Məhkəmə qərarları › İş №2(103)-5516/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5516/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5516/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan X3rşı «seçki nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülməsini, 1 ay 1 gün müddət keçdikdən sonra apellyasiya şikayətinin verildiyini nəzərə almadan apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşdə olan sənədlərdən mübahisəsiz qaydada müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan X4 sədridir. Elektron Məhkəmə Sistemindən görünür ki, qətnamə Azərbaycan X4 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamə eyni zamanda Cavabdeh1 yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə apellyasiya şikayətini tərtib edən vəkil X1 birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmişdir. Hazırda apellyasiya şikayətini də cavabdehin adından məhz o, imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı Azərbaycan X4 qətnaməni əldə etdiyi, yəni qətnamənin elektron kabinetə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən başlamış, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü xx.xx.2024-cü il saat 24:00-dək olmuş, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti isə bundan bir gün sonra - xx.xx.2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar