Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5518/2025 (Açar sözlər: hasarın sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hasarın sökülməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 2 otaqdan ibarət hissədə İddiaçı mülkiyyətindədir. Bir hissəsi iddiaçıya məxsus mənzilin yerləşdiyi həmin küçə və ona qonşu olan digər bir sıra küçələri (C.Məmmədquluzadə, B.B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrini) əhatə edən 1,07 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən, icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Nəsimi rayon MKTB 41 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçının mənzilinin yerləşdiyi həmin ünvanda söküntü işləri başlamış və ərazi cavabdeh MMC tərəfindən hasara alınmışdır.
2. İddiaçı həmin hasarın təbii gün işığının və hava axınının qarşısını aldığını, işıqlanmanın qarşısının alınmasının və yaranan rütubətin onun mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığını, habelə mənzildə yaşayan yaşlı və xəstə atasının səhhətinə də pis təsir etdiyini bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,6 kv.metr olan 3 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında – 1 otaqdan (y/s – 11.5 kv.m, k/s – 4.4 kv.m) ibarət hissədə X2 (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi **********), 1 otaqdan (y/s – 21.2 kv.m) ibarət hissədə X4 (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi: **********), 2 otaqdan (y/s – 17.3 kv.m, k/s – 19.2 kv.m) ibarət hissədə isə İddiaçı (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi: **********) adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMCyə qarşı “hasarın sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi-vəkili iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, sözügedən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, mənzilin divarları ilə bitişik qonşu divarların sökülməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Son olaraq, iddiaçının nümayəndəsi-vəkili “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin Cavabdeh MMC-yə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Artıq bir ildən artıqdır ki, İddiaçı yaşadığı məhəllə Cavabdeh MMC tərəfindən 4 (dörd) metrə yaxın hündürlüyü olan hasara alınmışdır. Bunun da nəticəsində İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, həmin hasara görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzil günəş işığı və havalanmadan məhrum olmuşdur. Qeyd edilən səbəbdən mənzilin divarları nəmişlikdən və havasızlıqdan xarab olur. Yaranan rütubətdən mənzildə yaşamaq demək olar ki, mümkün deyil. Həmin mənzildə İddiaçı yaşlı atası yaşayır. O, 4 (dörd) dəfə infarkt keçirmiş, ağır xəstədir. Qeyd edilən hallar isə onun səhhətinə daha da pis təsir edir. İddiaçı tərəfindən bir neçə dəfə həmin hasar sökülməyə cəhd edilsə də, hər dəfə Cavabdeh MMC tərəfindən hasar yenidən bərpa edilərək iddiaçını gün işığı və havadan məhrum etmişdir. Həmçinin, Cavabdeh MMC müxtəlif qeyri-qanuni üsul və vasitələrdən istifadə edərək hasarı sökməmək üçün iddiaçıya təzyiqlər edir. Bütün bunlar həm qanunvericiliyin, həm də mülkiyyət sahibi olan şəxs kimi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Əlibəy Hüseynzadə, B.B.Məcidov və Cəlil Məmmədquluzadə küçələrinin əhatə etdiyi 1,07 ha torpaq sahəsi daxilində müasir sosial infrastruktur obyektlərin, yaşayış kompleksinin tikintisinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 194 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-nin istifadəsinə verilmişdir.
9. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli Sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Ağadadaş Qurbanov, ev 27 ünvanında da söküntü işləri başlamış və Cavabdeh MMC tərəfindən hasara alınmışdır.
10. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin müraciət məktublarını, aidiyyəti dövlət qurumlarının müvafiq razılıq məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılılıq razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarınn tikintisi üçün icarə əsasında adıçəkilən MMC-nin istifadəsinə verilmişdir. Ağadadaş Qurbanov küçəsi 27 saylı ünvan yuxarıda göstərilən sərəncam ilə Cavabdeh MMCnin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, X3 həkim-laborantı Həsənova Fidan və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icra olunması məqsədilə ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixində laborator müayinələr aparılması həyata keçirilmişdir. Müayinələr İddiaçı yaşadığı mənzilin 1-ci mərtəbəsinin yaşadığı mənzilində aparılmışdır. Yaşayış otağında rütubət 43.5 %, hava cərəyanının surəti 0,00 m/s, işıqlanma 76 Lk olmuşdur. “Здания жилые и общественние. Параметры микроклимата и помещениях” ГОСТ 30494-2011-ə əsasən yaşayış otağında rütubət 30-60 %, hava cərəyanının norması 0.2 m/s artıq olmamaq “Естественные и искуственные освещение” MCH 2.04-05-95-ə (CHиП 23-05-95) yaşayış otağında işıqlanmanın norması 150 Lkdur. Nəticə: ünvan 1 ünvanında İddiaçı məxsus mənzilin yaşayış otağında aparılmış müayinənin göstəricilərinə əsasən rütubət və hava cərəyanının surəti normaya uyğundur. İşıqlanma tələb olunan normadan azdır
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 10/03 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.8 metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Digər suallarda göstərilən məsələlər məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid olmadığından suallar üzrə tədqiqat aparılmamışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2025 nömrəli iş üzrə 01 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin etməklə, aşağıdakıları qət edilmişdir: “Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin ünvanda yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifələri qoyulsun. ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi Cavabdeh MMC-yə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün.”
14. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli ekspert rəyi ilə sözügedən hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməməsi; habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri tərəfindən həmin hasarın mövcudluğuna görə iddiaçının mülkiyyətində olan mənzildə işıqlanmanın tələb olunan normadan az olması müəyyən edilmişdir. Həmin ekspert və mütəxəssis rəylərinin mötəbər sayılmaması üçün hər hansı əsas mövcud olmadığından, məhkəmə rəyləri mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, bu rəylərdə göstərilənlər iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsinə əsas verir. Belə ki, bu rəylərlə təsdiq olunur ki, həqiqətən də, iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasar onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir, bu hasar tikinti qanunvericiliyinin tələblərinə zidd inşa edilməklə yanaşı, həm də iddiaçının mənzilinin təbii şəkildə işıqlanmasının qarşısını alır. Hasarın cavabdeh tərəfindən çəkilməsi mötəbər sübutlarla təsdiqlənərək mübahisəsiz olduğundan məhkəmə hesab etmişdir ki, hasarın sökülməsi vəzifəsi cavabdehin öz üzərinə qoyulmalıdır. Mənzilin divarları qarşısında hasar çəkilməsinin cavabdehə qadağan edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırda bu tələbin təmin edilməsinə hər hansı əsas və zərurətin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi vəzifəsi qoyulmalıdır.
15. Tələbin “Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə tərəfindən mübahisə predmetinə keçirilən yerli baxış zamanı orada tikinti tullantılarının mövcudluğu müəyyən edilmişdir. Tikinti tullantılarının antisanitar vəziyyətə səbəb olması və beləliklə, ətrafda yaşayan şəxslərin mülkiyyət hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməsini məhdudlaşdırması mübahisəsizdir. Hətta iddiaçı tərəfindən təqdim edilmiş videogörüntülərdən bəzən bu tullantıların yandırılması, bu zaman isə xüsusilə təhlükəli vəziyyətin yaranması müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur və tələb bu hissədə təmin edilərək, Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifəsi qoyulmalıdır.
16. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin Cavabdeh MMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yerli baxış zamanı həm də iddiaçıya məxsus mənzilin divarları ilə bitişik qonşu divarlar olması müəyyən edilmişdir. Həmin divarların bitişik olması müəyyən edildiyindən, hər hansı birinin sökülməsi, sözsüz ki, iddiaçıya məxsus mənzilə zərər vurulması, hətta ola bilsin ki, onun mənzilinin də məhv olması ilə nəticələnəcək, bu zaman isə əlavə məhkəmə mübahisəsinə zəmin yaranacaqdır. Həm mülki qanunvericiliyin mülkiyyətin müdafiəsi barədə olan normalarını, həm də prosessual qənaət prinsipini rəhbər tutan məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsinin təmin edilməsi ağlabatan, ədalətli və məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi Cavabdeh MMC-yə qadağan edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası Mülki Məcəlləsinin 14.1, 14.2, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 172.1, 180.4, 1096, 1098, 1108.1, 1115, Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 79.1, 79.1.3, Mülki Prossesual Məcəllənin 14.2, 60, 64.1, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 119.1, 216- 220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə görə Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması, mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi, tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləridir. Mübahisəli hasarın tikilməsi məhz yuxarıda qeyd olunan dövlət siyasətinin məqsədlərinə xidmət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı ilə məhkəmə iclasları vaxtı, həmçinin qətnamə qəbul edildikdən sonra dəfələrlə barışıq əldə edilməsinə cəhd edilməsinə baxmayaraq, barışıq mümkün olmamışdır.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. O, həmçinin qeyd etdi ki, tərəflər arasında dəfələrlə barışıq barədə danışıqlar olsa da, razılıq əldə olunmamışdır. Hazırki halda da mübahisənin məhkəmədən kənar barışıq yolu həlli mümkünsüzdür.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 25.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 26.Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 27.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
28. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
30. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 31.Maddə 79.1.3. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, X3 həkim-laborantı Həsənova Fidan və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icra olunması məqsədilə ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixində laborator müayinələr aparılması həyata keçirilmişdir.
41. Müayinələr İddiaçı yaşadığı mənzilin 1-ci mərtəbəsinin yaşadığı mənzilində aparılmışdır. Yaşayış otağında rütubət 43.5 %, hava cərəyanının surəti 0,00 m/s, işıqlanma 76 Lk olmuşdur. “Здания жилые и общественние. Параметры микроклимата и помещениях” ГОСТ 30494-2011-ə əsasən yaşayış otağında rütubət 30-60 %, hava cərəyanının norması 0.2 m/s artıq olmamaq “Естественные и искуственные освещение” MCH 2.04-05-95-ə (CHиП 23-05-95) yaşayış otağında işıqlanmanın norması 150 Lkdur. Nəticə: ünvan 1 ünvanında İddiaçı məxsus mənzilin yaşayış otağında aparılmış müayinənin göstəricilərinə əsasən rütubət və hava cərəyanının surəti normaya uyğundur. İşıqlanma tələb olunan normadan azdır.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 10/03 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.8 metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir.
43. Göründüyü kimi, iddiaçının evi və və cavabdehin inşa etdiyi binanın ətrafında çəkilmiş hasarın hündürülüyü normadan artıqdır.
44. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən hasarın hündürülüyü ən çoxu 2 metr 20 santimetr olmalı olduğu halda, hazırda cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü 2 metr 80 santimetr təşkil edir.
45. Bu da öz növbəsində yaşayış otağında işıqlanmanın norması 150 Lk olmalı olduğu halda, ondan təxminən 2 dəfə az – 76 Lk olmasına səbəb olur.
46. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əraziyə yerli baxış keçirilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı mənzilin yerləşdiyi evin həyətində tikinti tullantılarının mövcudluğu aşkar olaraq müşahidə edilərək videoyazıya alınmış, tikinti tullantılarının antisanitar vəziyyətə gətirib çıxarması məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya məxsus mənzilin divarlarına bitişik olan qonşu divarların olması da müşahidə edilmişdir.
47. Qanunvericilikdə göstərilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
48. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, onun dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
49. Kollegiya qeyd edir ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən görülən işlərlə əlaqədar həmin ərazidə yaşayan sakinlərin hüquqlarının pozulması ilə nəticələnməsi yolverilməzdir.
50. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2025 nömrəli iş üzrə 01 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.