Məhkəmə qərarları › İş №2(103)-5423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5423/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5423/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ailəni dolandıranın ölümü ilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: apellyasiya icraatına xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ailəni dolandıranın ölümü ilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-cü il tarixli, 2(004)-2257/2021 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30000 manat mənəvi zərər, 11915 manat maddi zərər, cəmi 41915 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-cü il tarixli, 2(004)- 2257/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh-dən mənəvi zərərin əvəzi olaraq 10000 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, Cavabdeh-dən 8 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edərək apellyasiya şikayətindən imtinal etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

5 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanunazidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ailəni dolandıranın ölümü ilə vurulmuş ziyanın ödənilməsi tələbi barədə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-cü il tarixli, 2(004)-2257/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata Cavabdeh-yə münasibətdə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar