Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5581/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh “X3 Klinikası” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(004)-188/2021 saylı qərardadından iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardad maraqlarına toxunduğunu bildirən (İddiaçı əri) Maraqlı şəxs tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2749/2020 saylı, 03.11,2020-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı məxsus “Kia Optima” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardad maraqlarına toxunduğunu bildirən (İddiaçı əri) Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-2749/2020 saylı, 03.11,2020-ci qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli, 2(004)-188/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh “X3 Klinikası” MMC-nin nümayəndəsi Nümayəndə şikayət əsassız olduğundan təmin oluna bilməz. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.01.2021 -ci il tarixli, 2(004)-188/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinə 26.01.2021-ci il tarixli, 2(103)-2808/2021 saylı qərardadı ilə apellyasiya instansiyası məhkəməsi həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə Rayon Məhkəməsinin nəticəsini tam yoxladığı əsas götürülərək, iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına unduğunu bildirən Maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.11,2020-ci il tarixli qərardaddan verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmişdir. Hazırda iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)- 2749/2020 saylı, 03.11,2020-ci qərardadından təkrarən ərizə verərək, qərardadın ləğv edilməsini və İddiaçı ilə birgə mülkiyyətlərində olan “Kia Optima" markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam yoxlanıraq qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, hazırkı şikayət təmin olunmamalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(004)-188/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5581/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5581/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver