Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5419/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Rasimə Hüseynova və Ceyhun Aslanovun iştirakı ilə, İddiaçı Oktay oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 950 manat tələb olunub. Tələb onunla əsaslandırılıb ki, iddiaçı Kürdəmir rayonu, Sığırlı kənində yaşayır. xx.xx.2017-ci il tarixdə ümumi dəyəri 950 manat olan 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 dəst krosna dəsti almışdır. Təqribən 2020-ci ilin yay aylarında elektrik enerjisində baş vermiş yüksək gərginlik nəticəsində həmin avadanlıqlar sıradan çıxmışdır. Eyni zamanda bir neçə vətəndaşın da evində elektrik avadanlıqları sıradan çıxmışdır. Bu barədə ustaya müraciət etmişdir. Lakin həmin avadanlıqların yarasız vəziyyətə düşdüyü müəyyən olunmuşdur. Zərərin əvəzinin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, maddi zərərin əvəzi kimi 950 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən ümumi dəyəri 950 manat olan 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 dəst krosna dəsti əldə edilməsi məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur (iş v. 6). Həmin əşyaların ümumi qiymətinin 950 manat təşkil etməsi məhkəmənin qərardadı əsasında qiymətləndirici tərəfindən verilmiş rəy ilə təsdiq olunur (iş v. 81). İddiaçı 950 manat dəyərində əşyaların elektrik enerjisində baş vermiş yüksək gərginlik nəticəsində sırdan çıxdığını iddia edir, bunun usta tərəfindən təsdiq edildiyini bildirir. İddiaçının usta kimi nəzərdə tutduğu şəxs bu halın doğru olduğunu notariat qaydasında təsdiq edilmiş yazılı ərizəsi ilə məhkəməyə bildirib (iş v. 5). İddiaçının yaşadığı ərazinin elektrik enerjisi ilə təchizatında problemlərin olduğu təsdiq olunur. Belə ki, təsdiq olunur ki, iddiaçını yaşadığı ərazidə TM-dən çıxan 4 kV-luq elektrik verilişi xətləri uzun illər istismarda olması ilə əlaqədar yararsız vəziyyətə düşmüş, dayaqların əkəsəriyyəti çürümüş və əyilmiş, nəticədə hava xəttinin qabariti normadan aşağı düşmüşdür. Xəttin məftilləri çox yerdən calaq olunmuş, damarlarının sayı azaldılmışdır ki, bu da nəticədə elektrik enerjisinin keyfiyyət göstəricilərinin aşağı düşməsinə və vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Bu məlumat Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinin Kürdəmir filialının xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunub (iş v. 26). Bundan başqa, müəyyən olunur ki, iddiaçının yaşadığı ərazidə TM-in giriş hissəsində mövcud olan 10 kV-luq anker ağac dayağı çürüyərək istismara yararsızdır, transformatorun 10 kV-lu ayrıcısı sxemdən çıxarılıb, 10 kV-luq qoruyucular qeyri-standartdır, TM-in 10 və 0,4 kV-luq tərəflərində qapısı yoxdur, ətrafı çəpərlənməyib və nəticədə təhlükəli vəziyyət yaranıb. Bu məlumat Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinin Kürdəmir filialının xx.xx.2022-ci il tarixli məktubundan qeyd olunub (iş v. 66). İddiaçının istinad etdiyi halın elektrik enerjisi ilə işləyən avadanlıqların sıradan çıxmasına səbəb ola biləcəyi ekspert rəyi ilə təsdiq olunur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə görə, elektrik enerjisi ötürülən naqilin en kəsik sahəsinə normadan artıq yükün verilməsi elektrik şəbəkə, maşın və aparatlarının elektrik keçiricilərində yol verilən normadan artıq cəryanın əmələ gəlməsinə və bununla da şəbəkəyə qoşulu halda olan avadanlıqların sıradan çıxmasına gətirə bilər (iş v. 37). Mülki Məcəllənin 1108.1-ci maddəsindən görünür ki, yüksək gərginlikli elektrik enerjisindən istifadə edilməsi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət hesab olunur. Maddədə qeyd olunub ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Hazırkı işdə zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübut olnmur. Məhkəmə iş üzrə ekspertiza təyin edərkən ekspertin qarşısında həm də belə sual qoymuşdur ki, elektrik xətlərində gərginliyin yüksəlməsi nəticəsində iddiaçıya məxsus 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 dəst krosna dəsti yararsız vəziyyətə düşə bilərdimi? Ekspert rəyində qeyd olunub ki, hadisə ərəfəsində iddiaçıya məxsus fərdi yaşayış evinə hansı ölçüdə gərginliyin verilməsi və mübahisə predmeti olan elektrik avadanlıqlarının texniki göstəriciləri barədə məlumat olmadığına görə həmin sual üzrə tədqiqat aparılması mümkün olmadı. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı əraziyə verilən elektrik enerjisindəki gərginliyin normadan artıq olmadığını cavabdeh sübut etməlidir. Çünki iddiaçı gərginliyin normadan artıq olduğunu iddia edir, lakin onun gərginliyi müyyənləşdirməyə imkan verən texniki vasitələri yoxdur. Əgər cavabdeh gərginliyin normadan artıq olmadığını sübut edə bilmirsə, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi kimi zərərə görə məsuliyyət daşıyır. Cavabdeh bu barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməyib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5419/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5419/2022
09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver