Məhkəmə qərarları › İş №2(103)-5393/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5393/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5393/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərin müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh İddiaçı ümumilikdə 450.000 ABŞ dolları məbləğində pul aldığını və həmin məbləği qısa müddətdə qaytaracağını qeyd etmişdir. 28 aprel 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh İddiaçı 450.000 ABŞ dolları pulunu ələ keçirməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450.000 ABŞ dollarının manata olan məzənnəsi məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2016-cı ildə ayrıayrı vaxtlarda 450.000 ABŞ dolları borc almışdır. Lakin borc alandan sonra sövdələşdiyi vaxtda pulu qaytarmamış və dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq ona olan borcunu ödəməmiş və qaytarılmasına dair hər hansı təşəbbüs göstərməmişdir. 28 aprel 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da cavabdehin ondan borc aldığı təsdiq olunur. Həmçinin 17 aprel 2018-ci il və 29 aprel 2018-ci il tarixli qəbzlərlə də cavabdeh ona olan borcunu etiraf edib. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia üzrə tələb edilən pul məbləği iddiaçı tərəfindən cavabdehə 2015-ci ilin sonunda 2016-cı ilin əvvələrində verilmiş, lakin bugünədək qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həmin qəbzlər cavabdeh tərəfindən yazılmamış və onun tərəfindən imzalanmamışdır. Cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ümumilikdə 450.000 ABŞ dolları məbləğində pulu borc verdiyini, lakin həmin borc məbləği tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən qaytarılmadığını bildirir və bu məbləğdə borcu cavabdehdən tələb edir. İddiaçı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-2016-cı il tarixlərdə Cavabdeh adlı tanışının ona məxsus torpaq sahəsini sənədləşdirmək adı ilə aldadıb etibarından sui-istifadə edərək, ondan 450.000 ABŞ dolları pulun alaraq ələ keçirməsini bildirmiş, lakin sonradan yenidən ərizə ilə müraciət edərək, həmin məbləğdə pulun Cavabdeh borc verdiyini bildirmiş və araşdırmanın nəticələri üzrə 28 aprel 2018-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh İddiaçı 450.000 ABŞ dolları pulunu ələ keçirməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh tərəfindən imzalanmış və iş materallarına əlavə edilmiş yazılı qəbzlərdə cavabdeh 450.000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş, həmin pulu ödəyəcəyi barədə vəd vermişdir. Cavabdeh iddianı qəbul etmir, qəbzlərin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirir və iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını qeyd edir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bununla bağlı məhkəmə vurğulayır ki, iddiaçı cavabdehə 2015-ci ilin sonunda 2016-cı ilin əvvəllərində ümumilikdə 450.000 ABŞ dolları məbləğində pulu borc verdiyini, bu halı rəsmiləşdirilmədiyini, lakin sonradan cavabdehin bu halı onun tərəfindən imzalanmış qəbzlərlə təsdiq və etiraf etdiyini bildirir. Həmin qəbzləri də məhkəməyə təqdim edir. Cavabdeh tərəf ilk öncə borcun qalmadığını söyləmiş, sonra isə borcun olmadığını və qəbzlərin cavabdeh tərəfindən yazılmadığını və imzalanmadığını qeyd etmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab etməmiş və mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə hər hansı zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh iradə ifadələrini bildirərək öz aralarında şifahi borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ümumilikdə 450.00 ABŞ dolları məbləğində pulu borc vermişdir. Lakin iddiaçı sonradan həmin pulun qaytarılmasını tələb etsə də, cavabdeh bu məbləği ödəməmiş və nəticədə onların arasında borcun etirafı müqaviləsi bağlanmışdır (Belə ki, iddiaçının xx.xx.2018-ci il tarixdə hüquq-mühafizə orqanlarına müraciət etməsi, məhz onun borcun qaytarılması barədə tələbinin nəticəsinin olmaması ilə bağlı olmuşdur. Həmin ərəfədə, yəni 17 aprel və 29 aprel 2019-cu il tarixlərdə yazılmış qəbzlərdə də cavabdeh borcunu etiraf etmişdir). Həmin müqaviləyə əsasən cavabdeh qeyd edilən məbləğdə borcu qısa bir müddətdə qaytarılacağı barədə öhdəlik götürülmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü bu öhdəliyi də vaxtında icra etməmiş, həmin hadisədən 1 ildən artıq müddət keçməsinə baxmayaraq (hər bir halda, “qısa bir müddət” ifadəsi bir ildən az müddət kəsiniyi özündə ehtiva edir) iddiaçıya olan borcunu ödəməmiş, nəticədə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 450.000 ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 390.1, 427.2, 427.4, 442, 443.1, 448.1, 448.2, 739.1, 740, 882.1, 882.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı ona, yəni Cavabdeh, qarşı “pulun tutulması tələbinə dair” iddiasının təmin edilməsi, Cavabdeh 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi birtərəfli, yarımçıq və əsassızdır, işə baxan birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmış, onu məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir, işi tam, hərtərəfli və obyektiv aydınlaşdırmamışdır, işdə olan sübutları düzgün qiymətləndirməmişdir, iş üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırmamışdır. Sonda onun hüquq və vəifələrinə dair məsələyə onun iştirakı olmadan baxıb onun ziyanına düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilə arasında 20 dekabr 2019-cu il tarixdə barışıq sazişi bağlanmışdır, həmin barışıq sazişinə əsasən o, 450.000 ABŞ dolları məbləğində puldan 200.000 ABŞ dollarının əvəzinə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin 1/3 hissəsini mülkiyyətinə verib və İddiaçılə razılığa gəlmiş, hal-hazırda aralarında cəmi 100.000 ABŞ dolları məbləğində pul qalmışdır. Ona görə də hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilməli və iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə yeni ədalətli qətnamə qəbul edilməlidir. Belə ki, işə baxan Binəqədi Rayon Məhkəməsi işdə borc müqaviləsinin olmamasını düzgün aydınlaşdırmamış, işdə olan cinayət işinin rədd olunması haqqında materiallarda onun, yəni Cavabdeh İddiaçı, 450.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməyi öz təsdiqini tapmamasına baxmayaraq, eləcə də aralarında olan razılaşmaya görə hazırda cəmi 100.000 ABŞ dollarında məbləğində pul qalması kimi iş üçün mühüm əhəmiyyəti olan bu faktiki hal məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilsə də, onun İddiaçı 450.000 ABŞ doları məbləğində borcunun olması barədə hər hansı müqavilə və yaxud digər rəsmi sənəd məhkəməyə təqdim edilməmiş, onun İddiaçı 450.000 ABŞ dolları məbləğində borcunun olması sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsində onun İddiaçı 450.000 ABŞ doları məbləğində borcunun olması barədə nəticəyə gəlinsə də, lakin 450.000 ABŞ dolları məbləğində borcun mövcudluğu barədə məhkəmənin mövqeyi işin hallarına uyğun gəlmir, sübuta yetirilmir, çünki İddiaçı özü də etiraf edir ki, hazırda aralarında olan məbləğ cəmi 100.000 ABŞ dolları təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, İddiaçı 2008-ci ildən tanıyır. Dövlət işində işlədiyinə görə ona pul lazım olurdu. Bankda işləyən dostları vasitəsilə kimlərdənsə pul götürüb, qeyri-rəsmi qaydada bank vasitəsilə ona verilirdi. Devalvasiyadan sonra onun heç bir borcu qalmamışdır. Ona faizə pul verən kəndçiləri onun evinə hücumlar edib təhqiredici ifadələr işlədirdilər. Şahin ona, Akifə faizə pul verdiyinə görə köməklik etməsini xahiş etmiş, ondan güya vaxtı ilə onlara 450.000 pul verməsi barədə kağız almışdır. Lakin onlar arasında heç bir borc yox idi. Onların ailəvi gediş-gəlişləri dostluqları var idi. Onun həmin dövrdə başqa məsələlərə görə Nərimanov Rayon Məhkəməsində işinə baxılmış, dövlət işindən çıxarılmışdır. Bundan sonra ona yazdığı kağızla Şahinin Binəqədi Rayon Polis İdarəsinə 2018-ci ildə barəmdə cinayət işinin başlanmasına görə ərizə verməsi məlum olmuşdur. Binəqədi Rayon Polis İdarəsi cinayət işinin başlanması barədə ərizəni rədd etmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsi onun iştirakı olmadan qərar qəbul etmişdir. Onun vəkili bəlkə də məhkəmədə iştirak etməyib. İddiaçının imkanları yaxşıdır, istənilən yerdən qərar ala bilirlər. Hətta müddəti bərpa etmək üçün o, zülümlər çəkmişdir. Ondan 450.000 qeyri-qanuni tələb olunur. O, 2019-cu ildə Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verəndə Şahin ona “biz dostuq, onsuz mənim də o adamlara verəcəyim var, gəl köməkləşək” demişdir. O, Şahin nə etmək lazım olmasını soruşanda, Şahin ona yeri 100.000-ə götürməsini demiş, o da, məhkəmələrdə adının ləkələnməməsi, 35 il dövlət qulluğunda işləməsini nəzərə alıb Şahinlə razılaşmış, qalan 100.000 manatı da ona hissə-hissə verəcəyini demişdir. Onun əlində başqa əmlak qalmayıb, adında cəmi iki əmlak qalıb, biri Şamaxıdadır, biri də Yasamal rayonundadır. Lakin bu əmlaklar da ona aid deyil. Yasamal rayonundakı əmlak ilə bağlı məhkəmədə mübahisə gedir, Şamaxıdakını isə şəriki etibarnamə ilə 2012-ci ildə 10.000 manata satıb. O, hara gedirsə deyirlər ki, 450.000-i ödəməlisən. Eybi yoxdur 100.000 manatı iddiaçıya ödəyəcək, lakin qətnamədə dəyişiklik olmalıdır, hara gedirəsə deyilir 450.000-dən ödəyəcəkdir. Onun adına əmlak olsa da, ona məxsus deyil. Ona deyirlər ki, 10.000 də, 50.000 də ödəsən, həmin 450.000-dən çıxılacaqdır. Ona görə də qətnaməyə qismən dəyişiklik olunmasını xahiş edir. Bundan sonra o, 100.000 ödəməyə başlayacaqdır. İddiaçı ilə aralarında barışıq sazişi ona görə bağlandı ki, Şahin ona qətnamədən apellyasiya şikayəti verməməsini, obyekt götürürüb pulun qalanını sonra verməyi, onun vəziyyətini başa düşdüyünü demişdir. Onlar pulun 250.000-lik hissəsini 100.000 manat, digər hissəsini də 100.000 manat hesablamışlar. Həmin hissələrdən birini də Şahin əlyazma qəbzi ilə obyektlə əvəzləyib götürmüşdür. Həmin vaxt o, həbsdə olmuşdur. Həbs olunmasının səbəbi Nərimanov rayonunda olan 300.000 pul məsələsi olmuşdur. O, iki dəfə pulu ödəsə, 4 obyektini versə də, nəzərə alınmamış, üçüncü dəfə pulu vermişdir. Barışıq sazişini 20 dekabr 2019-cu ildə onlar öz aralarında bağlamışlar. Notariusa da getməmişlər. O, bu məsələni heç məhkəməyə çıxarmaq istəməmiş, Şahinə ərizə yazıb, 450.000 ləğv edilməsini, 100.000 manata görə onunla borc müqaviləsi verməsini təklif etmişdir. O, hazırda işləmir, 100.000 manatı da pulu olduqca ödəyəcəkdir. Məhkluğu götürüldükdən sonra dövlət işimə qayıdacaqdır. Bundan başqa əmlak işləri də olur. O, 1993-cü ildən 2017-ci ilə qədər Binqədi Rayon İcra Hakimiyyətində özəlləşmə şöbəsində, Mənzil Kommunal İstismar sahəsində müdir vəzifəsində, “Azəravtoyol” Xüsusi Təyinatlı Yol İstismar idarəsində, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən idarələrində işləmişdir. Barışıq sazişi, apellyasiya şikayətindən imtina barədə ərizə onun tərəfindən imzalanmışdır. Notariusda da Şahinlə birlikdə iştirak etmişdir. Deyilən obyektləri, yəni onun 4 obyektini Nərimanov rayonunda 330.000 borcun qarşılığında vermişdir. Şahin qeyri-rəsmi olaraq onun vəkilinin yanında bu kağızı yazıb ona imzalatdı ki, 450.000 borcun qarşılığında 100.000 manat obyektə görə ver, 100.000 manat da sonradan verərsən. Lazım gəlsə, vəkili ilə müqavilə bağlayar, o da məhkəmə iclasda gələr bunu təsdiq edər. Barışıq müqaviləsi bağlananda bu vəkil orada olmayıb. Onalar Şahinlə 200.000 manata razılaşmış, 100.000 manatı obyektə görə, 100.000 manatı da olduqca verməklə razılaşmışlar. Apellyasiya şikayətini geri götürməsinin səbəbi Şahinin vəziyyətinin ağır olması olub. Çünki o pulu əslində verilməməli idi. Nərimanov rayonunda borc məsələsinə görə həmin obyektlərin qarşılığında verdiyindən şikayətçiləri Bəşirov Mamed və Ağayev Əlövsər əmlkaları özgəninkiləşdirmişlər. Həmin vaxt o, içəridə olmuş, çıxdıqdan sonra Binəqədi Rayon Məhkəməsində ərizəsi təmin olunmadı. O, zərəri iki dəfə ödəmiş, lakin onlar ona məxsus obyektləri özgəninkiləşdirmişlər. Barışıq sazişi onun, Şahinin, Azərin və bank işçisinin iştirakı ilə bağlanıb. Həmin vaxt onun adına 37 əmlak olmuş, hamısı bir-bir borc əvəzinə əlindən çıxmışdır. O, Bakı Şəhər İcra Hakimiyyətində işləyəndə faizə pul götürmüşdür. Həmin pulu götürən kimi onu işdən çıxarmışlar. O, obyekt hesabına 100.000 manatı iddiaçıya ödəmiş, indi də qalan 100.000 manatı ödəmək istəyir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edib izahatında göstərmişdir ki, cavabdehin izahatı qeyri səmimidir. Həmçinin qeyri-qanuni yollarla qətnamələr alınıb kimi xoşagəlməz ifadələr də işlədir. O, iddiaçının vəkili olaraq birinci instansiya məhkəməsində iştirak etmişdir. Birinci instansiya məhkməsində eyni zamanda cavabdehin vəkili Azər müəllim də iştirak etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəkilinin etibarnaməsi də olub, hətta bir neçə iclasda cavabdeh də gəlib vəkili birlikdə iştirak etmişdir. Bütün sübutlar tədqiq olunaraq qətnamə çıxarılıb. Qətnamə çıxandan sonra 450.000 ABŞ dolları ilə bağlı apellyasiya şikayəti verilib, bu gün cavabdeh deyir ki, onun xəbəri olmayıb. Apellyasiya şikayətində cavabdeh yazır ki, qətnaməni 2024-cü ilin iyun ayında götürüb, halbuki 2019-cu ildə cavabdeh qətnamədən apellyasiya şikayəti verib özü imzalayıb və təqdim edib, daha sonra cavabdeh özü öz əli ilə apellyasiya şikayətindən imtina barədə məhkəməyə ərizə yazıb. Barışıq sazişində şərtlər də açıq-aydın görünür ki, bütün sənədlərdə borc məbləği 450.000 ABŞ dolları qeydə alınıb. İddiaçı hal-hazırda onkoloji xəstəlikdən müalicə alır, o dövrdə bu xəstəlikdən yeni müalicə almağa başlamışdı, həmin vaxtı İddiaçı müalicə üçün pul lazım olduğuna görə inanaraq belə bir barışıq sazişi bağlayıb, cavabdehə güzəşt edib ki, pulu cavabdeh ödəsin. Barışıq sazişinə görə cavabdeh 250.000 ABŞ dolları pulu 1 il ərzində ödəməyi öhdəsinə götürüb. Onlar apellyasiya aşikayətinin dəlilləri ilə razı deyillər. Əgər barışıq sazişi sayılmırsa onlar əvvəlki qaydada 450.000 ABŞ dollar borcu tələb edirlər. Barışıq razılaşmasında 27 E nömrəli əmlak iddiaçı tərəfindən götürülmüş, halhazırda həmin əmlak onların mülkiyyətində deyil, həmin əmlakın 1/3 hissəsi 100.000 manata satılmış, qalan 250.000 ABŞ dolları ödənilməli idi. Lakin 250.000 ABŞ dollarından heç nə ödənilməyib. İddiaçı ilə cavabdeh arasında borcun 100.000 manat qalmasına dair heç bir razılaşma olmayıb.İşə birinci instansiya məhkəməsində baxılan zaman müvəqqəti təminat tədbiri ilə bağlı ərizə verildi, cavabdehin adına 5 əmlak çıxmışdı. Onalar həmin əmlaklar üzərinə həbs qoyulması barədə ərizə vermiş, onlardan ikisinin üzərinə həbs qoyulmuş, üçünün üzərinə qoyulmamışdır. Apellyasiya məhkəməsi yerdə qalan əmlaklar üzərinə də həbs qoymuşdur. Lakin ərizəyə baxılan ərəfədə cavabdeh həbs qoyulmayan əmlakı Təzəgülə satmışdır. Daha sonra Goradil qəsəbəsində olan əmlak da satılmışdır. Bu gün cavabdehin iki əmlakı qalıb, Şamaxı rayonunda 2 sot torpaq sahəsi və Yasamal rayonunda 66 kvadratmetr sahədən ibarət zirzəmi. Süni şəkildə mübahisə yaradılıb ki, guya cavabdehə ora girməyə icazə verilmir. Cavabdeh bu əmlakları da icra mərhələsindən yayındırmaq istəyir. Cavabdeh 1992-ci ildən dövlət orqanlarında işləmişdir, belə vəzifələrdə işləyən adam imzaladığı sənədin nə olduğunu bilməlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Maraqlı şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; .... 6.1.5. müqavilələr azadlığı; .... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdiyindən, qətnamənin əsaslığı cavabdeh tərəfindən faktiki olaraq mübahisləndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işdə olan sənədlərdən müəyyən olunur ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsindən ilk dəfə xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, xx.xx.2019-cu il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçı ilə barışıq sazişi bağlamasını, bu səbəbdən də apellyasiya şikayətindən imtina etməsini, qətnamənin icraya yönəldilməməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qərardadına əsasən, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 2118/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Mülki işdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə üzrə borcun ödənilməsi üzrə razılığa gəlmişlər. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 2.2.-ci bəndinə əsasən, Cavabdeh öhdəsinə götürür ki, tərəflər arasında əldə edilmiş barışıq razılaşmasının şərti kimi 450.000 ABŞ dolları borcundan 200.000 ABŞ dollar borcunun əvəzi olaraq Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(103)-6092/2019 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinin 1/3 hissəsini İddiaçı mülkiyyətinə verəcək, qalan 250.000 ABŞ dolları borcun isə barışıq sazişi bağlandıqdan sonra bir il ərzində yəni 20 dekabr 2020-ci ilədək hissə-hissə tam ödəyəcək. Sazişin 2.3cü bəndinə əsasən İddiaçı öhdəsinə götürür ki, Cavabdeh ona məxsus ünvan 1 ünvandakı qeyri-yaşayış binasının 1/3 hissəsini İddiaçı mülkiyyətinə verməyi rəsmiləşdirdikdən sonra 450.000 (dörd yüz əlli min) ABŞ dolları borcdan 200.000 (iki yüz min) ABŞ dolları borcu ödənilmiş hesab edir və qalan 250.000 (iki yüz əlli min) ABŞ dolları borcu isə 1 (bir) il ərzində 20 dekabr 2020-ci ilədək hissə-hissə ödəyib qurtarana qədər xx.xx.2019-cu il tarixli, 2(001)-2118/2019 saylı qətnamənin icrası qaydasında tələb etməyəcək. Mülki işdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinin şərtlərinə uyğun olaraq xüsusi mülkiyyətində olan ünvan 2 ünvanındakı qeyri yaşayışsahəsinin 1/3 hissəsini İddiaçı mülkiyyətinə vermişdir. Mülki işdə olan xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı - tələbkar İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin barışıq şərtlərinə əməl etmədiyini bildirərək xx.xx.2019-cü il tarixli qətnamənin icraya yönəldilməsini xahiş etmiş, məhkəmə iddiaçının xahişinə əsasən xx.xx.2020-ci il tarixində qətnaməni icraya yönəltmişdir. Cavbdehin apellyasiya şikayətinin dəlillərinə görə hazırda onun iddiaçıya qalan borcunun məbləği 100.000 ABŞ dolları təşkil etdiyindən, bunu iddiaçının özü də etiraf etdiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 2118/2019 saylı qətnaməsi dəyişdirilərək iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə cavabdeh ödənilməmiş qalan borc məbləğinin 100.000 manat olmasını bildirib, bu vəsaiti hissə-hissə ödəməyə razı olduğunu göstərmişdir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib qeyd edir ki, cavabdeh iddiaçıya borcunun olmamasını bildirsə də, mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdeh tərəfindən imzalanmış yazılı qəbzlərdə cavabdeh iddiaçıya 450.000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş, həmin pulu ödəyəcəyi barədə vəd vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsi qəbul edildikdən sonra isə cavabdeh xx.xx.2019-cu il tarixdə həmin qətnamədən apellyasiya şikayəti versə də, daha sonra şikayətindən imtina etmiş, iddiaçı ilə barışıq sazişi bağlayaraq qətnamənin bir hissəsini icra etmiş, yəni 200.000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzində iddiaçıya əmlak vermişdir. Göründüyü kimi qətnamə qəbul edildikdən sonra da cavabdeh iddiaçıya borclu olmasını, borcun məbləğinin 450.000 ABŞ dolları olmasını etiraf etməkdə davam etmiş, hətta aldığı borcun bir hissəsini ödəmişdir. Hazırda cavabdeh qalıq borcunun 100.000 manat olmasını, iddiaçının da bu faktı etiraf etməsini, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddia ərizəsinin qismən təmin edilib ondan tutulmalı olan borcun 100.000 manat müəyyən edilməsini bildirsə də, kollegiya bu dəlillərin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, cavabdehin iddiaçıya borcu 450.000 ABŞ dolları olmuş, sonuncu verdiyi qəbzlərlə, bağladığı barışıq sazişi ilə bu faktı dəfələrlə etiraf etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra isə qətnamə ilə müəyyən edilən borc məbləğinin bir hissəsini iddiaçıya əmlak verməklə icra etmişdir. Bundan başqa iddiaçı hal-hazırda qalıq borc məbləğinin 100.000 manat olması ilə razılaşmır. Daha sonra cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakının təmin edilmədiyini bildirsə də, araşdırma zamanı bu dəlilin də əsassız olması öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehi nümayəndəsi və vəkili A.Quliyev təmsil etmişdir. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2118/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar