabdeh tərəfindən ödənildiyini qeyd etmişdir. Məhkəmə həmçinin cavabdehin etirafını nəzərə alaraq (2020-ci ilin fevral ayında və mart ayının 16-a kimi təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi, evdə olan cihazın isə dördgöz plitə (PQ-4) olması) 45 gün müddətində qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyi qənaətinə gəlmiş, 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait olaraq (PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 12 saat x 45 gün=648 m3 x 0.12 manat) cəmi 77,80 manat məbləğində olduğunu əsaslı hesab etmişdir. Məhkəmə iş materiallarında olan digər aktları qanuni və əsaslı hesab etməmiş, həmin aktların həqiqiliyini şübhə altına salmış, iddianı bu hissədə təmin etməmişdir.

35. Bundan başqa məhkəmə hesab etmişdir ki, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlar cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından həmin müddətdə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq ondan tələb edilməsi də əsassızdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər olaraq hesablanmış borc, habelə yaranmış debitor borcunun məbləği ilə əlaqədar mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

37. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ünvan 2 ünvanı üzrə xx.xx.2016-cı il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2022-ci il tarixədək cavabdehin qaz xəttinə qanunsuz qoşulmasına görə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavbdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, iddiaçının dəlilləri üzrə hər hansı araşdırma aparmamış, xx.xx.2016-xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 11 akt üzrə iddiaçının mülki hüquq məsuliyyətinin hansı əsaslarla yaranmadığını göstərməmiş, cavabdeh tərəfindən bu illər ərzində ödənişlərin edilmədiyinə hər hansı münasibət bildirməmişdir. Məhkəmə həmçinin 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) olan müddət üçün tərtib edilmiş aktlar üzrə borcun ödənilməsi tələb edilməməsinə baxmayaraq, iddia tələblərindən kənara çıxaraq bu dövr üzrə tərtib edilmiş aktlara dair müvafiq hüquq təhlili aparmışdır.

38. Beləliklə də, birinci instansiya məhkəməsinin iddia üzrə apardığı hüquqi təhlil əsaslı hesab edilə bilməz.

39. İddiaçıya dəymiş zərərə münasibətdə ilk öncə qeyd edilməlidir ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

40. Bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

41. Belə ki, “X5”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

42. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinə müracət etməsini zəruri saymış, cavabdehin **********00000 abonent hesabı üzrə mövcud borcun hesablanmasını həmin quruma həvalə etmişdir.

43. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli sorğuya cavaba əsasən, 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə: 1 ay üzrə x 972 m3=972 m3; 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 ay üzrə x 972 m3=1944 m3; 2021-ci ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 972 m3=3888 m3; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 972 m3=3888 m3 miqdarda hesablanmış zərərin, müvafiq olaraq 97.2+194,4+751+751 =1.793,6 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əlavə abonent saldosunun təhlili, iddiaçının qazdan istifadəyə görə xx.xx.2011-ci il tarixə 584,60 manat istehlak borcunun (sayğacdan keçən qazın dəyəri) olduğu müəyyən edilmişdir.

44. Beləliklə mütəxəssis, abonentin istehlak borcunun 584,60 manat təşkil etdiyini, qazpaylayıcısına dəymiş zərərin məbləğinin 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə 972 m3, yəni 97,2 manat; 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə 1944 m3, yəni 194,4 manat; 2021-ci ildə tərtib edilmiş 4 akt üzrə 3888 m3, yəni 388,8 manat; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə 3888 m3, yəni 388,8 manat olmaqla, cəmi 1.793,6 manat təşkil edə biləcəyini və ötən dövr ərzində 965 manat ödəniş edildiyini nəzərə alaraq abonentin borcunun 1.413,2 manat məbləğində olduğu qənaətinə gəlmişdir.

45. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, debitor borcu 344,12 manat yox, 584,60 manat təşkil etdiyindən, cavabdehdən debitor borcu üzrə 584,60 manat məbləğində pul tutulmalıdır. Həmçinin cavabdehin qazpaylayıcısına dəymiş zərərin 1.793,6 manat məbləğində olduğu, həmçinin ötən dövr ərzində 965 manat məbləğində ödəniş edilidyi nəzərə alınmaqla zərərin əvəzi olaraq cavabdehdən 77,80 manat deyil, (1.793,6-965) 828,60 manat məbləğində pul tutulmalıdır.

46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir.

48. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-244/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilsin. Cavabdeh sərfiyyat borcu olaraq 584,60 manat, qazpaylayıcısına dəymiş zərərin əvəzi olaraq 828,60 manat məbləğində pul tutularaq İddiaçı bank hesabına (İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 400 manatın 40 manatı Cavabdeh tutularaq İddiaçı bank hesabına (İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar