Məhkəmə qərarları › İş №2(103)-5518/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5518/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Açar sözlər: (Maddi və mənəvi zərər və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(006)-400/2023 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin, 33 saylı mənzilinə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin, 35 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. 2.Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh X5 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilində yerləşən tualetdən onun mənzilinə axan suyun qarşısının alınması barədə və həmçinin cavabdehdən ona dəymiş 5.000 manat məbləğində maddi və 2.000 manat məbləğində isə mənəvi ziyarın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzilində (4-cü mərtəbə) yaşayır. Həmin binanın 5-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilin sahibi Cavabdeh davamlı olaraq çoxmənzilli binalarda ümumi yaşayış və mənzildən istifadə qaydalarının kobud və bilərəkdən pozulması faktı ilə üzləşmişəm. Belə ki, son bir neçə il ərzində davamlı olaraq Cavabdeh yaşadığı mənzildən onun mənzilinə su axıtmış mənzilimi bərbad vəziyyətə salmış və onun mənzilimə maddi ziyan vurmuşdur. Hal-hazırda cavabdeh onun hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olan bu hərəkətlərini davam etdirir. Borudan axan suyun bir hissəsinin mənzilinin içərisinə tökülməsi nəticəsində tualet və hamamın divarlarına vurulmuş kafelləri, habelə onların çöl divarına vurulmuş divar kağızlarını yararsız hala salmışdır və onların uçub tökülmə təhlükəsi vardır. Bu vəziyyət həmdə evində daim üfunət yaratmaqla orada yaşamağını qeyri-mümkün etmişdir. Cavabdeh onun mənzilinə axıdılan suyun qarşısını nə özü almış, nədəki vaxtı ilə tərəfindən həmin işləri görməsinə qismən də olsa maddi dəstəyin edilməsinə imkan verməmişdir. Mənzilinə axan suyun mənbəyi xüsusi aparat müəyyən edilmiş və məlum olmuşdur ki, mənzilinə axan su Cavabdeh yaşadığı Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospekti 89 saylı evin 35 saylı mənzilinin tualetindən axır. O, Bakı şəhəri İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 52 saylı Mənzil Kommunal slismar Sahəsinə, "xxxx" ASC-yə, "xxxx" ASC-nin Nəsimi rayon su kanal idarəsinə və Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinə müraciətlər etmişdir. Həmçini bu məsələnin sülh yolu ilə həll edilməsinin mümkün olan yollarını cavabdehə təklif etməyinə baxmayaraq, onun bu cəhdləri cavbdeh tərəfindən etinasızlıqla qarşılanmış, habelə əksinə olaraq onun ona qarşı daha da hörmətsiz davranışı ilə nəticələnmişdir. Bununla bağlı olaraq binanın istismarına məsul olan Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə etdiyi müraciətə əsasən müvafiq akt tərtib edilmişdir. Cavabdehin ümumi yaşayış qaydalarına zidd olan bu əməli yəni onun mənzilinə suyun axıdılması nəticəsində evi yarasız vəziyyətə düşmüşdür. Cavabdehin qaununsuz hərəkətləri nəticəsində onun mənzilinə 4.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin cavadeh qərəzli hərəkətləri nəticəsində onun sağlamlığı da pozulmuşdur. Sağlamlığını bərpa etmək üçün tibb müəsissəsinə müraciət etmiş və müvafiq olaraq ailə büdcəsindən 1.000 manat məbləğində pul xərcləmişdir. Onun maddi ziyana düşməsinə əsas səbəbkar cavabdeh olmuşdur. Həmçinin cavabdehin qanunsuz hərəkətli nəticəsində o maddi ziyan çəkmişdir. Belə ki, hər dəfə cavabdeh etdiyi hərəkətlərin qarşısını alımaqda onun tərəfindən edilən cəhdlərin nəticə verməməsi ona mənəvi iztirablar vermişdir ki, bunun da sonunda ona 2.000 manat məbləğində mənəvi ziyan dəymişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 may 2023-cü il tarixli, 2(006)-400/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səməd Cəfərov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi kimi 3239 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 6.İş materiallarındakı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 7.İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti 52 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, su axıntısı X4 yaşadığı 35-ci mənzildə tualetin döşəməsindən keçən su və kanalizasiya xətlərindən boruların köhnələrək deşilməsi və çatlaması nəticəsində baş verir. Həmin xətlər divarın və döşəmənin içərisindən keçir. Su axıntısı ilə bağlı Rəna Əlizadəyə dəfələrlə müraciət edilmişdir. 8.İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/7707 №-li ekspert rəyinə əsasən mənzillərin planlı yerləşməsi, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə və 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, 33 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divarı, döşəmə, tavan) üzərində qüsurların əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 33 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 35 saylı mənzildən su axıdıldığı və su axmanın səbəbinin vətəndaş X4 yaşadığı 35 saylı mənzildən tualetin döşəməsindən keçən su və kanalizasiya xətlərindən boruların köhnələrək deşilməsi və ya çatlaması olduğu müəyyən edilir. Lakin 35 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, baxış zamanı 33 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən 33 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3239 manat məbləğində olduğu müəyyən edildi. Ekspertiza xərci 50 manat müəyyən edilmişdir. 9.İş məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzilə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin, 35 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. 10.Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlmişdir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3239 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 11.Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin qeyd olunan hissəsinin əsaslı olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi də həmin hissədə təmin edilməməlidir. 12.Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 3239 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 13.Məhkəmə qeyd etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 1096 1096.1, 1097.1. 1115-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 76.1, 76.2, 77.1, 89.3. 119.1,217.3, 217.4. 216-220, 227, 233 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə işin xüsusatları, işin hallarını tam əks etdirmir. Belə ki, ilk növbədə, cavabdeh tərəfindən ümumi yaşayış və mənzildən istifadə qaydalarını kobud və bilərəkdən pozulması faktı həqiqəti əksetdirmir. Göstərilən mübahisəli hal baş verəndən sonra o, dərhal öz hesabına binanın kanalizasiya xəttini təmir etmişdir. Ustalar sızmanın baş verdiyi xətti müəyyən edərkən sızmanın bilavasitə onun xəttindən deyil, ümumi kanalizasiya xəttindən olduğunu müəyyən etmişlər və bu səbəbə görə kanalizasiya xəttinin təmirbərpa işlərini binanın pılləkən hissəsindən həyata keçiriblər. Məhkəmə əsassız olaraq o mülki hüquq pozuntusu (delikt) törətməyini, təqsirliliyini və hüquqa zidd hərəkətləri təqsirli olaraq törətdiyini müəyyən edərkən əsassız ekspert rəyinə istinad etməkdə səhv etmişdir. xx.xx.2023-cü il tarixli, 10/7707 №-li ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “35 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, baxış zamanı 33 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.” Daha sonra ekspert rəyinin nəticə hissəsində isə “su axmanın səbəbinin vətəndaş X4 yaşadığı 35-ci mənzildən tualetin döşəməsindən keçən su və kanalizasiya xətlərindən boruların köhnələrək deşilməsi və ya çatlaması müəyyən edilir.” Beləliklə ekspert rəyindən görünür ki, su və kanalizasiya xətlərinin borularından yaranan problemə görə iddiaçıya dəymiş ziyanın onun təqsiri üzündən yaranmamışdır. Ekspert rəyindən görünmür ki, tədqiqat apardığı mənzillərin yerləşdiyi bina neçənci ildə tikilmişdir və istismara qəbul edilmişdir. Tərəflərin yaşağı mənzillər “stalinka” binasında yerləşir. İstismara verilən tarixdən mənzillərin yerləşdiyi bina müvafiq qurum tərəfindən, daha dəqiq isə balansında olan qurum tərəfindən əsaslı təmir edilməmiş, kanalizasiya boruları dəyişdirilməmişdir. Hesab edir ki, iş üzrə cavabdeh tərəfindən müfaviq qürum üçüncü şəxs qismində cəlb edilməli idi. Məhkəmə iş üzrə tam araşdırma aparmamışdır və səhv hüquqi nəticəyə gəlmişdir. Bununla da məhkəmə iddiaçını onun hesabına əsassız olaraq varlandırmışdır. Məhkəmə prosessual hüquq normalarını pozaraq iş üzrə tam araşdırma aparmamış, ziddiyətlərin mövcüd olmasına baxmayaraq iş üzrə qanunsuz və əsassız yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçıya dəymiş ziyanın cavabdehə aidiyyətinin olmaması ekspert rəyi ilə təsdiqlənir. Ekspert rəyinin nəticə hissəsi əsaslandırıcı hissəsinə uyğun deyildir, ziddiyyətlidir. Əsaslandırıcı hissədə ekspert brinci sual üzrə göstərir ki “mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planlı yerləşməsini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündəvə 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, 33 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 33 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 35 saylı mənzildən su axıdıldığı və su axmanın səbəbinin vətəndaş X4 yaşadığı 35-ci mənzildən tualetin döşəməsindən keçən su vəkanalizasiya xətlərindən boruların köhnələrək deşilməsi və çatlaması olduğu müəyyən edilir. Lakin 35 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, baxış zamanı 33 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.” Daha sonra ekspert əsaslandırıcı hissədə qeyd edir: “Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 33 saylı mənzilə su sızması 35 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 35 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.” Göstərilən qeyri-müəyyənliyi müəyyən edən ekspert rəyin nəticə hissəsində də yuxarıda göstərilən mövqedə qalaraq su sızmasının səbəbini müəyyən edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya dəymiş ziyanda cavabdehi əsassız olaraq təqsirli bildiyi üçün ondan qanunsuz olaraq onun xeyrinə pul tutmuşdur. Ekspert rəyində göstərdiyi smetada görülən işlər kimi divarlara vurulan kafelin dəyişdirilməsini, lazım olan kafelin miqdarını və qiymətini göstərmişdir. Lakin kafelin su sızmasından yarasız vəziyyətə düşməsi rəydə əks olunmamışdır. Bundan əlavə ekspert rəydə ziyanın məbləği ilə bağlı göstərdiyi smetada qiymətlərin mənbəyini göstərməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında cavabdeh X8, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdilər, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 22.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 27.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini və cavabdehin izahatını dinləyib apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(006)-400/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin, 33 saylı mənzilinə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin, 35 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. 33.Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, rəy alınmışdır. 34.İddiaçının mənzilinə su axıdılması işdə olan aktlar və ekspert rəyi ilə öz təsdiqini tapır. 35.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 36.Apellyatorun ekspert rəyi ilə razılaşmadığı hallar heç bir mötəbər sübutla təsdiq olunmamaqla, ekspert rəyini şübhə altına ala bilməz. 37.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 43.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 3239 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(006)-400/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar