Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5562/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazovdan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2018-ci il tarixədək 161 saylı Sərəncamın qəbul edilməməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2018-ci il tarixədək 161 saylı Sərəncamın qəbul edilməməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2018-ci il tarixədək 161 saylı Sərəncamın qəbul edilməməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə şikayət ərizəsi ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından şikayət təmin edilməyərək iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır. İş materiallarından görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də qanunvericilikdə müəyyən edilmiş formada verilməmişdir: şikayətin məzmunu qeyri-müəyyən və şikayətin tərtibatı qüsurludur. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir.Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir Odur ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş şikayət MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir). Məhkəmə Kollegiyası qeyd edir ki, “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-nin sonunda apellyasiya şikayəti, həmçinin, şikayət də qeyd edildiyindən həmin Əlavə-dəki tələblər həm də qərardaddan şikayətlərə də münasibətdə müəyyən edilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364. 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2018-ci il tarixədək 161 saylı Sərəncamın qəbul edilməməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin mümkün sayılması barədə məhkəmənin qərardadı ləğv olunsun. Şikayətin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5562/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5562/2022
08.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver