Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5530/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra şöbəsi, Bakı şəhəri 14 saylı notariat ofisi və X12 müstəqil tələblər irəli sürməyən şəxslər qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac protokollarının etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə (Səbail rayon İcra şöbəsi, Bakı şəhəri 14 saylı notariat ofisi və X12 müstəqil tələblər irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinin 2.3-cü bəndinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzillər tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. "xxxx" MMC tərəfindən verilmiş sənədlərdən görünür ki, “İpoteka saxlayan” qismində X15 ilə “İpoteka qoyan – borc alan” qismində X5 arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzili Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edilmişdir (bənd 1.1,2.1). İpoteka predmetinin dəyəri “İpoteka qoyan”ın və “İpoteka saxlayan”ın razılığına əsasən 350.000 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). Kredit müqaviləsinin məbləği 340.000 manat təşkil etmişdir.
3. Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf “İpoteka saxlayan” X10 tələbi ilə “İpoteka qoyan – borcalan” İddiaçı Şahlan qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 3M/1105 nömrə ilə rəsmiləşdirilərək qeydə alınan kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 340.000 manat borcu və kredit məbləğinin təminatı olaraq Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 3M/1104 reyestr nömrəli ipoteka müqaviləsi üzrə, eyni zamanda tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 340.025 manat təşkil edir).
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ23854 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiyməti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata X13 təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 olmaqla, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və X13 qarşı ipoteka müqaviləsinin 2.3-cü bəndinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə atası X5 ilə X15 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X15 tərəfindən atası Şahlar Abdullayevə 340.000 manat borc verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ilkin olaraq atasının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin, 33, 34, 35 saylı mənzilləri ipoteka qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparmadan, onların həqiqətən də X13 340.000 manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılıqların olub-olmamasını müəyyənləşdirmədən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 3 ünvanında qeydiyyatda olan X10 xeyrinə, borclu ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinədək vaxtında ödənilməmiş 340.000 manat pulun ondan tutulması barədə xx.xx.2022-ci il tarixli, 8i-23854 nömrəli icra qeydi vermişdir. Odur ki, tərəfindən sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, 8i23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, notarius tərəfindən icra qeydinin ləğv edilməsi barədə müraciəti imtina edilmişdir. Bununla əlaqədar olaraq, tərəfindən Bakı şəhəri 14 saylı notariat ofisinin 8i-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillər "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 147/23 saylı “Açıq hərracın nəticələri haqqında Yekun Protokolu”na əsasən alıcı X1. Bundan sonra tərəfindən ərizə ilə "xxxx" MMC-yə müraciət edilərək, hərracın nəticələri haqqında protokolu əldə etmiş və sözügedən protokolla tanış olarkən ona məlum olmuşdur ki, hərracın keçirilməsinə əsas Bakı şəhəri 14 saylı notariat ofisinin icra qeydi olmuş, hərracın sifarişçisi isə Səbail rayon İcra və Probasiya şöbəsi olmuşdur. İlk olaraq qeyd etmək istəyir ki, "xxxx" MMC və X15 tərəfindən ona məxsus olan əmlakın hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, mülkiyyətinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuş, hərracın bu qaydada və qiymətlə iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq bir ailə ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmış, şəxsi maraq güdməklə ən ciddi qanunsuzluğa və ən ciddi pozuntuya yol vermişlər. Lakin ona məxsus olan əmlakın hərracının keçirilməsini "xxxx" MMC özbaşına olaraq formal surətdə yalnız kağız parçası üzərində keçirməklə nə onu satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq istəməmiş, özgənin əmlakını öz şəxsi əmlakları kimi “dəyərindən qat-qat aşağı qiymətə” satmaqla mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluğa yol vermişlər. Ona məxsus olan mənzillərin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən ona heç bir təklif olunmamış və onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfındən müəyyən olunmalıdır. Göründüyü kimi qanunların tələbləri bütün istiqamətlər üzrə pozulmuşdur. Əmlakın mülkiyyətçisi kimi o, nə hərracın keçirilmə qaydalarını müəyyən etməmişdir, nə hərracda iştirakı təmin edilməmiş, nə də hərracda satılan ona məxsus olan əmlakın qiymətinin müəyyən olunmasında ona heç bir imkan verilməmişdir. "xxxx" MMC özü-özündən qanunsuz olaraq hərrac keçirmiş, kiminlə, hansı üsulla keçirməsi isə məlum olmamışdır. Onunla heç bir bir müqavilə bağlanılmamış, hərracın keçirilməsində qanunla müəyyən olunan hüquqların kobudcasına pozulmuşdur. Göründüyü kimi, hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsindən irəli gələn tələblərə də əhəmiyyət verilməmiş, hərracın keçirilməsinə dair ona bildiriş göndərilməmiş, bununla da hərracın keçirilmə qaydalarına dair qeyd olunan Qanunun 42-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri birinci növbədə X10 mənafeyini “xüsusi canfəşanlıqla” qorumuş, hərracda satılan əmlak birinci növbədə ona təklif olunmalı olduğu halda, bu onun hüquqları da pozulmuş və alıcı qismində hərracda onun iştirakı təmin olunmamışdır. Hərracın nəticələri haqqında protokoldan görünür ki, ipotekaya qoyulan əmlakların ilkin satış qiyməti qanunsuz olaraq 350.000 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin əmlaklar ilkin satış qiymətindən də aşağı qiymətə - yəni 223.125 manata satılmışdır. Bunu hərracı keçirən "xxxx" MMC-nin hansı qayda ilə müəyyənləşdirməsi məlum deyildi. Bundan əlavə, protokoldan da göründüyü kimi alıcı X15 olmuşdur. Bu faktın özü bir daha onu göstərir ki, qiymətləndirməni və hərracı həyata keçirən "xxxx" MMC-nin və X10 hərracın bu qiymətlə keçirilməsində “xüsusilə maraqları” olmuş, həmin səbəbdən də hərraca çıxarılan əmlak öz faktiki dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirilməklə X10 öz adına sənədləşdirilmiş, bütün bunların nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bu baxımdan hesab edir ki, X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokol qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir.
8. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair iddia ərizəsinə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən X2 Şahlar Cümşüd oğluna 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X5 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X10 xeyrinə ipoteka ilə edilmişdir. Sözügedən ipoteka müqaviləsinin 2.2-ci bəndində görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillərin dəyəri 350.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350.000 manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350.000 manatdan 3 dəfədən artıqdır. Belə ki, tərəfindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 001- 08/05-MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri 1.100.000 manat həcmində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.2-ci bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında 07 avqust 2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən artırılmış iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəfindən iddia ərizəsinə əlavə verilmiş və həmin iddia ərizəsinə əlavədə ipoteka müqaviləsinin 2.3-cü bəndi əvəzinə texniki səhv olaraq ipoteka müqaviləsinin 2.2-ci bəndi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3- cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və X13 qarşı ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3-cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin əvvəlki mülkiyyətçisi mərhum X5 mülkiyyətində olan mübahisəli mənzili bağladığı kredit müqaviləsinin təminatı kimi yüklü edib və ipoteka müqaviləsi bağlayarkən ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında mənzil 350.000 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğ ipoteka müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsi hər ikisinin iradə ifadəsinə əsaslanmış, ipoteka qoyanın sağlığında bununla bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı mübahisəli mənzilə dair "xxxx" MMC-nin qiymətləndirilmə hesabatındakı məbləği əsas gətirərək ipoteka müqaviləsinin 2.3-cü bəndinin etibarsız hesab edilməsi barədə tələb irəli sürür. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb üzrə iddiaçı ipoteka müqaviləsi bağlayan mərhum mülkiyyətçinin vərəsəsi olaraq qeyd edilən müqavilənin tərəfi olmadığından, müqavilənin qeyd edilən bəndi müqavilə bağlayan tərəflərin iradə ifadəsinə əsasən tərtib edildiyindən, iddiaçı tərəfindən əmlakın hazırkı bazar qiymətinə dair təqdim etdiyi qiymətləndirmə hesabatını məhkəmə sübut kimi qəbul etmədiyindən (belə ki, qiymətləndirici MMC-nin özəl şirkət olaraq hesabatı tərtib edən mütəxəssisin bu cür fəaliyyətlə məşğul olub lisenziyasının mövcud olması barədə sübutların olmaması, əmlakın ipoteka müqaviləsində qeyd edilən qiymətdən artıq olmasına dair digər mötəbər sübutların təqdim edilməməsini əsas götürülərək), həmçinin məhkəmə tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsinin etibarsızlığı ilə bağlı hal aşkar edilmədiyindən, iddia tələbi həmin müqavilənin 2.3-cü bəndinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus mənzilin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı bu tələbini həm əmlakın real bazar qiymətinə uyğun satılmaması, həm də hərracın keçirilməsi barədə məlumatsız olması ilə əlaqələndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən müvafiq hərrac bildirişləri həm tələbkar, həm də borclunun ünvanları üzrə rəsmi qaydada göndərilmiş, eyni zamanda bununla bağlı müvafiq mediada elan dərc edilmişdir. İddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçıya bildirişlərin göndərilməsi və onun tərəfindən rəsmən alınması müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakın real bazar qiymətinə uyğun satılmaması ilə bağlı iddiaçının dəlillərini məhkəmə əsaslı hesab etməmişdir, yuxarıda qeyd edildiyi kimi təqdim olunan qiymətləndirmə hesabatı sübut kimi dəyərləndirilə bilməz, digər tərəfdən iddiaçı icra qeydinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırarkən əmlakın qiymətini həmin tələbdə mübahisələndirməmişdir. Məhkəmə hesab etmişdir ki, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, hərracın və onun nəticələrinin (yekun protokolun və alqısatqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlilləri əsassız hesab edilməli və bu səbəbdən həmin hissədə də iddia tələbi təmin olunmamalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3-cü,14.1, 16.1-ci, 337.1, 389.1, 390.1ci, 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 42, 42.1, 43.1.1-ci, 43.7-ci,44-cü maddələri, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1247/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən X2 Şahlar Cümşüd oğluna 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X5 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X10 xeyrinə ipoteka ilə yüklü edilmişdir. AZ- İİ seriyalı 204649 saylı ölüm haqqında şəhadətnamədə qeyd edildiyinə əsasən X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan qızı İddiaçı olmuşdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X5 verilmiş **********84-05101- 093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2, mənzil 33, 34, 35 ünvanında yerləşən ümumi sahəsi 171 kv.m olan mənzildən ibarətdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında 07 avqust 2023-cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2023cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətlərində görünür ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350000 (üç yüz əlli min) manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350000 (üç yüz əlli min) manatdan 3 dəfədən artıqdır. Belə ki, tərəflərindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMCnin 08 may 2024-cü il tarixli, 001-08/05-MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri ******* (bir milyon bir yüz min) manat həcmində müəyyən edilmişdir. Hazırki iş üzrə isə məhkəmə ipoteka predmeti olan ünvan 8 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyərini müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmişdir. Lakin işə baxmış hakim apellyasiya şikayətinin bu dəlilli üzrə də araşdırma aparmamış, yalnız yenə də formal olaraq öz qətnaməsində qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi təqdim olunan qiymətləndirmə hesabatı sübut kimi dəyərləndirilə bilməz, digər tərəfdən iddiaçı icra qeydinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırarkən əmlakın qiymətini həmin tələbdə mübahisələndirməmişdir. Bundan əlavə onu da qeyd etmək istəyir ki, mərhum atası X5 iddiaçı X7 borc olaraq aldığı 340.000 manat məbləğində pulun hamısını iddiaçıya qaytarmış, lakin məsuliyyətsizlik edib, kredit və ipoteka müqavilələrini ləğv etdirməmiş, eyni zamanda iddiaçı borc müddətindən xeyli müddət keçməsinə baxmayaraq, bir dəfə də olsun atası vəfat edənə qədər borcunu tələb etməmişdir. Lakin atası vəfat etdikdən sonra hazırda əlavə olaraq yenidən borcunu tələb edir.
Apelдyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Abdullayev Şahlar ilə Qasımov Anar arasında müqavilə bağlanmışdır. Borca pul verilib. Məhkəməyə sübutları təqdim etmişdilər. Şahlar ilə Anar arasında müqavilənin bağlanmasına bir xanım vasitəçi olub. Həmin xanıma etibarnamə verilib. Nizami küçəsinin mərkəz hissəsindəki mənzil Şahlara aiddir. Sənəd üzrə həmin mənzillərin sahəsi 250 kv.mdən çoxdur. 33, 34, 35 saylı mənzillərin dəyəri 350.000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən Qasımov Anara iddiaçı tərəfindən 340.000 manat borc vermişdir. 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri 1.100.000 manatdır. Məhkəməyə sənəd də təqdim etmişdi ki, həmin mənzillərin bazar qiyməti 1.100.000 manatdır. Məhkəmə ekspertizasının keçirilməsin xahiş edir. Rayon məhkəməsi mənzilin likvid dəyərini hesablamalı idi. İcra qeydi ilə məhkəməyə müraciət etmişdilər. Abdullayev Şahlar vəfat etmişdir, onun hüquqi anlayışı olmayıb. Onun niyyəti borcunu qaytarmaq olub, qiymət nə yazılsaydı, razılaşacaqdı. Təkcə otaqların sahəsi 171 kv.m-dir. Lakin, mənzilin ümumi sahəsi 250 kv.m-dən çoxdur.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Üçüncü şəxs ünvan 9 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlər və üçüncü şəxslərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
19. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu
Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin müəyyən edilmiş halları odur ki, iddiaçının atası X5 ilə X15 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 350000 manat müəyyən edilmişdir.
26. Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf “İpoteka saxlayan” X10 tələbi ilə “İpoteka qoyan – borcalan” İddiaçı Şahlan qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 3M/1105 nömrə ilə rəsmiləşdirilərək qeydə alınan kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 340.000 manat borcu və kredit məbləğinin təminatı olaraq Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 3M/1104 reyestr nömrəli ipoteka müqaviləsi üzrə, eyni zamanda tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 340.025 manat təşkil edir).
27. İlk növbədə qeyd olunmalıdır ki, icra qeydi iddiaçı tərəfindən mübahisələndirilsə də iddia tələbi təmin edilməmişdir.
28. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin dəlili odur ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan əmlakların qiyməti düzgün müəyyən edilməmiş və həqiqəti əks etdirmədiyindən X5 ilə X15 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq imzalanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndi etibarsız hesab edilməlidir.
29. Məhkəmə kollegiyası iddia tələbini rədd edən birinci instransiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan əqd imzalanarkən iddiaçının atası X3 iradəsinin zədələnməsi ilə bağlı hallar müəyyən edilməmiş, bununla bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
30. Bundan əlavə, iddiaçı ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X15 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi tələbinin əsası kimi ona istinad etmişdir ki, mənzillərlə bağlı keçirilmiş hərraclarla bağlı bildiriş ona ünvanlanmamış, onun məlumatı olmamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X4, İddiaçı qızına, tələbkar X13 göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin ilkin satış qiymətinin 350.000 manata satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir.
32. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin 350.000 manata açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2023- cü il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir;
33. "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X4, İddiaçı qızına, tələbkar X13 göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin satış qiymətinin 297.500 manata satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir.
34. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin xx.xx.2023-cü il tarixdə keçirilən təkrar hərracın baş tutmaması barədə elan verilmişdir;
35. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X13 təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə məlumat verilmişdir.
36. "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ23854 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiyməti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata X13 təklif olunmuşdur.
37. Göründüyü kimi, "xxxx" MMC tərəfindən hərrac keçirilməsi zamanı “İpoteka” haqqında Qanunun tələblərinə əməl edilmişdir. İddiaçı tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
38. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
39. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1247/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev