Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-549/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə 12919 manat, mənəvi zərərə görə isə 20000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilmiş, iddiaçıya dəymiş maddi ziyana görə Cavabdeh1 2043,50 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, rayon məhkəməsi onun avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməmiş, eləcə də maşının təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri və xidmət haqqının cəmi məbləği əks olunmuş “xxxx” MMC-nin tərtib etdiyi qüsur aktını da nəzərə almamışdır. Bu səbəbdən, iddia tələbinin tam təmin olunmasına barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2418/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək Apellyasiya Məhkəməsinin qətnaməsi Cavabdeh1 maddi ziyana görə 2043,50 manat alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili V.Hacıyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhər DYPİ-nin tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2019cu il tarixdə, saat 17:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. AD seriyalı, 526409 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2019-cu il tarixli Etibarnamənin surətindən müəyyən olunur ki, hadisənin törədildiyi “Mersedes Benz S350” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh2 olmaqla, həmin avtomaşını xx.xx.2020-ci il tarixədək idarə etməyi və.s bir sıra hərəkətlər etməyi Cavabdeh1 etibar etmişdir. “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli Qüsur aktından müəyyən olunur ki, iddiaçıya məxsus “Toyota Prado" markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər ümumilikdə 12.919 manat qiymətləndirilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, iddiaçıya məxsus “Toyota Prado" markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər 6595 manat məbləğində qiymətləndirilmiş, həmin pulun 4551,50 manatı sığorta ödənişi olaraq hesablanmışdır. “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının hesabına sığorta ödənişi qismində 4551,50 manat məbləğində pul köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6827/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4694 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxx” MMC-nin tərtib etdiyi qüsur aktındakı məlumatlar nəzərə alınmaqla, 2006-cı il buraxılışlı “Toyota Prado” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9505 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, Apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli, 2(102)-2418/2020 nömrəli qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə sığorta aktında dəymiş zərərin məbləği 6.595,00 manat məbləğində, iddiaçının təqdim etdiyi qüsur aktında isə dəymiş zərərin məbləği təxminən 2 dəfə artıq müəyyən olunduğundan, həmin ziddiyyətin səbəbləri müəyyən edilməli, göstərilən ziddiyyətli vəziyyətdə iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən olunması üçün mütəxəssis rəyi alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı vəsatət verərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4694 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxx” MMC-nin tərtib etdiyi qüsur aktındakı məlumatlar nəzərə alınmaqla, 2006-cı il buraxılışlı “Toyota Prado” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9505 manat müəyyən olunmuşdur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 4953,50 (9505-4551,50 (“xxxx” ASC tərəfindən hesablanmış sığorta ödənişi)=4953,50) manat tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulmalı olan pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 4953,50 (dörd min doqquz yüz əlli üç, əlli) manat tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 iddiaçının xeyrinə 4953,50 (dörd min doqquz yüz əlli üç, əlli) tutulsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh1 tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-549/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-549/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver