Məhkəmə qərarları › İş №2(103)-5446/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5446/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5446/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-609/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.460 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 2.490,40 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 25- ci km-də Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan “Ford Mondeo” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “xxxxxxxxxxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış “Boqdan 211140- 87” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Kürdəmir RPŞ DYPB-nin xx xxxxxx 2014-cü il tarixli, 171-9/6342 saylı arayışına, AR DİN BDYPİ-nin CYP 173520 saylı inzibati xəta haqqında protokoluna və Kürdəmir rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli inzibati tənbehvermə haqqında qərarına əsasən, Cavabdeh1 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsinə əsasən 800 manat məbləğində inzibati cərimə edilmişdir. “Ford Mondeo” markalı, 10- GA-360 dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2014-cü il tarixdə AA 962396 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh1 hadisə zamanı idarə etdiyi “Ford Mondeo” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-609/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 vurulmuş zərərə görə 2.460 (iki min dörd yüz altmış) manat məbləğində sığorta ödənişinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqının, cəmi 2.490,40 (iki min dörd yüz doxsan manat qırx qəpik) manatın alınaraq iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə sorğu göndərilmişdir. Həmin sorğuda “Ford Mondeo” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2014-cü il tarixdə kimin mülkiyyətində olduğu və kimlərə etibarnamə (istifadə və ya sərəncam hüququ) verilməsi barədə məlumatların “xxxxxxxxxxxx” ASC-yə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-dən xx xxxx 2019-cu il tarixli sorğumuza cavab Cəmiyyətə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Həmin məktubda “Ford Mondeo” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər sahibliyində olduğu məlum olmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə DİN-in PİQ-nin MAPS şöbəsinə X2 daimi qeydiyyatda olduğu ünvan barəsində MAPS arayışının Cəmiyyətə göndərilməsi xahiş edilmişdir. Həmin şöbədən xx.xx.2020-ci il tarixli sorğuya cavab Cəmiyyətə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işin qətnaməsi Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə elan olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə elan olunduğuna və Azərbaycan Respublikası DİN- in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sorğularına cavab xx.xx.2020-ci il tarixdə daxil olduğuna görə iddiaçı “xxxxxxxxxxxx” ASC X3 cavabdeh kimi mülki işə əlavə edilməsi üçün məhkəməyə vəsatət verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-609/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Ford Mondeo” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxxxxx 2011-ci il tarixdən xx xxxxxxx 2014-cü il tarixədək 5.920 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Həmin avtomobili idarə etmək hüququ olmayan Cavabdeh1 xx xxxx 2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Boqdan 211140-87” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh1 təqsirli şəxs olaraq 800 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli zərər aktına əsasən hadisə nəticəsində “Boqdan 211140-87” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2.660 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 1097.1, 1108.1 maddələrinə istinad edərək qeyd etmişdir ki, xx xxxx 2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ** MN *** dövlət qeydiyyat nişanlı, “Boqdan 211140-87” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 2460 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsiri müəyyən edildiyindən, ididaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, Cavabdeh1 tərəfindən dəymiş zərərin əvəzi ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü tələbi mülkiyyətçi ilə yanaşı qanuni əsasla avtomobilə sahiblik edən şəxsə qarşı da irəli sürmək hüququna malikdir. Yol-nəqliyyat hadisəsi baş verən dövrdə avtomobilin qanuni sahibi onu etibarnamə ilə idarə etmək hüququna malik şəxs olmuşdur. Lakin iddiaçı iddianı avtomobilin mülkiyyətçisinə qarşı irəli sürmüş, cavabdeh qismində onu göstərmişdir. Məhkəmə tərəfindən cavabdeh olan mülkiyyətçinin əvəz edilməsi təklifı olunsa da, o, bu təklifi rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək, qeyd edir ki, həqiqətən yolnəqliyyat hadisəsi vaş verən zaman mülkiyyətçi Cavabdeh2 tərəfindən avtomaşın qanuni əsaslarla, etibarnamə ilə X1 verilsə də, iddiaçı avtomaşını qanuni əsaslarla idarə edən şəxsə deyil, mülkiyyətçiyə qarşı tələb irəli sürmüşdür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə mülkiyyətçi Cavabdeh2 aid hissədə iddianı təmin etməməklə, düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 609/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar