Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5530/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)-3603/2022 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq ümumilikdə 89760 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, İddiaçı onun xeyrinə 247960 manat məbləğində pulun tutulması, “Toyota Prado” markalı avtomobilin İddiaçı alınaraq əvvəlki sahibinə qaytarılması və əvvəlki sahibin həmin avtomobilə mülkiyyət hüququnun tanınması, habelə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)- 3603/2022 saylı qərardadı ilə qarşılıqlı iddia “pulun tutulası” hissəsində icraata qəbul edilmiş, qalan hissədə qaytarılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və qarşılıqlı iddianın tam olaraq icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2(001)- 3603/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Birinci instansiya məhkəməsi qarşılqlı iddianı qismən icraata qəbul edən zamanı hesab etmişdir ki, Cavabdeh İddiaçı “Toyota Prado” markalı avtomobilin alınmasını tələb etsə də, həmin avtomobilin nömrə nişanı barədə hər hansı məlumat, habelə ümumiyyətlə onun mülkiyyətində belə bir avtomobilin olmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə etməmiş, hüquqi nəticə etibarı ilə Cavabdeh iddia ərizəsində bu tələbinin əsası kimi istinad etdiyi fakt və halları göstərməmiş və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş və nəticə etibarı ilə qeyri-müəyyən tələb irəli sürmüşdür. Bu da öz növbəsində qarşılıqlı iddianın bu hissədə geri qaytarılmasını şərtləndirir. Məhkəmə kollegiyası qarşılqlı iddianın qismən icraata götürülməli olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericiliklə iddianın (eləcə də qarşılıqlı iddia ərizəsinin) qismən icraata qəbul edilməsi nəzərdə tutulmamışdır. MPM-in 155.3-cü maddəsinə qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-in 152.1 və 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Göründüyü kimi, iddia ərizəsinin (eləcə də qarşılıqlı iddianın) verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edildikdə iddia ərizəsi bütövlükdə qaytarılır. Yəni, məhkəmənin özünün seçiminə görə iddia ərizəsində göstərilən tələblərdən hər hansı birinin icraata qəbul edilməsi, digərinin isə qaytarılması qanunvericiliyin tələblərinə zidd olmaqla, dispozitivlik prinsirinə də uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş qarşılıqlı iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)-3603/2022 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)- 3603/2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş qarşılıqlı iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5530/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5530/2022
02.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver