Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5469/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərər) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehin nümayəndələri X9, Nümayəndə, X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ № 160920 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 29 mart 2021-ci il tarixdə vəfat etmişdir.
2. Füzuli rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(97)-11-2022 saylı hökmü ilə X15 Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Hökmdə qeyd edilir ki, X15 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-cü sərhəd döyüş məntəqəsində əsgər Əli İsmayılovla birlikdə 10 nəfər əsgər ,4 nəfər gizir ve bir nəfər kiçik gizir xidmə etmişdir. X25, Rahib Musayev, Aİik Muradlı, Elvin Adıgözəlov, Ariz Hesenov, Əli Feyziyev, Əli Qasımov, Nadir Əndəlifov, Hüseyn Muğdatlı, gizirlər Ruslan Əlirzayev,Elşad Abdurrəhmanov, Murad Həsənli va gizir Azad Mustafai, kiçik gizir Pənah Yaqubzadə olmuşlar. Hadisə baş verən zaman Ruslan Əlirzayev ve Elşad Abdurrəhmanov məzuniyyətdə olmuşlar. Məntəqədə döyüş növbətçiliyi günün işıqlı vaxtlarında 2 nəfər sərhəd gözətçisi və 1 nəfər məntəqə gözətçisi olmaqla 3 nəfərdən, axşam saatlarında isə nəfər sərhəd gözətçisi va 1 nəfər məntəqə gözətçisi olmaqla 4 nəfərdən təşkil edilmişdir. Xidmət günün cüt saatlarında 2 saatdan bir dəyişdirilmişdir. 29 mart 2021-ci il tarixdə saat 07 radələrində bayırdan səs-küy gəldiyini eşitmişdir. Daha sonra gizir Azad Mustafai əsgər Nadir Əndəlifov ve əsgər Əli İsmayılovu da götürüb yatdığı çadra gələrək həmin əsgərlərin mübahisə etdiklərini bildirmişdir. Bundan sonra həmin əsgərləri çağırıb mubahisə etmələrinin səbəbini soruşmuş, lakin onlar cavab verməmişlər. Əsgərlərə əlində olan "TETRA"nı (rabitə cihazını nəzərdə tutur) göstərərək danışmalarını, əgər deməsələr bu barədə məruzə edəcəyini ve araşdırma aparılacağını bildirsə də yenə əsgərlər Nadir Əndəlifov və əsgər Əli İsmayılov cavab verməmişlərr. Bundan sonra şəxsi heyətə düzülüş vermiş ve şəxsi heyət məntəqənin qarşısında düzülmüşdür. Məntəqənin hərbi qulluqçuları sıraya düzüldükdən sonra bir daha Əli İsmayılov va Nadir Əndəlifovdan "niyə belə oldu, niyə dalaşmısınız" deyə soruşmuş, lakin onlar cavab verməmişlər. Bu zaman əsəbiləşərək həm Əli İsmayılovun, həm də Nadir Əndəlifovun hər birinin sifət nahiyəsində üç-dörd sille vurmuş, ardınca düzgün eləmirsiz, şərəfsizlik edirsiz bu düzgün hərəkət deyil, nə üçün mübahisə etmələrinin səbəbini soruşmuşdur. Lakin əsgərlər yenə də cavab verməmişlər. Bundan sonra hər iki əsgərə döyüşə komandası vermiş, komandadan sonra onlar sürünərək 30-40 metr, nəzarət buraxılış məntəqəsinin şlaqbaumuna qədər irəliləmişlər. Həmin vaxt Əli İsmayılov ve Nadir Əndəlifovun arası ilə hərəkət edərək onlara "şərəfsiz" demiş ve onların bel nahiyəsində ayağının alt hissəsi ilə vurmuşdur. Sonra hər iki əsgəri yanına çağırmış va onlar yenə sürünərək yanına gəldikdə onlara bir daha döyüşə komandası vermiş və əmri icra etmələrini tələb etmişdir. Hər iki döyüşə komandasını verdikdən sonra əsgərlər Əli İsmayılov ve Nadir Əndəlifov döyüşə komandasını icra edərkən onlarla birlikdə irəliləmiş, hər iki döyüşə komandasında əsgər Nadir Əndəlifov onun sağında, əsgər Əli İsmayılov isə solunda olmuşdur. Özu də onların arasında gəzərək irəliləmişdir. Əsgərlər sürünərək hərəkət edərkən her iki əsgərin bel-kürek nahiyələrinəe ayağının alt hissəsi ile yüngül şəkildə zərbələr vurmuş, ayağında isə çəkələk olmuşdur. İkinci döyüşə komandasını verdikdə əsgərlər şlaqbauma çatmamış təxminən 15-20 metr irəlilədikdən sonra əsgərlərə dayanmalarını ve ayağa durmalarını ve gedərək sırada düzülmələrini əmr etmişdir. Sıraya dayandıqdan sonra hər iki əsgərin sifət nahiyəsinə 2-3 sillə zərbəsi vurmuş, ardənca sıra ilə əsgərlərin buşlatlarını çıxararaq üstlərinə baxış keçirtmişdir. Əsgərlərin üzərindən təmizlik ve digər məişət ləvazimatlar aşkar etmiş, eləcə də Əli İsmayılovun üzərindən ləvazimatlarla yanaşı 50 manatdan artıq pul olduğunu görüb həmin pulu haradan əldə etməsini soruşmuş, Əli İsmayılov pulu məzuniyyətə gorə yığdığını bildirmiş ve pulu qaytarıb İsmayılovun cibinə qoymuşdur. Hər iki əsgərdən yenə də nə üçü mübahisə etdiklərini soruşmuş, lakin onlar yenə də mübahisənin səbəbini demədikdə çadır otağına keçmiş ve rabitə vasitəsilə 4-cü sərhəd komendantlığının qərargah rəisi kapitan Elşən Zamanova əsgərlərin intizamsızlığını məruzə edərək tədbir görməsini xahiş etmişdir. Bir qədər sonra sərhəd komendantı mayor Vidjay Rəsulov ona zəng edərək Əli ismayılov və Nadir Əndəlifovun intizamsızlığı barədə soruşmuş həmçinin Əli İsmayılovun anket məlumatlarını dəqiqləşdirərək gəlib onun xidməti yerini dəyişəcəyini bildirmişdir. Özü içəri, yəni çadra daxil olduqdan sonra gizir Azad Mustafai sıranın qarşısında şəxsi heyətlə söhbət aparmışdır. Gizir Mustafai şəxsi heyətlə təxminən 15-20 dəqiqə söhbət aparmışdır. Bundan sonra içəridən çıxmış və sıranın qarşısına gəlmişdir. Bu zaman əsgər Əli İsmayılov sıradan çıxaraq, əvvəlcə əsgər Nadir Əndəlifovu, ardınca onu və sonda gizir Azad Mustafaini söymüşdür. Bundan sonra onun üstünə hücum edib ona yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Ardınca sonra gizir Azad Mustafainin üzərinə gedərək ona yumruq zərbəsi vurmağa çalışsa da, Mustafai onun əlini saxlayıb boğub yerə yıxmışdır. Bu zaman o, Azad Mustafaiye əsgəri, yəni Əli ismayılovu vurmamasını tapşırmış və Əli ismayılovu sakitləşməsi üçün kənara aparmışdır. Həmin zaman Əli İsmayılovun çiyninə əlini qoyub nəzarət buraxılış məntəqəsi istiqamətində yeriyərək hərəkət etmiş ve təxminən 10 dəqiqə onunla tərbiyəvi xarakterli söhbət etmişdir. Belə ki Əli ismayılova sakitləşməsini, cavan oğlan olmasını deyib onunla həmyaşıd kimi söhbat etmiş, Nadir Əndəlifovu söymasinə və vurmasına görə narahat olmamasını sakit olmasını qorxmamasını bildirmişdir. Belə ki Əli ismayılov Alik Muradlı ilə əvvəllər dalaşmasına gorə artıq bir dəfə başı ağrıdığından ikinci dəfə ona cəza veriləcəyini, postdan düşmek istəmədiyini ailəsinin imkansız olmasını, ona görə anasının hərbi hissəyə gəlməsini istəmədiyini bildirmişdir. O isə Əli ismayılova narahat olmamasını, hər şeyin düzələcəyini, komendatın gəlib onu sadəcə dəstəyə aparacağını və xidmətini orada davam edəcəyini bildirmiş, lakin Əli ismayılov heç bir halda dəstəyə düşmek istəmədiyini, orada onun danlanacağını, valideyninin ona göre əziyyət çəkəcəyini, anasının qadın xeylağı olduğunu, anasının hərbi hissəyə gəlməsinə görə özünü bağışlaya bilməyəcəyini demişdir. O Əli ismayılova əsgər yoldaşı ilə dalaşmaqda səhv etdiyini, onu vurub, söyməsinin düzgün olmadığını, zastavada onlarən rahat xidmət etməsi üçün hər bir şərait yaradıldığını, heç bir əsgərə indiyə qədər problem yaratmadığını, incitmədiyini özünün də onlarla bərabər səngər qazdığını, xidmət apardığını bildirmiş, Əli İsmayılovun həmin zaman peşman olmasını hiss etmişdir. Lakin Əli ismayılov da həm əvvəlki, həm də indiki dalaşmasına görə qorxu olmuş, postdan aşağı düşürüləcəyi təqdirdə sanki onun başına nə isə gələcəyini, valideyninin əziyyət çəkəcəyini fikirləşmiş, valideyninin, yəni anasının onun yanına gəlməsini ona Əli barədə nə isə xoş olmayan sözlərin deyilməsini qəbul edə bilməmişdir. X27 birgə əsgərlərin yatdığı çadıra getmiş və Əli ismayılov dəstəyə düşürülmək üçün əşyalarını yığmışdır. Bundan sonra şəxsi heyətə günün nizam qaydasını çatdırmış və bundan sonra hər şeyin günün nizam qaydasına uyğun olaraq idarə ediləcəyini bildirmişdir. Daha sonra şəxsi heyət yeməyə yollanmışdır. Özü də otağına keçərək əmrləri yazmağa başlamışdır. Qəfildən bayırdan əsgərlərdən kiminsə Əli İsmayılovun qaçdığını dediyini eşitmişdir. Bu zaman çadırdan çıxıb əsgərlərin düşmənlə üzbəüz mövqedə səngərin yanında dayandıqlarını görmüşdür. Həmin zaman əsgər Əli İsmayılovun düşmən mövqeyinə tərəf getdiyini, ilk olaraq avtomat silahdan avtomatik rejimdə 3-4 dəfə havaya atəş açmasını eşitmişdir. Bu zaman X28 ona yaxınlaşaraq əsgər Əli İsmayılovu geri qaytarması üçün icazə istəmişdir. Onların yaxın münasibətləri olduğunu bildiyindən Əlövsət Qasımova icazə vermiş və növbətçi vasitəsilə sərhəd komendatı mayor Vidjay Rəsulova zəng edib əsgər Əli İsmayılovun düşmən mövqeyi istiqamətində getməsini məruzə etmək istəmişdir. X28 isə Əli İsmayılovun arxasınca gedib onu dayandırmağa çalışmış və ona dayan,dayan, getmə söyləmiş, ancaq Əli İsmayılov üzünü ona tərəf çevirib gəlməməsini deyərək, havaya daha 2 dəfə atəş açmışdır. X36 İsmayılova yaxınlaşıb getmə, evdəkiləri düşün, özünü düşün kimi sözlər dedikdə Əli İsmayılov yaxşı demişdir. X29 İsmayılovun silahını əlindən almaq və ona geri qaytarmaq istədikdə Əli İsmayılov silahın qundağı ilə Əlövsət Qasımovu vuraraq kənara itələmiş və silahı çənəsinin altına çevirib özünə atəş açmışdır. Həmin zaman Əli İsmayılov yerə yıxılmışdır. Bunu gördükdə səngərin üzərində dayanmış hərbi qulluqçular eləcə də özü Əli İsmayılovun özünə atəş açdığı və yerə yıxıldığı yerə tərəf qaçmışlar. Həmin yerə çatdıqda Əli İsmayılovun cansız bədəninin baş, boğaz nahiyələrinin və bədən səthinin qan içində olduğunu və artıq vəfat etdiyini görmüşdür.Bundan sonra mərhum Əli İsmayılovun nəşi döyüş mövqeyinə qaldırılmış və hadisə barədə yəni Əli İsmayılovun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə 4cü sərhəd komendatına ətraflı şəkildə məruzə etmişdir. Təqsirləndirilən şəxs Mirzağa Quliyev sonra ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı üzr istəyərək ondan bağışlanmasını istəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99,000 manat mənəvi zərərin, 320 manat hüquqi yardım üçün ödənilmiş pulun və 390 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Sərhəd Xidmətinin X21 diviziyasının 4-cü sərhəd komendantlığının 13-cü sərhəd zastvasının 3-cü sərhəd döyüş məntəqəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsizamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 29 mart 2021-ci il tarixdə saat 06:20 radələrində həmin zastavanın Qubadlı rayonunun Çarəli kəndi ərazisində yerləşən 3-cü sərhəd döyüş məntəqəsinin xidmətdə olmayan şəxsi heyətini zabit-gizirlərin yatdığı çadırın qarşısında düzərək öz tabeliyində olan həmin məntəqənin aşpaz-çörəkbişirəni, əsgər X22 və həmin məntəqənin plemyotçusu, əsgər X11 mübahisə etmələrini deyərək mübahisənin səbəbinisoruşmuş, onlar cavab vermədikdə Nadir Əndəlifovun sifət nahiyəsinə bir sillə,ardınca onların arasına keçərək Nadir Əndəlifovun sağ sifət nahiyəsinə dörd sillə, Əli İsmayılovun sifət nahiyəsinə isə 3 sillə zərbələri vurmuş, heç bir xidməti zərurət olmadan, fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30- 40 metr irəli süründürmüş, onların arası ilə hərəkət edərək hər birinin böyür və bel nahiyələrinə ayağının alt hissəsi ilə 3-4 təpik zərbələri vurmuş, sonra yanına çağırıb təkrarən mübahisə etmələrinin səbəbini soruşmuşdur. Nadir Əndəlifov və Əli İsmayılov yenə cavab vermədikdə, yenidən hər birinin sifət nahiyəsinə 2-3 sillə zərbələri vurub, fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30-40 metr irəli süründürmüş, bu bu zaman əsgər Nadir Əndəlifovun qarın nahiyəsinə ayağının alt hissəsi ilə bir,əsgər Əli İsmayılovun qarın və bel nahiyələrinə iki təpik zərbələri vurmaqla Əli İsmayılova “böyrəklərdə aşkar olunmuş diapadez qansızma” diaqnozlu, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmnasına səbəb olan sağlamlığa yüngülzərərvurmaya aid xəsarət yetirmişdir. Sonra leytenant Mirzağa Quliyev qanunsuz hərəkətlərini davam etdirərək sıranın önündə yalnız Əli İsmayılovdan əsgər Nadir Əndəlifovla mübahisə etməsinin səbəbini soruşmuş, əsgər Əli İsmayılov cavab vermədikdə fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə ona “döyüşə” komandası verərək 30- 40 metr irəli süründükdən sonra yanına çağırıb sıraya qoymaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsizamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öztabeliyində olan iki və ya daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Füzuli Hərbi Məhkəməsinin 1(97)-11-2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikası CM-nin 329.2.2 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) ilmüddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin istintaqızamanıelan olunaraq təqdiq edilmiş və işin hallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 29 mart 2021ci il tarixli 38 nömrəli rəyində göstərilmişdir ki, X34Arif oğlunun bədən səthində: giriş dəliyi çənə altı nahiyədə bir qədər sağda, çıxış dəliyi başın sağ təpə-gicgahənsə nahiyəsində istiqaməti cüzi sağdan sola, aşağıdan yuxarıya, bir qədər öndən arxayadoğru olmaqla, gedişi boyunca üz skeleti, kəllə əsası kəllə-tağı sümüklərini çoxqəlpəli yerdəyişən sınıqları ilə müşahidə olunan, beyin toxumasının əzilib dağılması ilə nəticələnmiş, başın dəlib keçən odlu silah güllə yaralanması, üzün sol yarısının və sol qaş nahiyəsinin bir ədəd müştərək toxunub keçən odlu silah güllə yaralanması xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, atəşin əlavə faktorlarının təsir etdiyi məsafənin 1-ci zonasında atılmış, ən azı 2 atəş nəticəsində törənmişlər. Dərəcəsinə görə isə başın dəlibkeçən odlu silah güllə yaralanması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ə.A.İsmayılovun bədən səthində aşkar olunmuş digər xəsarətlər:sol qalça darağı proyeksiyasının və sol bel nahiyəsinin sıyrıqları. Həyati olmaqla bərk küt əşya (əşyaların) təsirindən törənmişlər. Müddətləri mərhumun meyitinin meyitxanada müayinəsindən 24-72 saat öncəyə yetirilməyə uyğun gəlir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmur. Ə.A.İsmayılovun meyitindən götürülmüş orqanların mikroskopik müayinəsi zamanı böyrəklərdə aşkar olunmuş diapadez qansızma, həyati travmatik mənşəli olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngülzərər vurmaya aiddir. Kompleks-məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 1494 nömrəli rəyindən görünür ki, X3 hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir və özünü öldürməsi hər hansı bir psixi xəstəliklə əlaqədar olmamışdır. Ə.İsmayılovun intellektual imkanları, dünyagörüşü, idrak prosesləri normaya uyğun olmuş, əqli və psixi fəaliyyətində gerilik əlamətləri özünü büruzə verməmişdir. Maraq dairəsi məhdud olmamış, gələcəyə planları olmuş, xidmətində bir sıra nöqsanlara (xidmət zamanı yatması, xidmətə gecikməsi, əsgər yoldaşını vurması və s.) yol vermişdir. İnadkarlıq, etiraz etməyi bacarmaq, söz götürməmək, qıcığa qarşı həssaslıq, ətrafdakılardan özünə qarşı yüksək hörmət tələb etmək, ona edilən iradları qəbul etməmək, mübahisə etməyə meyillilik, ünsiyyət yaratmaqda çətinlik çəkmək, eqosentrizm, nümayişkaranəlik kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Ə.İsmayılov ölümündən əvvəlki dövrdə psixiemosional reaksiya halını keçirmişdir. Ə.İsmayılov hadisədən əvvəlekstremal psixi vəziyyət keçirmişdir. Belə ki, Ə.İsmayılov intihar etməzdən əvvəl onunla əlaqəli yaranmış situasiya(döyüş növbəsində olarkən yatması, əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi, əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi) fərdi-psixi xüsusiyyətləri fonunda ekstremalpsixi vəziyyətin yaranmasına səbəb olmuşdur. Ə.İsmayılovun fərdi xüsuiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. Ə.İsmayılovun intihar hadisəsini törədərkən davranışının psixoloji motivini fərdi-psixi xüsusiyyətləri fonunda keçirdiyi emosional vəziyyəti şərtləndirmişdir. Leytenant M.Quliyevin, gizir A.Mustafai və N.Əndəfilovun hərəkətləri ayrıayrılıqda deyil toplaşaraq mərhum əsgər Ə.İsmayılovun özünü öldürərkən fərdi-psixoloji xüsusiyyətləri fonunda emosional vəziyyətinin yaranmasına təsir göstərmişdir. Belə ki, hadisələrin ümumi gedişi (döyüş növbəsində olarkən yatması,əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi, əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi kimi amillər) Ə.İsmayılovun fərdi-psixoloji xüsusiyyətləri fonunda gərgin psixoloji vəziyyətdə olmasına və emosional reaksiya halını keçirməsinə səbəb olmuşdur. Güman edilir ki, əsgər Ə.İsmayılov leytenant M.Quliyevə qarşıaqressiv davrandıqdan (əlini leytenant Mirzağa Quliyevə tutub təhqiramiz ifadələr işlətməsi, leytenant M.Quliyevə tərəf çevrilib ona bir dəfə yumruq atması) sonra zahirən sakitləşir (M.Quliyev onunla söhbət etmiş, söhbət zamanı M.Quliyevi sakit tərzdə dinləmiş və ondan işlətdiyi söyüş ifadəsinə görə üzr istəmişdir). Belə ki, əsgərlərə sıra düzülüşü və bəzi tapşırıqlar verilsə də, verilən komandaya məhəl qoymamış, bir qədər sonra yeməkxanaya daxil olduqda stulun bir qədər kənarında əsgər yoldaşlarından məsafəli şəkildə oturmuş, iştahası olmamış, yemək yeməkdən imtina etmişdir. Belə qənaətə gəlinmişdir ki, M.Quliyevin qeyd olunan hərəkətləri, digər şəxslərin hərəkətləri ilə yanaşı (ümumi situasiya) Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə, özünü öldürməsinə birbaşa deyil, bilavasitə təsir göstərmişdir. Belə qənaətə gəlinmişdir ki, baş vermiş hadisələrin ümumi gedişi (döyüş növbəsində olarkən yatması, əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi,əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi kimi amillər) Əli İsmayılovun ölümündən əvvəlki dövrdə psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. 2. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Mərhum əsgər X22 İddiaçı oğludur. 3. Vəfat etmiş şəxsi xarakterizə edən hallar: X10 xx.xx.2000-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 4. Hadisədən sonrakı hərəkətlər: X22 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Abşeron rayonu, Məhəmmədəli kənd qəbristanlığında dəfn olunmuşdur. 5. Hadisə nəticəsində dəymiş ziyan: İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş iddaçı, İddiaçı ifadəsində göstərmişdir ki, onun iki qızı və bir oğlan övladı vardır. Əli ortancıl övladıdır.Uşaqlıqdan oğlu Əli İsmayılov alergiya və böyrək çatışmazlığından əziyyət çəkmişdir. Bununla əlaqədar oğlu Əlinin bütün daxili orqanları şişmişdir. Hətta o, 1ci sinifə getdiyi zaman onda güclü allergiya olmuşdur. Buna görə təxminən 4-5 ay müddətində onu dərslərə apara bilməyərək ev şəraitində onun dərsləri ilə məşğul olmuşdur. Onda olan xəstəliyə görə bəzən onda boğulma, bəzən isə dəri səpmələri olmuşdur. Bəzi qidalara qarşı allergiya olmuş, zülal qalxdığından xəstəlik şiddətini artırmışdır. Buna görə də Əli İsmayılov özü tam anlayana qədər və başa düşənə qədər Əlini qorumuşdur. Əli böyüdükdən, yəni yetkinlik yaşına çatdıqdan sonra artıq Əli İsmayılovda qeyd edilən hər hansı xəstəlik özünü göstərməmiş, digər həmyaşıdları kimi normal həyat yaşamışdır. Göründüyü kimi iddiaçı oğlu mərhum əsgər Əli İsmayılovu əziyyətlə, qayğısına qalaraq, onu qoruyaraq böyütmüşdür. Oğlunun intihar etməsi onda böyük psixoloji sarsıntılara səbəb olmuşdur. Belə ki, oğlu düşmənlə sərhəd bölgəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bununla əlaqəli yetəri qədər stress keçirmiş, oğlunun əsgərlikdən sağ-salamat şəkildə qayıdacağını gözləyərkən bir anda hər şey altüst olmuş və oğlunun intihar xəbərini almışdır. Füzuli Rayon Məhkəməsinin 04 mart 2022- ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur ki, leytenant X15, gizir X16 və X12Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə bilavasitə təsir göstərmişdir. İddiaçı övladını əzabəziyyətlə böyüdərək 2020-ci ilin təxminən Vətənə layiqincə xidmət etməsi üçün yola salmış və əsgərlik müddəti bitdikdən sonra oğlunun gələcəyi ümidiylə yaşamışdır. Baş verən hadisələr onun həyatının gedişini əhəmiyyətli dərəcədə mənfi yöndə dəyişmişdir. Şübhəsiz haldır ki, əzabəziyyətlə böyütdüyü övladının ölümü bir valideyn üçün dəhşətli bir vəziyyətdir. Əliailənin tək oğlan övladı idi və anasının onun gələcəyi ilə bağlı ümid dolu gözləntiləri olmuşdur. İddiaçı bu gün də oğlunun ölümünün təsirindən çıxa bilməmiş, baş verənlərdən sonra əvvəlki yaşamına qayıda bilməmişdir. Həyatda bir valideyn üçün ən önəmli varlıq olan övladını itirmək ona psixoloji cəhətdən böyük zərbədir. Hələ övladı özünə qarşı qəsd etmişsə və bunun səbəbi də başqa şəxslərin onu özünü öldürmə həddinə çatdırması olmuşsa, bu hadisənin verdiyi psixoloji zərbə daha dözülməz və mənəvi cəhətdən ağrılı olur. Başa düşülməsi heç də çətin deyil ki, insanın yaşadığımənəvi travmalar onun fizikisağlamlığına da öz mənfi təsirini göstərir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 30.000 manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun 160 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 14, 1099.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 107, 115.0.6, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qebul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları adekvat qiymətləndirilməmiş və düzgün olmayan qərar qəbul edilmişdir. Nəticə etibarilə məhkəmə tərəfindən iddiaçıya vurulan mənəvi ziyanın məbləği ədalətsiz şəkildə müəyyən edilmişdir. Beləki, iddiaçının oğlu, Dövlət Sərhəd Xidmətinin X21 diviziyasının 4-cü sərhəd komendantlığının 13-cü sərhəd zastvasının 3-cü sərhəd döyüş məntəqəsinin əsgəri mərhum Əli İsmayılov 29 mart 2021-ci il tarixdə həyatına son qoymuşdur. X4 Sərhəd Xidmətinin sıralarında xidməti vəzifəsini yerinə yetirərkən Əli İsmayılova qarşı onun psixoloji durumuna mənfi təsir edəbiləcək hərəkətlərə yol vermiş və onun bu hərəkətləri digər şəxslərin hərəkətləri ilə yanaşı Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə, özünü öldürməsinə birbaşa deyil, bilavasitə təsir göstərmişdir. X2 CM-nin 329.2.2 ve 329.2.6-cı maddələri ilə təqsirli Füzuli Hərbi Məhkəməsinin 1(97)-11-2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikası CM-nin 329.2.2 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum qərarında göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməli və iddia tələbinin tam həcmdə təmin edilməlidir. Plenumda göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiqhalları nəzərəalınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hərbi hissənin vəzifəli şəxslərinin yol verdiyi hərəkətlər mərhum Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə bilavasitə təsir göstərmişdir. Belə ki, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 1494 nömrəli rəyindən də görünürki, Ə.İsmayılov intihar etməzdən əvvəl onunla əlaqəli yaranmış situasiya (döyüş növbəsində olarkən yatması, əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi, əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi) fərdi-psixi xüsusiyyətləri fonunda ekstremal psixi vəziyyətin yaranmasına səbəb olmuşdur. İddiaçının oğlunun, Əlinin itkisi nəticəsində yaşadığı acı, ruhən iddiaçını əymiş, ailədə mənəvi sabitliyi pozmuş və bu faciə hələ də sağalmamış bir yara olaraq qalmasına səbəb olmuşdur. Belə ağır və qeyri-adi mənəvi sarsıntıların qiymətləndirilməsində ədalətli yanaşma tələb edir ki, kompensasiya yalnız formal deyil, həm də gerçək hüquqi və mənəvi bərpa xarakteri daşısın. İddiaçının övladı vətənin keşiyində duran əsgər idi. Onun dövləti, torpaqlarımızı və insanları qoruduğu zaman vəzifəli şəxslərin qanunsuz və laqeyd hərəkətləri nəticəsində faciəvi şəkildə vəfat etməsinin iddiaçıda yaratdığı psixoloji təsirə məhkəmənin qət etdiyi kompensasiyanın miqdarı adekvat olmamışdır. Bu baxımdan, iddiaçı tərəfindən tələb edilən 99.000 manat məbləğində mənəvi ziyanın tam şəkildə təmin olunması zəruridir və hüquqi cəhətdən qanuna, ədalətə və mütənasibliyə tam uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ədalətli kompensasiya ilə bağlı mövcud təcrübəsinə uyğun olaraq, mənəvi ziyanın məbləği hadisənin xarakteri, nəticələrinin ağırlığı və ailə üzvlərinə göstərdiyi təsir nəzərə alınmaqla müəyyən edilir. İddiaçının təqdim etdiyi əsaslandırmalar bu məbləğin şişirdilməmiş, real və ağlabatan olduğunu sübut edir. Birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli hallar düzgün araşdırılmamış və qanunsuz qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər nəticəsində ona dəymiş mənəvi ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, X4 Sərhəd Xidmətinin X21 diviziyasının 4-cü sərhəd komendantlığının 13-cü sərhəd zastvasının 3- cü sərhəd döyüş məntəqəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 29 mart 2021-ci il tarixdə saat 06:20 radələrində həmin zastavanın Qubadlı rayonunun Çarəli kəndi ərazisində yerləşən 3 cü sərhəd döyüş məntəqəsinin xidmətdə olmayan şəxsi heyətini zabit-gizirlərin yatdığı çadırın qarşısında düzərək öz tabeliyində olan həmin məntəqənin aşpaz-çörəkbişirəni, əsgər X22 və həmin məntəqənin plemyotçusu, əsgər X11 mübahisə etmələrini deyərək mübahisənin səbəbini soruşmuş, onlar cavab vermədikdə Nadir Əndəlifovun sifət nahiyəsinə bir şillə, ardınca onların arasına keçərək Nadir Əndəlifovun sağ sifət nahiyəsinə dörd şillə, Əli İsmayılovun sifət nahiyəsinə isə 3 şillə zərbələri vurmuş, heç bir xidməti zərurət olmadan, fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30-40 metr irəli süründürmüş, onların arası ilə hərəkət edərək hər birinin böyür və bel nahiyələrinə ayağının alt hissəsi ilə 3-4 təpik zərbələri vurmuş, sonra yanına çağırıb təkrarən mübahisə etmələrinin səbəbini soruşmuşdur. Nadir Əndəlifov və Əli İsmayılov yenə cavab vermədikdə, yenidən hər birinin sifət nahiyəsinə 2-3 şillə zərbələri vurub, fiziki və psixi iztirabverməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30-40 metr irəli süründürmüş, bu bu zaman əsgər Nadir Əndəlifovun qarın nahiyəsinə ayağının alt hissəsi ilə bir, əsgər Əli İsmayılovun qarın və bel nahiyələrinə iki təpik zərbələri vurmaqla Əli İsmayılova “böyrəklərdə aşkar olunmuş diapadez qansızma” diaqnozlu, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Sonra leytenant Mirzağa Quliyev qanunsuz hərəkətlərini davam etdirərək sıranın önündə yalnız Əli İsmayılovdan əsgər Nadir Əndəlifovla mübahisə etməsinin səbəbini soruşmuş, əsgər Əli İsmayılov cavab vermədikdə fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə ona “döyüşə” komandası verərək 30-40 metr irəli süründükdən sonra yanına çağırıb sıraya qoymaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Füzuli Hərbi Məhkəməsinin 1(97)-11-2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikası CM-nin 329.2.2 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) ilmüddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya vurulan mənəvi ziyanın həcminə mütənasib olaraq müəyyən edilməmiş, hərbi hissənin vəzifəli şəxslərinin əməllərinin mərhum Əli İsmayılovun ölümünə təsiri və bu hadisənin iddiaçıya vurmuş olduğu mənəvi ziyanın həddi düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılması zamanı eyni hüquqi münasibətlər üzrə formalaşmış məhkəmə təcrübəsini və digər məhkəmələrin presedent xarakterli yanaşmalarını nəzərə almamışdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə analoji hüquqi münasibətlər üzrə — mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiada — cavabdeh “Azəriqaz” İB-dən iddiaçı X7 xeyrinə 50000 (əlli min) manat məbləğində pul tutulması qət edilmişdir. Qeyd olunan qətnamə eyni hüquqi münasibətlərə dair formalaşmış məhkəmə təcrübəsini əks etdirir və bu təcrübələr nəzərə alınmalı idi. Həmçinin, hər bir mənəvi ziyan tələbi üzrə konkret halların — zərərin miqyası, zərərçəkmişin şəxsi vəziyyəti, dəymiş ağrı və iztirabların dərinliyi —fərdiləşdirilmiş şəkildə qiymətləndirilməsi tələb olunur. Cari iş üzrə zərərin miqyası, dəymiş mənəvi əzab və ailə üzvünün faciəvi şəkildə vəfat etməsi ilə bağlı iztirablar nəzərə alınmaqla, məhkəmənin yalnız 30000 manat məbləğində tələbi təmin etməsi ədalətli mühakimə prinsipi ilə uzlaşmır və təcrübədə qəbul olunmuş yanaşmalarla uyğun deyil. Məhkəmə presedent xarakterli qətnamələri və oxşar hallarda müəyyən olunmuş təzminat hədlərini rəhbər tutaraq, iddia üzrə 30000 manatdan daha yüksək məbləğdə təzminatın ödənilməsini qət etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallar düzgün qiymətləndirilməmiş, hərtərəfli və tam araşdırma aparılmamışdır. Məhkəmənin təyin etdiyi ədalətsiz məbləğ onu göstərirki, məhkəmə iddiaçının yaşadığı iztirab və psixolji sarsıntıları yetəri qədər düzgün qiymətləndirməyib və düzgün qətnamə qəbul etməyib. Belə ki, mərhum Əli İsmayıov hərbi hissənin vəzifəli şəxslərinin qeyri-insani hərəkətlərinin onda yaratdığı psixoloji zərbə səbəbilə intihar etmişdir. Füzuli Hərbi Məhkəməsinin1(97)-11-2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, X4 Sərhəd Xidmətinin sıralarında xidməti vəzifəsini yerinə yetirərkən Əli İsmayılova qarşı onun psixoloji durumuna mənfi təsir edə biləcək hərəkətlərə yol vermiş və onun bu hərəkətləri digər şəxslərin hərəkətləri iləyanaşı Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə, özünü öldürməsinə birbaşa deyil, bilavasitə təsir göstərmişdir. İddiaçı övladını əzab-əziyyətlə böyüdərək 2020-ci ilin təxminən Vətənə layiqincə xidmət etməsi üçün yola salmış və əsgərlik müddəti bitdikdən sonra oğlunun gələcəyi ümidiylə yaşamışdır. Baş verən hadisələr onun həyatının gedişini əhəmiyyətli dərəcədə mənfi yöndə dəyişmişdir. Şübhəsiz haldır ki, əzab-əziyyətlə böyütdüyü övladının ölümü bir valideyn üçün dəhşətli bir vəziyyətdir. Əli ailənin tək oğlan övladı idi və anasının onun gələcəyi ilə bağlı ümid dolu gözləntiləri olmuşdur. İddiaçı bu gün də oğlunun ölümünün təsirindən çıxa bilməmiş, baş verənlərdən sonra əvvəlki yaşamına qayıda bilməmişdir. Həyatda bir valideyn üçün ən önəmli varlıq olan övladını itirmək ona psixoloji cəhətdən böyük zərbədir. Hələ övladıözünə qarşı qəsd etmişsə və bunun səbəbi də başqa şəxslərin onu özünü öldürməhəddinə çatdırması olmuşsa, bu hadisənin verdiyi psixoloji zərbə daha dözülmə zvə mənəvi cəhətdən ağrılı olur. Başa düşülməsi heç də çətin deyil ki, insanın yaşadığı mənəvi travmalar onun fiziki sağlamlığına da öz mənfi təsirini göstərir. Lakin birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarıyla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.
10. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”na əsaslanaraq qeyd edir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında işəgötürənin anlayışı açıq şəkildə verilərək göstərilir ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. X15 hərbi qulluqçu olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin "a" bəndinə əsasən bu Məcəllənin tələbləri hərbi qulluqçulara şamil edilmir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətinlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər hərbi qulluqçu statusuna malikdirlər. X15 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sıralarında xidməti vəzifəsini yerinə yetirərkən X22 və digərinə qarşı zor tətbiq etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının müvafiq bəndinə əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Dövlət Sərhəd Xidmətinin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya (zərərçəkən şəxsin hüquqi varisinə) zərər vurulduğu məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azəbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən,mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Məsələyə bu aspektdən baxılarsa qeyd olunmalıdır ki, X13 təqsiri ucbatından X17 özünü öldürməsi Dövlət Sərhəd Xidmətinin funksional xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir. Belə ki, Əli İsmayılov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu (sıravi əsgər) kimi Dövlət Sərhəd Xidmətində hərbi xidmət etmiş, sərhəd naryadını təşkil edərkən ona təhkim olunmuş silahdan istifadə etməklə hansısa bir səbəbdən özünə qəsd etmişdir. X37 Xidməti tərəfindən X13 qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində hər hansı tədbirlər görülməmiş olsa da belə, ibtidai istintaq tərəfindən əməlinə hüquqi qiymətin verilərkən onun hərəkətlərində AR CM-nin 329-cu maddəsinin (tabelikdə olan hərbi qulluqçuya zor tətbiq etmə) tərkib əlamətləri olduğu qənaətinə gəlinmiş, Füzuli Hərbi Məhkəməsinin müvafiq hökmü ilə o, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Yəni, əgər X13 təqsiri ucbatından Əli İsmayılov özünə qəsd etdə idi, onun əməlinə AR CM-nin 125-ci maddəsi ilə hüquqi qiymət verilərdi. X6 Əli İsmayılovla amansız rəftar etməmiş, sonuncunun ləyaqətini mütəmadi olaraq alçaltmamış, ona hədə-qorxu gəlməmiş, onlar arasında sadəcə olaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulmuş və Mirzağa Quliyev ona qarşı zor tətbiq etmişdir. Bütün bunlarla yanaşı Mirzağa Quliyevin qanunsuz hərəkətləri Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmadığından və xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyindən Əli İsmayılovun özünü öldürməsi ilə əlaqədar iddiaçıya zərərin əvəzinin ödənilməsi vəzifəsi zərərvuran Mirzağa Quliyevin üzərinə düşür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 68. İİ hissəsi - hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 14.2.6 Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur.
20. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2 zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
22. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
23. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
24. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
26. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
38. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
39. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.
40. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
41. Kollegiya qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
43. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
44. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
45. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
46. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
47. İşin mübahisələndirilməyən hallarından görünür ki, Füzuli rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(97)-11-2022 saylı hökmü ilə X15 Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
49. Məhkəmə kollegiyası dəymiş iddiaçının apellyasiya şikayətinə münasibətdə mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, qətnamə ilə mənəvi zərərin əvəzinin 30000 manat məbləğində tutulması real və ədalətli hesab olunur. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
50. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Mülki Məcəllənin 1099.2-ci maddəsində işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslərin nəzərdə tutulduğunu, X13 isə hərbi qulluqçu olduğunu qeyd etsə də, kollegiya hesab edir ki, hərbi qulluqçuların fəaliyyətini tənzimləyən qanunlarla hazırki münasibəti tənzimləyən müddəalar olmadığından məhkəmə qeyd olunan maddəni analoji olaraq tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi Füzuli Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(97)-11-2022 saylı hökmü ilə X15 Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi iddiaçıya mənəvi zərər vurulması iş materialları ilə təsdiq edilir. Cavabdeh Mirzağa Quliyevin qanunsuz hərəkətlərinin Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmadığından və xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyindən Əli İsmayılovun özünü öldürməsi ilə əlaqədar iddiaçıya zərərin əvəzinin ödənilməsi vəzifəsinin zərərvuran Mirzağa Quliyevin üzərinə düşdüyünü bildirsə də, kollegiya qeyd edir ki, Mirzağa Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində xidmət göstərir. Cinayət Məcəlləsinin 329-cu maddəsinin dispozisiyasında Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər “hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi” kimi əks etdirilir. Maddənin məzmunundan da göründüyü kimi Mirzağa Quliyevin qanunsuz hərəkətləri xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermişdir və o Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində xidmət göstərir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı hesab edilmir.
51. Göründüyü kimi, apellyasiya şikayətlərində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən cavabdeh rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.