Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5414/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-541/2021 saylı işi üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-541/2021 saylı işi üzrə 15. 02.2021-ci il tarixli qətnaməsi 25.02.2021-ci il tarixində tərəflərə göndərilmiş (iş səh 172), İddiaçı 12.04.2021-ci il tarixində (iş səh 176-177), Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 14.04.2021-ci il tarixində (iş səh 180-191) apellyasiya şikayəti vermişlər, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən: apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məcəllənin 363.1.1-ci maddəsinə əsasən: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsi şikayətin məzmununa səlahiyyət həddində müvafiq qiymət vermədiyindən şikayət yolverilməz hesab edilməli və səlahiyyətləri həddində qiymət verilməsi üçün iş müvafiq məhkəməyə göndərilməlidır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsində işə (apellyasiya qaydasında) baxılmanın hədləri və prosessual əsasların mövcudluğu müstəvisində bir apellyasiya şikayətinin mümkünlüyünə və məzmun tələblərinə qiymət verilməsi üzrə prosedur dövriyyə müddətində digər apellyasiya şikayətinin baxılması gözləntiyə məruz qalmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 69-74, 128-133, 135.3, 135.5, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-541/2021 nömrəli mülki işi üzrə 15.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin məzmun tələblərinə qiymət verilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5414/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5414/2021
06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver