Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-542/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “X15” MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-317/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh2 (bundan sonra, 1-ci cavabdeh) və “X15” MMC-yə (bundan sonra, 2-ci cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2500 manat pulun və ödənilmiş 45 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olduğu torpaq mübahisəsi ilə bağlı Cavabdeh2 atası X7 ilə “X15” MMC vasitəsilə tanış olmuşdur. Faiq Məmmədov ondan 1000 manat pulu borca götürmüş və bununla əlaqədar yazılı qəbz imzalayıb ona vermidir. X7 rəhmətə getdikdən sonra oğlu Cavabdeh2 ilə tanış olmuş və sonuncu mübahisəni həll edəcəyinə dair ona söz vermişdir. Bununla əlaqədar ondan 1500 manat pul istəmiş, o borca girib pulu verdikdən sonra mübahisə həll olunmamış və bugünə kimi onun pulu qaytarılmamışdır. Bununla əlaqədar, dəfələrlə cinayət təqibi orqanlarına müraciəti olsa da, cinayət işinin başlanması rədd edilmişdir. Hazırda mülki qaydada cavabdehlərə verilmiş pul məbləğinin ona qaytarılmasını tələb edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-317/2023 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddia tələbinin təmin olunmalı olmasını, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə kolleiyasına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşdə olan xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsindən görünür ki İddiaçı və 19 fevral 2013-cü il “**********” saylı qeydiyyat şəhadətnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC-nin icraçı direktoru X7 arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə - X2 istintaq, məhkəmə və sair dövlət orqanlarında İddiaçı nümayəndəsi olmaq, ona vurulmuş ziyanın ödənilməsi üçün lazım olan bütün hüquqi hərəkətləri etmək hüququ var. Müqavilədə qeyd olunmuşdur ki İddiaçı 7 gün müddətində X4 500 manat məbləğində pul ödəməyə borcludur. İşdə olan xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki İddiaçı Azərbaycan Respublikası MPM-nin 74-cü maddədə nəzərdə tutulan hüquqlarla, imza etmək hüququ olmaqla, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, onlardan imtina etmək hüququ ilə bütün hüquqlarla, o cümlədən,işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini tam və ya qismən etiraf etmək ilə bütün məhkəmə orqanlarında mülki işləri və cinayət işlərini aparmağı, iddia ərizələrinin,apellyasiya və kassasiya şikayətlərinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsini, iddianın təmin edilməsini,iddia predmetinin və ya əsasının dəyişdirilməsini, barışıq sazişi bağlanmasını, məhkəmə aktından şikayət verilməsini, məhkəmə aktlarından şikayət verməyi, məhkəmə aktının məcburi icrası tələbləri, iddia ərizəsi verməyi, adımdan imza etməyi və bütün dövlət və qeyri dövlət orqanlarında, ƏMDKY DƏDRX-də vəs.onu təmsil edərək bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X4 etibar etmişdir. İşdə olan xx.xx.2013-cü il yazılı qəbzdən görünür ki, X7, İddiaçı xx.xx.2013-cü il tarixdə 1 ay müddətinə borc olaraq 1000 manat məbləğində pul götürmüşdür. İşdə olan yazılı qəbzdən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarıxədək 1300 manat məbləğində pulu ona ödəməyi söz vermişdir, 500 manat pulu xx.xx.2015-ci ildə ödəyib geridə qalan 800 manat məbləğində pulu isə 2016-cı ilin fevral ayına gədər ödəyəcəyini, xx.xx.2016-ci il tarixində isə borcu olan 350 manat məbləğində pulu 1 ay müddətinə ödəyəciyini bildirmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X9 izahat verərək bildirmişdir ki, vətəndaş 2017-ci ilin noyabr ayında vətəndaş qardaşı, Cavabdeh2 ilə, Eldarın hər 3 məhkəmə işi üzrə onun və ailə üzvlərinin hüquqlarının müdafiə olunması istiqamətində köməklik göstərməyini qardaşı, Cavabdeh2 xahiş etmişdir. Vətəndaşın xahişi əsasında aralarında 3 ədəd xidmət müqaviləsi bağlanılmış və hər müqavilə üzrə 330 ( üç yüz otuz ) manat olmaqla, ümumillikdə 990 manat pul vəsaiti xidmət və müqavilə haqqı olaraq ödənilmişdir. Daha sonra bağlanılmış müqavilələr üzrə qardaşı üzərinə düşən öhdəliklə bağlı müəyyən hərəkətlər etmişdir və bu ərəfələrdə təhsilinən bağlı Ukraynaya getmişdir, işin davam olunması onun tərəfindən həyata keçirilmiş və vətəndaşın ona vermiş olduğu etibarnamə əsasında onun hüquqlarını məhkəmələrdə müdafiə etmişdir. Vətəndaş bütün bunlara şəxsən şahididir və bu məhkəmə protokollarında da mövcüddur. Lakin buna baxmayaraq vətəndaş xidmət haqqı olaraq ödəmiş olduğu pul vəsaitini ondan geri tələb etmiş, baxmayaraq ki dəfələrlə Bakı 2 saylı inzibati - iqtisadi məhkəməsinə, Xətai rayon Məhkəməsinə dəfələrlə gedib gəlmiş və iddia ərizələri ilə, məhkəmələrə müraciət etmişdir. Vətəndaşı o, əvvəllər tanımamış gohumluq əlaqəsi olmamışdır. Material üzrə izahatı alınmış Cavabdeh2 izahatında X5 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir və X3 qəbul edilmiş qərarla razılaşmadığı halda Yasamal rayon prokurorluğuna və Yasamal rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 və qeyrilərinin müraciətləri əsasında toplanmış material üzrə Yasamal RPİ- nin İŞ-nin sabiq baş müstəntiqi polis mayoru Əli Məmmədovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd ediiməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, və material əlavə araşdırılma aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. İşdə olan 30 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona borc münsaibətləri ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı ilə cavabdehlər arasında borc və tapşırıq müqavilələrindən irəli gələn münasibətlər yaranmışdır. Belə olan halda isə iddiaçının hazırki iddianı qaldırmaqda kredit müqaviləsinin şərtlərindən ilə gələn subyektiv hüquqları mövcuddur. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın əsaslı olması, iddia müddətinin keçib-keçməməsi məsələsidir ki, cavabdehlər birinci instansiya məhkəməsində məhz bu halı iddianın rədd olunması üçün etirazının əsasları kimi göstərmişlər. İşin birinci instansiya məhkəməsi tərəifndən müəyyən olunmuş hallarına əsasən – iddiaçı, Cavabdeh2 atası X7 ilə “X15” MMC vasitəsilə tanış olmuş və onlar arasında xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsi bağlanmışdır. Sonuncu müqaviləni MMC-nin icraçı direktoru kimi imzalamışdır. Bundan sonra iddiaçı, X2 adına Azərbaycan Respublikası MPM-nin 74-cü maddədə nəzərdə tutulan səlahiyyətləri özündə əks etdirən xx.xx.2013-cü il tarixli etibarnamə vermişdir. X7 26 fevral 2014-cü il tarixində vəfat etmişdir. İddiaçının tələbinə əsasən mərhum Faiq Məmmədov ondan 1000 manat pulu borca götürərək bununla əlaqədar yazılı qəbz imzalayıb vermiş, o öldükdən sonra oğlu Cavabdeh2la tanış olmuş və sonuncu mübahisəni həll edəcəyinə dair ona vəd vermiş, həmçinin 1500 manat pul almış, lakin mübahisəni həll etməyərək bugünə kimi pulu da qaytarmamışdır. Bununla əlaqədar, iddiaçının dəfələrlə cinayət təqibi orqanlarına müraciəti olsa da, cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı hesab edir ki, Cavabdeh2 ondan aldığı 1500 manat borcu və atası Faiq Məmmədova verdiyi 1000 manat borcu digər cavabdeh “X15” MMC-i ilə birlikdə ona qaytarmalıdırlar. X1 iddiaçı ilə xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsi bağladıqdan, öz adına 1 il müddətinə xx.xx.2013-cü il tarixli etibarnamə aldıqdan sonra xx.xx.2013-cü il tarixdə iddiaçıdan 1 ay müddətinə qaytarmaq şərti ilə 1000 manat məbləğində borca pul götürmüş və bu barədə ona yazılı qəbz vermişdir. Daha sonra Cavabdeh2 iddiaçıya xx.xx.2015-ci il tarıxədək 1300 manat məbləğində pulu ona ödəməsi, 500 manat pulu xx.xx.2015-ci ildə qaytarması, qalan 800 manat məbləğində pulu isə 2016-cı ilin fevral ayına gədər ödəyəcəyi, xx.xx.2016-ci il tarixində isə 350 manat məbləğində pulu 1 ay müddətinə ödəyəciyi barədə yazılı qəbz vermişdir. Cavabdeh2 iddiaçıya verdiyi qəbzlərin məzmunundan aydın olur ki, cavabdeh iddiaçıdan aldığı 1300 manat puldan 500 manat ödəməsi barədə yazılı qəbz vermiş, qalan məbləğlərin ödənilməsinə dair yazılı sənəd təqdim edilməmişdir. Məhkəmə iddiaçının, Cavabdeh2 sonuncunun mərhum atasına verdiyi 1000 manat borc pulu tələb etməsi hissədə iddiaya münasibətində qeyd etmişdir ki, həmin cavabdehin X2 hüquqi varisi olmasına dair məhkəməyə sübut təqdim olunmamışdır. Belə olan halda isə iddia həmin məbləğə dair hissədə əsaslı sayıla bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında hansı əsaslarla mülki məsuliyyət daşıması iddiaçı tərəfindən əsaslandırılmamış və məhkəmə tərəfindən də MMC-nin iddiaçı qarşısında öhdəliyinin olması müəyyən edilməmişdir. Buna görə də iddia sözügedən MMC-yə münasibətdə də əsaslı sayıla bilməz. Məhkəmə daha sonra hesab etmişdir ki, iddiaçının, Cavabdeh2 borc pul verməsi və sonuncu tərəfindən həmin borcun bir hissəsinin qaytarılması müəyyən edilmişdir. Belə ki, işin hallarına əsasən tərəflər (İddiaçı ilə Cavabdeh2) arasında borc münasibətləri mövcud olmuş, borcun alınması və ya verilməsi tarixləri razılaşdırılmış və bununla bağlı sadə yazılı formada qəbz imzalanmışdır ki, iddiaçı da hazırda bu qəbzlərdən istifadə edərək cavabdehdən qaytarılmayan borc məbləğinin alınmasını tələb etməkdə subyektiv hüquqa malik olmuşdur. Lakin, məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair cavabdehlərin ərizələrini nəzərə alaraq hesab etmişdir ki, hər bir halda, yəni Cavabdeh2 atası X2 hüquqi varisi olması halında belə, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olması halı müəyyən edilsə idi belə, eləcə də Cavabdeh2 verdiyi borcun onun tərəfindən tam qaytarılmadığı halda belə iddiaçının hazırkı tələbləri iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Qeyd edildiyi kimi, iddiaçı ilə Cavabdeh2 arasında sonuncu qəbz üzrə borc münasibətlərinin tarixi (qaytarılma müddəti) xx.xx.2016-cı il tarixi olmuşdur. Buna görə də iddiaçının cavabdehdən aldığı sonuncu borca dair qəbzdən irəli gələn iddia müddəti xx.xx.2019-cu il tarixədək olmuşdur ki, iddiaçı həmin vaxtadək iddia irəli sürməli idi. İş materiallarından isə görünür ki, iddiaçının hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən sonra 3 il 7 ay vaxt keçməklə birinci instansiya məhkəməsinə verilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının keçən müddət ərzində hüqüq mühafizə orqanlarına müraciət etməsi və onun ərizələri əsasında araşdırmaların davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquq əsas deyildir və onun mülki qaydada məhkəməyə hazırki iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin olunmaması nəticəsinə gələrkən, bəzi tələblərin ümumiyyətlə əsasız olmasına, xüsusilə tələblər üzrə iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşdə olan sübutlardan (qəbzlər və s.) görünür ki, iddiaçının istər cavabdehin mərhum atasına, istərsə də Cavabdeh2 verdiyi borcun son qaytarılma müddətləri müvafiq olaraq 2013-cü ilin avqust və 2016-ci ilin aprel aylarına təsadüf etmiş, bununla da müvafiq iddia müddətinin axımı başlanmışdır. MM-in 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. İş materiallarından isə görünür ki, iddiaçının hazırki iddia ərizəsi 21 dekabr 2022-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən uzun müddət sonra verilmişdir. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi barədə gəldiyi qənaəti qanuni və əsaslı sayır, iddiaçının iddia müddətinin axımın kəsilməsi və dayandırılması ilə bağlı istinad etdiyi əsaslar qəbul edilə bilməz. Bununla yanaşı, iddiaçı cavabdeh “X15” MMC-yə qarşı tələblərini ümumiyyətlə əsaslandıra və sübut da edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir (MPM-in 402-ci maddəsi). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və “X15” MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-317/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 317/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. .
Məhkəmə qərarları › İş №2(103)-542/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-542/2024
09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver