Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5400/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X32 və X20 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqaviləsinin etibarsız sayılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müaviləsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə” dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-5128/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və 3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 ünvanında yerləşən, sahəsi 0,10857 ha olan torpaq sahəsinin 0,0253 ha hissəsinin (hazırda 9A saylı ünvan) cavabdehlərdən Cavabdeh bağışlanması barədə 4 saylı Asan Xidmət Mərkəzində təsdiq edilmiş 4Ə-100 reyestr saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən dövlət reyesterində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin razılığı olmadan sonuncu tərəfindən bağlanılmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız sayılması və ev 9 ünvanı üçün çıxarış almaq məqsədi ilə çəkdiyi xərclərin müəyyən hissəsi – 2000 manatın cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 ünvanında yerləşən 0,10857 ha torpaq sahəsi üzərindəki tikililərlə birlikdə atası X10 məxsus olmuş, atasının vəfatından sonra isə ərazi yeganə vərəsə olaraq onun istifadəsində qalmışdır. Cavabdeh da əmisi gəlini olaraq (əmisi oğlu X1 arvadı) ailəsi ilə birlikdə yaşayır, eləcə də digər əmisi oğulları X13, X14 və vəfat etmiş X4 ailəsi də ailə üzvləri ilə birlikdə həmin ərazidə yaşayırlar. Cavabdeh onun yaşlı olmağından, qohumluq əlaqəsində olmağından sui-istifadə edərək ərazini onun adına özəlləşdirəcəyi adı altında adından etibarnamə alaraq ərazini özəlləşdirmiş və həmin etibarnamə əsasında da özlərinin yaşadıqları tikili hissəni qonşu ilə arasında olan dəhliz də daxil olmaqla özünün adına keçirmiş və buna dair (mülkiyyət hüququna dair) ******* saylı xx xxxx 2018-ci il tarixli sənəd almışdır. Mülkiyyətinə keçirdiyi əraziyə yeni - 9B ünvan nömrəsi almışdır (hazırda həmin ünvan ev 27 sayılır). Hesab edir ki, cavabdeh onun inamından istifadə edərək onun əmlakını iradə və istəyinə zidd öz adına keçirmişdir. Nəticədə onun əmlak hüquqları pozulmuş, eləcə də əmlakına olan giriş məhdudlaşdırılmışdır. Belə ki, qonşu ilə ara olan dəhlizi cavabdeh öz adına özəlləşdirməklə onun həyətinə birbaşa girişi həmin hissədə mümkünsüz etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, onun həyətə bir giriş-çıxışı var, həmin giriş-çıxış isə İddiaçı giriş-çıxışından çox uzaq məsafədə yerləşir. İddiaçı küçəyə iki giriş qapısı var, hər ikisi də avtomobil yoluna birbaşa çıxır. Sözügedən girişdən hətta tam əks tərəfdə yerləşir. İddiaçı ilə onun həyətinə girişin arasında 3 ailənin evləri və küçədən girişləri mövcuddur. Bu yaxınlarda eyni ünvanlarla bağlı təqribən eyni mövzu üzrə məhkəmə prosesi ərinin əmisi oğlu Nizami Səlimov ilə olmuşdur. Müstəqilliyin 20 illiyi adına 9 №-li ünvan (əvvəllər Kalinin küçəsi ev 9) 1940-cı illərdən 2 qardaşın ailəsinin istifadəsində olmudur (X16 (Vaqifin atası) və X3 (qaynatası)). Yaşayış sahələri və ailə büdcələri ayrı olmuş, həyətin texniki pasportu isə 1963-cü ildən X5 adında olmuşdur. Həyətin başqa sənədi mövcud deyildir. 2003-cü ildə İddiaçı həyətə sənəd çıxartmaq üçün ona müraciət etmiş, lakin düzəlməmişdir. 2015-ci ildə Prezidentin qərarından sonra texniki pasport atasının adında olduğu üçün ona 10 illik etibarnamə vermiş, xərc və rüsumları isə bankdan götürdüyü kreditlə ödəyəndən sonra ona qaytacağına söz vermişdir. Həm valideynlərinin, həm də özünün ilkin sənədlərinin surətlərini ona vermişdir. Artıq həyətdə 7 ailə yaşayırdı. Hər biri öz hissəsini, həmçinin onun ailəsi də öz hissəsini daş hasarla ayırdığı üçün hərə öz sahəsini tanıyırdı. Dövlət Əmlak Komitəsindəki inspektorlar ilə vaxtaşırı məsləhətləşərək Vaqifin adına çıxarış çıxartmaqdan öncə hələ 5 çıxarış çıxarmalı idi, rüsumları ödəmək şərti ilə həmçinin beşincidən sonra məhkəməyə qohumluluğu təsdiq etmək üçün müraciət etmişdir. Qonşular notarial qaydada bu faktı təsdiq etmişlər. Beş ailənin yaşayış sahəsinin çıxarışı İddiaçı adında 9 №-li ünvanda qalmışdır. Bir hissə isə, yəni onun sahəsi 4 saylı ASAN Xidmətdə bağışlama müqaviləsinə əsasən onun adında qeyd edilərək DƏDRX tərəfindən onun adına qeydiyyata götürülmüş və 9A ünvanı verilmişdir. 4 il öncə İddiaçı adına hələ çıxarış yox idi, heç kimlə məsləhətləşmədən artıq gəlir əldə etmək məqsədi ilə evinin yanındakı torpağı qanunsuz satmış həmin ailə isə çıxarışları olmadan ünvan əldə etmişlər. Bu ünvan onun ünvanı ilə üst-üstə düşdüyündən qeydiyyatları onun sahəsinə düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və başqa qurumlara müraciət etməklə DƏDRX-dən yeni ünvan almışdır - Müstəqillyin 20 illiyi adına küçə, ev 9B. Çıxarış alarkən, həm də bağışlama müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Kömək məqsədi ilə Vaqifə də çıxarış almışdır. Rüsumları, xərcləri ailə büdcəsi hesabına həyata keçirmişdir. Artıq 3 aydır ünsiyyətləri yoxdur. Bu yaxınlarda iki ailə ilə ondan xəbərsiz alqı-satqı müqaviləsi bağlamışdır. Qeydiyyatda olan insanların, həmçinin onun ailəsinin razılığı alınmamışdır. Bu müqavilə boş torpaq kimi qeydiyyata alınmış, lakin artıq çoxdandır orada evlər tikilmişdir. Hətta onun giriş-çıxışının sərhədindəki torpaq artıq başqasının mülkiyyətindədir. İddiaçı bu faktı aldadaraq gizlətmişdir. Onun qeydiyyatı həmin ünvandadır və həmin ünvanın həm evindən, həm də torpaq sahəsindən istifadə hüququ var. İddiaçı həmin torpaq sahəsini satmağına baxmayaraq həmin torpaq sahəsindən istifadə hüququ mövcuddur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 5128/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qeyri-obyektiv və qərəzlidir, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia müddəti yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilə bildiyi halda, məhkəmə cavabdehin belə ərizəsi olmadan iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, etiraz ərizəsini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qismən – ilkin iddianın rədd edilməsinə aid hissədə yoxlanılması təşkil edir, çünki qətnamə qarşılıqlı iddiaya aid hissədə mübahisələndirilməmiş, İddiaçı isə qətnaməni yalnız ilkin iddiaya aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (ilkin iddia tələbinin rədd edilməsi) hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********3 saylı məktubundan görünür ki, xüsusi mülkiyyətdə olan 0.10857 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə ilkin olaraq X6 adına qeydiyyatdan keçmiş, xx xxxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsəsən sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.0253 ha torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində təsdiq edilən 4Ə-100 reyestr nömrəli xx xxxxxx 2018-ci il tarixli bağışlanma müqaviləsi və bölgü sxeminə əsasən Cavabdeh mülkiyyətinə xx.xx.2018-ci il tarixdə verilmişdir (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 A saylı sahə). 0,0253 ha torpaq sahəsi üzərində sonradan fərdi yaşayış evi inşa edilmişdir və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi yeni poçt ünvanı alaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqəlliyin 20 illiyi küçəsi, ev 9 A kimi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bəhs edilən fərdi yaşayış evinin ünvan göstəriciləri ilə bağlı dövlət reyestrində cari dəyişikliklər edilmiş və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi ev 9B (yeni qaydalalarla; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 27) kimi Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazıda mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,08332 ha torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilən 4Ə-100 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 saylı fərdi yaşayış evinin aid olduğu torpaq sahəsindən 0,012 ha olan hissəsi 18 saylı DNK-nın 4Ə-233 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına xx.xx.2019-cu il tarixdə (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 C saylı sahə) qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 0,02563 ha olan hissə isə 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə-234 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X12 adına (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 E saylı sahə) qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsindənqalan hissə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 27 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. xx.xx.2015-ci il tarixdə İddiaçı Cavabdeh 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamədə səlahiyyətlərin üçüncü şəxsə verilə bilməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə səlahiyyətləri ötürmüş Cavabdeh X19 iki ay müddətinə etibarnamə vermişdir. xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 9 saylı fərdi yaşayış evinə məxsus sahəsi 0.10857 ha torpaq sahəsinin 0.0253 ha hissəsi Cavabdeh bağışlanmışdır. Həmin müqavilə təmsilçi qismində İddiaçı əvəzindən X22 ilə Cavabdeh ilə arasında bağlanmışdır. İddiaçı ilkin iddia tələbində həmin müqavilənin etibarsız sayılmasını və qeydiyyatın ləğv edilməsini xahiş edir. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının əsaslandığı hal (müqavilənin aldatma yolu ilə bağlanılması) sübut olunmur, təmsilçi təmsil edilən adından şəxsən özü barəsinə əqd bağlamamışdır. Həmçinin iddiaçı müqaviləni bir il ərzində mübahisələndirməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə ilkin iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, Mülki Məcəllənin 359.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən normativ forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şətləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, MM-nin 359.3-cü maddənin tələbinə əsasən təmsilçi təmsil edilən adından özü barəsində əqdlər bağlaya bilməz, bu normanın məqsədi təmsil olunanı qorumaqdır. Hazırki iş üzrə isə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli etibarnamə əsasında təmsilçi Cavabdeh xx.xx.2018-c il tarixdə Firuzə Tairovaya səlahiyyətləri ötürməklə iki ay müddətinə etibarnamə vermiş, xx.xx.2018-ci il tarixdə isə X2 Vaqif Səlim oğlunun əvəzindən Cavabdeh ilə bağışlanma müqaviləsi bağlamış, bununla da Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri pozulmaqla Cavabdeh təmsil edilən adından özü barəsində əqd bağlamış olmuşdur. Lakin, iddiaçı tərəfindən etibarsız əqdlər üzrə 1 illik kəsici müddət ötürülmüşdür. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində etibarsız (mübahisə edilən və əhəmiyyətsiz) əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-3677/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X23 cavabdeh X8 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 3-cü şəxs İddiaçı məhkəmədə iştirak edərək izahat vermiş, həmin izahatında Sevdanın adına sənəd olmasını bildirmişdir. Bundan başqa, bağışlama müqaviləsindən sonra adında qalmış 0,08332 ha torpaq sahəsindən 0,012 ha olan hissəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X11, 0,02563 ha hissəsini isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Muxtarov X9. Yəni, İddiaçı ilkin qeydiyyat əsasında adına qeydə alınmış 0.10857 ha torpaq sahəsinin 0.0253 ha hissəsinin bağışlama müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilşməsindən məlumatlı olmuşdur. Kollegiya xüsusi olaraq qeyd edir ki, işin mübahisə edilməyən hallarından da göründüyü kimi, mübahisələndirilən bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş 0.0253 ha torpaq sahəsi əslində onun ailəsinə məxsus olan yaşayış evinin həyətyanı sahəsi olmuşdur. Həmin yerdə iddiaçının digər qohumlarının da evləri (torpaq sahələri) olmuş və bütün ərazinin (0.10857 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş evlərin) ilkin olaraq vərəsə kimi iddiaçının adına rəsmiləşdirilməsində məqsəd sonradan bu və ya digər formada həmin evlərin torpaq sahələri ilə birgə faktiki sahiblərinin adına rəsmiləşdirməkdən ibarət olmuşdur ki, cavabdeh də bu razılığa əsasən hərəkət etmişdir. Kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçının bağışlama müqaviləsindən vaxtında məlumatı olmuş, lakin, nəticə onu qane etdiyindən, həmin əqdi vaxtında mübahisələndirməmişdir. Odur ki, Kollegiya hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi, mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməməsi ilə bağlı Kollegiya yuxarıda mövqeyini bildirmişdir. İddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5128/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – mübahisələndirilən, ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqlaİddiaçı cavabdeh X23 və 3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5400/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5400/2020
20.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver