Məhkəmə qərarları › İş №2(103)-545/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-545/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-545/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Elbrus oğlunun cavabdehər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-545/2023 (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı şəhəri, 04 dekabr 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçının vəkili Vəkil1 və Cavabdeh3 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Elbrus oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 vəkili X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Elbrus oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsusdur. Mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Füzuli rayon sakinləri Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri məcburi köçkün kimi artıq uzun illərdir ki, həmin ünvanda müvəqqəti məskunlaşaraq mülkiyyətçinin mülkiyyət hüququnu məhdudiyyətsiz həyata keçirməsinə mane olurlar. Qeyd edilən şəxslərin mənzillə təmin edilib-edilməmələri barədə 02 fevral 2022-ci il tarixli, 1326/22 saylı Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 132 saylı məktubunda qeyd edilir ki, “Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X10, X5, X19, X11 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilibedilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğunuza Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7" bağlanaraq, mənzillə təmin edilmişlər.” Komitənin müvafiq məktubundan da göründüyü kimi Cavabdeh1 və ailə üzvləri yaşamaq üçün 4 otaqlı mənzillə təmin edilmələrinə baxmayaraq onun qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarını pozmaqda davam edirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsasən, iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyriyaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir (sədrlik edən: Q.Əliyeva).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Qətnamədən Cavabdeh3 vəkili X32 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində “Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsusdur. Mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Füzuli rayon sakinləri Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri məcburi köçkün kimi artıq uzun illərdir ki, həmin ünvanda müvəqqəti məskunlaşaraq mülkiyyətçinin mülkiyyət hüququnu məhdudiyyətsiz həyata keçirməsinə mane olurlar. Qeyd edilən şəxslərin mənzillə təmin edilib-edilməmələri barədə 02 fevral 2022-ci il tarixli, 1326/22 saylı Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 132 saylı məktubunda qeyd edilir ki, “Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X10, X5, X19, X11 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğunuza Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7" bağlanaraq, mənzillə təmin edilmişlər.” Komitənin müvafiq məktubundan da göründüyü kimi Cavabdeh1 və ailə üzvləri yaşamaq üçün 4 otaqlı mənzillə təmin edilmələrinə baxmayaraq onun qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarını pozmaqda davamedirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühümelementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsasən, iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyriyaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir.” Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 təqdim etdiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Cavabdeh3, Cavabdeh4 və X20 məskunlaşmışlar. İş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi işdə iştirak etməyən Cavabdeh3, Cavabdeh4 və X8 maraqlarına toxunacağından və iddia tələblərindən biri həmin şəxsə yönəldiyindən onun prosesə cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Elbrus oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsi boşaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Cavabdehlər 1993-cü ildən məcburi köçkün düşdüyü vaxtdan hazırkı vaxta kimi yuxarıda göstərilən ünvanda yaşamışlar. Cavabdeh3 həmin ünvanda hərbi qeydiyyata alınmış və müvəqqəti qeydiyyatda düşmüşdür. Bu barədə Bakı şəhəri İcra Hakimiyyəti Nizamirayon MKTB-nin 88 saylı Mənil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2009-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixli arayışlarla müəyyən edilir ki, Cavabdeh3 Fizuli rayonundan Məcburi Köçkün düşməklə 88 saylı MKİS-in ərazisində Naxçıvanski küçəsi 54 saylı mənzildə (qeyri-yaşayış) sahəsində məskunlaşmışdır (həmin sənədlərin surətləri işin materiallarına əlavə edilmişdir). Sonradan həmin idarə hansısa məlum olmayan səbəblərdən məhkəməyə ünvanlanmış məktubunda verdikləri arayışlara tam əks olaraq göstərmişdir ki, Cavabdeh3 ünvan 4 ünvanda yaşamır. Belə bir vəziyyətdə həmin saxta arayışın hansı məlumatlar əsasında verilməsi cavabdehə məlum deyil. Belə ki, cavabdeh özailə üzvləri ilə, yəni yoldaşı Cavabdeh4 və azyaşlı ovladı ilə adıçəkilən ünvanda yaşayır və onların yeganə yaşayış yeri həmin ünvandır. İş materiallarına əlavə edilmiş bir sıra sənədlərdən də göründüyü kimi, dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7” bağlanaraq, mənzillə təmin edilmişlər. Repatriasiya Departamentinin Direktoru tərəfindən verilmiş vərəqənin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu Park” yaşayış kompleksi-1026, bina 2, mənzil 16 ünvanında Cavabdeh1, Cavabdeh2, X10, X5, X19 və X11 mənzillə təmin olunmuşlar. Verilmiş sənədlərdən də bəlli olduğu kimi, Cavabdeh3 və onun ailə üzvləri (həyat yoldaşı və övladı) dövlət tərəfindən mənzillə təmin edilməmişlər. Lakin işə baxan məhkəmə işin bu hallarını nəzərə almamış və nəticədə Cavabdeh3 və onun ailə üzvlərinin (həyat yoldaşı və övladı) hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə özünün qəbul etdiyi qətnaməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, həmin qərarda göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki mülkiyyətanlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Busosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalıidi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Məhkəmə özünün qəbul etdiyi qətnaməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr2007-ci il tarixli qərarına istinad etsə də, nədənsə nəzərə almamışdır ki, Akimovanaın mənzili iddiaçının adına olan qeyri-yaşayış sahəsindən fərqli olaraq, Akimovaya 2 iyun 1993-cü ildə order əsasında verilmişdir. Həmin mənzilə order verildikdən sonra onun mənzilinə məcburi köçkünlər daxil olmuşdur. Hazırki vəziyyətdə isə cavabdehlərin məskunlaşdığı qeyri-yaşayış sahəsi hər hansısa bi şəxsə onların məskunlaşmasından əvvəl verilməmiş və heç bir şəxsin istifadəsində olmamışdır. Əksinə bu qeyri-yaşayış sahəsində cavabdehlər məskunlaşdığı və orada yaşadığı halda, qanunsuz olaraq iddiaçı ilə əmlaka dair ilk növbədə xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlanmış və bundan dərhal sonra həmin əmlak onun adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Göründüyü kimi, qanunsuz hərəkətlər artıq bu andan həyata keçirilmişdir. Daha sonra qeyd olunmaldır ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə istinad edərək göstərmişdir ki, “Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi vəyerli icra hakimiyyətləri orqanları özsəlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkiledilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə qanunun bu tələblərini öz qətnaməsində göstərsə də, nədənsə məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan sənədlərdən də bəlli olduğu kimi, dövlət strukturları tərəfindən Cavabdeh3 yaşayışsahəsi ilə təmin edilməsi ilə bağlı bir dənə də olsun sübut mpvcud deyildir. Yəni Cavabdeh3 artıq uzun illər məskunlaşdığı qeyri-yaşayış sahəsində ailə üzvləri ilə yaşamaqla heç bir şəxsin hüquqlarını pozmamışdır. Əksinə DƏDRX-İ tərəfindən onun hüquqları pozulmuşdur. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 149 saylı Fərmanına əsasən, məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydası təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, Məcburi köçkünlərinvə onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin hallarından da göründüyü kimi, cavabdehlərin məskunlaşdığı qeyri-yaşayış sahəsi hər hansısa bir şəxsə onların məskunlaşmasından əvvəl verilməmiş və onlar həmin qeyri-yaşayş sahəsini abadlaşdırmış, oranı təmir etmiş, tamyaşayış üçün yararlı vəziyyətə gətirib çıxarmışlar. Cavabdeh3 öz hərəkətləri ilə heç bir şəxsin hüquqlarını pozmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında işitrak etmədilər. Kollegiya şikayət əonların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

16. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər.

18. Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

22. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 132 saylı xx.xx.2022-ci il tarixli məlumatının surətindən görünür ki, Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X10, X5, X19, X11 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin Mənzil istismar Departamentində baxılmışdır. Bildirilir ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7” bağlanaraq, mənzillə təmin edilmişlər.

23. Repatriasiya Departamentinin Direktoru tərəfindən verilmiş vərəqənin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu Park” yaşayış kompleksi-1026, bina 2, mənzil 16 ünvanında Cavabdeh1, Cavabdeh2, X10, X5, X19 və X11 mənzillə təmin olunmuşlar.

24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,90 kv.m olan qeyri-yaşayış sahəsi 04 sentyabr 2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı Elbrus oğlunun adına qeydiyyata alınmışdır;

25. 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh4 və oğlu X2 rayonundan məcburi köçkün düşmüş və 88 saylı MKİS-in ərazisində ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır.

26. 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 519 saylı arayışından görünür ki, X23, onun atası Cavabdeh3 və anası Cavabdeh4 Füzuli rayonundan məcburi köçkn düşmüş və 88 saylı MKİS-in ərazisində ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır.

27. “Qobu park” MKİS-in xx.xx.2022-ci il tarixli 1255 saylı arayışının surətindən görünür ki, Cavabdeh1 Füzuli rayonundan məcburi köçkündür və ünvan 7 ünvanında ailə üzvləri Cavabdeh2, X10, X5, X19 və X12 ilə birlikdə məskunlaşmışdır.

28. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Cavabdeh3 ünvanlanmış 479 saylı 08 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə evlə təmin olunmamışdır.

29. 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 020 saylı məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli Dövlət Reyestrinin çıxarışına əsasən vətəndaş İddiaçıov Elbrus oğluna məxsusdur. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 02/1403 saylı aktına əsasən həmin yerdə xx.xx.2018-ci il tarixə qədər adları qeyd olunan məcburi köçkünlər məskunlaşmışlar: Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı X10, gəlini X5, nəvəsi X11 və nəvəsi X19 (cəmi 6 nəfər). 22 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” 1 yaşayış kompleksində yerləşən 2 saylı binanın 16 saylı 4 otaqlı mənzili ilə təmin olunmuşlar. Lakin övladı Cavabdeh3 və onun ailə üzvləri sözügedən köçürmə obyektində faktiki olaraq yaşamadığı üçün həmin ərazidən mənzillə təmin olunmamışdır. Hal-hazırda da yaşamır. Hal-hazırda göstərilən yer ev olmasına baxmayaraq Cavabdeh1 istifadəsindədir.

30. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 02/1403 saylı məktubundan görünür ki, dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Füzuli rayonundan məcburi köçkünlər - Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı X10, gəlini X5, nəvəsi X11 və nəvəsi X19 ilə birgə cəmi 6 (altı) nəfər olmaqla 22 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” 1 yaşayış kompleksində yerləşən 2 saylı binanın 16 nömrəli 4 otaqlı mənzili ilə təmin olunmuşlar. Lakin övladı Cavabdeh3 və onun ailə üzvləri sözügedən köçürmə obyektində faktiki olaraq yaşamadığı üçün həmin ərazidən mənzillə təmin olunmamışdır.

31. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Vəkil1 ünvanmış 132 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X10, X5, X19, X11 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilibedilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin Mənzil istismar Departamentində baxılmışdır. Bildirilir ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7” bağlanaraq, mənzillə təmin edilmişlər.

32. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********90 saylı məlumatından görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

33. 88 saylı MKİS-in xx.xx.2009-cu il tarixli arayışının surətindən görünür ki, Məmmədov X1, ev 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır.

34. 25.08.2022-ci il tarixli 01/4/01-7/6/11796 saylı məlumatdan görünür ki, müraciətdə qeyd etdilən ünvan üzrə xx.xx.2014-cü il tarixində müqavilə bağlanaraq **********030 saylı abonent kodu açılmışdır. 06 iyun 2014-cü il tarixindən xx.xx.2016-cı ilə kimi ailə tərkibi 3 nəfər olmaqla 123,48 manat, xx.xx.2016-cı il tarixindən isə ailə tərkibi 10 nəfər olmaqla 248,60 manat məcburi köçkünlük limiti nəzərə alınmışdır. Məcburi köçkünlük imtiyazı nəzərə alınmış ailə üzvlərinin adlı siyahısı sizə təqdim olunur: Cavabdeh1, Cavabdeh3, X15, X3, Cavabdeh2, X5, X10, X6, X13 və X20.

35. Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 99 saylı arayışından görünür ki, Horadiz sakini Cavabdeh3 23 avqust 1993-cü ildən Nizami rayonu, Naxçıvanski küçəsi, 54 ünvanında məcburi köçkün olaraq yaşayır. Ailə tərkibi aşağıdakılardır: arvadı Cavabdeh4 və oğlu X20.

36. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli 602 saylı məlumatından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Diqqətə çatdırırlar ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən Cavabdeh3 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. İş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Füzuli rayonunun işğalından sonra, 1993-cü ildən həmin rayondan məcburi köçkünlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri ünvan 9 ünvanında məskunlaşmışlar.

38. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyriyaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir.

39. Daha sonra sonra isə iddia tələbini dəqiqləşdirərək, qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Cavabdeh3, Cavabdeh4 və X20 məskunlaşmışlar. Bu səbəbdən də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əmlakından onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsi boşaldılmasını xahiş etmişdir.

40. Kollegiya qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.

41. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır.

42. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

43. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

44. Kollegiya qeyd edir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin həmin əmlak məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmişdir. Hazırda isə cavabdehlər mübahisə predmeti olan ünvanda məskunlaşdıqlarından iddiaçı mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinə dair sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Belə ki, iddiaçı öz əmlakına faktiki sahiblikdən məhrum olmuşdur və həmin əmlak cavabdehlərin faktiki sahibliyindədir.

45. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarındakı mövqeyindən çıxış edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Hazırda məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (məcburi köçkün deyil, lakin Cavabdeh3 ilə evləndikdən sonra mübahisəli evdə məskunlaşmışdır) mübahisəli əmlakda məskunlaşmaları həmin əmlakın qanuni sahibi, eyni zamanda mülkiyyətçisi İddiaçı Elbrus oğlunun hüquqlarını pozur. Ona görə məhkəmə hesab edir ki, cavabdehlər həmin evdən çıxarılmalı və ev boşaldılmalıdır.

46. Kollegiya həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X7” bağlanaraq, mənzillə təmin edilmişlər. Qeyd edilən ailə üzvləri Cavabdeh2, X10, X5, X19, X11 olmuşdur. Hazırda lakin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda mənzillə təmin edilməmişlər.

47. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh3 Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən hazırki mülki işin icraatı həmin iddiaya dair yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

48. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddianın mümükün sayılmaması qərara alınmış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2001/ 2023 və Ali Məhkəmənin 2-1(103)-1770/2023 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.

49. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddianın təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyriyaşayış sahəsinin boşaldılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

50. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

53. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh3 vəkili X22 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İkram Şirinov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar