Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-551/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə,X4, Cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının, Cavabdeh3, onların nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(006)-798/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır.
2. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi hazırki iş üzrə iddiaçı "xxxx" MMC-yə (bundan sonra – iddiaçı və ya MMC) həvalə edilmişdir. 3.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.
4. 17 aprel 2020-ci il tarixli 1576 saylı müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020- ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X10, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMCnin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi - İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 03/03- 2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
7. 59 saylı MKİS tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, ünvan 1 ünvanda cavabdeh X9 və sonuncunun övladları Günay və Tural yaşayırlar.
8. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar.
9. ünvan 2 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 98 kv.m olan fərdi yaşayış evinin istifadəçiləri cavabdeh X9 və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsindəki 61 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, MMC tərəfindən mübahisəli yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək MMC tərəfindən Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Novruzov Qardaşları küçəsindəki ev 61 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 98 kv.m. olan fərdi yaşayış evinin sahibi cavabdeh X9 və istifadəçiləri digər cavabdehlər Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanunazidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər.
12. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ekspert tərəfindən yerində baxış keçirilmiş və hesabat hazırlanaraq Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Hesabatla tanış olduqları zaman bəlli olmuşdur ki, qərardadda qeyd olunmuş Novruzov Qardaşları küçəsi ev 61 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi (faktiki) sahəsi nə qədər təşkil etməsindən əlavə olaraq fərdi yaşayış evinin köməkçi sahələri də ölçülmüşdür. Beləliklə, hesabata əsasən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin sahəsi 175,03 m2 , köməkçi sahəsi isə 177,04 m2 təşkil edir. Lakin, köməkçi sahənin nədən ibarət olması açıqlanmamışdır. Belə olan halda, iddiaçı tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-798/2022 saylı qərardadı ilə "xxxx" MMCnin cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi və s.» tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası aparılan zaman hesabatda qeyd olunmuş Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 61 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin ayrı-ayrılıqda nədən ibarət olması və ölçüləri barədə onlara rəsmi cavab verilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 61 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin 18,08 m2 qeyri-yaşayış sahəsi (otaq), 20,08 m2 sanuzel (hamamtualet), 138,88 m2 həyətyanı sahə (boş torpaq sahəsi) təşkil edir. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa qeyd edirlər ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə (Özbaşına tikinti və onun nəticələri) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızı və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatlarında bildirmişlər ki, iddiaçı tərəf onları danışıqlara dəvət etməmiş və məsələ ilə bağlı danışıqlar aparmamışdır. Belə ki, şirkət onlarla əlaqə yaratmamış və razılıq əldə etmək üçün hər hansı bir tədbir görməmişdir. Bundan əlavə iddiaçı tərəfin təklif etdiyi şərtlərlə razı deyillər. Şirkətin təklif etdiyi mənzilin sahəsi onları qane etmir. Bununla yanaşı evlərinin müqabilində onlara pul məbləğinin təklif edilməsini istəyir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmənin qərardadına əsasən alınmış "xxxx" MMC-nin 25 aprel 2022-ci il tarixli H/01-PLS saylı fərdi yaşayış evinin ümumi sahəsinin ölçülərinin müəyyən edilməsinə dair qiymətləndirici ekspert tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil, faktiki ölçü və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 saylı fərdi yaşayış evinin ümumi sahəsi 352,07 kv.m. təşkil edir, yaşayış sahəsi 175,03 kv.m, köməkçi sahə 177,04 kv.m.
15. "xxxx" MMC-nin "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli sorğusuna cavab olaraq verilmiş 10 may 2022-ci il tarixli M/01-PLS saylı məktubundan görünür ki, hesabatda göstərilmiş və sorğuda qeyd olunan ünvan 1 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin 18,08 m2-i qeyri-yaşayış sahəsi (otaq), 20,08 m2 sanitar qovşaq, 138,88 m2 həyətyanı sahə (boş torpaq sahəsi) təşkil edir.
16. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC-nin 06 iyun 2022-ci il tarixli H/01-PLS saylı fərdi yaşayış evinin ölçülərinin müəyyən edilməsinə dair qiymətləndirici ekspert tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil, faktiki ölçü və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 saylı fərdi yaşayış evinin ümumi sahəsi 213,19 kv.m, yaşayış sahəsi 175,03 kv.m, köməkçiqeyriyaşayış sahəsi 38,16 kv.m təşkil edir.
17. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsizdir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(006)- 798/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilmiş, onların evdən çıxarılması, fərdi yaşayış evi boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 m2 ümumi sahəsi olan təmirli yeni mənzil cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına hər ay 500 manat kirayə haqqı ödənilməsi qət edilmişdir.
19. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur. Əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
21. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16, 18, 152, 180 və 560-cı maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Yəni həmin fərdi yaşayış evinin sahibləri və istifadəçiləri tərəfindən onlara məxsus evlə bağlı sərbəst şəkildə sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Həmin 61 saylı fərdi yaşayış evi və əlavə tikililərin divarlarının ölçüsündə ciddi fərqlər olmasına, yəni evin uzunluğunu müəyyən edən divarlarının (həmçinin evin enini müəyyən edən divarların) birinin ölçüsünün digərinə nisbətən qısa olmasına baxmayaraq, ölçü adi üstəgəl formasında aparılmışdır. Eyni zamanda evin və əlavə tikililərin ölçüləri içdən-içə aparılmaqla ev çöldən-çölə ölçülməmişdir. Hazırki iş üzrə tikinti-texniki ekspertizasının məhkəmə tərəfindən məhz "xxxx" MMC-yə həvalə edilməsi cavabdeh tərəf olaraq onlarda şübhə yaradır. "xxxx" MMC-nin hesabatında evin ümumi sahəsinin 213,19 kv.m olduğu göstərilmişdir. Lakin həmin fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv metrdir. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı hazırkı iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməli və həmin ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Ondan sonra həqiqətən həmin fərdi yaşayış evinin ümumi sahəsinin ölçüləri müəyyən olunacaq.
25. İddiaçı "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş 4,2 ha torpaq sahəsində cəmi 244 ailə yaşamış və bunlardan 210-u ilə razılıq əldə edilərək müvafiq müqavilələr bağlanmışdır. Həmin tarixdə razılıq əldə edilməyən cəmi 34 ailə (ev) qalmışdır. Sonuncu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi arayış təqdim edərək "xxxx" MMC-nin mübahisəli evin sökülməsi ilə əlaqədar olaraq cavabdehə 179 kv.m. sahəsi olan 4 otaqlı və 82 kv.m. sahəsi olan 2 otaqlı mənzillər, yaxud 215 kvm sahəyə görə 350000 manat pul vəsaiti verməyə hazır olduğunu göstərdi. Lakin cavabdeh bu təklifə razı olmadığını bildirmişlər.
26. Apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7456 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin (əlavə tikililərlə birlikdə) ümumi (tikinti altı) sahəsinin 217,4 kv.m. və həmin evə aid həyətyanı torpaq sahəsinin ümumi sahəsinin 130 kv.m. olduğu müəyyən edilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) 2(103)-411/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilmiş və Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsi 260,88 kv.m. müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnaməni faktiki olaraq söküntü müqabilində ona veriləcək mənzilin sahəsi hissəsində mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv.m.-dir. Cavabdehlərin istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlardan və eləcə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər əslində evin sökülməsinə razıdırlar. Onların narazılığı mütəxəssis tərəfindən evin sahəsinin düzgün ölçülməməsindən və sahəyə görə kompensasiya məbləğinin ödənilməməsindəndir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, söküləcək mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Göstərilən hissədə işin halları düzgün müəyyən edilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə veriləcək yeni mənzilin sahəsini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə - sökülmüş mənzillərin sahələrindən 20 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır. Cavabdehlərə fərdi yaşayış evinin əvəzi olaraq, həmin evin ekspert rəyi ilə müəyyən olunmuş sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil ilə təmin edilməlidir.
30. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehlərə məxsus 217,4 kv.m. ümumi sahəsi olan tikilinin sökülməsi ilə bağlı onlara pul formasında deyil, natura şəklində 260,88 kv.m. sahəyə malik təmirli mənzil verilməsi ədalətli kompensasiyadır. İddiaçı natura şəklində kompensasiya ödəməklə cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin sahəsindən 20% artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada təmirli mənzili onların mülkiyyətinə verir. İddiaçının şəhərin müasir tələbinə cavab verməyən cavabdehə məxsus fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 20 faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaradır.
31. Cavabdehin narazı qaldığı əsas məsələlərdən biri də həyətyanı torpaq sahəsinə görə kompensasiya ödənilməməsindəndir. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi ilə mübahisəli evə aid həyətyanı torpaq sahəsinin ümumi sahəsinin 130 kv.m. olduğu müəyyən edilsə də, cavabdehlər həmin torpaq sahəsinin hər hansı hüquqla (mülkiyyət, icarə və s.) onlara məxsus olduğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Ona görə də həmin həyətyanı torpaq sahəsinin veriləcək yeni mənzilin sahəsinə daxil edilməsi və yaxud onun əvəzinin (dəyərinin) pul kompensasiyası şəklində ödənilməsi üçün hüquqi əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 152.1, 152.6, 180.1, 180.2. 180.4, 560.1, 560.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh3 (Vəkil2 Cəlal oğlu) qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, cavabdeh öz hüququndan sui istifadə edir. Lakin cavabdehin mülkiyyətini müdafiəsi yönündə etdiyi hərəkətlər və Konstitusion hüqunun müdafiəsini tələb etməsi məhkəmə tərəfindən hüququndan sui-istifadə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Qanunun tələbinə baxdıqda belə aydın olur ki, Dövlət ehtiyacları üçün həmin sahə tələb edildikdə yalnız onun dəyəri ədalətli şəkildə ödənilən zaman cavabdehin mülkiyyət hüququ məhdudlaşdırıla bilərdi. Ancaq iş materiallarına baxdıq belə bir hal məlum olmur və hüquqi şəxsin, yəni iddiaçının mənafeyi mülkiyyətçidən üstün tutularaq mülki işə hüquqi qiymət verilir. 35.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2023cü il tarixli 2(102)-3295/2023 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(103)- 411/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin sökülən evin müqabilində Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsinin 260,88 kv.m. müəyyən etsə də, işdə cavabdehə təklif edilən mənzilin yerləşdiyi yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə 260,88 kv.m. sahəsi olan mənzilin olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsi, hansı nömrəli mənzil olmasının dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də cavabdehə 260,88 kv.m sahəsi olan qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir. Hazırkı halda qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı mərtəbədə, hansı girişdə, neçənci mərtəbədə, neçə otaqlı mənzilin təklif etməsi dəqiqləşdirilməli, mənzilin yerləşdiyi binanın yeri, layihəsi, mənzilin planı və s. bu kimi halları araşdıraraq iddiaya qiymət verməli, cavabdehin mülkiyyət hüquqlarının qorunmasını təmin etməlidir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, həmçinin göstərmişlər ki, onlara verilməli olan yeni mənzillərin yeri, mərtəbəsi, otaqların sahəsi və s. barədə iddiaçının nümayəndəsinin hazırki apellyasiya baxışı zamanı təqdim etdiyi ərizədə göstərilənlərə etirazları yoxdur. Lakin, hesab edirlər ki, həyətyanı torpaq sahəsinə görə də əlavə kompensasiya verilməlidir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apelyasiya şikayətini əsassız sayaraq, əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq cavabdeh tərəfə verilməli olan 260,88 m2 ümumi sahəyə uyğun 2 ədəd mənzillərin göstəriciləri dəqiqləşdirilmişdir. Belə ki, cavabdeh tərəfə onalara məxsus mənzilin yerində, yəni Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokun 3-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi 4 otaqlı və Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çormərtəbəli yaşayış binasının 3cü blokun 3-cü mərtəbəsində 82 kv.m ümumi sahəsi 2 otaqlı təmirli yeni mənzillər veriləcəkdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
40. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
41. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
42. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
44. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
45. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
48. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
49. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
50. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
51. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
54. 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
55. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
56. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
57. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:
58. 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir;
59. 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
62. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
64. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
65. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
66. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
68. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən, göstərişləri yalnız cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 260,88 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilməsi istiqamətində olmuş, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmamışdır. Bu səbəbdən də hazırkı apellyasiya baxışının həddi məhz qeyd edilən hallarla bağlıdır.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməldiir.
71. İşin halları yuxarıda ətraflı qeyd edildiyindən məhkəmə kollegiyası onları təkrarlamağı zərurət görmür. Qısa olaraq qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi də həmin sərəncamla əhatə olunan ərazidə yerləşir. Ev özbaşına tikilidir. Evin heç bir hüquqmüəyyənedici sənədi olmasa da iddiaçı "xxxx" MMC onun cavabdehlərə məxsusluğunu qəbul edir və evin söküntüsü müqabilində onlara yeni tikiləcək binada yaşayış sahəsi təklif edir.
72. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar).
73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X5rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
75. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
76. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
77. Eyni zamanda işdə olan sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfə onlara məxsus müvafiq yaşayış sahəsinin sökülməsi müqavilində verilməli olan yeni, təmirli yaşayış sahəsinin ölçüsü - 260,88 m2 təşkil edir və həmin sahə ədalətli əvəzi (kompensasiya) kimi qəbul edilməlidir (kassasiya instansiyası qərarında qeyd edilən sahənin ölçüsü ilə bağlı hər hansı fərqli mövqe sərgiləməmiş, bununla razılaşmışdır).
78. Lakin, kassasiya instansiyasının mövqeyinə (göstərişlərinə) görə - cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 260,88 m2 yaşayış sahəsinin fərdi göstəriciləri (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilməlidir. Çünki, qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.
79. Kassasiya intsansiyasının qeyd edilən göstərişlərinin icrası istiqamətində iddiaçıdan cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 260,88 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin dəqiqləşdirilməsi tələb olunmuşdur.
80. Məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub-olmaması imkanı da nəzərdən keçrilmiş və cavabdehlərin yaşadığı ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokun 3-cü mərtəbəsində 179 kv.m. ümumi sahəsi 4 otaqlı və Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çormərtəbəli yaşayış binasının 3-cü blokun 3-cü mərtəbəsində 82 kv.m ümumi sahəsi 2 otaqlı təmirli yeni mənzillərin verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.
81. Göründüyü kimi, iddiaçı 260,88 m2 sahəyə uyğun olan cavabdeh tərəfə məxsus yaşayış sahəsinin yerində (ünvan 1 ünvanda) inşa olunacaq çoxmərtəbəli yaşayış binasından iki ədəd mənzil təklif etməklə, onların göstəricilərini dəqiqləşdirmişdir.
82. Mənzillər cavabdeh tərəfə məxsus olan müvafiq yaşayış sahəsinin sökülməsi nəticəsində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli yaşayış binasının, 3-cü blokunun, 3-cü mərtəbəsində yerləşməklə, biri 179 kv.m. ümumi sahəsi olan 4 otaqlı, digəri isə 82 kv.m ümumi sahəsi olan 2 otaqlı təmirli, yeni mənzillərdən ibarətdir.
83. Cavabdeh tərəf təklif olunan mənzillərə etiraz etməmiş, lakin əlavə olaraq torpaq sahəsinə görə də kompensasiya ödənilməli olmasını və s. bildirmişlər.
84. Məhkəmə kollegiyası cavabdeh tərəfin etirazı ilə razılaşmayaraq, bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdehin analoji dəlillərinə artıq hüquqi qiymət verilərək rədd edilmiş, bu səbəbdən də kassasiya instansiyası cavabdehin şikayətini qismən təmin edərək, yalnız yuxarıda qeyd edilən müvafiq halların dəqiqləşdirilməsini zəruri hesab etmişdir.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
86. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə “255 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi” hissədə dəyişdirilməli və cavabdeh tərəfə verilməli olan mənzillər müvafiq yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı, həmçinin eyni yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində 82 kv.m ümumi sahəsi olan 2 otaqlı təmirli, yeni mənzillər kimi müəyyən edilməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(006)- 798/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə “255 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi” hissədə dəyişdirilsin və cavabdeh tərəfə verilməli olan mənzillər müvafiq yaşayış binasının ("xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binası) 3-cü blokunun 3-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı, həmçinin eyni yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində 82 kv.m ümumi sahəsi olan 2 otaqlı təmirli, yeni mənzillər kimi müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.