Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-540/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1285/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1635,40 manat ödənilmiş sığorta məbləğinin, 30 manat dövlət rüsumunun və 1 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 219-cu il tarixli 2 (004)-1285/2019 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 1635,40 (min altı yüz otuz beş manat qırx qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti haqqı iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Yasamal Rayon məhkəməsinin 2(004)-1285/2019 saylı saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsini qismən ləğv edərək iş üzrə ekspert rəyinə əsasən dəymiş ziyan məbləğinin ondan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarına görə idarə etdiyi **-DR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyi halda yol təhlükəsizlik səddinə zərər vurmağı müəyyən edilmişdir. Dəymiş ziyan məbləği yalnız «1 nömrəli X8 İstismarı» MMC-nin tərəfidən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktı ilə müəyyən edilmiş. Lakin faktiki olaraq zədələdiyi yol təhlükəsizlik səddinin real məbləğinin ziyan formasında hesablanması və həmin ziyanın qiəymətləndirilməsi və ya karkulasiyası hakim tərəfindən müəyyən edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin apellyator Cavabdeh1 münasibətdə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş zərərin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “Mercedes Benz E190” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixli, 545239 saylı sığorta müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “xxxxxxxxxxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. “1 nömrəli X8 İstismarı” MMC-nin “xxxxxxxxxxxx” ASC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli, 01/222 saylı məktubun və əlavə olunmuş arayışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Xəzər rayonu ərazisində, Buzovna qəsəbəsi - Mərdəkan körpüsü istiqamətində, avtomobil yolunun 11-ci kilometrində, Cavabdeh1 idarə etdiyi “Mersedes” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı, dövlət vəsaiti hesabına inşa edilmiş həmin yolun kənarındakı təhlükəsizlik səddinin 16 p.m. hissəsi, 2,5 p/m dəmir başlıq yararsız vəziyyətə düşərək yol təsərrüfatına 1635,40 manat ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli sığorta aktından və xx.xx.2017-ci il tarixli ödənş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “1 nömrəli X8 İstismarı” MMC-nin hesabına 1635,40 manat sığorta ödəniş həyata keçirilmişdir. Cavabdeh1 avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının əsaslarından biri kimi təsbit olunmuşdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Cavabdeh1 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə istismar etdiyinə görə iddiaçı “xxxxxxxxxxxx" ASC qeyd edilən icbari sığorta ödənişi məbləğini ondan tələb etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin 185/E, xx xxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi-Mərdəkan körpüsünün istiqamətində 11-ci kilometrin yolun kənarında inşa edilmiş təhlükəsizlik səddinin təmirinə çəkilən xərcin dəyəri 1605 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda Cavabdeh1 1605 manat məbləğində pul vəsaiti tutularaq, “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin keçirdiyi ekspertiza tədqiqatının dəyəri isə 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekpertiza tədqiqatının dəyəri Cavabdeh1 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına 300 manat ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1285/2019 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdeh X1 iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 1605 manat müəyyən edilməlidir. Ekpertiza tədqiqatının dəyəri cavabdeh X1 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına 300 manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1285/2019 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh X1 iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 1605 manat müəyyən edilsin. Ekpertiza tədqiqatının dəyəri cavabdeh X1 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına 300 manat ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-540/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-540/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver