Məhkəmə qərarları › İş №2(103)-5548/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5548/2021

25.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5548/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, üçüncü şəxs Turqay Paşazadənin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “aktda düzəliş” tələbinə dair mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(004)-1961/2021 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “aktda düzəliş” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 Fazil oğlu 19.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə vəsatət təqdim edərək mülki işin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-66/2021 saylı mülki işlə birləşdirilməsi üçün aidiyyat üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi 2(007)-66/2021 saylı mülki işdə “məhrum atası X3 qalmış miras Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 36, mənzil 1 və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tirğeney küçəsi, ev 26 üzərində vərəsəlik hüququnun müəyyən edilməsi və həmin əmlak üzərində ½ hissədə pay hüququnun tanınması” haqqında iddia tələbi üzrə İddiaçı cavabdehdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(004)-1961/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(004)-1961/2021 saylı qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-66/2021 saylı mülki işlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1961/2021 saylı mülki işin bir-biri ilə əlaqəli olmadığını hesab edir. Lakin o, hesab edir ki, hər iki iş vərəsəliklə bağlıdır, mübahisə miras əmlak bölgüsü ilə əlaqədardır. Eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “aktda düzəliş” tələbinə dair iddia ərizəsi ilə subyektiv hüququ olmayan şəxs iddia qaldırmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 2(004)-1961/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxs Turqay Paşazadənin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak eədn şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Nizami Rayon Məhkəməsinimn icraatında olan 2(007)-66/2021 saylı mülki işlə Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1961/2021 saylı mülki iş bir-biri ilə əlaqəli olmadığından üçüncü şəxs X1 vəsatətinin təmin edilməməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(004)-1961/2021 saylı qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(004)-1961/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar