Məhkəmə qərarları › İş №2(103)-5558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5558/2022

20.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5558/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin və ya kompensasiyanın verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(001)-1241/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-1241/2022 saylı qətnaməsinə əsasən İddiaçı Qismət-M Construction MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4347/2022 saylı qərardadına əsasən apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(001)- 1241/2022 saylı qərardadı ilə iddiaçının verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının qərardaddan verdiyi şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixdə hakimə etiraz ərizəsi vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən etiraz ərizəsinə münasibət bildirilməmiş və məhkəmənin 07 iyul 2022-ci il tarixli 2(001)-1241/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə tərəfindən hakimə verilmiş etiraz ərizəsinə müvafiq qaydada baxılmalı və münasibət bildirilməli idi. Lakin, etiraz ərizəsinə hər hansı münasibət bildirilmədən, qərardaddan verilmiş şikayətə baxılmışdır. Odur ki, hazırki şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli, iddiaçı tərəfindən verilmiş etiraz ərizəsinə baxılaraq münasibət bildirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Etiraza baxıldıqdan sonra isə müvafiq səlahiyyətli hakim tərəfindən şikayətə baxılıb qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(001)- 1241/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə, hakimə edilmiş etiraz məsələsi həll edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar