Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5524/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1nə, həmin məhkəmənin hakimlərinə və əməkdaşına, habelə Azərbaycan Respublikasının Baş prokuroruna qarşı iddia ərizəsinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı həmin məhkəmənin 26 avqust 2024-cü il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, həmin məhkəmənin hakimlərini və əməkdaşını, habelə Azərbaycan Respublikasının Baş prokurorunu cavabdeh qismində göstərdiyi iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, məhkəmə isə Mülki Prosessual Məcəllənin 44.2.4cü maddəsinə istinadla işə hansı məhkəmədə baxılmasının müəyyənləşdirilməsi üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia tələbini konkret olaraq Cavabdeh1nə və onun hakimlərinə qarşı yönəltmişdir; Mülki Prosessual Məcəllənin 44.2.4-ci maddəsinə görə isə, iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, iş başqa məhkəmədə baxılmağa verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə, həmin məhkəmənin hakimlərinə və əməkdaşına, habelə Azərbaycan Respublikasının Baş prokuroruna qarşı iddia ərizəsi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5524/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5524/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver