Məhkəmə qərarları › İş №2(103)-5492/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5492/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5492/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Mayılov Ülvi Arif oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-988/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 336000 ABŞ dolları pulun iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: 7 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ("borc verən”) Cavabdeh ("borc alan”) 336000 ABŞ dolları (üç yüz otuz altı min dollar) məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür (səh.6). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-988/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 336000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-988/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konsititusiyasının 12, 26, 60, 71-ci maddəİərinə; Mülki Prosessual Məcəllənin 372, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamədə qeyd edilən tarixlərdə, yəni xx.xx.2017-ci il tarixdə bağlanmış notarial borc müqaviləsi görüntü üçün pərdələnmiş uydurma əqd olaraq bağlanmışdır. Çünki o, həmin tarixdə iddiaçıdan notariusda hər hansı 336000 ABŞ dolları pul almamış və notariusun yanında və ümumiyyətcə başqa yerdə o, iddiaçıdan 336000 ABŞ dolları pul almamışdır. İddiaçı ona kiçik məbləğ olmaqla aylıq 8 faiz olmaqla pul vermişdir və faizi ilə birgə iddiaçıya pulu qaytarmışdır. Buna baxmayaraq iddiaçı daim ondan faizin faizini və gecikmə cəriməsi kimi pul tələb edərək onu və oğlunu hədələyirdi. Hətta oğlu Əliyev İlkinin üzərinə bıçaq çəkərək pul tələb edərək hədə qorxu gəlmişdir və bununla bağlı 102 xidmətinə zəng edilmişdir. Bir müddət sonra ona iddiaçı bildirdi ki, ona notarial sənəd verməsə oğlunu öldürəcək. O da çəkinərək notariusa getdi və orda onun tanış notariusu idi və hər hansısa bir müqaviləyə imza atıb getmişdir. Onu iddiaçı məhkəməyə verəndən sonra bilmişdir ki, həmin müqavilədə 336000 ABŞ dolları pul yazılmışdır. Həmin xx.xx.2017-ci il tarixdə bağlanmış notarial borc müqaviləsi yalan əqd olduğu üçün etibarsızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 560, 739, 740; MPM-nin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnamə qəbul etmiş və cavabdeh tərəfindən onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkzibedici mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-988/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar