Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: reyestrdən çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır;
2. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriya, ******* nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır;
3. “tələbkar” "xxxx" ASC ilə “borclu” İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Barışıq Razılaşmasından görünür ki, “borclu” məhkəmədə olan bütün iddia tələblərindən imtina edir və “borclu” Barışıq razılaşmasını imzalamaqla qeyri-yaşayış sahəsinin üzərində olan həbsi 10 gün müddətində götürülməsini və gələcəkdə də hər hansı bir iddia irəli sürməməyi öz öhdəsinə götürür; tərəflər qeyd olunan qeyri-yaşayış sahəsinin hazırki qiymətini 340000 ABŞ dolları olması razılığına gəlirlər; “borclu”ya Barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunduqdan sonra, 8 ay müddətinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0.0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsasən, 12.78 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 340000 ABŞ dollarına almağı öz öhdəsinə götürür; əgər göstərilən müddətdə “borclu” həmin qeyriyaşayış sahəsini almazsa, o halda “tələbkar”in müstəqil sürətdə həmin qeyri-yaşayış binasını satılmasına, ipoteka ilə yüklü edilməsinə və ümumiyyətlə üzərində sərəncam verməyə “borclu” etiraz etmir; tərəflər razılaşırlar ki, Barışıq razılaşmasnın imzalanması ilə tərəflər əvvələr mübahisəli və ya qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad etmək hüququnu itirirlər; Tərəflər üçün yalnız Barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur; Tərəflərdən biri Barışıq razılaşmasının şərtlərini pozduqda digər tərəfin bu razılaşma imzalanadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş və öz tələblərini və arqumentlərinin irəli sürmək hüququnu itirir. Barışıq razılaşması məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir;
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, Barışıq sazişi üzrə götürülmüş öhdəliklər tərəflər tərəfindən yerinə yetirilmədikdə barışıq sazişi qüvvədən düşmüş hesab edilərək işə mahiyyəti üzrə baxılmasının təmin edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsinə, "xxxx" ASC-yə, "xxxx" MMC Hərrac Mərkəzinə və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri yaşayış sahəsinə dair hərracın keçirilməsinin və bunun əsasında "xxxx" ASC-nin adına xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunması, "xxxx" ASC-nin qeyri-yaşayış sahəsindən çıxarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır;
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasına dair "xxxx" ASCyə verilmiş Seriya MA, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmlak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmə barışıq sazişi bağlanmış və Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, təklif olunmuş real alıcıdan 20000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2016-cı ii tarixli qərardadı ilə ona Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının "xxxx" ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə "xxxx" ASC ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan hərracın yekunlarına dair protokolu, habelə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu və müqaviləni mübahisələndirməmiş, qeyd edilən sənədlər əsasında verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə hesab etmişdr ki, "xxxx" ASC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsinə əsas olmadığından, ləğv edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəllənin 139.1, 139-1.1, 139-1.1.2, 139-1.1.3-cü maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(005)-2147/2023 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmlak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmə barışıq sazişi bağlanmış və Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, təklif olunmuş real alıcıdan 20000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2016-cı ii tarixli qərardadı ilə ona Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının "xxxx" ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə "xxxx" ASC ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır. Bank qeyri-qanuni yolla, yəni əmlak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmə barışıq sazişi bağlanmış və Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, təklif olunmuş real alıcıdan 20000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 çıxış edərək bildirir ki, apellyasiya şikayətinin təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş edir.
14. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirir ki, iddiaçı ilə "xxxx" ASC arasında digər əmlaklarla bağlı mübahisələr 11 ilə yaxındır ki, gedir. Mübahisələndirilən əmlak "xxxx" ASC-də balansa borc müqabilində qəbul edilib və yerdə qalan borc da mübahisələndirlmişdir. Hazırda sübutları təqdim etmək onların iradəsindən aslı deyil, bank ləğv prosessindədir. Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İş materialları hazırda onlardadır.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
21. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri yaşayış binasına dair "xxxx" ASC-yə verilmiş MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan hərracın yekunlarına dair protokolu, habelə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu və müqaviləni mübahisələndirməmiş, qeyd edilən sənədlər əsasında verilmiş çıxarışı mübahisələndirir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə iddianın tələb hüququ olmayan şəxs tərəfindən verilib verilməməsi və iddiaya cavab verməli olmayan şəxsə qarşı verilib verilməməsini aydınlaşdırmalı idi.
24. Mübahisə predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binası hərracın nəticələrinə uyğun olaraq "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir.
25. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin mübahisə predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasına hüququnun qeydiyyata alınmasına dair MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
26. Hazırda iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsinə qarşı deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çıxarış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmədiyi üçün iddiaçının hazırkı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur.
29. İşə birinci instansiya məhkəməsində baxılması zamanı bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı hər hansı prosessual hərəkət edilməmişdir.
30. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair Seriya MA, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
32. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair Seriya MA, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev