Məhkəmə qərarları › İş №2(103)-5426/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5426/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5426/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enejisi verilişinin bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(011)-2739/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun evində elektrik cərəyanının verilişinin “xxxx” ASC tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən cavabdehin qanunsuz hərəkətlərindən əziyyət çəkir. Belə ki, ona aid işıq dirəkləri, kabel xətləri, elektrik sayğacı oğurlanıb satılmışdır. Hal-hazırda iddiaçının evinə elektrik enerjisinin verilişi dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(011)-2739/2021 saylı qətnaməsi ilə iddia tələbi edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 15.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu Turşu küçəsi, 23V saylı saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. İddiaçının məhkəmə iclasında verdiyi izahata əsasən, həmin ev 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, əvəzində onun hesabına pul köçürülmüşdür. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının elektrik enerjisinin verilməsinin bərpa olunmasını tələb etdiyi fərdi yaşayış evi sökülmüş və hal-hazırda mövcud deyil. İddiaçı sökülmüş evə elektrik enerjisinin verilməsinin bərpa olunması kimi açıq-aşkar əsassız və absurd iddia irəli sürdüyünə görə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(011)-2739/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(011)-2739/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar