Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5514/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nəsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının və üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (X7, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(006)-1798/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 100000 manat maddi, 100000 manat mənəvi ziyan olmaqla, cəmi 200000 manat pul vəsaitinin alınaraq ona verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X2 və X1 iztiraba görə hər birinin xeyrinə 5000 manat mənəvi ziyanın tutulması, həmçinin rüsum və məhkəmənin digər xərclərini məhkəməyə keçirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(006)- 1798/2022 tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin olunmuş, İddiaçı vurulmuş mənəvi zərərə görə 15000 (on beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya icraatına qəbul edilmişdir. Hazırda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 22 iyul 2022-ci il tarixli məktubla müraciət iş üzrə yeni apellyasiya şikayəti daxil olmasını göstərmiş, bu səbəbdən də mülki işin Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının və üçüncü şəxslərin nümayəndəsi (vəkili) məsələyə münasibət bildirərək göstərmişdir ki, həqiqətən tərəflərindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bu səbəbdən də mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsini xahiş etdi. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, icraata qəbul qərardadı ləğv olunmaqla, mülki iş baxışdan çıxarılaraq verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (X7, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata qəbul qərardadı ləğv olunmaqla, mülki iş baxışdan çıxarılaraq verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5514/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5514/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver