Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5427/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxslər qismində X6 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı "xxxx" MMC-nın nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğun nümayəndəsi Nümayəndə2 İsmayil oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(009)-757/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X6 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. 2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021- ci il tarixli 1- 1-(102)-2/2021 nömrəli qərarı ilə məhkum X6nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X6nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilsə də, hazırki iş üzrə mübahisə predmeti olan avtomaşınlara aid hissədə kassasiya şikayəti təmin edilməmişdir. 3.İddiaçı mübahisələndirilən nəqliyyat vasitələrinin uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə alındığını, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsinin cəlb edilmədiyini, heç bir izahatının alınmadığını, həmin əmlakların nə vaxt, kim tərəfindən və necə əldə olunmasının araşdırılmadığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X6 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının həbsdən azad ollunması və “Lexus GX 460” markalı, **- AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış və həmin dövrdən uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə X5 çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 14413-62028/2019-5-1 saylı məktubunda Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 40000 manat dəyərində “X14” markalı 90RE505 dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, qeyd olunan nəqliyyat vasitələrinin Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən “X14” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının kimə məxsus olması Cəmiyyətə məlum deyil və həmin nəqliyyat vasitəsinin hansı əsasla onlardan tələb edilməsi anlaşılan deyil. “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın AB № 848502 saylı qeydiyyat şəhadətnaməsinə, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə AC № 335832 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cəmiyyətin mülkiyyətindədir. Məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün Cəmiyyətlə və ya onun əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cəmiyyətin direktoru X2 qardaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus adı çəkilən nəqliyyat vasitələrinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən Cəmiyyətə məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cəmiyyətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsi xahiş edilmişdir. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli, 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1- 1(103)-01 saylı qərarından X6 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq. kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha 2 torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 1 ünvanında yerləşən ev, ünvan 2 ünvanında yerləşən ev, ünvan 3a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4anındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında cinayət işləri üzrə icraata cəlb edilməyən və yekun məhkəmə qərarı ilə əmlakları məcburi olaraq və əvəzsiz qaydada dövlət nəfinə müsadirə olunan şəxslərin məhkəmə əlçatanlılığı və ədalətli məhkəmə araşdırması hüququnu tanıyan, belə şəxslərin məhkəmə icraatına cəlb edilmədən onlara məxsus əmlakların müsadirə edilməsinin, məhkəmə qərarlarından şikayət hüququnun realizəsinə imkan yaradılmaması hallarının qanunsuz hesab edilməsinə dair mühüm hüquqi mövqe ifadə olunmuşdur. Hesab edir ki, ifadə olunan hüquqi mövqe hazırki iş üzrə xüsusi əhəmiyyət kəsb etməklə, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsinin təminatı rolunda çıxış edir və iddia tələbinin qiymətləndirilməsi zamanı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Həmin qərarda müəyyən olunmuşdur ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmlakın üzərinə həbs qoyulması məsələsinin həlli zamanı məhkəmə qərarında aşağıdakıları göstərməlidir: bu qərarı qəbul etməsinə səbəb olan konkret faktiki hallar, həmçinin həbs qoyulan əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar qoyulan məhdudiyyətlər, o cümlədən cinayət işi üzrə müəyyən olunmuş ibtidai istintaq müddəti və cinayət işinin məhkəməyə verilməsi üçün lazım olan müddəti nəzərə almaqla əmlaka qoyulan həbsin müddəti; müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran sübutlar. Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ərarvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Göründüyü kimi, hazırda Cəmiyyətin mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, Cəmiyyətin səlahiyyətli nümayəndəsi və ya onun mənafeyi naminə hərəkət edən hər hansı şəxs tərəfindən cinayət törədilməmiş, nəqliyyat vasitələri cinayət yolu ilə əldə edilməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə iki nəqliyyat vasitəsinin əldə edilməsi hansı əsasla cinayət hesab edilə bilər?! Göründüyü kimi, Cəmiyyətin əmlaklarını əsassız və qanunsuz müsadirə edilməsi mülkiyyət hüququnun təminatı və müdafiəsi prinsipləri ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaklara münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. 6.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izah etmişdir ki, iş materiallarından da göründüyü kimi həbsdən azad edilməsi tələb olunan "xxxx" MMC-nin adına sənədləşdirilmiş daşınar əmlaklar X7 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2014-cü ildə əldə olunmuşdur. Digər tərəfdən, iddiaçı qeyd edir ki, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahatı alınmamışdır. Məhkəməyə təqdim olunmuş ********* nömrəli işdən götürülmüş xx.xx.2016-cı il tarixli şahidin dindirmə protokolundan görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X8 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X8 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun təərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014- cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. Eləcə də, X8 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASCnin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. Buradan da göründüyü kimi, X8 yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır və belə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. 7.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 iyun 2023-cü il tarixli, 2(009)-757/2023 saylı qətnaməsiilə (hakim-Bağırova Mədinə) iddia tələbi təmin edilməməişdir. İş materiallarında olan: 8.AB № 848502 nömrəli, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, **-AA-*** qeydiyyat nişanlı, Toyota Camry minik markalı, sedan tipli, buraxılış ili 2013, mühərrik 0832610, ban TNBFYFKX03023486 qara rəngli avtomaşının sahibi Şah MMC-dir 9.AC № 335832 nömrəli, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, **-AZ-*** qeydiyyat nişanlı, LEXUS GX 460 minik markalı, universal tipli, buraxılış ili 2014, mühərrik 0427342, ban JTJJM7FX05080814 boz rəngli avtomaşının sahibi Şah MMC-dir. 10.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 3019/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4401/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3019/2020 saylı qərarı ilə iddiaçı "xxxx" MMCnin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 11.Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X6 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1- 1-(102)-2/2021 nömrəli qərarından görünür ki, məhkum X6nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X6nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, qalan hissədə kassasiya şikayətləri təmin edilməmişdir. 13.Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X6 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 nömrəli qərarı ilə məhkum X6nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X6nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilsə də, hazırki iş üzrə mübahisə predmeti olan avtomaşınlara aid hissədə kassasiya şikayəti təmin edilməmişdir. 14.Məhkəmə əlavə etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən nəqliyyat vasitələrinin uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə alındığını, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsinin cəlb edilmədiyini, heç bir izahatının alınmadığını, həmin əmlakların nə vaxt, kim tərəfindən və necə əldə olunmasının araşdırılmadığını göstərmişdir. 15.Məhkəmə qeyd etmişdir ki, sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitələri X7 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuş və hər iki avtomaşın "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X8 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X8 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun təərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. X8 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. 16.Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, X4 təsisçisi və direktoru olduğu "xxxx" MMC yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır. "xxxx" MMC-nin həmin illər üzrə gəlirlərinə dair hər hansı sübut işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 17.Məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına;Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 217.4, 216-220 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almayıb ki, qeyd olunan normanın tələblərinin pozulması iddiaçıya nisbətdədir maraqlı şəxsə yox. Yəni əmlakların sahibi iddiaçıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış və həmin dövrdən uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə X5 çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 14413-62028/2019-5-1 saylıməktubunda BakıHərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 40000 manat dəyərində “X14” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, qeyd olunan nəqliyyat vasitələrinin Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən “X14” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının kimə məxsus olmasıCəmiyyətə məlum deyil və həmin nəqliyyat vasitəsinin hansı əsasla onlardan tələb edilməsi anlaşılan deyil. “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın AB № 848502 saylı qeydiyyat şəhadətnaməsinə, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə AC № 335832 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cəmiyyətin mülkiyyətindədir. Məktubda istinad edilən BakıHərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün Cəmiyyətlə və ya onun əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cəmiyyətin direktoru X2 qardaşıX6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus adı çəkilən nəqliyyat vasitələrinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən Cəmiyyətə məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, BakıApellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X6 tərəfindən verilmiş apellyasiya şikayəti BakıApellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cəmiyyətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsi xahiş edilmişdir. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli, 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1- 1(103)-01 saylı qərarından X6 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası(Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha 2 torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 1 ünvanında yerləşən ev, ünvan 2 ünvanında yerləşən ev, ünvan 3a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4anındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəlarıBakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr BakıHərbi Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrasıMəcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında cinayət işləri üzrə icraata cəlb edilməyən və yekun məhkəmə qərarı ilə əmlakları məcburi olaraq və əvəzsiz qaydada dövlət nəfinə müsadirə olunan şəxslərin məhkəmə əlçatanlılığı və ədalətli məhkəmə araşdırması hüququnu tanıyan, belə şəxslərin məhkəmə icraatına cəlb edilmədən onlara məxsus əmlakların müsadirə edilməsinin, məhkəmə qərarlarından şikayət hüququnun realizəsinə imkan yaradılmaması hallarının qanunsuz hesab edilməsinə dair mühüm hüquqi mövqe ifadə olunmuşdur. Hesab edir ki, ifadə olunan hüquqi mövqe hazırki iş üzrə xüsusi əhəmiyyət kəsb etməklə, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsinin təminatırolunda çıxış edir və iddia tələbinin qiymətləndirilməsi zamanı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Həmin qərarda müəyyən olunmuşdur ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmlakın üzərinə həbs qoyulması məsələsinin həlli zamanıməhkəmə qərarında aşağıdakıları göstərməlidir: bu qərarı qəbul etməsinə səbəb olan konkret faktiki hallar, həmçinin həbs qoyulan əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar qoyulan məhdudiyyətlər, o cümlədən cinayət işi üzrə müəyyən olunmuş ibtidai istintaq müddəti və cinayət işinin məhkəməyə verilməsi üçün lazım olan müddəti nəzərə almaqla əmlaka qoyulan həbsin müddəti; müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran sübutlar. Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ərarvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəməhökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Göründüyü kimi, hazırda Cəmiyyətin mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunmasıməhkəmə araşdırmasının predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, Cəmiyyətin səlahiyyətli nümayəndəsi və ya onun mənafeyi naminə hərəkət edən hər hansı şəxs tərəfindən cinayət törədilməmiş, nəqliyyat vasitələri cinayət yolu ilə əldə edilməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə iki nəqliyyat vasitəsinin əldə edilməsi hansı əsasla cinayət hesab edilə bilər?! Göründüyü kimi, Cəmiyyətin əmlaklarını əsassız və qanunsuz müsadirə edilməsi mülkiyyət hüququnun təminatı və müdafiəsi prinsipləri ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaklara münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Məhkəmə konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, onun qanuni mənafeyini heçə sayaraq, sanki mübahisəli əmlakların sahibi maraqlı şəxsdir görüntüsü yaratmaqla qərəzli, əsassız və qanunsuz qərar qəbul etmişdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun ifadəetdiyi hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyikimi istifadəetmək,əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görəvə maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 17-ci maddəsinə, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heçkim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi və apellyasiya şikayətində qeyd olunanlara uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasındamübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 24.İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 3-cü şəxs X6 məhkəməyə apellyasiya şikayəti ilə bağlı öz mövqeyini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin və 3-cü şəxs X6nun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 25.Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 28.Maddə 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında izah etmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət- Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsitəminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Kostitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında eləcə də göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası iddiaçının və 3-cü şəxsin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(009)-757/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.İşin faktiki halları ondan ibarətdir ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X6 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021- ci il tarixli 1-1-(102)-2/2021 nömrəli qərarı ilə məhkum X6nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X6nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilsə də, hazırki iş üzrə mübahisə predmeti olan avtomaşınlara aid hissədə kassasiya şikayəti təmin edilməmişdir. 37.İddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən nəqliyyat vasitələrinin uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə alındığını, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsinin cəlb edilmədiyini, heç bir izahatının alınmadığını, həmin əmlakların nə vaxt, kim tərəfindən və necə əldə olunmasının araşdırılmadığını göstərmişdir. 38.Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında izah etmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. 39.Kostitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında həmçinin qeyd etmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. 40.Kollegiya qeyd edir ki, iddia tələbinin faktiki əsasını təşkil edən hallar barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən həmçinin qeyd olunan hallar iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmadığından məhkəmə iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. 41.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitələri X7 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuş və hər iki avtomaşın "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X8 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X8 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun təərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. X8 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri Mülki Prosessual Məcəllənintələbinə uyğun düzgün olaraq iddiaçıya aid edilmişdir. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(009)-757/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov