Məhkəmə qərarları › İş №2(103)-5528/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5528/2022

03.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5528/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 850 manatın alınaraq ona ödənilməsi və tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 27 saylı Notariat ofisində verilmiş 7E-7098 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti məhkəmənin 26 may 2022-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilmədiyi əsas göstərilməklə geri qaytarılmış, qərardaddan verilən şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz xx.xx.2022-ci il tarixinə, yəni iş üzrə yekun məhkəmə aktının çıxarılmasından 1 ay 19 gün əvvələ aiddir - bu da öz növbəsində həmin qəbzin baxılan işə hər hansı aidiyyətinin olmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz qətnamənin çıxarılmasından 1 ay 19 gün əvvələ aid olduğundan, həmin ödənişi “müəyyən edilmiş qaydada” ödəmə kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı 2 aya yaxın müddətdən sonra iddianın rədd olunacağını və apellyasiya şikayəti verəcəyini bilə bilməzdi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1440/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar