Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5520/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)- 688/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-688/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat borc məbləğinin qanunsuz hesab edilərək **********00160 saylı abonent hesabından (saldo) silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Nizami rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-688/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanda abonentin mənzilinə baxış keçirilmiş və təbii X1nın pozulması haqqında ******* nömrəli akt tərtib edilərək, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi göstərilmiş, buna görə cavabdeh tərəfindən iddiaçıdan 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat tələb edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə sübutetmə yükünün cavabdeh “Azəriqaz” İB-nin üzərinə düşdüyünü, onların isə öz növbəsində, X1nın pozulmasına görə tərtib etdikləri aktda mənzildə yaşayan şəxslər tərəfindən sayğaca müdaxilə edilməsinin öz təsdiqini tapmaması kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin iş materiallarında cavabdeh Azəriqaz QSC tərəfindən belə bir qanunsuz qoşulmanın aşkar edilməsi halında həmin xəttin ləğv edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə əsaslı şübhədən kənar sübutlarla cavabdehin abonenti olduğu ünvanda quraşdırılmış sayğaca müdaxilə edərək iddiaçıya zərər yetirməsi halı təsdiq edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanı təsdiq edən və buna görə də ondan dəymiş ziyanın tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Bununla yanaşı, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Azəriqaz QSJ tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması səbəbilə ona 807,71 manat deyil, 799,20 qəpik ziyan hesablanmışdır. Belə ki, iş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş recimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş recimi 8 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saat orta günlük iş recimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 1.2*6*180=1296m3; 1.5*8*180=2160m3; 1.4*18*180=4536 m3. , dəymiş ziyan 7992m3 təşkil edir. Əhaliyə satılan qazın hər kub metrinin dəyərinin 10 qəpik təşkil etdiyi şəraritdə akt üzrə hesablanmış 7992 kub.m qazın dəyəri 799.20 manat təşkil etsə də, cavabdeh “Azəriqaz”İB tərəfindən iddiaçıya ümumilikdə 807.71 manat borcun hansı şəkildə hesablanması, həmin borcun qalan hissəsinin hansı səbəblərdən əmələ gəlməsi (qazdan sayğac üzrə istifadə edilməsi, digər aktların olması və s.) müəyyən deyildir. İş materiallarında olan abonent saldosundan görünür ki, yerdə qalan 8,51 qəpik məbləğ iddiaçının qazdan istifadəyə görə sayğac üzrə hesablanmış məbləğdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halına diqqət etmədən, həmin məbləğin də silinməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini düzgün hesab etmir və bu qənaətə gəlir ki, iddiaçının qeyd edilən məbləğdə qazdan istifadə etməsi iş materialları ilə sübuta yetdiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 8.51 manat borcun silinməsi hissəsində ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 384.0.3, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-688/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin və “Azəriqaz” İB tərəfindən təbbi qazdan istifadəyə görə İddiaçı hesablanmış və silinməli olan borcun məbləği 799.20 (yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vəfaddin İbayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5520/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver