Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5590/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi2, Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Polis idarəsinə qarşı “vəzifəli şəxsin hərəkəti” il bağlı ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunulduğunu irəli sürən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Polis idarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən 14 nömrəli evə qeydiyyata alınmalarından imtinanın əsassız hesab edilməsi və onları həmin yaşayış sahəsinə qeydiyyata almaq vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ünvan 1 ünvanında yerləşən 14 nömrəli evə qeydiyyata alınmalarından imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin üzərinə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ünvan 1 ünvanında yerləşən 14 nömrəli evə qeydiyyata almaq vəzifəsinin qoyulması qət olunmuşdur. Həmin qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona məxsus olan evə ərizəçiləri qeydiyyata almaqla onun mülkiyyət hüququnu pozmuşdur. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Bununla belə iş materillarına əsasən apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Rezervuar küçəsi, 14 saylı fərdi yaşayış evinə dair 1996-cı il tarixdə Ərizəçi2 adına texniki pasport verilmiş, evin ümumi sahəsi 108,9 kv.m.-dir. Həmçinin, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dvlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 14 nömrəli evi xx.xx.1990-cu il tarixdə Maraqlı şəxs2 Xasoy oğlunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Evin ümumi sahəsi 41,5 kv.m. təşkil edir. Göründüyü kimi ərizəçilərin qeydiyyata alındığı evlə Maraqlı şəxs2 mülkiyyət hüquqlarının pozulduğunu iddia etdiyi ev fərqli evlərdir. Buna görə də hazırki qətnamə Maraqlı şəxs2 Xasoy oğlunun hər hansı maraqlarına toxunmur; mülki prosessual qanunvericiliyin mənasına görə isə işdə iştirak edən şəxs yalnız qətnamə onun maraqlarına toxunduğu halda ondan şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1316 200ci il saylı, xx xxx 2007-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 Xasoy oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5590/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5590/2020
12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver