Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5440/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X3 birgə və Cavabdeh3 tərəfindən ayrılıqda verilmiş və birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6533/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh2 və mərhum X4 vərəsələri arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh2 və mərhum X4 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və X5 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-716/20 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2019- cu il tarixli, 2(004)-3444/2019 nömrəli qətnaməsinin Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-716/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya icraatı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək 2(103)-846/2022 saylı mülki işlə hakim Akif İsgəndərovun icraatında olan 2(103)-2184/2022 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-846/22 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-2184/2022 saylı mülki iş iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) Cavabdeh1, X2, X5, Cavabdeh2 və mərhum X4 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-846/2022 saylı mülki işlə birləşdirilmişdir. Mülki işə mahiyyəti üzrə baxılması 30 avqust 2023-cü il tarixə saat 10:55-ə təyin edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 18 avqust 2023-cü il tarixli məktubu ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ərizənin verildiyi və həmin ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Cavabdeh1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və mülki işə mahiyyəti üzrə baxaraq apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5440/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5440/2023
30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver