Məhkəmə qərarları › İş №2(103)-5388/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5388/2022

07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5388/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı “reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, nəqliyyat vasitələrinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan reyestr çıxarışının etibarsız hesab edilərək ləğv olunması, "xxxx"MMC-yə məxsus nəqliyyat vasitələrinin cavabdehlər Cavabdeh2 və X1 qanunsuz istifadəsindən geri alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, iddiaçının vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problem səbəbindən məhkəmə iclasında iştirak edə bilməcəyəcəyini bildirməklə, iş üzrə əhəmiyyət kəsb edən məlumat və sübutları məhkəməyə qədim edə bilməyi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməmələri barədə tərəflər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Silver Trancport Limited” MMC-yə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan reyestr çıxarışının etibarsız hesab edilərək ləğv olunması, "xxxx"MMC-yə məxsus nəqliyyat vasitələrinin cavabdehlər Cavabdeh2 və X1 qanunsuz istifadəsindən geri alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, həmçinin iddianın predmeti, iddiaçının tələbləri göstərilməlidir. Lakin iddiaçının hansı reyestr çıxarışından bəhs etdiyi qeyri müəyyən olmaqla, mübahisələndirdiyi çıxarışı iddia ərizəsinə əlavə etməmiş, həmçinin işə baxılarkən birinci instansiya məhkəməsinə də təqdim etməmişdir. Bundan başqa iddiaçı mübahisələndirdiyi nəqliyyat vasitələri barədə məlumatları, daha dəqiq hansı nəqliyyat vasitələrinin ona təhvil verilməsini qeyd etməyərək, iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını müəyyən etməyərək, qeyri-müəyyən tələb üzrə işə mahiyyəti üzrə baxmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir . Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci iinstansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149, 150, 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı "xxxx" MMC-yə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan reyestr çıxarışının etibarsız hesab edilərək ləğv olunması, "xxxx"MMC-yə məxsus nəqliyyat vasitələrinin cavabdehlər Cavabdeh2 və X1 qanunsuz istifadəsindən geri alınıb ona təhvil verilməsi tələbinə dair iddiası baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar