Məhkəmə qərarları › İş №2(103)-5560/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5560/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5560/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın əvəzinə verilmiş əmlaka payın tanınması, mənzilə köçürülmə, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı "Rahatlığın məkanı” MMC-nə və Cavabdeh2 qarşı “payın müəyyən edilməsi, müqavilənin etibarsız hesab olunması, pulun tutulması və mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X3 ilə Cavabdeh2 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra qadına “Nəzərova” soyadı verilmiş, nikahlarından xx.xx.2005-ci il tarixdə Fərman, xx.xx.2007-ci il tarixdə Nuran adını verdikləri uşaqları dünyaya gəlmiş, nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi əsasında pozulmuş, uşaqları analarının yanında saxlanılmışlar.

2. ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil "xxxx" ASC, Cavabdeh2 və X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh2 satılmış, mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. İddiaçı Cavabdeh2 qarşı iddia tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə ½ hissədə İddiaçı payının müəyyən olunması, ünvan 2 ünvanında torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113 073,9 manat vəsaitin ½ hissəsinin, yəni 56 536,95 manatın Cavabdeh2 tutulub İddiaçı Zakır qızına ödənilməsi qət olunmuşdur.

4. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, İddiaçı Cavabdeh2 qarşı “fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması” tələbinin rədd edilməsi qərara alınmışdır.

6. Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə görə "xxxx" ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1/2 hissəsinin İddiaçı Zakır qızından tutulub Cavabdeh2 ödənilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan kredit ödənişlərinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə İddiaçı Zakır qızının vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

7. Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin rəis müavininin Vəkil2 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə “İcra haqqında” Qanunun 10 və 24-cu maddəsinə əsasən icra olunması üçün aidiyyəti üzrə Nizamı rayon icra şöbəsinə göndərilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılaraq tərəflərə bildiriş göndərilmiş, lakin icra sənədinin icrası mümkün olmamışdır, icra sənədinin icrası istiqamətində tədbirlər davam etdiriləcəkdir.

8. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda, 141 saylı Mənzil Kommunal İstismar Sahəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01 №-li məlumata əsasən Ş.Mirzəyev küçəsi 59 №-li binanın 2 mərtəbəli, 2 girişli olmaqla 12 mənzildən ibarət olduğu, binanın 1954-cü ildən istismara verildiyi və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu, binaya 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xidmət göstərildiyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli 158 №-li Sərəncamı ilə Nizami rayonu Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina da daxil olmaqla sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsinin icarə əsasında "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi, sözügedən binanın sakinlərinin MMC ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqaviləyə əsasən köçürüldüyü, yalnız Cavabdeh2 yaşadığı mənzili təhvil vermək istəməməsi ilə əlaqədar razılıq əldə olunmadığı üçün binanın sökülməsi "Rahatlığın Məkanı” MMC tərəfindən dayandırıldığı qeyd edilmişdir.

9. "xxxx" MMC Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəanət Fondu və "Kapital Bank” ASC) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2723/2022 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-585/2022 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

10. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, həmin iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinin birgə nikah dövründə əldə edilmiş əmlak olması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil üzərində ½ hissədə payı müəyyən edilməsi səbəbilə iddia tələbinin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirməklə işə cəlb olunmasını xahiş etmişdir.

11. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq sözügedən iddia tələbindən imtina etdiyini bildirmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiadan imtina qəbul olunaraq iş üzrə icraata xitam verilmişdir.

12. Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 iyul 2022ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi ev 59, m. 10, 2 (iki) otaqlı 54.30 kvm. yaşayış sahəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyəti isə özü tərəfindən inşa edilən ünvan 7 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 99 kv.m. olan 2 otaqlı 12 saylı mənzili təmirsiz vəziyyətdə Cavabdeh2 istifadəsinə verməyi, 12 saylı mənzilin təmiri üçün Cavabdeh2 14 000 (on dörd min) manat pul ödəməyi, Cavabdeh2 isə həmin mənzili və mənzilin təmiri ilə əlaqədar ödənilən kompensasiyanı qəbul etməyi öhdələrinə götürmüşlər.

13. Həmin müqavilənin 2.1.1-ci bəndində göstərilmişdir ki, 14 000 manat pul kompensasiyası Cavabdeh2 yeni mənzilin təmirinin təmin edilməsi üçün, təmir edilib yaşayışa yararlı vəziyyətə gətirilənədək ödənilməli olan aylıq kirayə haqqı ödənişinin əvəzi üçün, habelə MMC-nə təhvil verilən mənzilindəki şəxsi əşyalarının və həmin mənzildəki bütün qapı və döşəmə materiallarının çıxarılaraq köçürülməsinə görə nəqliyyat daşınmaları üçün birdəfəlik kompensasiya şəklində ödənilən pul vəsaitidir.

14. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə yazdığı iltizamda göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin təmiri üçün 14 000 (on dörd min) manat məbləğində pul vəsaitini "xxxx" MMC-dən almışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı (iddiaçı) "Rahatlığın məkanı” MMC-nə və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 9 ünvandakı binanın 4-cü mərtəbəsindəki 2 otaqdan ibarət 100 kv.metr 12 saylı mənzil üzərində ½ hissədə mülkiyyət hüququnun müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirmiş, ünvan 9 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 2 otaqdan ibarət 99 kv.metr olan 2 otaqlı 12 saylı mənzilin üzərində İddiaçı ½ hissədə hüququnun müəyyən olunması, Cavabdeh2 ilə "Rahatlığın Məkanı” MMC arasında imzalanmış 04 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin üzərinə ünvan 9 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 2 otaqdan ibarət 99 kv.m olan 2 otaqlı 12 saylı mənzillə bağlı ½ nisbətdə müqavilə bağlanması öhdəliyinin qoyulması, cavabdehlərdən müştərək qaydada 7000 (yeddi min) manat pulun alınıb iddiaçıya verilməsi və iddiaçının mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbləri belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin, 10 saylı mənzilinə ½ hissədə iddiaçının payının müəyyən olunması qət edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixil 158 nömrəli Sərəncamı ilə Nizami rayonu, Ş.Mirzəyev kücəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina da daxil olmaqla sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilimişdir. Sonradan onlara məlum olmuşdur ki, Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisi layihələndirilərək tikilmiş yeni çoxmənzilli binadan "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvan 9 ünvanındakı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv.metr ölçülü 12 saylı mənzil verilmişdir. Baxmayaraq ki, Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə ½ hissədə iddiaçının payının müəyyən olunması qət edilmişdir, “Rahatlığın Məkanı" MMC tərəfindən Cavabdeh2 adına ünvan 10 ünvanındakı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv.metr ölçülü 12 saylı mənzil sənədləşdirilərkən və təhvil verilərkən iddiaçının mülkiyyət hüquqları nəzərə alınmamışdır. Halbuki, "xxxx" MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin mənzil birgə nikah dövründə əldə edilmiş və Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ½ hissədə mülkiyyəti tanınmış mənzilin sökülməsi nəticəsində verilmişdir. Beləliklə, iddiaçının mülkiyyət hüquqları kobudcasına cavabdehlər tərəfindən pozulmuşdur, bunun da nəticəsində iddiaçı əmlakına sahiblik etmək, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçının hüquqları sırasında fundamental yeri olan mülkiyyət hüquqları bərpa olunmalı, Cavabdeh2 adına sənədləşdirilən ünvan 10 ünvanındakı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv.metr 12 saylı mənzil üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququ müəyyən olunmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə Tamerlana 14 000 manat məbləğində pul vəsaiti də ödənilmişdir və həmin pulun yarısı da iddiaçının xeyrinə tutulmalıdır.

18. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələblərinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Tərəflər birgə nikaha xx.xx.2008-ci il tarixdə daxil olmuşlar. Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 59, 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan bu mənzilin alınması üçün "xxxx" ASC-dən 35 000 manat məbləğində kredit götürülmüş və ümumilikdə xx.xx.2037-ci il tarixdək 55 369,15 manat məbləğində pulun qaytarılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə dair ½ hissədə İddiaçı qıznın payının müəyyən olunması, ünvan 11 ünvandakı torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113.073,9 manat vəsaitin ½ hissədə, yəni 56 536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2022-ci il qərarına əsasən kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı “fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə görə "xxxx" ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin ½ hissəsi İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan kredit ödənişlərinin ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün göndərilsə də, İddiaçı tərəfindən qətnamə icra olunmamışdır və o, ödənilmiş pulu nə cavabdehə qaytarmamış, eyni zamanda mübahisəli pay hüququ tanınmış mənzillə bağlı olan ödənişi ödəməmişdir. Buradan belə nəticəyə gəlinir ki, iddiaçının ümumiyyətlə qeyd olunan qətnamənin icra olunmasında heç bir marağı olmamışdır. "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılarkən T Nəzərov tərəfindən vəsatət verilərək İddiaçı da məhkəməyə çağırılması tələb olunmuş vəsatət təmin edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini layihələndirməsi üçün 1.2848 ha torpaq sahəsi "Rahatlığın Məkanı” MMC-nə verilmişdir. Cavabdeh2 məxsus olan mənzilin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılmış və tərəflər aralarında müvafiq razılığa gələrək müqavilə bağlamışlar. Lakin həmin mənzilin verilməsinə əsas ipoteka predmeti olan borc məbləğinin iddiaçıdan tutulmasına yönələn mənzil olmuşdur. Həmin mənzil ipoteka ilə yüklüdür və yüklülülk ödəniş tam həyata keçirildikdən sonra 2037-ci il tarixdə başa çatacaqdır. Mübahisəli sökülmüş mənzil ümumi sahəsi 51,5 kv.metr olsa da, yeni mənzil 99 kv.metrdir. İddiaçıya 51,5 kv.metr nəzərdə tutulan birgə nikahdan əldə olunmuş mənzilin ½ hissəsinə pay hüququ tanınmışdır. Həmin mənzillə bağlı ödənişlərin həyata keçirilməsini nəzərdə tutan qətnamə mövcud olsa da, iddiaçı tərəfindən qeyd olunan məbləğ öədnilmir. Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icra olunmasından iddiaçı qərəzli olaraq yayınır. Hazırki mənzil nikahın ləğv edilməsindən sonra əldə olunubdur. İpoteka predmeti olan məzilin dəyəri tam ödənilmədiyindən hazırki mənzillə bağlı heç təmir bərpa işləri aparılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017ci il tarixli 12 iyul tarixli qərarında qeyd olunmuşdur ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilin ipoteka borcu onların birgə öhdəliyi hesab edilmişdir və hər ikisi üçün pulun ödənilməsi vəzifəsi yaranmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuş və 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə ½ hissədə pay hüququ tanınmışdır. İddiaçı həmin mənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı cavabdehlə rəsmi nikahları pozulduqdan sonra cavabdehin adına yeni ünvanda rəsmiləşən müqavilə üzrə hər hansı tələb irəli sürə bilməz. Çünki o hazırda cavabdehlə nikah münasibətində deyil və nikahın pozulmasından artıq 3 ildən artıq müddət keçmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş mənzilə onun ½ hissədə pay hüququ yaranmışdır. Hazırda həmin mənzillə bağlı ipoteka borcu tərəflərin arasında bölünsə də yalnız cavabdeh tərəfindən ödənilir. Cavabdeh2 MMC tərəfindən ödənilmiş məbləğ isə evin daşınması, sökülməsi və təmiri üçün nəzərdə tutulmuşdur.

19. Cavabdeh2 nümayəndəsi (vəkili) idda müddətinin tətbiq olunmasına dair ərizə də vermiş, müqavilənin nikahdan sonra bağlandığını və iddiaçının 3 illik iddia müddətini ötürdüyünü bildirmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, binanın sökülməsində və Tamerlana 14 000 manat pul vəsaitinin verilməsində iştirak etməmiş, sökülmüş mənzildə heç vaxt yaşamamışdır. Sökülmüş mənzil ipoteka ilə alınmışdır, orada yaşayış olmamışdır. Tərəfindən həmin mənzilə dair ipoteka ödənişi həyata keçirilməmişdir. Binanın sökülməsində məlumatlı olsa da, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilədən məlumatı olmamışdır.

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

22. "xxxx" MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 3-4 dəfə iddiaçının nümayəndəsi Vəkil1 zəng edərək hakim Ülkər Yusifovanın icraatında olan prosesdə iştirak etməsini bildirmiş və o, iclasda gəlib iştirak etmişdir. O, Cavabdeh2la müqavilə bağlayarkən Zaur müəllimə zəng edib razılığa gəlmələri barədə təklif irəli sürmüşdür. Zaur müəllim bildirmişdir ki, onun bu işə çıxmaq üçün müqaviləsi yoxdur. Cavabdeh2 müqavilə bağlayarkən ola biləcək bütün məsələlərlə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə bağladıqları zaman tərəflər arasında mübahisə olduğundan məlumatları olsa da, mübahisənin mahiyyətini dəqiq bilməmişlər. Tərəflər arasında nə zaman nikahın bağlanması, nikahın nə zaman pozulması haqqında məlumatları olmamışdır. Mənzilin ipoteka ilə yüklü olduğunu bilməmişdir, müqavilədə qeyd edilən ipoteka qeydi müqavilənin standart şərtidir. Cavabdeh2 ödənilən və müqavilədə nəzərdə tutulan 14 000 manat kirayə haqqı üçün verilmiş pul vəsaiti deyil. Həmin pul vəsaiti təmir üçün verilmişdir. Onlar bir qayda olaraq sakinlərə mənzilləri təmirli şəkildə təhvil verirlər. Tamerlana onlar 51 kv.m mənzilin əvəzinə 66 kv.m mənzil verməli olsalar da, Tamerlanın işində istisna hal olaraq 51 kv.m əvəzinə 99 kv.m mənzil vermişlər. Bu səbəbdən təmirsiz mənzil vermişlər. Təmir etmədikləri üçün təmir haqqını vətəndaşa vermişlər. Müqavilədə qeyd edilən kirayə haqqı, təmir xərci, evin boşaldılması, əşyaların daşınması ilə bağlı 14 000 manat pulun verilməsi ilə bağlı qeyd müqavilədə qalmış standart şərtdir. Belə ki, bir qayda olaraq vətəndaşlar evi təhvil verərək bina tikilənə qədər kirayədə qalırlar. Buna görə də həmin vətəndaşlara kirayə haqqı verirlər. Lakin Tamerlanda vəziyyət başqa idi. Belə ki, sonuncu ev onun evi olduğu üçün ona kirayə haqqı verilməmişdir. Belə ki, ona ev təhvil verilmişdir. Mübahisə predmeti olan sökülən mübahisəli evdə yaşayış olmamışdır. Son 1-2 ildə yaşayış olmamış, öncədən isə kirayəçilər yaşamışlar. Evdə yaşayış yoxdursa, kirayə haqqı vermələri üçün də əsas yoxdur. Bir qayda olaraq sökülən evlərdə şirkət başqa bir şirkətlə danışır, sökülmüş evdən çıxarılmış, qapı, pəncərə, taxta pollar, kuxna mebelləri başqa bir şirkət tərəfindən sökülüb daşınılır. Tamerlanda isə o, xahiş etdiyinə görə evin sökülməsindən çıxan əşyaları özü götürmüşdür. Rəhbərlik onunla bu şəkildə razılaşmışdır. Tamerlan evi boşaltdıqdan 2-3 gün sonra ev sökülmüşdür. Tamerlana 51 kv.m evin əvəzinə 99 kv.m ev verilməsinə görə Tamerlan tərəfindən heç bir əlavə ödəniş edilməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən 51 kv.m evin əvəzinə 66 kv.m ev verməli olsalar da, Tamerlanın müəyyən xahişləri nəzərə alınmış və ona 99 kv.m sahəsi olan ev verilmişdir. Tamerlanla müqavilə bağladıqları zaman Xuramana məlumat verməmişlər. Tamerlan iltizamı imzaladığı zaman yanında o, Nəcəfov Elnur, Akif müəllim də olmuşdur. Mübahisəli evdə yaşayış yoxdur. Binada yaşayış var. Demək olar ki, binanın 90%-də yaşayış var. Lakin bina istismara təhvil verilməmişdir.

23. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, Cavabdeh2 tərəfindən yazıldığı iddia olunan iltizamı qəbul etmirlər, həmin iltizamdakı imzanın Tamerlana məxsus olub-olmamasını bilmirlər. Buna görə də əsas sübut kimi Tamerlanla "xxxx" MMC arasında bağlanan müqavilə götürülməlidir. Müqavilədə qeyd edilmişdir ki, 14 000 manat pul kirayə haqqı, təmir xərci, evin boşaldılması, əşyaların daşınması ilə bağlı verilmişdir. 14 000 manatla sökülmüş evdə söküntü, əşyaların daşınması işləri aparılmışdır. Evdə təmir işləri aparılmamışdır. İddiaçı özünün sökülmüş evdə yaşamadığını və sökülmüş evlə bağlı olan ipoteka ödənişlərini etmədiyini bildirmişdir. Tərəflərin birgə nikah dövründə 51 kv.m sahəsi olan ev alınmışdır. Tərəflər arasında nikah 2019-cü ildə pozulmuş, 2022-ci ildə Tamerlanla "xxxx" MMC arasında sahəsi 99 kv.m olan evlə bağlı müqavilə bağlanmışdır. Bu ev tərəflər arasında olan nikah pozulduqdan sonra alınmış evdir, bu ev ipoteka predmeti deyil. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə ½ hissədə iddiaçının payının müəyyən olunması ilə bağlı qanuni qüvvəsini almış qətnamə var. Ali Məhkəmənin Plenumunun 05 aprel 2024-cü il tarixli qərarına əsasən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Belə olan halda iddiaçı Tamerlandan pay hüququnu deyil, əmlakın dəyərini yəni, 51 kv.m sahəsi olan evin təxminən 25 kv.m olan sahəsini tələb edə bilər. İddiaçı ilə Tamerlan arasında bağlanmış nikah 2019-cu ilin iyun ayında pozulmuşdur. 2021-ci il tarixində tərəflərin birgə nikah dövründə əldə olunan əmlakda tərəflərin payının müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Yeni mənzil sökülmüş mənzilin əvəzində verilmişdir. 99 kv.m sahəli evin alınması üçün Cavabdeh2 tərəfindən əlavə pul ödənilib-ödənilməməsindən, Tamerlanın "xxxx" MMC-yə sökülmüş evin ½ hissəsinin Xuramana məxsus olması ilə bağlı məlumat verib-verməməsindən məlumatı yoxdur.

24. Birinci instansiya məhkəməsinin 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 12 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2, ½ hissədə İddiaçı payının müəyyən edilməsi, Cavabdeh2 7000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, İddiaçı ünvan 12 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. İddia faktiki olaraq aşağıdakı tələblərdən ibarətdir: əmlaka pay hüququnun tanınması; müqavilənin etibarsız hesab edilməsi; "Rahatlığın Məkanı” MMC-nin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması; cavabdehlərdən müştərək qaydada 7.000 manat məbləğində pul vəsaitinin tutulması. 25.2. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, hazırki mübahisə obyekti olan əmlak-ünvan 10 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət 99 kv.metr sahəsi olan 12 saylı mənzil Cavabdeh2 ilə "Rahatlığın Məkanı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə əvəz olaraq verilmişdir. 25.3. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək həmin mənzil üzərində iddiaçının ½ hissədə payı müəyyən edilmişdir. Belə olan halda, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. 25.4. Mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. Qanunvericiliyə əsasən məhkəmə qərarı əsasında iddiaçının daşınmaz əmlak üzərində sahiblik və istifadə etmək hüququ yaranmışdır. Belə olan halda, iddiaçının həmin əmlak üzərində pay hüququnun qeydə alınmasına qanuni gözləntisi olmuşdur. 25.5. İddiaçının payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onun əmlaka mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına qanuni gözləntisi olduğu əmlaka əvəz olaraq verilmiş əmlaka payının müəyyən edilməsi üçün tələb irəli sürülməsinə maneə deyil. 25.6. İddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə dair pay hüququ müəyyən edildiyi məhkəmə aktı Cavabdeh2 tərəfindən mübahisələndirilmiş, tərəflər arasında məhkəmə mübahisələri davam etmişdir. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmə mübahisəsini yekunlaşdıran Ali Məhkəmənin qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, cavabdehlər arasında müqavilə isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. 25.7. Həmçinin "Rahatlığı Məkanı” MMC tərəfindən Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edildiyi, tərəflər arasında danışıqların aparıldığı və danışıqların, məhkəmə mübahisəsinin barışıqla yekunlaşdığı dövrdə tərəflər arasında tərəflərin pay hüququnun müəyyən edildiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair ipoteka ödənişlərinin tərəflər arasında bölünməsinə dair məhkəmə mübahisəsi də olmuşdur. 25.8. Əvvəlki əmlak İddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan əmlak olduğundan, tərəflərin həmin əmlaka 1/2 hissədə məhkəmə aktı ilə pay hüququ müəyyən edildiyindən və hazırki mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan iddiçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlənti hüququ hazırki əmlaka da şamil edilməldir. 25.9. Cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasına dair etirazı əsassızdır. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. 25.10.Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti olan əmlak tərəflərin ümumi mülkiyyətində olan əmlakın əvəzi olaraq verilmiş əmlak olduğundan, həmin əmlakın əldə edilməsi üçün Cavabdeh2 tərəfindən "Rahatlığın Məkanı” MMC-yə əlavə vəsait ödənilmədiyindən, habelə həmin əmlak Cavabdeh2 tərəfindən başqasına satılmadığından, Bakı şəhəri İcra hakimiyyəti başısının sərəncamına əsasən sökülməsi nəzərdə tutulduğu üçün onların mülkiyyətindən çıxdığından qeyd edilən etiraz əsassızdır. Belə ki, əgər həmin əmlak cavabdeh tərəfindən başqasına satılsa idi, bu zaman vicdanlı alıcı və s. məsələlər araşdırılmaqla pul tələbi məsələsi müzakirə edilə, baxıla bilərdi. 25.11. İşin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin, 10 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "Rahatlığın Məkanı” MMC-nin istifadəsinə verilmişdir. Qeyd edilən sərəncamın verilməsində məqsəd isə rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması olmuşdur. 25.12.Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 51.5 kv metr mənzilin əvəzinə daha böyük ölçüsü olan mənzilin verilməsi üçün əlavə hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilən hal cavabdeh "Rahatlığın Məkanı” MMC-nin nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir. Həmçinin Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə əlavə ödəniş edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin qeyd edilən hal ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılan 04 iyul 2022-ci il tarixli müqavilədə də Cavabdeh2 tərəfindən daha böyük ölçülü mənzil üçün əlavə ödəniş edilməsinə dair qeyd aparılmamışdır. 25.13.İddiaçı iddia tələbinin "müqavilənin etibarsız hesab edilməsi” hissəsini "Rahatlığın Məkanı” MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin razılığı olmadan bağlanılması ilə əsaslandırmışdır. 25.14.İşin faktiki hallarından görülür ki, iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürülməsində məqsəd həmin mənzil üzərində onun da payının müəyyən edilməsi, həmin mənzilə dair onunla cavabdeh "Rahatlığın Məkanı” MMC arasında da müqavilə bağlanılması olmuşdur. 25.15.Müqavilə etibarsız hesab edilsə, bu zaman müqavilə üzrə tərəflər ilkin vəziyyətinə qayıdacaqlar. Mübahisə predmet olan mənzil "Rahatlığın Məkanı” MMC-yə qaytarıldığı halda iddia tələbinin təmin edilən hissəsinin icrası real olaraq mümkün olmayacaqdır. Odur ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. 25.16.Belə ki, müqavilə etibarsız hesab edilərsə, Mülki Məcəlləyə uyğun olaraq Cavabdeh2 ünvan 13 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzili "Rahatlığın Məkanı” MMC-yə qaytarmalıdır. Belə olan halda cavabdeh "Rahatlığn Məkanı” MMC-nin üzərinə mübahisə predmeti olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 63C, 5 saylı binanın 12 saylı mənzilinə dair müqavilə bağlamaq öhdəliyinin qoyulması işin faktiki halları baxımından qanunla yol verilmir. 25.17.Yəni iddiaçının iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən çatmaq istədiyi məqsədə uyğun deyildir. 25.18.İddianın “əmlaka dair müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən qeyd edilən hissə əlavə araşdırılmamalıdır. 25.19."xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC mübahisəli mənzilin təmiri üçün Cavabdeh2 Zakir oğluna 14 000 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına cavabdeh "Rahatlığın Məkanı” MMC tərəfindən əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 ünvan 14 ünvanında yerləşən yaşayış sahəsinin təmiri üçün 14 000 manat məbləğində pul vəsaitini "Rahtlığın Məkanı” MMC-dən almasına dair iltizam vermişdir. 25.20.Cavabdeh2 nümayəndəsi ödənilmiş 14 000 manat məbləğində pul vəsaitinin təmir üçün deyil, kirayə haqqı, daşıma üçün ödənilən pul vəsaiti olduğunu bildirməsinə baxmayaraq, məhkəməyə öz etirazının dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. 25.21.Həmin pulun kirayə haqqı olaraq verilməsi belə iddiaçının həmin məbləğ ilə bağlı tələb irəli sürməsinə maneə deyil. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş halı ondan ibarətdir ki, tərəflərin heç biri ünvan 15 ünvanında yaşamamışlar. 25.22.Həmçinin hazırkı mübahisə predmeti olan mənzil Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 12 saylı mənzilinə əvəz olaraq verilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən təmir edilməmişdir. 25.23.ünvan 13 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən qeyd edilən mənzilin təmiri üçün ödənilmiş pul vəsaitinin yarısını tələb etməkdə haqlı olmuşdur, iddia tələbi həmin hissədə əsaslıdır. 25.24.Belə ki, İddiaçı mübahisəli mənzilin təmiri ilə bağlı zəruri xərcləri qarşılamaq üçün həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir. 25.25.İddia tələbi 7000 manat pul vəsaitinin cavabdeh "Rahatlığın Məkanı” MMCdən tutulması hissəsində isə əsassız olduğundan təmin edilə bilməz. 25.26.Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s. 25.27."xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 13 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən iddiaçının həmin mənzilə köçürülmə tələbi təmin edilməlidir.

26. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 5.3-cü, 139.1-ci, 139-1.1-ci, 139.1.1.4cü, 146-cı, 152-ci, 157.1-ci, 213-cü, 222-ci, 225.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli, “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etmişdir.

27. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, mübahisəsi gedən mənzilin nikah pozulduqdan sonra əldə edildiyini və bu səbəblə birgə əmlak hesab olunmadığını, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarının 7.12-ci bəndində əks edilmiş hüquqi mövqeyi nəzərə almadığını, sübutlara düzgün qiymət vermədiyini, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, iddiaçının iddia müddətini ötürmüş olmasına, həmçinin 14 000 manatın Cavabdeh2 kirayə haqqı kimi ödənildiyinə əhəmiyyət vermədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar

29. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

33. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

34. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

35. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

36. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

37. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

38. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir

39. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

40. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

41. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

“İpoteka haqqında” Qanun

42. Maddə 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarı

43. Bənd 7.12. Nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin olunması ilə bağlı hissədə yoxlanılması təşkil edir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

54. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinin İddiaçı ilə Cavabdeh2 birgə əmlakı kimi qiymətləndirilərək onların hər birinin mənzilə ½ hissədə payının tanındığı, həmin mənzilin söküldüyü və onun əvəzinə Cavabdeh2 ünvan 7 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 99 kv.m. olan 2 otaqlı 12 saylı mənzilin verildiyi işin müəyyən olunan hallarıdır.

55. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tam haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan, iddiçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlənti hüququ hazırki əmlaka da şamil edilməldir.

56. Bu qənaətə gələrkən kollegiya, “İpoteka haqqında” Qanunun müəyyənləşdirdiyi prinsipi (§ 42) də nəzərə alır və hesab edir ki, qanunvericinin ipoteka saxlayan üçün müəyyənləşdirdiyi müvafiq təminat mexanizminin ipoteka predmetinin paylı mülkiyyətçisi üçün tətbiq edilməməsi mülkiyyət hüququ ilə bağlı ümumqəbul olunmuş prinsiplərə uyğun olmazdı.

57. Apellyasiya şikayətinin əsas dəlili kimi irəli sürülən, “məhkəmənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarının 7.12-ci bəndində əks edilmiş hüquqi mövqeyi nəzərə almadığı” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Plenum qərarının müvafiq bəndi (§ 43) nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan birinin onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdiyi zaman (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) yaranmış vəziyyətlə bağlı hüquqi tənzimləməni nəzərdə tutur; hazırkı halda isə Cavabdeh2 ümumi əmlak hesabına yeni əmlak əldə etmiş sayıla bilməz – ona, mövcud olan əmlakın (mənzilin) əvəzinə digər eyni növlü əmlak (mənzil) verilmişdir.

58. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

59. Kollegiya, birinci instansiya məhkəməsinin “Cavabdeh2 7000 (yeddi min) manat pulun alınıb iddiaçıya verilməsi” tələbi üzrə gəldiyi nəticə ilə də razılaşır.

60. Cavabdeh2 nümayəndəsi təmsil etdiyi şəxsə MMC tərəfindən ödənilmiş 14 000 manatın mənzilin təmiri üçün deyil, kirayə haqqı və daşıma üçün verildiyini irəli sürsə də, Cavabdeh2la MMC arasında bağlanmış müqavilədə həmin pulun “mənzilin təmirinin təmin edilməsi, təmir edilib yaşayışa yararlı vəziyyətə gətirilənədək ödənilməli olan aylıq kirayə haqqı ödənişinin əvəzi, habelə MMC-nə təhvil verilən mənziləki şəxsi əşyalarının və həmin mənzildəki bütün qapı və döşəmə materiallarının çıxarılaraq köçürülməsinə görə nəqliyyat daşınmaları üçün” ödənildiyi göstərilmiş, mənzilin təmir olunduğu, həmçinin Cavabdeh2 kirayədə qaldığı isə müəyyən edilməmişdir.

61. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəsi gedən mənzilə ½ hissədə İddiaçı payı müəyyən edildiyindən o, mənzilin təmiri və digər məqsədlər üçün ödənilmiş pul vəsaitinin yarısını tələb etməkdə haqlı olmuşdur.

62. İddiaçının “mənzilə köçürülmə” tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir; belə ki, mənzilə iddiaçının pay hüququnun tanınması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 (nümayəndəsinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-651/2024 saylı iş üzrə 01 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar