Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5469/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı maddi və mənəvi ziyan ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X16 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2(006)-756/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC tərəfindən təsdiq edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X3 hesabına xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 14000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 56 manat, xx.xx.2014cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 1023,58 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 254,91 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 2350 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 2690,16 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 187,96 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 10 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 170,34 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə bildirişin qeydə alınması xidmət haqqı təyinatı ilə 30 manat, xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin ləğvi və daşınmaz əmlakın girovdan azad edilməsi təyinatları ilə 64 (32+32) manat, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 234,95 ABŞ dolları məbləğlərində pul vəsaiti köçürülmüşdür.
2. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsinə əsasən iddiaçı Hüseynov Hüseynbala Əlibarat oğlunun cavabdehlər İddiaçı, X6, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Kontoruna, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışı, İddiaçı tərəfindən həmin mülkün qızı X6 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışı etibarsız hesab edilməsi qət edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1798/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1785/2022 saylı 25 aprel 2022-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1798/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır
5. Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyevin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1740 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə, 4Ə/866 reyestr nömrəsi ilə qeydə alınaraq, Hüseynov Hüseynbala Əlibarat oğluna məxsus olmuş ünvan 1ində, mülkiyyətində olan 0.12712 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.0 kv.metr olan fərdi yaşayış evi bağışlama müqaviləsi əsasında İddiaçı adına özgəninkiləşdirilmişdir. Müqavilə 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərkən ev üzərində hər hansı məhdudiyyət və yüklülüyün olub-olmaması, eyni zamanda, qeydiyyatda hər hansı şəxsin olub-olmaması araşdırılmışdır. Mükiyyətçinin arvadının razılığı ilə tərəflər arasında bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi, mülkiyyətçi Hüseynov Hüseynbala Əlibarat oğlunun adından, Bakı şəhəri 43 saylı Notariat Ofisində, 7E/10264 reyestr nömrəsi ilə qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə X5 adına verilmiş etibarnamə əsasında 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsi rəsmiləşdirilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə digər qanunvericilik aktlarının müvafiq maddələri tərəflərə izah edilmişdir
6. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işindən görünür ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın bağışlanması müqaviləsi hədiyyə verən Hüseynov Hüseynbala Əlibarat oğlu ilə hədiyyə alan İddiaçı arasında bağlanmışdır.
7. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, reyestr nömrəsi: **********17-10301 olan ünvan 1ində yerləşən 0,12712 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 130 kv.metr olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Hüseynov Hüseynbala Əlibarat oğlunun adına xx.xx.2012-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd İnzibati ərazi dairəsində nümayəndəliyin xx.xx.2020-ci il tarixli 215 nömrəli arayışından görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlu RX № ******* nömrəli çıxarış əsasında ona məxsus olan Lənkəran rayonunun Şiləvar kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 130 kv.metr olan yaşayış evi onun adınadır və ondan başqa qeydiyyatda şəxs yoxdur.
9. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanmasımüqaviləsindən görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlunun adından X2 rayonu, Şiləvar kəndi ünvanında yerləşən ü/s 130.0 kv.m, y/s 71.8 kv.m, yar.sah. 58.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0.12712 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir.
10. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan 24 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlu və X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onların bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri, bu səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər bütün hərəkətləri etməyi X6 etibar etmiş, X1 ötürülmüşdür. Etibarnamə 29 il 6 ay 12 gün müddətinə müddətinə verilmiş və xx.xx.2050-ci il tarixədək qüvvədə olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 manat məbləğində pul vəsaitinin Bakı şəhəri 14 saylı Notariat Ofisindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olmuş və 11 may 2012-ci il tarixli çıxarışa əsasən əmlak kommersiya bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X7 tərəfindən (iddiaçının valideyləri) həmin əmlakın iddiaçıya vəsiyyət edilməsinə dair 05 fevral 2020-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş, lakin 02 mart 2020-ci il tarixdə onlar notariat kontoruna ərizə yazaraq vəsiyyətnaməni ləğv etdirmişlər. 05 fevral 2020-ci il tarixdə Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X7 iddiaçıya özlərinin bütün əmlaklarına və hüquqlarına dair etibarnamə vermişdir. İddiaçı qeyd edilən etibarnamə üzrə səlahiyyətlərin arvadı X8 ötürülməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisində 24 iyul 2020-ci il tarixli etibarnamə vermiş, X11 isə həmin səlahiyyətlərin qızları X6 ötürülməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamə vermişdir. Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olan fərdi yaşayış sahəsinin və həmin sahənin altında yerləşən torpaq sahəsinin iddiaçıya bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqaviləni onun adından X10 xx.xx.2020-ci il tarixli etibarnamə əsasında imzalamış, həmçinin, həmin etibarnamə əsasında X4 əvəzindən Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən torpaq sahəsi və onun üzərində yerləşə fərdi yaşayış evinin İddiaçı bağışlanılmasına etiraz etməməsi barədə xx.xx.2020-ci il tarixli ərizə imzalamışdır. Torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair 2020-ci ilin sentyabr ayında iddiaçının mülkiyyət hüququ qeydə alınmış, daha sonra qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evini qızı X6 bağışlamışdır. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X7 tərəfindən İddiaçı verilmiş 05 fevral 2020-ci il tarixli etibarnaməyə xitam verilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu tərəfindən 2020-ci ilin sonlarında məhkəməyə müraciət olunaraq Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 sentyabr 2020-ci il tarixli çıxarışın, İddiaçı tərəfindən həmin mülkün qızı X6 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar Daşınmaz Əmlakın Dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ona məxsus olmuş, fərdi yaşayış evi alınmış kredit borcu ilə əlaqədar bank qarşısında yüklü edilmiş, digər oğlanlarından fərqli olaraq oğlu Gülbala ona köməklik etməyi təklif etmiş, köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa demişdir ki, banka olan borcu nağd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. Nəticədə o arvadı ilə birlikdə notariusa gedərək vəsiyyətnamə yazdırmışdır ki, ipoteka predmeti olan evin sənədlərini aldıqdan sonra Gülağa gətirib ona verəcəkdir. Ancaq Gülağa sənədləri gətirməmiş, o bu barədə soruşduqda məlum olmuşdur ki, Gülağa evi hansısa yolla öz adına keçirmişdir. İddiaçı bildirmişdir ki, daşınmaz əmlaka dair etibarnamə verilməsindən xəbərsiz olmuş, cavabdeh onu aldatmışdır. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 sentyabr 2020-ci il tarixli çıxarış, İddiaçı tərəfindən həmin mülkün qızı X6 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, eləcə də həmin mülklə əlaqədar Daşınmaz Əmlakın Dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Rayon Məhkəməsi tərəfindən ilkin iddiaya münasibət bildirilməklə iddia təmin olunsa da, cavabdehin qarşılıqlı iddiasına hər hansı münasibət bildirilməmiş, cavabdeh işin sonrakı mərhələsində bu xüsusatı mübahisələndirsə də, ona aydın olmamışdır ki, ümumiyyətlə məhkəmə qarşılıqlı iddia ilə bağlı hansı prosessual hərəkətlər etmişdir. (iddianın icraata qəbulu və yaxud onun qəbulundan imtina və sair). İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və tələb olunmuşdur ki, iş üzrə qeyd edilən qətnamə ləğv edilsin və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılsın. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdehin ona münasibətdə yol verilmiş ciddi prosesual pozuntularla bağlı dəlillərinə hər hansı hüquqi qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Ali Məhkəməyə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmə özünün 25 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin etmədən, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Beləliklə yuxarıda sadalananlardan müəyyən olunur ki, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə ki, notariat ofisində qanunvericiliyin normalarına əməl edilməmiş, nəticədə həmin əməliyyat üzrə verilmiş sənədlər məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bütün bunların nəticəsi olaraq iddiaçıya 30000 manat ziyan dəymişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı iddiaçının ərizəsinə müsbət cavab verilməmişdir. Bu vəziyyətdə iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30000 manat maddi ziyanın və mənəvi ziyanın əvəzi kimi 3000 manat, ümumilikdə 33000 manat və dövlət rüsumu kimi ödənilmiş 190 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2(006)- 756/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
14. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən etibarsız hesab edilən sənədlər müvafiq bağışlama müqavilələri və əmlaka dair dövlət reyestrindən çıxarışlardır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilən cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən qanunvericiliyin normalarına əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi zəruri notariat hərəkətləri notarius tərəfindən yerinə yetirildikdən sonra qanunvericiliyin tələblərinə uyğun qaydada notarius tərəfindən təsdiq edilməklə bağlanmışdır. Belə ki, hədiyyə verənlə hədiyyə alanın qohumluq dərəcəsi müəyyən edilmiş, hədiyyə verənin adından çıxış edən şəxsin səlahiyyətləri yoxlanılmış və həmin etibarnamə iş materiallarına əlavə edilmiş, tərəflərə müvafiq qanunvericilik normalarının məzmunu və hərəkətlərinin doğura biləcəyi hüquqi nəticələrə dair məlumatlar izah edilmiş, daşınmaz əmlakın yüklülüyü və qeydiyyatda olan şəxslər barədə müvafiq araşdırma aparılmış, müqavilənin predmeti hədiyyə verənlə arvadının ümumi birgə mülkiyyətində olan əmlak olduğuna görə onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsindən müvafiq razılıq ərizəsi alınmışdır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin hərəkətlərində heç bir qanunazidd hal aşkar olunmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə preyudisial xarakterə malik olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən görünür ki, “məhkəmə işin faktiki hallarını müəyyən edərkən belə nəticəyə gəlmişdir ki, İddiaçı atası tərəfindən ona verilən etibarnamədən öz xeyrinə əqd bağlamaq üçün, yəni ona etibarnamə verən atasının maraqları naminə deyil, öz maraqları naminə istifadə etmişdir”. Burada qeyd edilməlidir ki, iddiaçı özü bu hərəkəti ilə mülki qanunvericiliyin normalarını pozmuş və ona verilən etibarnamədən dolayı yolla öz xeyrinə istifadə etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən, həmçinin, görünür ki, “İddiaçı Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri arvadı X8 ötürmüş, ötürülmüş səlahiyyət üzrə sonuncu isə övladı X6 Bakı şəhəri 14 saylı Notariat Ofisində etibarnamə vermişdir. Təmsil olunan İddiaçı eyni gündə müxtəlif yerlərdə Bakı şəhəri 14 saylı Notariat Ofisində və Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri yaxın qohumu olan arvadına, arvadı isə qızına vermiş, X10 isə həmin etibarnamə əsasında daşınmaz əmlakı atası İddiaçı bağışlamışdır”. Bununla bağlı məsuliyyət notariat hərəkətlərini həyata keçirən notariusun deyil, onun özünün üzərindədir. Belə ki, o, dərk edərək etibarnamə əsasında ona ötürülən səlahiyyətləri müxtəlif notariat ofislərində digər şəxslərə ötürməklə nəticədə öz xeyrinə əqd bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 359.3, 364.2-ci maddələrinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Yuxarıda qeyd edilmiş qətnamədən müəyyən olunur ki, cavabdeh tərəfindən təsdiq edilmiş sənədlərin məhkəmələr tərəfindən etibarsız hesab edilməsi məhz iddiaçının qanunvericilik normalarını pozması nəticəsində olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məhz cavabdehin təqsirli hərəkəti nəticəsində ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya dəyən maddi ziyanın məbləği onun tərəfindən təqdim edilmiş ərizələrdə göstərilsə də, ona həmin məbləğdə ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aydın məsələdir ki, iddiaçı əmlakı öz adına rəsmiləşdirmək üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini müxtəlif məqsədlərlə (dövlət rüsumu, əmlakı girovdan çıxarmaq üçün ödədiyini iddia etdiyi pul və s.) sərf etmiş, nəticədə əmlak barədə müqavilə etibarsız hesab edilmiş və ona müəyyən məbləğdə maddi ziyan dəymişdir. Lakin maddi ziyanın məbləği barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə həmin maddi ziyanın məhz cavabdehin təqsiri ucbatından ona dəymədiyi işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, tələb edilən mənəvi ziyanla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya mənəvi ziyan dəyməsi və mənəvi ziyanın nədən ibarət olması da məhkəmədə sübuta yetirilə bilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayətin dəlillərinə görə, göründüyü kimi o notariat ofisinə qeyd edilən əməliyyatın aparılması ilə bağlı müraciət edərkən notarius və yaxud əməliyyatı aparan əməkdaş müqavilələrin bu formada rəsmiləşdirilməsinin hüquqi nəticələri barədə vətəndaşa məlumat verməli idi. Üstəlik notariat hərəkətləri aparılarkən bu məsələ üzrə hər hansı mübahisənin yaranacağı təqdirdə iddiaçı üzləşə biləcəyi risklərin mövcud olubolmamasını soruşmuş, notariat ofisinin əməkdaşı əməliyyatın qanuna müvafiq aparıldığını və hər hansı hüquqi riskin mövcud olmadığını bildirmişdir. İddiaçı bundan sonra əməliyyatın aparılmasını həyata keçirmişdir. Notarius vətəndaşa hüquq və vəzifələrini lazımi qaydada izah etməmiş, əməliyyatın bu formada aparılmasının hüquqi nəticələrinə dair məlumat verməmişdir. Notariat ofisində bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından, etibarsız hesab edilmişdir. Müqavilə sadə yazılı qaydada deyil, məhz notariat qaydasında təsdiq edilmişdir. Bu baxımdan notariat ofisi qanunvericiliyin tələblərini tətbiq etməklə əməliyyatın aparılmasından imtina etsəydi və yaxud qanunvericiliyin tələblərinə uyğun aparılmasını tələb etsəydi, qeyd olunan məkəmə mübahisəsi iddiaçının (həmin işlər üzrə cavabdehin) xeyrinə yekunlaşa bilərdi. Lakin əməliyyatın qeyd edilən formada aparılması həmin işlər üzrə nəticənin iddiaçının ziyanına həllinə gətirib çıxardı. Bu baxımdan notariat ofisinin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir və bu ziyan aradan qaldırılmalıdır. Bundan başqa, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin hazırki iş üzrə məhkəmə tam və hərtərəfli araşdırma aparmamış, nəticədə iş üzrə həqiqətə nail olmaq üçün qanunla müəyyən edilmiş və işin hallarına uyğun olan əsasandırma aparamadan qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. İddianın əsaslarına dair kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlardan müəyyən olunur ki, cavabdeh tərəfindən aparılmış əməliyyatlar qanunsuz olmuş və həmin əməliyyatlar (müqavilələr) məhkəmələr tərəfindən ləğv edilmişdir. Lakin hazırki tələb üzrə işə baxan məhkəmə bu sübutlara və həmin hallara lazımi diqqət ayırmamışdır. Bu baxımdan hesab edir ki, işə baxılarkən qeyd edilən prosessual hüquq normasının tələbləri pozulmuşdur. Qətnamədən müəyyən olunur ki, ümumilikdə məhkəmənin yanaşmasında ziddiyət var. Qətnamənin əvvəlində məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri müəyyən olunmur, əksinə iddiaçının qanunsuz hərəkətləri nəticəsində müqavilələr etibarsızsayılmışdır. Lakin qətnamənin sonrakı mərhələlərində isə məhkəmə qeyd edir ki, notariusun hərəkətləri nəticəsində iddiaçıya ziyana məruz qalmışdır, lakin həmin ziyanı təsdiq edən sübutları təqdim etməmişdir. Bu anlaşılmaz və ziddiyətli hallar lazımi qaydada əsaslandırılmaığından, qətnamə də əsaslı və ədalətli hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbı̇ q edı̇ lən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: “...mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
28. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı öz atası Hüseynov Hüseynbala Əlibarat oğlunun etibarından sui-istifadə edərək sonuncunun iradəsi üzrə deyil, öz maraqlarına uyğun olaraq əqd bağlamışdır. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə həmin bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışı etibarsız hesab edilməsi qət edilmişdir.
29. İddiaçı apellyasiya şikayətində notariat ofisinə qeyd edilən əməliyyatın aparılması ilə bağlı müraciət edərkən notarius və yaxud əməliyyatı aparan əməkdaş müqavilələrin bu formada rəsmiləşdirilməsinin hüquqi nəticələri barədə vətəndaşa məlumat verməli olduğunu, notariat hərəkətləri aparılarkən bu məsələ üzrə hər hansı mübahisənin yaranacağı təqdirdə iddiaçı üzləşə biləcəyi risklərin mövcud olub-olmamasını soruşduğunu, notariat ofisinin əməkdaşının isə əməliyyatın qanuna müvafiq aparıldığını və hər hansı hüquqi riskin mövcud olmadığını bildirdiyini qeyd etmişdir.
30. Lakin, işin hallarından görünür ki, cavabdeh tərəfindən qanunvericilyin hər hansı tələbinin pozulması öz təsdiqini tapmır, yəni, zərərin məhz notariusun qanuna zidd hərəkətləri nəticəsində vurulması sübuta yetirilmir.
31. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, müqavilənin etibarsızlığı üçün əsas olan halın notariusun hər hansı bir hərəkəti ilə əlaqəsi yoxdur. Müqavilənin etibarsızlığı barədə iddianın təmin olunması əsası bu olmuşdur ki, iddiaçı etibarnamə əsasında ona ötürülən səlahiyyətləri müxtəlif notariat ofislərində digər şəxslərə ötürməklə nəticədə öz xeyrinə əqd bağlamışdır.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə maddi zərərin tutulması, əqd bağlanlarkən cavabdehin hər hansı hüquq pozuntusuna yol verməsi və bunun nəticəsində iddiaçıya maddi zərərin vurulması təsdiq olunmadığından məhkəmə kollegiyası hesab edir ki, iddianın mənəvi zərərin əvəzinin tutulması hissəsinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət də əsaslı olmuşdur.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2(006)- 756/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2(006)- 756/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev