Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5447/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 Cavabdeh "xxxx" BOKT MMC-nin X* iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və "xxxx" BOKT MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *0 iyun 2024-cü il tarixli, e-2(0*0)-*0*9/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə "xxxx" BOKT MMC arasında *5.02.2023 cü il tarixində kredit müqavilə bağlanmış, "xxxx" BOKT MMC həmin müqaviləyə əsasən İddiaçı istehlak məqsədləri üçün 20000 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, iddiaçı isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B-də yerləşən 2* saylı mənzil sözügedən öhdəliyinin icrasına təminat olaraq ipoteka ilə yüklü edilmişdir. 24.**.2023-cü il tarixli 8İ-9753 reyestr saylı icra qeydinə əsasən Bakı şəhəri 24 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi verilmişdir. İcra qeydinə əsasən ipoteka müqaviləsi uzrə tərəf ipoteka saxlayan - "xxxx" Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B ünvanda yerləşən 2* saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və "xxxx" BOKT MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilin real likvid dəyərinin müəyyən edilməklə cavabdeh "xxxx" BOKT MMC-yə olan kredit borcunun ümumi məbləğinin dəqiqləgdirilməsi və həmçinin 24 saylı Notariat Ofisi tərəfindən verilmiş 24.**.2023-cü il tarixdə reyestrdə 8İ-9753 nömresi ilə qeyd edilmiş icra qeydinin 3*80 AZN dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC bağladığı *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən iddiaçı 20000 manat məbləğində kredit götürmüşdür. Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilini ipoteka qoyulub. 07.0*.2024-cü il tarixdə telefonuna gələn SMS xəbərdarlıq məktubundan sonra Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə yaxınlaşmış və məlum olmuşdur ki, "xxxx" BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçıya heç bir bildiriş məktubu göndərmədən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilin açıq hərrac vasitəsi ilə satılaraq icra qeydinin verilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edib. Bundan sonra iddiaçı Bakı şəhəri 24 saylı Notariat Ofisinə gedərək icra qeydinin verilməsi üçün əsas olan sənədləri tələb etmiş və məlum olmuşdur ki, "xxxx" BOKT MMC iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında heç bir bildiriş məktubu göndərmədən icra qeydinin verilməsi üçün aidiyyəti üzrə notariat ofisinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri 24 saylı Notariat Ofisinə gedərək icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərlə tanış olduqda müəyyən etmişdir ki, "xxxx" BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş məktubunun göndərilməsi görünüşü yaratmaq üçün sadəcə bildiriş məktubunun iddiaçıya göndərilməsini təsdiq edən poçt qəbzini ərizəyə əlavə edib və bildirişin həqiqətəndə iddiaçıya çatıb-çatmamasını müəyyən edən hər hansı sənədi notariat işinə əlavə edilməsi üçün notariat ofisinə təqdim etməyib. İddiaçıya hər hansı bildiriş almamış və icra qeydinin verilməsi barədə məlumatı bir tək Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraata başlamaq haqqında SMS bildiriş aldıqdan sonra almışdır. İddiaçı müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər ay mütəmadi olaraq borclarını ödəyirdi və bu səbəbdən icra qeydində əsas borcun eləcədə ona hesablanmış faiz və dəbbə pulunun məbləği ilə razı deyil. Belə ki, iddiaçının hesablamalarına uyğun olaraq iddiaçının hazırda "xxxx" BOKT MMC-yə təxminən *2530 manat kredit borcu var. Bu səbəbdən kredit borcunun hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi vacib ehtiyac olduğunu hesab edir. Kredit müqaviləsinin bağlandığı gündən bəri daşınmaz əmlakın qiymətlərində 50-70 faizə yaxın artım olduğu üçün "xxxx" BOKT MMC ilə bağladığı *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsində evinin 57000 manat dəyərində qiymətləndirilməsi və açıq hərracda bu qiymətlə satılmasına heç bir halda razı deyil. Belə ki, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzil iki otaqdan ibarət olmaqla 47.*4 kv.m ümumi sahədən ibarətdir. Mənzil əla təmirli olmaqla Zığ qəsəbəsinin ən gözəl yerində yerləşir. Hazırda bü vəziyyətdə evin orta bazar qiyməti təxminən 80000-90000 manat civarındadır. Bunun əyani şahidi olmaq üçün iddia ərizəsinə əlavə etdiyi ayrı-ayrı evlərin alqı-satqısı ilə məşğul olan saytlardan götürdüyü ev elanlarındanda tanış olmaq yetərlidir. Belə ki, evlərin satılmasına dair elanlarının yerləşdirildiyi internet saytlarından məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində təmirli mənzillərin * kv.m hazırda ortalama bazar qiyməti *700-*800 manat civarındaddır. Bu isə mülkiyyətində olan 47.*4 kv.m ümumi sahəsi olan mənzilin bu günə olan orta bazar qiymətinin təxminən 80000- 90000 manat dəyərində olmasını sübut edir. Açıq hərraclarda satılan evlərə əksər hallarda heç kimin maraq göstərməməsi səbəbindən bir neçə hərrac keçirilir və birinci hərracın nəticəsində mənzil satılmadıqda evin dəyəri 25 faiz, ikinci hərracda isə *5 faiz aşağı düşür. Son olaraq isə mənzil çox aşağı qiymətə bankın balansına keçir. Yəni bu o deməkdir iddiaçının mülkiyyətində olan və bu günkü orta bazar qiymətləri ilə təxminən 90000 manat qiymətləndirilən daşınmaz əmlak *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən 57000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarıldığı təqdirdə birinci və sonrası ikinci hərracda mənzil satılmadığı təqdirdə mənzilin qiymətində 20663 manat ucuzlaşma olacaq və mənzil 36337 manata satılacaq. Bu isə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B, mənzil 2* ünvanında yerləşən 47.*4 kv.m ümumi sahəsi olan iki otaqlı mənzil bu günki orta bazar qiymətindən üç dəfə ucuz qiymətə satılacağı və öz ailəsi ilə birgə küçəyə atılacağı deməkdir. Hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçıya heç bir bildiriş göndərilmədən tam qanunsuz olaraq verilmiş icra qeydi ləğv edilməklə iddiaçının bu günə tələbkar təşkilata olan borcu hesablanmalı və həmçinin evin yenidən qiymətləndirilməsi aparılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *0 iyun 2024-cü il tarixli, e-2(0*0)- *0*9/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər ay borclarını ödəmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı *5 fevral tarixli, 2023 manat, *8.05.2023-cü il tarixində 9*3 manat, *6.06.2023-cü il tarixində 873 manat, xx.xx.2023/4**4 saylı Kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 36 ay müddətində hər ayın *5-i 87*.09 manat məbləğində ödəniş etməyi öhdəsinə götürsə də, 3*.03.2023-cü il tarixində *000 manat, xx.xx.2023cü il tarixində 200 manat, *3.04.2023-cü il tarixində 800 manat, *7.04.2023-cü il tarixində 7* manat, *8.05.2023-cü il tarixində 9*3 manat, *6.06.2023-cü il tarixində 873 manat, xx.xx.2023-cü il tarixində 300 manat, *8.09.2023-cü il tarixində 300 manat, *3.**.2023-cü il tarixində 400 manat, **.*2.2023-cü il tarixində 200 manat məbləğində ödəniş etmişdir. İddiaçı iddia tələbini həmçinin onunla əsaslandırır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş məktubunun göndərilməsi görünüşü yaratmaq üçün bildiriş məktubunun ona göndərilməsini təsdiq edən poçt qəbzini ərizəyə əlavə etmiş, bildirişin ona çatıbçatmamasını müəyyən edən hər hansı bir sənədi notariat ofisinə təqdim etməmişdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə müəyyən etmişdir ki, "xxxx" BOKT MMCnin İddiaçı ünvanlanmış zərfi İddiaçı 3*.*0.2023-cü il tarixində qəbul etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən "xxxx" BOKT MMC-nin borcluya göndərdiyi (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 24 oktyabr 2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, müvafiq bildiriş borclunun ünvanına çatdırılmış və onun tərəfindən şəxsən qəbul edilmişdir. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur. Məhkəmə hesab etmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf olaraq Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş 24.**.2023-cü il tarixdə reyestrdə 8İ- 9753 nömrəsi ilə qeyd edilmiş icra qeydi ilə müəyyən edilmiş kredit borcunun məbləği ilə razı olmadığı üçün müvafiq məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsi üçün vəsatətlər versə də, hakim tərəfindən bununla bağlı hər hansı addım atılmamışdır. Belə ki, Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş 24.**.2023-cü il tarixdə reyestrdə 8İ-9753 nömrəsi ilə qeyd edilmiş icra qeydində göstərilmişdir ki, guya kredit müqaviləsi üzrə borclu olaraq kredit borcunu vaxtı vaxtında ödəmədiyi üçün 3*80 AZN dəbbə pulu yaranmışdır. Qeyd olunan halnan tam olaraq razı olmadığı üçün müvafiq məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsi üçün vəsatətlər versə də hər hansı ekspertizaların keçirilməsi barədə qərar qəbul edilməmişdir. Həmçinin evin ilkin satış qiyməti ilə də razı olmadığı üçün evin bu günə olan real likvid dəyərinin müəyyən edilməsi üçündə müvafiq ekspertizaların keçirilməsi üçün vəsatət vermişdi. Lakin buna baxmayaraq yenə də hər hansı addım atılmadan və əsaslandırma aparılmadan vəsatətlər təmin edilməmişdir. Göstərilən hallar çox vacib əhəmiyyətə malik olduğu üçün hesab edir ki, müvafiq ekspertizlar keçrilmədən iddia ərizənin təmin olunmaması barədə qətnamələrin qəbul edilməsi qanunvericilik aktlarının tələblərinə cavab vermir. Bu səbəbdən iddiaçı tərəf olaraq hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(0*0)-*0*9/2024 saylı *0.06.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və qanunvericlik aktlarının tələblərinə uyğun olaraq ekspertizalar keçirilməklə əsaslı qətnamə qəbul edilməlidir. Digər tərəfdən hakim tərəfindən həm dəbbə pulunun dəqiq miqdarın və həmçinin əsas borcun ümumi məbləğinin aydınlaşdırılması üçün ekspertizaların keçirilməsi xahişi ilə verdikləri vəsatətlərə münasibət bildirməməklə iddiaçı təşkilatın heç bir qanuni və müqavilə əsası olmadan əsassız varlanmasına səbəb olacaq şərait yaradır. Həmçinin hakim tərəfindən evin bugünə olan real likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirlmənin aparılması barədə qərarın qəbul etməməkdə də cavabdeh təşkilatın gələcəkdə varlanmsına şərait yaradır. Əgər icra məmuru tərəfindən müqavilədə göstərilən qiymətə yəni 57000 manat hərraca çıxarsa ailəsinin yaşadığı mənzil çox ucuz qiymətə bankın balansına keçə bilər. Belə ki, banka olan kredit borcunun ödənilməsi məqsədi ilə keçiriləcək ilk hərracda mənzil 57000 manata satılmazsa ikinci hərrac keçiriləcək. Bu zaman isə evin qiyməti 25 faiz aşağı salınacaq. Yəni ev ilk qiymətindən *4250 manat daha aşağı qiymətə satılacaq. Bundan sonra isə ev yenidən satılmasa evin qiyməti əlavə olaraq *5 faizdə aşağı satılcaq. Yəni ev 36337 manata hərraca çıxarılcaq. Eyni zamanda hərraca çıxarılan evlərə heç kim maraq göstərmədiyi üçün bu evlərə son olaraq çox ucuz qiymətə bankın balansına keçir və bundan sonra isə onun əlavə olaraq banka 20663 manat borcu qalacaq. Hesab edir ki, müvafiq ekspertizalar keçirilməsi ilə həm evin real likvid dəyərinin müəyyən edilməsinə və həmçinin dəbbə pulunun və əsas borcun ümumi məbləğinin hesablanmasına zərurət var. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
76. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
*6*. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. *62. İcra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:
İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması.
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
Mülki Prosessual Məcəllə:
*4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ilə "xxxx" BOKT MMC arasında *5.02.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, "xxxx" BOKT MMC həmin müqaviləyə əsasən şəxsi məqsədlər üçün 32% dərəcəsi ilə 36 ay müddətinə 20000 manat məbləğində krediti İddiaçı istifadəsinə vermiş, iddiaçı isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 36 ay müddətində hər ayın *5-i 87*.09 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B-də yerləşən 2* saylı mənzil sözügedən öhdəliyinin icrasına təminat olaraq ipoteka ilə yüklü edilmişdir. "xxxx" BOKT MMC-nin 24.*0.2023-cü il tarixli borcalan İddiaçı ünvanlandığı bildirişdən görünür ki, İddiaçı 4**4/2023 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri 2* gün ərzində tam icra etmədiyini halda Azərbaycan Respublikası "İpoteka Haqqında" Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi barədə xəbərdar olunmuşdur. Xəbərnamədən görünür ki, "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış zərfi İddiaçı 3*.*0.2023-cü il tarixində qəbul etmişdir. "xxxx" BOKT MMC-nin 3*.*0.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, borcalan İddiaçı " KƏPƏZ” Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında bağlanmış *5.02.2023 il tarixli 4**4/2023 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B, mənzil 2* ünvanında yerləşən əmlak ipoteka qoyulmuş və ipoteka predmeti müvafiq qaydada yüklülüyə dair dövlət qeydiyyatından keçirilmişdir. Lakin, İddiaçı *5.02.2023 tarixli 4**4/2023 nömrəli kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 3*.*0.2023-cü il tarixində dövlət rüsumu olaraq *5 manat məbləğində ödəniş edilmişdir. 24.**.2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X6 təklif etmişdir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76 cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi uzrə tərəf ipoteka saxlayan- AZ*065, Bakı şəhəri, Yasamal rayonu, X**, ev *77 ünvanında yerləşən "xxxx" Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: *********) tələbi ilə ipoteka qoyan– Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Zığ yolu küç, ev 24B, mən.2* ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, *4.**.20*6- Asan2-2: FİN xxxxxxx d/t 23.06.*963) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B ünvanda yerləşən 2* saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 2023/4**2 İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *8392.64 AZN əsas borc, 2553.48 AZN faiz borcu, 3*80.00 AZN dəbbə olmaqla, cəmi tutulmalı məbləğ 24*26.*2 AZN təşkil edir.) Həmin icra qeydi 23.**.2023 tarixdə aparılmışdır. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 «icraata başlamaq haqqında» 28.**.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri 24 saylı notariat kontorunun Bİ-9753 nömrəli 25.**.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda iddiaçı bildirir ki, müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər ay borclarını ödəmişdir. Lakin iddiaçı *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsi üzrə ödəniş cədvəlinə (Hesabdan çıxarış) əsasən 36 ay müddətində hər ayın *5-i 87*.09 manat məbləğində ödəniş etməyi öhdəsinə götürsə də, 3*.03.2023-cü il tarixində *000 manat, xx.xx.2023-cü il tarixində 200 manat, *3.04.2023-cü il tarixində 800 manat, *7.04.2023cü il tarixində 7* manat, *8.05.2023-cü il tarixində 9*3 manat, *6.06.2023-cü il tarixində 873 manat, xx.xx.2023-cü il tarixində 300 manat, *8.09.2023-cü il tarixində 300 manat, *3.**.2023-cü il tarixində 400 manat, **.*2.2023-cü il tarixində 200 manat məbləğində ödəniş etmişdir. Həmçinin iddiaçı *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı iddiaçı apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən iddiaçı ipoteka predmetinin dəyərini mübahisələndirsə də, ipoteka predmetinin dəyərinin qiymətləndirilməsi birbaşa ipoteka müqaviləsinin nəzərdə tutulub, müqaviləyə imza atan iddiaçı iradə ifadəsini bəyan etmiş olub. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı tərəfindən ipoteka predmetinin dəyərinin hazırki dövrdə daha artıq olması barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı tələbində "xxxx" Bank Olmayan Kredit Təşkilatı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş məktubunun göndərilməsi görünüşü yaratmaq üçün bildiriş məktubunun ona göndərilməsini təsdiq edən poçt qəbzini ərizəyə əlavə etməsini, bildirişin ona çatıb-çatmamasını müəyyən edən hər hansı bir sənədi notariat ofisinə təqdim etməməsini göstərsə də, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış zərfi özü 3*.*0.2023-cü il tarixində qəbul etmişdir. Göründüyü kimi "xxxx" BOKT MMC-nin borcluya “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən göndərdiyi 24 oktyabr 2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Həmçinin müvafiq bildiriş borclunun ünvanına çatdırılmış və onun tərəfindən şəxsən qəbul edilmişdir. Belə olan halda müəyyən edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2*7, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *0 iyun 2024-cü il tarixli, e-2(0*0)- *0*9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Pərviz Hüseynov