Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5540/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon e-2(001)- 2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışların surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra küçəsi, 24 saylı evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər X4, X2 və X6 qarşı kredit borcunun ödənilməsi və sair tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 əsas kredit üzrə 46150 manat, faiz üzrə 23206 manat, dəbbə pulu 6857 manat olmaqla, cəmi 77213 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,01221 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin X4 qaytarılması qət edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir.
3. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilmiş Y-51 nömrəli, xx.xx.2015ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evinin satılması barədə hərrac keçirilmişdir. Əmlakın ilkin satış qiyməti 50000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə əsas Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3016/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş 17/68№14529-9 saylı, xx.xx.2014-cü il tarixli sifariş olmuşdur. İpotekasaxlayan İddiaçı ASC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən əmlakı 31875 manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.
4. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 17/68№14529-9 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubu əsasında ipoteka predmeti olan, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi alıcı İddiaçı ASC-yə 31875 manata satılmışdır.
5. RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 24 may 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evi alaraq tam mülkiyyətinə əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən). Hal-hazırda cavabehlərin İddiaçı ASC-yə məxsus mənzildə qeydiyyatda qalmaları bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən onlar, hesab edirlər ki, cavabdehlərin bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalıdırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehlərin İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları üçün onların həmin mənzilə olan hüquqlarının itirilməsi zəruridir.
8. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2251/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər X4, X2 və X6 qarşı kredit borcunun ödənilməsi və sair tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 əsas kredit üzrə 46150 manat, faiz üzrə 23206 manat, dəbbə pulu 6857 manat olmaqla, cəmi 77213 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,01221 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin X4 qaytarılması qət edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı evə dair istifadə hüquqlarına xitam verilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə, 2-ci bəndinə, Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddəsi, Mənzil Məcəlləsinin 29.1-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2251/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-cisıra, 24 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin mənzildən istifadə edirlər. Həmin mənzilin hərraca çıxarılması və satılması onlara məlum olmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar (əvvəlki redaksiya).
19. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh2 münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İddiaçı hazırkı iddiasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər X4, X2 və X6 qarşı kredit borcunun ödənilməsi və sair tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 əsas kredit üzrə 46150 manat, faiz üzrə 23206 manat, dəbbə pulu 6857 manat olmaqla, cəmi 77213 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,01221 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin X4 qaytarılması qət edilmişdir.
29. İşin halları müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3016/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, icra məmurunun sifarişi əsasında mübahisə predmeti olan mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,01221 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evi ilə bağlı açıq hərrac keçirilmişdir. Açıq hərracın nəticəsi olaraq fərdi yaşayış evinin İddiaçı ASC-nin mülkiyyətinə verilməsi ilə bağlı alğı-satqı müqaviləsi imzalanmışdır. Fərdi yaşayış evi ilə bağlı İddiaçı ASC-nin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan mənzildə qeydiyyatı əsassız olduğundan işə baxan məhkəmə iddia tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir.
31. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, mübahisə predmeti olmuş əmlakla bağlı keçirilmiş hərrac barədə məlumatı olmamışdır.
32. Cavabdehin apellyasiya şikayətinin dəlilnə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda məhkəmə iddiaçının irəli sürdüyü tələbə baxır. Cavabdehin şikayətin dəlili olaraq qeyd etdiyi hallar iddiaçının qanunvericiliklə müəyyən edilmiş mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olmamalıdır.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon e-2(001)-2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev