Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5566/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili və nümayəndəsi, Cavabdeh2 isə vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(010)-1668/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “Mercedes Benz S400” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). 2.Avtomobil hazırda Cavabdeh2 mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2020ci ildə reystrdə qeydə alınıb. Bundan əvvəl – xx.xx.2018-ci ildə avtomobil üzərində İddiaçı mülkiyyət hüququ reyestrdə qeydə alınıb. O, avtomobilə dair Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli etibarnamə verib. Bundan 1 gün sonra - xx.xx.2020-ci il tarixdə Cavabdeh1 həmin etibarnamənin əsasında İddiaçı adından çıxış edərək Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayıb və bu müqavilənin əsasında Cavabdeh2 mülkiyyət hüququ reyestrdə qeydə alınıb. 3.Cavabdeh2va İddiaçı əmisi Toğrul Bağırovun arvadıdır. Cavabdeh1 isə Toğrul Bağırovun sürücüsü olub. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, avtomobil Cavabdeh1 alınaraq iddiaçıya qaytarılsın. 5.İş üzrə icraat zamanı – xx.xx.2024-cü ildə iddiaçı vəsatət verərək Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməsini xahiş edib. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla Cavabdeh2 cavabdeh kimi işə cəlb olunub. 6.İddia onunla əsaslandırılıb ki, avtomobil 2018-ci ildən iddaçının mülkiyyətində olub. İddiaçı 2020-ci ilin əvvəllərində avtomobili 80.000 avroya satmaq qərarına gəlib, tanışı, sürücü işləyən Cavabdeh1 bu işdə ona kömək edə biləcəyini bildirib. Bu məqsədlə iddiaçı xx.xx.2020ci ildə Cavabdeh1 adına etibarnamə verib, lakin xeyrli müddət keçməsinə baxmayaraq avtomobil satılmayıb. Ona görə də avtomobilin qaytarılmasını tələb edib, lakin avtomobil qaytarılmayıb. 7.Cavabdeh tərəf bildirib ki, avtomobil Cavabdeh1 rəisi - mərhum Toğrul Bağırovun olub, o, avtomobili Cenevrə şəhərində əldə edib, onun Gürcüstan vasitəsilə gətirilməsi üçün öz qardaşı oğluna – iddiaçıya etibarnamə verib. Daha sonra avtomobilin gətirilməsi üçün iddiaçının istədiyi məbləğlə razılaşmayıb, avtomobilin gətirilməsi üçün öz işçisinə - Cavabdeh1 etibarnamə verib. Avtomobil hazırda mərhum Toğrul Bağırovun ailəsinin istifadəsindir. 8.Qətnamə ilə qət olunmuşdur ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 10.Məhkəmə iclasında iştirak edən, cavabdeh tərəfin vəkilləri Vəkil2 və Vəkil3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 11.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Müəyyən olunur ki, avtomobil Cavabdeh2 qanuni sahibliyindədir. Belə ki, iddiaçı özü bildirir ki, avtomobili satmaq üçün Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli etibarnamə verib. Bundan 1 gün sonra – xx.xx.2020-ci ildə Cavabdeh1 həmin etibarnamənin əsasında Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayıb və Cavabdeh2 avtomobil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Həmin müqavilənin etbarsız sayılması barədə tələb irəli sürülməyib. 13.Beləliklə, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(010)- 1668/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5566/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5566/2024
04.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver