Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5592/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-797/2004 saylı, 06 aprel 2004-cü il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X22 məhkəmədə maraqlı şəxs BTİ və MHQİ-qə qarşı hüquqi əhəmiyyəti olan qohumluq taktının müəyyən edilməsi, mirası qəbul etmə müddətinin bərpa edilməsi, miras əmlakdan payın müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsi verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-797/2004 saylı, 06 aprel 2004-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, X3-X13, X8 doğma bacı qardaş olmaları barədə, Ağabala Nuru oğlunun Useynova Tamaranın atası ilə əmi oğlu olması barədə qohumluq münasibətinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, X21 və X9 eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, X29 və X14 1996-cı ildə, Ağabala Nuru oğlunun 1945-ci ildə Bakıda və İmamverdi Məmmədovun 15.07.1988-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, X16 X4 qızı, X17, X37 və Ağabala Nuru oğlunun qanun üzrə vərəsəsi hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 22 saylı mülkün X32 məxsus 2/20 hissəsini, X2 qızına məxsus 2/20 hissəsini, X11 məxsus 6/20 hissəsinin və Ağabala Nuru oğluna məxsus 10/20 hissəsinin mülkiyyətçisi qanun üzrə vərəsəlik hüququ üzrə X16 hesab edilməsi, BTİ və MHQİ-yə həvalə edilməsi ki, S.Tağızadə küçəsi 22 saylı ünvanda yerləşən mülkin 6/20 hissəsinin X8, 2/20 hissəsinin X9, 2/20 hissəsinin X29 10/20 hissəsinin Ağabala Nuru oğlunun adlarına dövlət reyestrində aparılmış qeydiyyatlarının ləğv edilməsi, K.Məmmədovanın 2/20, S.Məmmədovanın 2/20, İ.Məmmədovun 6/20 hissəsinin, Ağabala Nuru oğlunun 10/20 hissəsi paylarının mülkiyyət hüquqlarının qeydiyyatının X16 adına aparılması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Ərizəçi apellyasiya şikayəti verərək Ərizəçi maraqlarına toxunan şəxs qismində mülki prosesə cəlb edilməsi, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004- cü il tarixli, 2-797/2004 saylı qətnaməsi onun maraqlarına toxunur və hüquqlarını pozur. Odur ki, Mülki Prosessual Məcəllənin 357-360-cı maddələrinə müvafiq olaraq Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü il tarixli, 2-797/2004 saylı qətnaməsindən apellyasiya şikayəti verir. Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü il tarixli, 2-797/2004 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Aşağıda qeyd olunanlarla Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü ıl tarixli, 2- 797/2004 saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Yasamal Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi və bu səbəbdən 06 aprel 2004cü il tarixli, 2-797/2004 saylı qətnamə tamamilə ləğv edilməlidir, iddia tələbi rədd edilməlidir və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. O, Ərizəçi ünvan 1 ünvanda yerləşən 22 saylı paylı mülkün X10 övladıdır (Bax qoşma: doğum haqqında şəhadətnamə). Atasının adı İmanverdi olub. Hakim isə İmamverdi qeyd edib. Atası 15 iyun 1998-ci ildə vəfat edib. Hakim isə 15 iyul 1988-ci il qeyd edib. (Bax qoşma: ölüm haqqında şəhadətnamə) Atasına məxsus 6/20 hissəsi üzrə payı vardır. (Bax qoşma: Çıxarış) Bununla bağlı, o, vərəsəlik şəhadətnaməsi aldı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Cavab məktubunda ona məlum olub ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü il tarixli, 2-797/2004 saylı qətnaməsi mövcuddur və həmin qətnamə qəbul olunan vaxt əmlak üzərinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. (Bax qoşma: cavab məktubu) O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdi və 14 may 2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü il tarixli, 2-797/2004 saylı qətnaməsini aldı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2004-cü il tarixli, 2- 797/2004 saylı qətnaməsində qeyd edilən faktlar əsassızdır. Belə ki, ərizəçi X5 Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və onun atasının mülkiyyətində olan payı ələ keçirib. Həmin prosesə o və onun bacısı cəlb edilməmişdir. Ərizəçi X22 15 dekabr 2017-ci ildə vəfat edib. (Bax qoşma: ölüm haqqında şəhadətnamə) Onun qızı X25 qızı varisidir və hesab edir ki, onuda bu prosesə cəlb etmək zəruridir. (Bax qoşma: doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) Məhkəmə iclasında iştirak etmiş Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, evə köçmək istəyir, amma “jek”dən onu buraxmırlar ki, evi özəlləşdir, sonra gəl evdə yaşa. Forma 1 almışdır. Amma hazırki qətnaməyə görə məhdudiyyət olduğuna görə o, evin çıxarışını ala bilmir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı X16 prosessual hüquqi varisi X35 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən X40 gəlməmiş, maraqlı şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd etmişdir ki, Bakı şəhəri, S.Tağızadə (keçmiş Ostrovski) küçəsi, 22 saylı fərdi yaşayış evinə dair məlumatının və sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, S.Tağızadə (keçmiş Ostrovski) küçəsi, 22 saylı fərdi yaşayış evi ilkin olaraq X46 və Məhərrəm Nuri oğlunun adlarına qeydiyyatdan keçmişdir. Bakı Xalq Məhkəməsinin 10.05.1930-cu il tarixli 1180/30 nömrəli qərardadına əsasən Məhərrəm Nuri oğlunun payı (evin 1/2 hissəsi) X15, X38, Səlmaxanım Məmmədhüseyn qızının, Gülzadə Baba qızının, X30 adlarına qeydiyyatdan keçmişdir. DNK-nın 21732 reyestr nömrəli 10.09.1933-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X41, Gülzadə Baba qızı, X39 özlərinə məxsus payını X1. 5 saylı DNK-nın 4K-1232 reyestr nömrəli 08.05.1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 vəfatından sonra 1/2 hissəsinin 4/5 hissəsi X31 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 1kna-631 reyestr nömrəli 15.10.1975-ci il tarixli bağışlama müqaviləsinə əsasən 6/20 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar(pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X22 hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi, miras əmlaka vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl işin qabaqcadan məhkəmədən kənar(pretenziya) həll edilməsi barəsində qanunla müəyən edilmiş qaydalara əməl etməmişdir. Belə ki, ərizəçi ilk növbədə ərizəsində göstərilən məsələlərlə əlaqədar qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən qeydiyyat və notariat orqanlarına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etməli idi. Həmin orqanların onun müraciətini təmin etmədyi halda, ərizəçinin miras əmlaka vərəsə olmasına nail olmaq üçün aidiyyəti üzrə konkret tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ yarana bilərdi. Lakin ərizəçi bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Qətnamədən də görünür ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl şifahi olaraq notariat orqanına müraciət etdiyini, notariat orqanının isə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyini göstərir. Lakin ərizəçiyə qeyd olunan orqanların rəsmi (yazılı) imtina verdiyi qətnamədən görünmür. Bundan başqa, qətnamədən görünür ki, mərhum ərizəçi vəfat etmiş şəxslərin vərəsələri kimi özünü və İmanverdinin uşaqları İlahə və Tərlanın(apellyasiya şikayəti verən) qaldıqlarını qəbul edir, lakin sonuncuların mirası qəbul etmədiklərini göstərir. Ancaq işdən görünür ki, apellyasiya şikayəti verən Ərizəçi 19 mart 2019-cu ildə mərhum atası X7 miras qalmış mübahisəli fərdi yaşayış evinin 6/20 hissəsinə 1/1 hissədə pay verilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ərizəçi birinci dərəcəli vərəsə olduğu halda mübahisələndirilən qətnamə ilə ərizəçi X10 qanun üzrə vərəsəsi və mübahisəli evin sonuncuya məxsus 6/20 hissəsinin qanun üzrə vərəsəlik hüququ üzrə mülkiyyətçisi hesab edilmiş, dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş, mülkiyyət hüquqlarının qeydiyyatının adına aparılması və qeydiyyat vəsiqəsi verilməsi qət edilmişdir. Göründüyü kimi, qətnamə ilə mübahisəli fərdi yaşayış evinin X12 məxsus 6/20 hissəsində qanun üzrə vərəsəlik hüququ üzrə ərizəçi mərhum Tamara Useynova mülkiyyətçi hesab edilsə də, Ərizəçi da fərdi yaşayış evinin həmin hissəsinə birinci dərəcə vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də ərizəçinin hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinə baxıldıqda hüquq haqqında mübahisə yaranması açıq-aşkar təsdiq olunduğundan ərizənin baxılmamış saxlanılması üçün bu əsas da mövcuddur. Ona görə də, ərizəçi qanunla müəyən edilmiş qaydaya əməl etmədiyndən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, eləcə də hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-797/2004 saylı, 06 aprel 2004-cü il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-797/2004 saylı, 06 aprel 2004-cü il tarixli qətnaməsi ləğv edilsin. X16 hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi, miras əmlaka vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5592/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5592/2021
16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver