Məhkəmə qərarları › İş №2(103)-5379/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5379/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5379/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1-ya və Cavabdeh3-yə qarşı “qanunsuz qurğunun sökülməsi, qeyri yaşayış sahəsinin layihə-texniki sənədlərinə uyğun istismar edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi Nümayəndə2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 nömrəli qətnaməsindən İddiaçı1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəsinə baxılması ilə bağlı məhkəmədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də sübutlarını təqdim edə bilməmişdir. Məhkəmədə onun ünvanı və telefon nömrələri olsa da, məhkəmə iclası barədə heç bir məlumat verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadından İddiaçı1 verdiyi şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpa edilməsinə dair xx.xx.2022-ci il tarixdə İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş ərizəyə baxılmasına dair xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə lazımi qaydada məlumat verilməmiş və çəkişmə prinsipi pozularaq tərəfin iştirakı olmadan qərardad qəbul edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-554/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş Bakı şəhər Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar