Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5428/2025 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzilin yenidən qurulması və təmirə çəkilmiş xərcin ödənilməsi və pul” təbləbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, təmir xərci, hədiyyədən imtina, kəsici müddət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafayev Akif küçəsində istifadədə olan 0.276 ha torpaq sahəsində yerləşən * nömrəli, 2 mərtəbəli binada yerləşən 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına ##.##.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınmışdır. 2005-ci il tarixli texniki pasportunda mənzilin yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 32,34 kv.m göstərilmişdir.
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafayev Akif küçəsində yerləşən ümumi sahəsi 32,34 kv.m olan ** nömrəli mənzil 2020-ci ildən cavabdeh2 mülkiyyətindədir.
3. Kərimova Aytən Ceyhun qızı və cavabdeh3 ##.##.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onlar arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
4. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Kərimova Aytən Ceyhun qızı ünvan 1 ünvanında yerləşən ** nömrəli, ümumi sahəsi 32,34 kv.m olan mənzildən məcburi qaydada çıxarılmış və iddiaçı cavabdeh2 həmin mənzilə köçürülmüşdür
5. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Kərimova Aytən Ceyhun qızının cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi rədd edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzilin yenidən qurulması və təmirə çəkilmiş xərcin ödənilməsi-pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, ** nömrəli mənzilin ümumi istifadədə olan sahələrin- hamamın, ayaqyolunun, mətbəxtin, dəhlizin, eyvanın, mənzilin santexni qovşaqlarının- (unitaz, su xəttin, su qızdırıcı kalonka, su vannası) təmir və yenidən qurma işlərinin aparılmasına sərf edilmiş 20.094,80 manat vəsaitinin cavadehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, övladı Kərimova Aytən Ceyhun qızı ilə, cavabdeh3 ##.##.2013-cü ildə ailə qurmuş, aralarında rəsmi nikah ##.##.2014-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeyd kitabında 362 nömrəsi ilə qeydiyyata alınmışdır. Qızının birgə nikahlarından iki övlad ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X6 adlı övladları olmuşdur. Qızı ailə quran zaman ilkin olaraq başqa bir mənzildə yaşamış və bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi * nömrəli evin ** nömrəli mənzilinə köçmüşdür. Mənzil bir otaqdan ibarət olmaqla təmirli olmamışdır. Həmçinin mənzilin arxa tərəfindən çölə baxan pəncərələrin qarşısında iki balaca otaq divarları inşa edilməsinə baxmayaraq, otaqların pəncərəsi və heç bir təmiri olmamışdır. Mənzilin əsas giriş qapısından içəri balaca və təmirsiz balkon olmuş, evin sahibi cavabdeh1 onlara mənzil onun adına olmasına baxmayarq, daimi olaraq yeni ailə quranlara kirayə olaraq verdiyini və onlar necə istəyirlərsə o cür təmir eləyib yaşadıqlarını bildirmişdir. Iddiaçı Rəfael Kərimova qızına cehiz əşyaların vermək əvəzinə mənzili təmir elətdirəcəyini bildirmiş və həyat yoldaşının köməyi ilə öz vəsaitləri hesabına ilkin olaraq mənzilin bir otağında yenidən qurma etmişlər və bir otaqlı mənzili genişləndirərək, əlavə köməkçi bir otaq və uşaq üçün otaq artırma etmişdir. Mənzilin əsas giriş hissəsində köhnə taxtadan inşa edilmiş balkonu sökərək, əlavə mişar daşından balkon tikdirmiş və həmin işlərin görülməsinə böyük məbləğdə vəsait xərcləmişdir. Binanın arxa hissəsində iki balaca otaq olan sahələri yenidən planlaşdırma apararaq bir otaq və mətbəx kimi təmir eləmişdir. Belə ki, qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrıca otaq kimi təmir elətdirib onların istifadəsinə vermişdir. Bir otaqlı mənzilin həm girişində, həm də arxa hissəsində olan artırmalar mənzilin texniki pasportunda göstərilən əsas hissəsinə aid olmamışdır. Sonradan mənzildə etdikləri artırmalardan ibarət olan hər iki otaq yeni ailə quranların yaşadıqları mənzilə əlavə kimi onların istifadəsinə verilmiş və mənzilin içərisindən qapı açaraq əsas mənzilə qoşulmaqla onların istifadəsinə verilmişdir. Mənzilin ilkin Texniki Pasportunda göstərilən eskizdə, həmin otaqların mənzilin sahələrinə heç bir aidiyyatı olmadığı, lakin sonradan mənzilə edilən əlavənin bir hissəsi nəzərə almaqla, Kərimov Rəfael yeni tikililərin qeydiyyatının aparılması üçün reyestr xidmətinə müraciət etmişdir. Sonradan cavabdehin oğlunun günahı üzündən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qızının nikahı pozulmuş və iki az yaşlı uşaq iddiaçının qızı Aytənin himayəsində qalmışdır. 2019-cu ildən X4 onunla prinsip apararaq, vəsaiti hesabına yenidən qurma və təmir etdirib gənc ailənin istifadəsinə verdiyi mənzildən qızını və iki azyaşlı övladlarını çıxartdırmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxtı cavabdeh mübahisəli mənzilə qızının hüququnun olmasını bilərək, heç kimə məlumat vermədən, mənzili qardaşı cavabdeh2 adına keçirmişdir. Bütün bunları onun üçün edilmişdir ki, guya mənzilin sahibi başqa şəxsdir və qızının həmin şəxsə qarşı iddia və tələbi olmasın. Qızı uzun müddət həmin mənzildə yaşamasına baxmayaraq, bir dəfə də olsun cavabdeh2 görməmiş və mənzilin ona aid olması barədə nə qızına nə iddiaçıya heç bir məlumat verilməmşdir. Uzun müddət davam edən məhkəmə mübahisələrindən sonra qızı məcbur olub onun vəsaiti hesabına təmir edilmiş və Texniki Pasportla müəyyən edilmiş ölçüdən də iki dəfə artıq sahəni Rəfael Kərimova təhvil vermişdir. Nəzərə alınmalıdır ki, qızından mənzili rəsmi mülkiyyətçi deyil, Rəfael təhvil almışdır. Sonradan Icra Probasiya Şöbəsinin razılığı ilə qızı iki az yaşlı övladları ilə birlikdə mübahisəli mənzilin arxa pəncərəsinin qarşısında inşa edilmiş bir otaq və mətbəx sahəsinə köçürülmüşdür. Həmin sahə çox kiçikdir və hazırda qızı nəvələri ilə birlikdə həmin kiçik yerdə yaşayır. Tərəfindən mənzilə edilmiş həmin artırmalar rəsmi qeydiyyata alınmasa da, Rayon Icra Hakimiyyətinin mənzil-istismar idarəsinin razılığı ilə iddiaçı əlavə xərc çəkərək həmin sahələri yaşayış üçün münasib yaşayış sahəsinə çevirmiş və qızını övladaları ilə birlikdə həmin mənzil sahəsinə yerləşdirmişdir. Mənzildən çıxarılma məsələsi həll edilən zaman mənzilin rəsmi sahəsi 32 kv.metrə çatdırılmışdır. Lakin buna baxmayaraq mənzilin hazırda həqiqi sahəsi daha çoxdur. Belə ki, qızı ailəsi ilə mübahisəli mənzilə köçüb yaşayandan sonra mənzilin sahəsi ümumilikdə 80 kv.metrə çatdırılmışdır. Ümumillikdə həmin sahənin yenidən qurulması və təmirinə 20.094,80 manat vəsait sərf edilmişdir. Mənzilə çöl qapısının dəyişdirilməsi üçün əlavə olaraq cavabdeh3 1600 manat pul vermişdir. O zaman mübahisəli sahənin mənzilin mülkiyyətiçisi Malikə heç bir aidiyyəti olmamışdır. Mənzildə aparılan təmir işləri ilə əlaqədar görülən işləri iddiaçı dəvət etdiyi ustalar tərəfindən həyata keçirilmişdir. Sabunçu Rayon Icra şöbəsinin ##.##.2022-ci il tarixində tərtib edilmiş aktında qeyd edilmişdir ki, 32 kv.m sahə boşaldılaraq təhvil verilmiş və məhkəmə qətnaməsinin icraatına xitam verilmişdir. Həmin vaxtı qızı və iki az yaşlı övladları, həmin balaca mənzilə köçürülmüşdür. Lakin hazırda qızını və iki azyaşlı övladlarını həmin otaqlardan da çıxardırlar. Ona görə də hesab edir ki, mənzilin təmirinə çəkdiyi və yenidən qurulmasına xərclədiyi vəsaitlər mənzilin o zamankı sahibi cavabdeh1 və mənzilin hazırkı sahibi cavabdeh2 Rəfail oğlundan qızının keçmiş həyat yoldaşı cavabdeh3 Rəfael oğlundan tutularaq iddiaçıya verilməlidir. Əvvəlki məhkəmə prosesslərində iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən etmək olur ki, mənzilin ilkin sahəsi əvvəlcə 18 kv.m olmuş, sonradan mənzilin sahəsi 32 kv.m kimi qeydiyyatdan keçmişdir. Daha sonra isə mənzilin qabaq tərəfində əlavə 34 kv.m artırma edilmişdir. Mənzilin arxa tərəfində balkon 17 kv.m. artırma edilməklə mənzilin ümumi sahəsinə əlavə etdirmişdir. Hazırda mənzilin ümumi sahəsi 83 kv.metrdən çoxdur. Qızının mənzildən çıxarılması barədə mülki işin məhkəmə baxışı zamanı ekspertiza keçirilmiş və ekspertizanın rəyinə əsasən hazırda istifadədə olan mənzil sahəsinin mübahisəli mənzilə aidiyyatı olmadığı göstərilmişdir. O zaman iş üzrə 1-ci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin **** nömrəli ##.##.2020-cil tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Akif Mustafayev küçəsi * nömrəli binada yerləşən və hazırda Kərimiva Aytən Ceyhun qızının istifadəsində olan sahənin cavabdeh1 mülkiyyətində olan ** nömrəli mənzillə eynilik təşkil etmədiyi müəyyən edilir. Iş üzrə 2-ci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyinin nəticə hissəsi aşağıdakı kimi müəyyən edilmişdir: "cavabdehin çıxarılması tələb olunan tikili (balkon) iddiaçının mülkiyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, ** nömrəli mənzilə dair AR ƏMDK yanında DƏDRX * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində öz əksini tapmadığı nəzərə alınaraq, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan ** nömrəli mənzilə aid olmadığı müəyyən edilmşdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, ** nömrəli mənzilə dair AR ƏMDK yanında DƏDRX İ saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində göstərilən İ və * nömrəli tikilinin qarşısından küçəyə çıxışı olmadığı müəyyən edilmişdir”. Bu hal onu göstərir ki, mübahisəli mənzilin arxa hissəsinin cavabdehlərə heç bir aidiyyatı olmamış, lakin buna baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirməklə məhkəmə qətnaməsi qəbul etdirərək qızını və övladlarını müvəqqəti yaşadığı sahədən çıxartdırmasına nail olmuşdur. Hesab edir ki, uzun müddət əziyyət çəkməklə böyük məbləğdə vəsait hesabına mənzilin təmir və yenidən qurma xərcləri cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Çünki cavabdehlər o zaman iddiaçının qızını aldadaraq ömürlük yaşayacağını bildirməklə arxayın etmişlər. Lakin hazırda iddiaçı və qızı aldandıqlarını müəyyən etmişlər. Ona görə də mənzilə çəkdiyi vəsaiti geri tələb edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi, həmçinin cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında, iddianın əsassız olduğunu, heç bir sübut olmadığını, belə bir iddia ilə əvvəl iddiaçının qızının məhkəmədə iddia qaldırdığını və iddiasının rədd edildiyini, onunla iddiaçının arasında mənzilin təmir olunması haqqında heç bir danışıq və müqavilə olmadığı, mənzilinin 2010-2011-ci illərdə təmir olunduğunu və 14 il ərzində 1 dəfə də olsun təmir olunmadığını bildirmişdir. Hazırda mənzilin təmirə ehtiyacı olduğunu, iddiaçının qızı mənzildən çıxan zaman külli miqdarda ziyan vuraraq, unitazı çıxarmış, hamam otağının metlax və kafelini sındıraraq dağıtdıqlarını, qapıları və pəncərələri çıxardaraq yerləri qırmızı kərpiclə hördüklərini, ümumiyyətlə mənzil yararsız vəziyyətə saldıqlarını, həmin mənzildə təmir olmadığını, mənzilə baxış keçirilsə mənzilin təmirsiz olduğunu və necə xarabaya salındığını görmək olar. Iddiaçı öz iddia ərizəsinin 3-cü abzasında 2 balaca otağın əvvəlcədən tikildiyini qeyd edir, 5-ci abzasında isə sonradan artırma etdiyini qeyd etmişdir. Iddialar hamısı yalandır. Təmir bərpa işlərini aparan ustaların qonşuların ərizə və aktları mövcuddur. Mənzil 2006-cı ildə alınmış, 2010-2011-ci illərdə təmir edilmiş, 2013-cü ildə oğlu və keçmiş gəlini mənzildə müvəqqəti olaraq yaşamağa başlamışlar. Həmin mənzildə onun 3 övladı yaşamışdır Iddiaçı mövcud qüvvədə olan məhkəmə qətnamələrinə hörmətsiz yanaşır. Qeyd edir ki, həmin qeyriqanuni tikiliyə yığışandan sonra orada hamamın, ayaqyolunun, mətbəxin, dəhlizin, sanitar qovşağının (unitaz, su xətti, su qızdırıcısı kalonkanı, su vannasının) iddiaçının vəsaiti ilə təmir olunmuşdur. (onun mənzilində hal-hazırda nə unitaz, nə su qızdırıcısı, nə su vannası yoxdur) Əslində həmin qeyri-qnuni tikilidə aparılmış qeyri-qanuni bərpa işləri mənzilin sahibinin mənzildən istifadə hüquqlarını kobudcasına pozduğu üçün qeyri-qanuni tikilinin sökülməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə hakimləri həmin qeyri-qanuni tikilinin sökülməsinə qərar vermişlər. Halhazırda sözügedən iş Sabunçu Rayon Icra Şöbəsinin icaatındadır. Bundan öncə verilmiş iddia ərizələrində yerin otağın iddiası aparılmış təmirlə bağlı heç bir mübahisə olmamış, 15 il bundan öncə təmir elədiyi mənzili iddiaçının qızı 14 il istifadə etmiş, mənzildən məhkəmə qərarı ilə çıxarılan vaxt mənzili yararsız hala salmışlar. Onun iddiaçı ilə təmir haqqında heç bir razılaşması olmamışdır. Iddiaçının pul sərf etdiyi yerin ona heç bir aidiyyəti yoxdur və həmin sahə texniki pasportda göstərilməyən özbaşına tikilidir. Bundan başqa iddia ərizəsində 2013cü ildən sonra, yəni iddiaçının qızı gəlin gəldikdən sonra təmir bərpa işləri aparılması yalandır. Belə ki, Kərimova Aytən Ceyhun qızı Bakı Apelyasiya Məhkəməsinin ## #### 2021- ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin 6-cı abzasında yazır ki, ## ##### 2014cü ildə cavabdeh3lə nikahlarını qeydiyyatından keçirib ailə qurmuş, ailə qurandan sonra ünvan 1 yerləşən özbaşına tikiliyə gəlin köçmüş və cehiz əmlakını da həmin evə gətirilmişdir. Bir daha göründüyü kimi özbaşına tikili əvvəldən mövcud olmuş və X5 tərəfindən heç bir təmir-tikinti işi aparılmayıb. Iddia ərizəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi * nömrəli evin ** nömrəli mənzilinə köçdüyünü, kassasiya şikayətində isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6-da yerləşən özbaşına tikiliyə gəlin köçdüyü və cehiz əmlaklarını da həmin evə gətirdiyini qeyd etmişdir. Kərimova Aytən Ceyhun qızının yalan iddiaları öz yazdıqları ilə sübut olunur. Mənzilə baxış zamanı cavabdeh1 qızının həmin vaxtı orada yaşadığı soruşulan zaman cavab olaraq bu otağa sonradan yışdıqları qeyd edilmişdir. Kərimova Aytən Ceyhun qızı mənzildən çıxarıln vaxtı hər bir şəraiti olan otağa yox, balaca bir balkona (mətbəxə) yığış hər ikisi də qeyriqanuni tikilidir. 2019-cu ildən sonra özbaşına tikilidə aparılmış təmir-tikinti işlərindən onun xəbərinin olmadığını, mənzildə heç bir təmir işi olmadığı, əksinə külli miqdarda ziyan vurulduğu, təmirə ehtiyac olduğu, mənzildə təmir işlərinin 14 il öncə, yəni 2010-2011-ci ildə aparıldığını bildirdi. Iddiaçı qeyd edir ki, onun qızı toydan sonra Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi * nömrəli evin ** nömrəli mənzilinə köçmüşdür. Amma iddiaçının qızı Aytən Kərimova ## ######## 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin 4-cü abzasında qeyd edir ki, * nömrəli evin ** nömrəli mənzilin cavabdehin adına olan hazırda yaşadığı (mübahisəsi edilən bir hissəsi özbaşına tikili sayılan yaşayış sahəsinə) mənzilə gəlin köçmüşdür. Iddiaçının qızı ## ######## 2019-cu il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində, ## ###### 2020-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində, ## ######## 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində, ## ###### 2021-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində (əlavə tikilidə yaşadığını) təmirdən söz açmadığı aydın şəkildə görünür. Bununla sübut olunur ki, iddiaçının iddiası sonradan düşünülmüş əsassız uydurma iddiadır. ## #### 2021-ci il tarixdə Aytən Kərimova kassasiya şikayətində toydan sonra ev 6-da yerləşən özbaşına tikiliyə köçdüyünü, Akif Mustafayev küçəsi, ev 6, mənzil 13 qaynatası cavabdeh1 adına olmaqla 1 otaqdan ibarət, sahəsi 18 kv.m-dir. Həmin evin ətrafında özbaşına tikililər vardır. Toydan sonra Aytən həmin tikililərin birinə gəlin köçmüş, cehiz əmlakı ora gətirilmiş və uzun illərdir ki, orada yaşayır. Bundan görünür ki, mənzilin ətrafında olan tikililər əvvəldən olmuş və Aytən də ora gəlin köçmüşdür. Mənzil 18 kv.metr yox, ümumi sahəsi 32.34 kv.metrdir. Iddiaçı qeyd edir ki, 18 kv.m başqa qalan hissəni onun puluna tikilməsi yalandır. Texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 32.34 kv.metr olmuşdur. ## ###### 2023-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində 18000 manat xərcləndiyini, hazırki iddia ərizəsində isə 20.094 manat xərclədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 180 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, ** nömrəli mənzilə ümumi istifadədə olan sahələrin- hamamın, ayaqyolunun, mətbəxtin, dəhlizin, eyvanın, mənzilin santexni qovşaqlarının-(unitazı, su xəttini, su qızdırıcı kalonkanı, su vannasının ) onun vəsaiti ilə təmir və yenidən qurma işlərinin aparılmasına sərf edilmiş 20.094,80 manat vəsaitin cavadehlərdən tutulmasını xahiş edir.
11. Məhkəmənin mövqeyinə görə təmir işlərinin İddiaçı tərəfindən aparılması və təmirə çəkilmiş 20.094 manat pulun xərclənməsi, hansı materiallın hansı qiymətə və hardan alınması ilə bağlı iddiaçı tərəfindən bu halları təstiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
12. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Kərimova Aytən Ceyhun qızı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi * nömrəli evin ** nömrəli mənzilin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Kərimova Aytən Ceyhun qızı həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Kərimova Aytən Ceyhun qızı tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Həmin qətnamədə cavabdeh Kərimova Aytən Ceyhun qızı ifadə verərək evin heç bir sənədi olmadığını, özbaşına tikili olduğunu, evin artırmaları o, gəlin gəldikdən sonra tikildiyini, həmin evin təmirinə onun atası 18000 manat xərc çəkdiyini qeyd etmişdir. Bundan başaqa göründüyü kimi mübahisəli tikili özbaşına tikilidir. Tikinti Məqsədlər üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tgikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək –onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Bundan başqa Kərimova Aytən Ceyhun qızı cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, ** nömrəli mənzilə ümumi istifadədə olan sahələrin – hamamı, ayaqyolunu, mətbəxi, dəhlizi, eyvanın, mənzilin santexnik qovşaqları-unitazı, su xəttini, su qızdırıcı kalonkanı, su vannasının sanitar qovşağının onun vəsaitilə təmir və yenidın qurma işlərinin aparılmasına sərf edilmiş 20094,80 manat vəsaitin cavabdehlərdən tutularaq ödənilməsini xahiş etmişdir. Həmin mənzilə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilə bitişik iki otaq qanunsuz inşa edilmişdir, həmin iki otaq cavabdeh cavabdeh2 mülkiyyətindədir. Bundan başqa cavabdehlərin həmin mənzillə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Kərimova Aytən Ceyhun qızının iddia tələbi rədd edilmişdir.
13. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli tikiliyə baxış keçirilmiş, yerli baxış zamanı ilkin olaraq evin əsas blok tərəf girişindən daxil olmuşlar. Təxmini 40 kv.m-dən çox tikili sahə mövcuddur, iddiaçı İddiaçı göstərməyə çalışdı ki, mənzilə əsas girişdən daxil olan zaman köhnə taxtada inşa edilmiş balkon sındırılmış və mişar daşından balkon tikdirmişdir. Yataq otağı və qonaq otağını təmir etdiyini, oboyların Iran Islam Respublikasından həyat yoldaşı ilə birlikdə alıb gətirdiyini, həmçinin hamam və sanuzel otağı kimi açıq yaşıl rəngdə olan kafel metlaxları da təmirdə istifadə etdiyini, kafelmetlaxı keçmiş Şərq bazarı adlanan ərazidən aldığını bildirdi. Videoçəkiliş aparılan zaman müəyyən olunur ki, hamam otağının tavan hissəsi sökülmüş, kafellərin bir hissəsi sındırılmış, unitaz, kanalizasiya sistemi qopardılmışdır. Həmin qonaq otağından evin arxa hissəsinə, yəni digər küçəyə olan çıxışı kərpiclə hörülərək bağlanmışdır (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən sonra). Cavabdeh cavabdeh1 isə qeyd etdi ki, evin ortasında ümumi binanı saxlayan ana sütunlar mövcuddur. Bu sütunlar hələ evi alan zaman da mövcud olmuşdur. Mənzilin arxa küçəsindən olan girişinə baxan zaman 2 ədəd 4-5 kv.m olan otaqlar olduğu müəyyən edildi. 1. Otaq yataq otağı kimi istifadə olunur; 2. Otağın isə yarısı mətbəx və yarı hissəsi plastik qapı ilə ayrılaraq hamam, sanuzel kimi istifadə olunduğu, hal-hazırda həmin sahədən iddiaçının qızının istifadə etdiyi və orada yaşadığı müəyyən olundu. Yerli baxış zamanı göstərilən əşyaların tamamilə yararsız vəziyyətdə olması müəyyən olundu.
14. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı öz iddia tələbinin əsasını təsdiq edilən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən tələbi əsassızdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 82.3, 77.1, 124.2, 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən övladının on ildən çox müddətə yaşadığı mənzildə sərf edilmiş vəsaitin kompensasiya etmədən çıxarılması övladının konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Hazırda övladları üçün böyük vəsait heabına təmir və yenidənqurma əsasında abaşdırılan mənzildən nə yaşamasına, nə də sərf edilmiş vəsaitin geri qaytaraılmaması maddi hüquq normasının pountusu kimi qiymətləndirilməlidir. Övladı uzun müddətdir ki , mübahisəli sahənin istifadəçisi olmuşdur. Lakin iddiaçının vəsaiti ilə təmir və yenidən qurma işləri apardığı sahədən çəkdiyi vəsaitin qaytaraılmadan çıxarılması onun mülkiyyət hüququnun kobud pozuntusu və qızının mənzildən istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Qeyd edir ki, onun həmin mənzil sahəsini təmir etməkdə məqsədi ondan ibarət olmuşdur ki, övladı öz ailəsi ilə birlikdə daimi olaraq həmin mənzildə yaşayacaqdır. Iş üzrə təqdim olunmuş arayışdan müəyyən edilir ki, iddiaçı uzun müddətdir həmin mənzildə, heç kimə maneə olmadan yaşayır . Lakin məhkəmə təqdim edilmiş subutu nəzərə almamışdır. Iş üzrə təqdim edilmiş ekspertiza rəyində birmənalı göstərilmişdir, mübahisəli tikinti sahəsi uzun müddət əvvəl tikilib və həmin tikilinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Lakin məhkəmə ekspert rəyini nəzərə alamadan əsasız qətnamə qəbul etmişdir. Lakin məhkəmə işin obyektiv və hərtərəfli həlli baxımından təqdim edilmiş sübutlara münasibət bildirməmiş və şahidin izahatının alınmasını təmin etməmişdir. Mübahisəli mənzildə təmir və əlavə tikililərin inşa edilməsi və hazırda tikililərin Kərimovların sərəncamında qalması, həmin tikililərin və mənzildə aparılan yenidən qurma işlərinin iddiaçı və valideynlərinin köməyi və vəsaiti ilə həyata keçirməyi halları məhkəmədə araşdırılmamışdır. Qeyd edir ki , mənzildə yenidən qurma və təmir işləri aparılması üçün cəlb edilmiş ustalar və digər şəxslər bu faktı təsdiq edir. Bu barədə mənzildə aparılmış işlər barədə əlyazma ilə sənədlər tərtib etmiş və həmin sənədlərdə alınan materiallar və ustalara verilən pul vəsaitləri barədə ətraflə məlumatlar yazılmış sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin, mənzildə işləyən ustanın səs yazısı ilə görülüən işlər barədə ətraflı məlumat verilir. Mənzildə görülən işlər barədə sənədlər və ustanın səsi yazılmış fləşkart məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə nə təqdim edilmiş sənədlərə, nə səs yazısı yazılmış fləşkarta münasibət bildirməmişdir. Mənzilə edilmiş həmin artırmalar , rəsmi qeydiyyata alınmasa da Rayon icra hakimiyyətinin, mənzilistismar idarəsinin razılığı ilə o, əlavə xərc çəkərək həmin sahələri yaşayış üçün münasib yaşayış sahəsinə çevirtdirmiş və qızını övladalrı ilə birlikdə həmin mənzil sahələrində yerləşdirmişdir. Övladlarının və nəvələrinin mənzildən çıxarılma məsələsi həll edilən zaman mənzilin rəsmi sahəsi 32 kv.metrə çatırılmışdır. Lakin buna baxmayaraq , mənzilin hazırda həqiqi sahəsi daha çox olmuşdur. Belə ki , qızı ailəsi ilə mübahisəli mənzilə köçüb yaşayandan sonra mənzilin sahəsi ümumilikdə 80 kv.metrə çatdırılmışdır. Ümumilikdə həmi sahənin yenidən qurulması və təmirinə 20.094 , 8 ( iyirmi min doxsan dörd manat 80 q.) manat vəsait sərf edilmişdir . Mənzilə çol qapısının dəyişdirilməsi üçün əlavə olaraq cavabdeh3 1600 (bir min altı yüz) manat pul vermişdir . O zaman mübahisəli sahənin mənzilin mülkiyyətiçisi Malikə heç bir aidiyyəti olmamışdır. Mənzildə aparılan təmirişləri ilə əlaqədar görülən işləri iddiaçı dəvət etdiyi ustalar tərəfindən həyata keçirilmişdir. Məhkəmə göstəriln halları araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
b) Proses iştirakçılarının izahatı
19.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, o evi qızı üçün hədiyə etmişdi. Arxa tərəfdə böyük otaq tikmişdi, taxtadan balkon kimi bir yer var idi. Daşla həmin yerdə otaq tikdirmişdir, istilik çəkdirmişdir. Onlar evi təhvil verəndə səliqəli şəkildə vermişdilər, sonradan oranı dağıtdılar. Uşaqlarla qızı kiçik bir daxmada qalırdılar. Nəvələrindən biri xəstədir, hazırda qalmağa yerləri yoxdur. Uşaq müalicə olunur, ata tərəfdən uşaqlara heç bir köməklik göstərilmir. 2022-ci ildə qızını evdən çıxarmışdılar. Kiçik bir daxmada olsa da qalırdılar. Ona görə də həmin vaxt iddia qaldırmamışdılar. Sonuncu qətnamə 2023-cü ildə qəbul edilib.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, nəvələri üçün indiyə kimi hər şey etmişdir, yenə də edəcək. Hazırda imkanı yoxdur, özü onkolji xəstədir. O, qarşı tərəfə çox şey təklif etmişdir, lakin qəbul etməyiblər.
21. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər cavabdeh3 və cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlmməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.2. Iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
28. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı keçmiş kürəkəni, keçmiş qudası və hazırda evin sahibi olan keçmiş qudasının qardaşına qarşı iddia irəli sürərək qızının gəlin köçüb yaşaması üçün mənzilin təmirinə və yenidən qurulmasına çəkilmiş xərci tələb edir.
29. Iddiaçı foto şəkillər, qaimə fakturalar, tikinti materialları və onlara çəkilmiş xərclərin qeyd edildiyi əlyazma qeydləri təqdim etmişdir. Iddiaçı qeyd edir ki, ilkin olaraq mənzilin bir otağında yenidən qurma etmişlər və bir otaqlı mənzili genişləndirərək, əlavə köməkçi bir otaq və uşaq üçün otaq artırma etmişdir. Mənzilin əsas giriş hissəsində köhnə taxtadan inşa edilmiş balkonu sökərək, əlavə mişar daşından balkon tikdirmiş və həmin işlərin görülməsinə böyük məbləğdə vəsait xərcləmişdir. Binanın arxa hissəsində iki balaca otaq olan sahələri yenidən planlaşdırma apararaq bir otaq və mətbəx kimi təmir eləmişdir.
30. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafayev Akif küçəsində istifadədə olan 0.276 ha torpaq sahəsində yerləşən * nömrəli, 2 mərtəbəli binada yerləşən 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına ##.##.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınmışdır. 2005-ci il tarixli texniki pasportunda mənzilin yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 32,34 kv.m göstərilmişdir. 31.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafayev Akif küçəsində yerləşən ümumi sahəsi 32,34 kv.m olan ** nömrəli mənzil 2020-ci ildən cavabdeh2 mülkiyyətindədir.
32. Iddiaçının qızı Kərimova Aytən Ceyhun qızı ilə, cavabdeh cavabdeh3 ##.##.2013-cü ildə (rəsmi olaraq ##.##.2014-cü il tarixdə) ailə qurmuşdur. Əvvəlcə ayrı evdə yaşasalar da sonradan mübahisə predmeti olan mənzilə köçmüşdür. 33.Iddiaçı iddia edir ki, ilkin olaraq mənzilin bir otağında yenidən qurma etmişdir və bir otaqlı mənzili genişləndirərək, əlavə köməkçi bir otaq və uşaq üçün otaq artırma etmişdir. Mənzilin əsas giriş hissəsində köhnə taxtadan inşa edilmiş balkonu sökərək, əlavə mişar daşından balkon tikdirmişdir.
34. Kollegiya qeyd edir ki, həmin mənzilin təmirində iddiaçı tərəfindən müəyyən vəsait sərf edilməsi işdə olan sübutlarla, qaimə faktura və şahid ifadələri ilə öz təsdiqini tapır.
35. Belə ki, məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclasında dindirilmiş iddiaçınn qonşusu və mübahisəli evdə kombi quraşdırmış mütəxəssis ifadələrində 2012-2014-cü il tarixlərdə qeyd edilən mənzildə söküntü-təmir işlərinin aparılmasını, isitilik sisteminin quraşdırılmasını göstərmişdir.
36. ##.##.2014-cü il tarixli qaimə fakturadan müəyyən olunur ki, kombi quraşdırma ilə əlaqədar 1000 manat civarında ödəniş edilmişdir (ııı cild, i.v 39).
37. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən məbləğdə xərc çəkilməsi sübut olunmasa da, müəyyən təmir bərpa xərclərinin çəkilməsi aşkardır.
38. Lakin iddiaçının mənzilin sahəsinin onun tərəfindən artırılması nəticəsində 32 kv.m olması barədə dəlili tamamilə əsassızdır.
39. Çünki, 2005-ci il tarixli texniki pasportunda mübahisə predmeti olan mənzilin yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 32,34 kv.m göstərilmişdir.
40. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi, həmçinin cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında, iddianın əsassız olduğunu, heç bir sübut olmadığını, belə bir iddia ilə əvvəl iddiaçının qızının məhkəmədə iddia qaldırdığını və iddiasının rədd edildiyini, onunla iddiaçının arasında mənzilin təmir olunması haqqında heç bir danışıq və müqavilə olmadığı, iddiaçının pul sərf etdiyi yerin ona heç bir aidiyyəti olmadığını və həmin sahənin texniki pasportda göstərilməyən özbaşına tikili olmasını bildirmişdir.
41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 44.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 45.Göründüyü kimi, hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Mülki Məcəllənin 157.7-ci maddəsində nəzərdə tutulan yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ şəxsin əmlaka münasibətdə faktiki sahibliyin mövcudluğu şərtlərini tələb edir. 47.Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil etmir. Buna baxmayaraq, məhkəmə özü iddia tələbinin qanuni əsasını müəyyən etməlidir.
48. Kollegiya qeyd edir ki, birincisi, iddiaçı iddia ərizəsində və izahatlarında mənzilin təmirini qızının ailə şəraitinin yaxşılaşdırılması üçün, cehiz əvəzi olaraq könüllü surətdə öz təşəbbüsü ilə həyata keçirdiyini açıq şəkildə bəyan etmiş, məhkəmə iclasında isə bu işləri qızına hədiyyə etdiyini birbaşa ifadə etmişdir. Ikincisi, yaxın qohumlar, xüsusilə valideyn-övlad münasibəti çərçivəsində nikahla bağlı həyata keçirilən mənzillə bağlı yaxşılaşdırmalar bir qayda olaraq geri alınma şərti nəzərdə tutulmadan bağışlama niyyətiylə həyata keçirilir. Üçüncüsü, tərəflər arasında heç bir əvəzlilik şərtini əks etdirən müqavilə və ya öhdəlik münasibəti mövcud olmamışdır.
49. Beləliklə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təmir işlərinin aparılmasında əsəs niyyətinin qızının ailə şəraitinin yaxşılaşdırılması, həmin dövrdə onların yeni ailə həyatı quraraq mehriban ailə münasibətlərinin olması və onların daha yaxşı şəraitdə yaşamasına töhvə vermək niyyətinin iddiaçı tərəfindən bəyan edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mənzilin təmirinə çəkilmiş vəsait onun qızı Kərimova Aytən Ceyhun qızı və cavabdeh3 ibarət ailəyə edilmiş hədiyyə kimi, həmin vəsatin qaytarılması isə hədiyyədən imtina kimi qiymətləndirilməli və mübahisəyə bu konteksdə hüquqi qiymət verilməlidir.
50. Işdən göründüyü kimi Kərimova Aytən Ceyhun qızı və cavabdeh3 ##.##.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onlar arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
51. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Kərimova Aytən Ceyhun qızı ünvan 1 ünvanında yerləşən ** nömrəli, ümumi sahəsi 32,34 kv.m olan mənzildən məcburi qaydada çıxarılmış və iddiaçı cavabdeh2 həmin mənzilə köçürülmüşdür.
52. Bakı Apelyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2021-ci il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
53. Qanunvericliliyin istinad olunan normalarından göründüyü kimi hədiyyə verən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamaqdan imtina edə bilər (Mülki Məcəllənin 673.1.2-ci maddəsi) . 54 Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar.
55. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından HYPERLINK "https://eqanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.
56. Qərarda şərh olunur ki, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür.
57. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir: - nikahın bağlanması və nikaha xitam verilməsi; - ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlər; - nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; - uşaqların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir.
58. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
59. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
60. Iddiaçının qızı ilə cavabdeh arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsinə əsasən Kərimova Aytən Ceyhun qızının ünvan 1 ünvanında yerləşən ** nömrəli, ümumi sahəsi 32,34 kv.m olan mənzildən çıxarılması qət edilmişdir.
61. Mülki Məcəllənin 673.3-cü maddəsindən göründüyü kimi imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
62. Lakin, iddiaçı hazırki iddia tələbi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə hədiyyədən imtina etmək üçün qanunla müəyyən edilmiş bir illik kəsici müəddəti də ötürmüşdür.
63. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024cü il tarixli Qərarında qeyd olunur ki, bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.
64. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: -kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; -iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda bir başa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
65. Bu konteksdə kollegiya hesab edir ki, iddiaçı tərəfindən təmirlə bağlı vəsait sərf edilməsini təsdiq edən mötəbər sübutların təqdim edilməməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsi ümumiyyətlə mübahisənin qanuni əsası ilə bağlı hər hansı dəyərləndirmə aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.
66. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.
67. Həmçinin ekspertiza tətqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı İddiaçı tutularaq Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iddia tələbi təmin edilməsin. Iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tətqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı İddiaçı tutularaq Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rəşid Səmədov Xumar Mərdanova