Məhkəmə qərarları › İş №2(103)-5595/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5595/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5595/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Açar sözlər: (Maddi və mənəvi zərər və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Rufanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-187/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı qonşusu, Cavabdeh tərəfindən qəsdən davamlı olaraq onun əmlakına zərər vurduğunu və bu gün də qanunsuz əməllərini davam etdirdiyini bildirərək maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2.Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikililərin onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını iddia etərək həmin tikililərin cavabdehin hesabına sökülməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiası, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiası) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manatın, mənəvi ziyanın əvəzi kimi 2000 manat olmaqla cəmi 9000 manat məbləğində zərərin və ödənilmiş 110 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İlkin iddia tələbi onunla əsaslandırılır ki, o, ünvan 1 ünvanında yerləşən 9a saylı mənzilin sahibidir və hüquqları dövlət qeydiyyatına alınmışdır. Qonşusu, Cavabdeh qəsdən davamlı olaraq onun əmlakına zərər vurur və bu gün də qanunsuz əməllərini davam etdirir. Belə ki, bu şəxs dəfələrlə öz mənzilinin vanna otağından onun mənzilinə su axıdaraq ona maddi zərər vurmaqla yanaşı qanunsuz əməllərini dayandırması ilə bağlı onun haqlı tələbinə məhəl qoymayıb qonşuların yanında onu nalayiq sözlərlə təhqir edir, ona qarşı qanunsuz əməlini bundan sonra da qəsdən davam etdirəcəyini bildirməklə ona mənəvi zərər də vurur. Beləliklə də, cavabdeh onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Onun mənzilinə zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixdə onun, Səbail rayon 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayevin və sahə bələdçisi Əsədulla Məmmədovun iştirakı ilə məzilinə baxış keçirilərək akt tərtib edilmişdir. Mənzilidə baxış zamanı ona maddi ziyanın (material və usta xərci) ümumi məbləği 7000 (yeddi min) manat qiymətləndirilmişdir. O, maddi ziyanla yanaşı cavabdehdən keçirdiyi mənəvi iztirablara görə, daima depressiyada olduğuna görə 2000 manat da mənəvi ziyan tələb edir. Hesab edir ki, cavabdehdən maddi ziyanla yanaşı mənəvi ziyanı da tələb etməyi qanundan irəli gələn haqqıdır. Cavabdeh qanunsuz əməlindən əl çəkib ona vurduğu maddi və mənəvi zərəri könüllü olaraq ödəmədiyinə görə hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan tam təmin edilməlidir. 5.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikilinin, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia onunla əsaslandırılır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən, 37 sayı mənzil onun xüsusi mülkiyyətidir. Həmin mənzilə dair ona Azərbyacan Respublikası BŞİH Başçısı Aparatının Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qediyyaiı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Adıçəkilən mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Mənzil iki otaqdan, mətbəx, sanitar qovşaq və mənzilə girişdən ibarətdir. Mənzilin sanitar qovşağı kiçik olduğundan hələ 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət edib sanitar qovşağın genişləndirilməsinə icazə verilməsini xahiş etmişdir. Müvafiq sənədləşmədən sonra Bakı şəhəri Səbail RİH Başçısı idarələrarası komisiyanın rəyinə əsaslanıb mənzilində olan sanitar qovşağın genişləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə 4207 №-li sərəncam vermişdir. Təsdiq olunmuş rəyə və eskizə uyğun tikinti işləri apararaq mənzilində olan sanitar qovşağı genişləndirmişdir. Mülkiyyətində olan mənzilin binanın 2-ci mərtəbəsində yerləşməsini nəzərə alaraq, genişlənən sahəni həmin səviyyədə saxlamaq üçün dəmir borulardan istifadə olunmuş, əsas yük daşıyıcı olan iki ədəd dəmir borulardan binanın divarına döşəmə altı dəmirlər qaynaq edilmiş, beton tökməklə sanitar qovşağın döşəməsi tikilmiş, divar hörülmüş, digər tikinti işləri görülmüşdür. Ötən müddət ərzində apardığı tikinti ilə bağlı hər hansı hadisə olmamışdır. Bununla belə, son dövrlərdə cavabdeh İddiaçı hərəkətləri nəticəsində onun mənzili üçün təhlükə yaranmış, qeyd etdiyi sanitar qovşaq uçmaq təhlükəsi ilə üz-üzrə qalmışdır. Belə ki, sözügedən 41 saylı evin 1-ci mərtəbəsində yaşayan, 9 saylı mənzilin sahibi cavabdeh İddiaçı tərəfindən onun sanitar qovşağının əsas yük daşıyıcı dirəyi rolunu oynayan iki ədəd dəmir boruya müdaxilələr edilmiş, sanitar qovşağın altında özbaşına inşa olunmuş tikili həmin dəmir borulara qaynaq edilməklə onlar əlavə yüklənmiş, dəmir borular suvaqla örtülmüş, çatlamış suvaq çox zaman nəm olduğundan boruların paslanmasına və sıradan çıxmasına gətirib çıxarmışdır. Ondan fərqli olaraq cavabdeh İddiaçı evin 1-ci mərtəbəsində apardığı tikinti işlərinə dair muvarıq dövlət orqanından rəsmi qaydada icazə almamışdır. Özbaşına tikinti işləri aparmaq nəticəsində onun mənzilimin bir hissəsi uçmaq təklükəsi ilə üzləşmiş, mənzilində çatlar əmələ gəlmiş, sanitar qovşaq binadan aralanmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər onun mənzilinin bir hissəsinin uçmasına və hadisə baş verəcəyi təqdirdə təsadüfi insan tələfatının ola biləcəyinə şərait yaratmışdır. Bundan başqa, binaya giriş tərəfdən onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsi cavabdeh İddiaçı özbaşına apardığı digər qanunsuz tikililər nəticəsində mümkün olmamış, onun su təsərrüfatına nəzarət edən orqanların həmin cihaza nəzərət etmələrinin qarşısı alınmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər nəticəsində o, faktiki işlətdiyi su məsrəfini ödəmək əvəzinə, müvafiq dövlət orqanı tərəfindən müəyyən olunmuş normaya uyğun lüzumsuz ödənişləri köçürmək məcburiyyətində qalmışdır ki, bu da ailə büdcəsinə ziyan vurmaqla nəticələnir. Bundan başqa, mənzildən çıxan kanalizasiya borularının da üstü cavabdehin özbaşına tikinti aparmaq səbəbi ilə örtülmüş, onların faktiki vəziyyətinə nəzarət etmək mümkün olmamışdır. Dəfələrlə müraciət və xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh İddiaçı qeyd olunan ünvandakı mənzili icarəyə verməklə istifadə edən qızı Nümayəndə1 onun qanuni tələblərini yerinə yetirməmiş, özbaşına apardığı qanunsuz tukililəri sökməmiş, onun ailəsinin və digər sakinlərin rahat yaşaması üçün mövcud olmuş şəraiti bərpa etməmişdir. Yaranmış vəziyyət mübahisənin məhkəmə yolu ilə nizama salınmasını zəruri etmişdir. Hesab edir ki, məhkəmə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvandakı evin 1-ci mərtəbəsində olan 9 saylı mənzilinə bitişik inşa etdiyi özbaşına tikililərin, habelə binanın girişinə onun su xəttində qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin sökülməsi və mövcud texniki pasporta uyğun vəziyyətə gətirilməsi barədə qətnamə qəbul etməlidir. 7.17 aprel 2023-cü il tarixdə İddiaçı məhkəməyə tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq ilkin iddianın təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manat, mənəvi ziyanın əvəzi kimi 2000 manat, ödənilmiş 110 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması, X7 Xəlilovanın mənzili üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 8.İddiaçı ərizəsi onunla əsaslandırılır ki, mülki işdən göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşı vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, ondan ünvan 7 mənzilinə vurduğu maddi ziyanın əvəzi kimi 7000 manatın, mənəvi ziyanın əvəzi kimi 2000 manatın və 110 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ruhangiz Hacıyevanın nümayəndəsi-vəkili Nümayəndə2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı yuxarıda qeyd olunan 9 saylı mənzilinə bitişik, Cavabdeh məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikilinin, həmin ünvanda, binaya girişdə, mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcmini arıtraraq vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, Cavabdeh İddiaçı mənzilinin üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi barədə qətnamə qəbul etməyi xahiş edir. Belə ki, bu özbaşına tikili İddiaçı mənzilinə ağırlıq verərək, binanın 4 yerdən divarlarda təhlükəli çatlar verməsinə səbəb olub. İddiaçı mənzilinin altı gediş gəliş yeri olduğundan keçiddən keçən minlərlə adamların həyatıni təhlükə altına salıb. 9.08 iyun 2023-cü il tarixdə cavabdeh X6 məhkəməyə qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 2-ci mərtəbəsində yerləşən 37 saylı mənzilinin sanitar qovşağının iki ədəd dəmir dirəklərinə birləşdirilmiş cavabdeh İddiaçı məxsus özbaşına tikilinin, qaynaq və suvaq işlərini sökmək yolu ilə həmin dirəklərdən ayrılması, onun sanitar qovşağı ilə cavabdehin özbaşına tikilisi arasında boşluğun açılmas, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 binanın 1-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq və suvaq edilmiş özbaşına inşa edilmiş tikilinin sökülməsi, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 10.21 iyun 2023-cü il tarixdə cavabdeh X6 məhkəməyə qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 1-ci mərtəbəsində yerləşən cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağının alt hissəsində cavabdehin hesabına əlavə yüksaxlama işlərinin aparılması, qaynaq və suvaq işlərini sökmək yolu ilə həmin tikilinin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 2-ci mərtəbəsində yerləşən 37 saylı mənzilinin sanitar qovşağının iki ədəd dəmir dirəklərdən ayrılması, onun sanitar qovşağı ilə cavabdehin özbaşına tikilisi arasındakı boşluğun açılması, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 binanın 1-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq və suvaq edilmiş özbaşına inşa edilmiş tikilinin sökülməsi, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 11.İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddiaya etirazını məhkəməyə ünvanlayaraq, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmiş və etirazında göstərmişdir ki, İddiaçı ərazidə hər hansı özbaşına tikili inşa etməmişdir. Məhkəməyə təqdim etdiyi iddiaçının mənzilinin texniki pasportundan da göründüyü kimi su axıdılan sahə onun mülkiyyətindədir. İddiaçı mənzlinin vanna otağına 37 saylı mənzilin vanna otağından su axması, nəticədə mənzilinin vanna otağının tavan və divar hissəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etsə də, Cavabdeh istər ilkin istərsə də qarşılıqlı tələb üzrə sübut təqdim etməyib ekspertiza təyin olunmasına etiraz etmişdir. Halbuki istər su axımı, istərsə də dəymiş maddi ziyanının həcminin müəyyən edilməsi xüsusi bilik sahəsi olub bu sahədə ixtisaslamış mütəxəssis tərəfindən müəyyən edilməlidir. Cavabdeh ilkin iddiaya mülahizəsində İddiaçı məhkəməyə müraciətindən bir neçə gün sonra Səbail rayon 4 saylı MKİS-nin mühəndisi N.Mustafayev onun mənzilindən aşağı qonşuya su axması barədə ona müraciət etdiyini etiraf etmiş və İddiaçı 9 saylı mənzilinə ziyan vurmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, qarşlıqı iddia ərizəsi tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izah etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən, 37 sayı mənzil onun xüsusi mülkiyyətidir. Mənzil iki otaqdan, mətbəx, sanitar qovşağından ibarətdir. Mənzilin sanitar qovşağı kiçik olduğundan hələ 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət edib sanitar qovşağın genişləndirilməsinə icazə verilməsini xahiş etmiş və Bakı şəhəri Səbail RİH Başçısı mənzilində olan sanitar qovşağın genişləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə 4207 №-li sərəncam vermişdir. Təsdiq olunmuş rəyə və eskizə uyğun tikinti işləri apararaq mənzilində olan sanitar qovşağı genişləndirmişdir. Onun mənzilinin altında yerləşən 9 saylı mənzilin sahibi İddiaçı özbaşına tikinti işləri apararaq mənzilinin sahəsini qeyri-qanuni olaraq olaraq genişləndirmiş, onun sanitar qovşağı üçün yük daşıyıcı rolu oynayan 2 ədəd dəmir boruya ondan icazə almadan müdaxilə etmiş, həmin dəmir dirəkləri əlavə yüklə yükləmiş, tərəfindən açıq saxlanılan dəmir boruların üstünə suvaq çəkərək onların çox zaman nəm vəziyyətdə qalmasına, paslanıb çürüməsinə və qəza baş verməsinə şərait yaratmışdır. Dəmin dirəklərin əlavə yüklənməsi səbəbindən onun mənzilində çatlar əmələ gəlmiş, sanitar qovşağı binaya bitişik yerindən bir neçə santimetr aralanmışdır. İddiaçı həmin ünvanda yaşamadığı, ümumiyyətlə orada görünmədiyi və həmin mənzil onun qızı tərəfindən salon kimi istifadə olunduğundan, o, iddiaçının qızı Nümayəndə1 öz iradını bildirərək, onun mənzilinə yaratdıqları qəza şəraitini aradan qaldırmasını tələb etsə də, əmlakına qanunsuz müdaxiləyə onlar tərəfindən son qoyulmamışdır. Bundan sonra iddiaçının qızı Nümayəndə1 ona müraciət edərək, guya onun genişləndirdiyi vanna otağından onun mənzilinə suyun getdiyini bildirərək suyun qarşısını kəsməsini tələb etmişdir. Onun mənzilində yaranan rütubətin yağış suları nəticəsində ola biləcəyini ona bildirsə də, Nümayəndə1 buna məhəl qoymamışdır. İddiaçının özbaşına inşa etdiyi tikilinin yerində onun mənzilinin texniki pasportundan göründüyü kimi taxtadan pilləkən qəfəsəsi olmuş və həmin taxta pilləkən qəfəsəsinin üstündə iddiaçı özbaşına sanitar qovşağı inşa etmişdir. İddiaçının özbaşına inşa etdiyi tikilinin çöl divarı onun üst mərtəbədə yerləşən sanitar qovşağının divarından bir neçə santimetr kənara çıxmışdır və baxımsız qalması səbəbindən suvağı çatlamış, binaya vurulmuş novdan və kənardan gələn yağış suları iddiaçının mənzilinə daxil olmuşdur. Onun mənzilinin vanna otağında həqiqətən də suyun axıb-axmamasını müəyyən etmək üçün iddiaçının qızı Nümayəndə1 təklif etmişdir ki, onun üst mərtəbədəki sanitar qovşağı ilə özbaşına inşa etdiyi tikilinin arasında olan və iddiaçı tərəfindən hörülmüş boşluğu açsınlar. Lakin Nümayəndə1 onun təklifini qəbul etməmişdir. Halbuki iddiaçının özbaşına inşa etdiyi tikilinin üstünə şifer vurulmuşdur və onun mənzilindən suyun axaraq iddiaçının mənzilinə getməsi istisna olunur. Son dövrlərdə onun mənzilinin sanitar qovşağında yaranmış çatlar, habelə binadan ayrılaraq bir qədər aşağı çökməsini müəyyən edib müvafiq dövlət qurumlarına müraciət edib iddiaçı tərəfindən yaradılan təhlükənin aradan qaldırılması ilə bağlı tədbirlər görülməsini xahiş etsə də, aidiyyəti orqanlar tərəfindən hər hansı öıçü götürülməmişdir. Məhkəmənin təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən ona məlum olmuşdur ki, guya xx.xx.2022-ci il tarixdə iddiaçının şikayəti əsasında ona məxsus mənzilə 4 saylı MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və tərtib edilmiş aktda qeyd olunmuşdur ki, “məlum oldu ki, vanna otağının sanitar qovşağından su axıntıları nəticəsində alt mərtəbədə 9-cu mənzilin vanna otağına uzun müddət ərzində su axıntıları nəticəsində tavanı və divarları yararsız hala düşmüşdür.” Həmin aktı o qətiyyən qəbul etmir. Həmin aktda qeyd olunur ki, akt onun iştirakı ilə tərtib olunub. Əgər qeyd olunan vaxtda həqiqətən onun mənzilinə baxış keçirilmiş olsaydı, onun bu barədə məlumatı olardı və tərtib edilmiş akt imza olunmaq üçün ona da təqdim olunmalı idi. Lakin aktdan görünür ki, həmin aktın imza yerində onun ad və soyadı qeyd olunmayıb, ad və soyadı qeyd olunan iddiaçının qızı isə həmin aktı imzalamayıb. Həmin akt 4 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunsa da, iddiaçının 4 ay sonra məhkəməyə müraciət etməsi o nəticəyə gəlməyə əsas verir ki, həmin akt onun və həyat yoldaşının müxtəlif dövlət orqanlarına iddiaçının onun mənzilinə qanunsuz müdaxiləsi və mənzildə qəza şəraiti yaratması barədə şikayət və müraciətlər etmələri səbəbindən əsassız olaraq tərtib edilmişdir, çünki onun mənzilindən iddiaçının mənzilinə su axmamışdır. Onun həyat yoldaşının yuxarıda qeyd etdiyi kimi, Səbail RİH-nə etdiyi müraciəti araşdırılması üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilmiş və həmin birlikdən onlara ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, “...bazış zamanı birinci mərtəbədə yerləşən bərbərxananın daxilində hər hansı bir dəyişikliyin aparılması aşkarlanmamışdır. Onu da nəzərinizə çatdırırıq ki, həyətdəki su və kanalizasiya xətlərinin üst hissəsinin qeyri-qanuni bərbərxananın sahibi tərəfindən bağlandığı üçün ona xəbərdarlıq edilmişdir.” İddiaçının məhkəməyə müraciətindən təxminən bir neçə gün sonra 4 saylı MKİS-nin mühəndisi, xx.xx.2022-ci il tarixli aktı tərtib etmiş N.Mustafayev tərəfindən ona məlumat daxil oldu ki, onun mənzilindən aşağı qonşuya çoxlu su axır. O təcili surətdə mənzilinə çilingər və N.Mustafayevi dəvət edib sanitar qovşaqda su və kanalizasiya xətlərini açdırdı. Heç bir axıntı müəyyən olmadığı üçün mühəndis N.Mustafayev tələb etdi ki, vanna otağında da bütün xətlər açılsın. Şübhələrə son qoymaq üçün vanna otağında da bütün xətləri açdırdı. Məlun oldu ki, onun mənzilindən iddiaçının mənzilinə su getmir. O, mühəndis N.Mustafayevdən müəyyən etdiyi hallar barədə akt tərtib etməsini tələb etsə də, 4 saylı MKİS-nin mühəndisi N.Mustafayev xx.xx.2022-ci il tarixdə onun mənzilində müəyyən etdiyi hallar barədə akt tərtib etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın əsassız olduğundan rədd edilməsi və onun qarşılıqlı iddiasının əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. 13.Məhkəmənin hazırlıq iclasında dindirilən ekspert X8 ifadəsində göstərmişdir ki, ekspert tədqiqatının aparılması üçün tərəflərə məxsus mənzillərə tərəflərin iştirakı ilə baxış keçirən zaman Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hissəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. O, rəyində iddiaçıya məxsus hansı sahəyə ziyan dəydiyini qeyd etmişdir, lakin həmin zərərin 9 saylı mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilə dair texniki pasportda sanitar qovşağın inşa edildiyi sahə pilləkən meydançası kimi qeyd edilmişdir. İddiaçı sanitar qovşağındakı çökmə, pilləkən meydançası üzərində tikilinin bina ilə arasındakı məsafə nəzərə alınmadığına görə yaranmışdır. 14.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 iyun 2023-cü il tarixli, 2(009)-187/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mədinə Bağırova) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 41 saylı binanın 1-ci mərtəbəsində yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində İddiaçı hesabına əlavə yüksaxlama işlərinin aparılması və həmin özbaşına tikilinin fasad hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili ilə onun üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin sanitar qovşağı arasındakı boşluğun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına açılması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir: X5, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. 15.İş materiallarında olan 19 fevral 2009-cu il tarixli, AN-1 ******* nömrəli Daşınmaz Əmlakın alğısatqı müqaviləsindən görünür ki, satıcı X10 Bakı şəhəri, Səbail rayonu, Xaqani küsəsində istifadədə olan 0.16261 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərətəbəli binanın 1-ci mərətəbəsində 31.4 kv.m ümumi, 24.9 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 9 nömrəli mənzilini alıcı İddiaçı mülkiyyətinə verir. 16.İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Səbail rayonu 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayev, sahə bələdçisi Əsədulla Məmmədov, Səbail rayon Xaqani 41, mənzil 37a-nın sahibi X6, bu aktı ona görə tərtib etdilər ki, adıgedən ünvana şikayət əsasında tərəflərindən texniki baxış keçirildi. Məlum oldu ki, vanna otağının sanitar qovşağından su axıntıları nəticəsində alt mərtəbədə yaşayan 9-cu mənzilin vanna otağına uzun müddət su axıntıları nəticəsində tavanı və divarları yararsız hala düşmüşdür. Qeyd olunan aktda imza yerində mənzil 37a-nın sahibi X3 adı göstərilməmiş, 9-cu mənzilin sahibi İddiaçı isə aktı imza etməmişdir. 17.İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1980-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. 18.İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 30/40516 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xaqani küçəsi, 41 saylı evin 37 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir. 19.İş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamından görünür ki, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilmiş və vətəndaş Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. 20.İş materiallarında olan MKTD Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ünvan 4 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin sanitar qovşağının qəzalı vəziyyətə düşməsi barədə müraciəti baxılması üçün Səbail rayon MKTB-nə göndərilmiş, sözügedən ünvana tərəflərindən baxış keçirilən zamanı birinci mərtəbədə yerləşən bərbərxananın daxilində hər hansı bir dəyişikliyin aparılması aşkarlanmamışdır. Ərizəçinin nəzərinə çatdırılır ki, həyətdəki su və kanalizasiya xətlərinin üst hissəsinin qeyri-qanuni bərbərxananın sahibi tərəfindən bağlandığı üçün ona xəbərdarlıq edilmişdir. 21.İş materiallarında olan "xxxx" ASC Səbail rayon Sukanal İdarəsinin ünvan 4 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xaqani küçəsi 41 ünvanında su və kanalizasiya xəttinin yaxınlığında inşa edilmiş obyektə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmişdir. Obyektin nümayəndəsinə müvafiq xəbərdarlıqğın verilməsi nəzərdə tutulur. Yəni mühafizə zolağının yaxınlığında tikilmiş obyektin yaxınlığından keçən su və kanalizasiya xəttində qəza baş verərsə və qəza nəticəsində obyektə zərər dəyərsə "xxxx" ASC məsuliyyət daşımayacaq. 22.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. 23.İş materiallarında olan Səbail rayon MKTB 4 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışındn görünür ki, Səbail rayon MKTB 4 saylı MKİS-ə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənil 37 ilə bağlı daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixdə sözügedən ünvana baxış keçirildi, bu zaman vanna otağında borular keçən hissələrin üstü açılmış köhnə çuqun boruların üst hissəsində su axıntısı və həmin hissədə nəmişlik aşkar edilmədi. Sonradan ev sahibi tərəfindən borular yeni plastik borularla əvəz olunmuşdur. Döşəmədə nəmlik yoxdur. 24.İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 7 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 450,0 manat məbləğində müəyyən edilir. ünvan 7 ünvanında inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükün saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynayan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir. 25.Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki,İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadı. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 7 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. 26.Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı mənzilinə zərərin Cavabdeh mənzilindən su axıdılması nəticəsində dəyməsi öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi kimi 7000 manatın ödənilməsi hissəsində iddiası əsassızdır, ona görə də, təmin edilə bilməz. 27.Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 2000 manat ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığı üçün mənəvi ziyan tələbi hissəsində də iddia təmin edilmədən saxlanılmalıdır. 28.Məhkəmə iddia tələbinin Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunur ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsinə icazə verilməsi üçün 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət etmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamı ilə Səbail rayonu, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilərək, Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. 29.Məhkəmə hesab etmişdir ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsi buna lazımi icazələr alınmaqla həyata keçirildiyi üçün özbaşına tikili kimi sayıla bilməz. Ona görə də, iddiaçının tələbi Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. 30.Məhkəmə tərəfindən mübahisəli ünvana baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 9 binanın birinci mərtəbəsində yerləşir və mənzilə əlavə tikilmiş sanitar qovşaq Cavabdeh məxsus mənzilin əlavə inşa edilmiş sanitar qovşağının altında yerləşir və Cavabdeh məxsus sanitar qovşağının əsas yük daşıyıcısı olan iki dəmir boruya söykənir. İddiaçı məxsus sanitar qovşaq hissəsində dəmir boruların üstü suvaqla örtülmüşdür. Yerli baxış zamanı cavabdeh İddiaçı məxsus su sayğacının qarşısında aparılmış tikili nəticəsində su sayğacına nəzarətin qarşısı alındığı, eləcə də, kanalizasiya borularının üstünün iddiaçı tətərindən aparılmış tikinti nəticəsində örtüldüyü müəyyən olunmuşdur. 31.Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən 9 saylı mənzilə aid texniki pasportun məlumatları ilə mənzilin faktiki vəziyyəti müqayisə olunduğu zaman sanitar qovşağın yerləşdiyi ərazinin 9 saylı mənzilə aid pilləkən meydançasının olduğu müəyyən edilmişdir. Yəni 9 saylı mənzilin texniki pasportunda mənzilin sahəsi 6,5 kv.m. olan mətbəx və sahəsi 24,9 kv.m. olan bir yaşayış otağından ibarət olmaqla mənzilə girişin ayrıca pilləkən meydançası vasitəsi ilə olduğu görünür. 32.Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, ünvan 7 ünvanda inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükü saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynayan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir. 33.Göstərilənlərə əsasən qarşılıqlı iddia üzrə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqları bərpa olunmalı, 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində əlavə yüksaxlama işləri aparılması, həmin özbaşına tikilinin fasad hissəsində Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, İddiaçı məxsus özbaşına tikili ilə onun üzərində Cavabdeh məxsus mənzilin sanitar qovşağı arasındakı boşluğun açılması, həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. 34.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 33, 13 və 29-cu: Azərbaycan Respublikası Mülki Məcəlləsinin21, 1096,1097.1. 1111.2, 180.1, 152.1, 152.5, 152.6, 157.4; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 35.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın tam təmin və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qarşılıqlı iddiaya münasibət bildirərək ilk növbədə ərazidə özbaşına tikili inşa etmədiyini, su axıdılan sahənin isə onun mülkiyyətində olduğunu qeyd etmişdir. (texniki pasport işə əlavə edilmişdir.) Bununla yanaşı İddiaçı mənzlinin vanna otağına 37 saylı mənzilin vanna otağından su axması, nəticədə mənzilinin vanna otağının tavan və divar hissəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, Ruhəngiz Hacıyeva ekspertiza təyin olunmasına etiraz etmişdir. Halbuki, Ruhəngiz Hacıyeva iddiaya mülahizəsində İddiaçı məhkəməyə müraciətindən sonra Səbail rayon 4 saylı MKİS-nin mühəndisi N.Mustafayevə onun mənzilindən aşağı qonşuya su axmasını etiraf etmişdir. Məhkəmə qulluq mövqeyindən istifadə edib onun hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub qarşılıqlı iddia üzrə iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin hallarından göründüyü kimi X13 Xəlilovaya vurduğu ziyanı ödəməlidir və bu işin halları ilə tam subut olunur. Məhkəmə normanın (MPM 88-ci maddə) tələbini pozaraq qarşılıqlı iddia tələbinə sübutlar əsasında deyil cavabdeh Ruhəngiz Hacıyeva və nümayəndəsinin əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdir. Mülki iş materiallarından göründüyü kimi qarşılıqlı iddia tələbi əsaslandırılmamış və Ruhəngiz Hacıyeva tələbini sübut edə bilməmişdir. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə İddiaçı mənzilə dəymiş zərərin həcmini və dairəsini tam müəyyən etməmişdir. Məhkəmə əsaslandırlamış ekspert rəyinə əsaslanıb ilkin iddianı rədd etmişdir. Ekspert rəyi isə tam aydın və dəqiq deyil. Məhkəmə iddiaçının mənzilinə dəymiş real zərəri müəyyən etsə də, iddiaçı bu barədə təkrar vəsatət versə də, təkrar vəsatəti təmin etməyib işə formal baxmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 38.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 39.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

40. 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

41. 33-cü maddəyə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

42. 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 44.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 45.Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 46.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 47.Maddə 1111.2.Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 48.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 49.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 50.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 51.Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 52.Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 53.İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 54.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 56.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 57.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 59.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60.Məhkəmə kollegiyası tərəfləri dinləyib apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətitəmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-187/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 61.Belə ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır. 62.Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 7 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. 63.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 64.Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi gösərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamış, iş üzrə ekspertiza təyin edilərək, ekspert rəyi alınmasına baxmayaraq X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir.Su sızmasının 9 saylı mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilmişdir. 65.Mülki qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 67.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 68.Beləliklə, mülki iş materiallarının araşdırılması, eyni zamanda ekspert rəyi ilə də iddiaçıya dəymiş zərərin yaranmasında Cavabdeh təqsiri müəyyən edilmədiyindən, zərərin onun hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığından yəni, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu öz təsdiqini tapmadığından kollegiya hesab edir ki, məhkəmə ilkin iddia tələbinin maddi zərərlə bağlı təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. 69.Kollegiya həmçinin hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, həmçinin, mənəvi zərərlə bağlı tələb ilkin maddi zərərlə bağlı iddia tələbi ilə əlaqləli olduğundan iddia mənəvi zərərin ödənilməsi hissəsində də düzgün olaraq təmin edilməmişdir. 70.Kollegiya apellyatorun ekspert rəyi ilə razılaşmaması ilə bağlı dəlilini əsassız hesab edərək qyed edir ki, o, işdə olan ekspert rəyini şübhə altına ala biləcək heç bir mötəbər sübut təqdim etməmişdir. 71.Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi tələbi ilə bağlı hissəsini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsinə icazə verilməsi üçün 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət etmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamı ilə Səbail rayonu, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilərək, Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. 72.Məhkəmə kollegiyası buna görə də, qeyd olunan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən mənzilində olan sanitar qovşağının genişləndirilməsi buna lazımi icazələr alınmaqla həyata keçirildiyi üçün özbaşına tikili sayıla və həmin tikilinin onun hesabına sökülməsi hissəsində iddia tələbi təmin edilə bilməz. 73.Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarının araşdırılması, eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən tikiliyə yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 9 binanın birinci mərtəbəsində yerləşir və mənzilə əlavə tikilmiş sanitar qovşaq Cavabdeh məxsus mənzilin əlavə inşa edilmiş sanitar qovşağının altında yerləşir və Cavabdeh məxsus sanitar qovşağının əsas yük daşıyıcısı olan iki dəmir boruya söykənir. İddiaçı məxsus sanitar qovşaq hissəsində dəmir boruların üstü suvaqla örtülmüşdür. Yerli baxış zamanı cavabdeh İddiaçı məxsus su sayğacının qarşısında aparılmış tikili nəticəsində su sayğacına nəzarətin qarşısı alındığı, eləcə də, kanalizasiya borularının üstünün iddiaçı tərəfindən aparılmış tikinti nəticəsində örtüldüyü müəyyən olunmuşdur. 74.Həmçinin iş materialları ilə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən 9 saylı mənzilə aid texniki pasportun məlumatları ilə mənzilin faktiki vəziyyəti müqayisə olunduğu zaman sanitar qovşağın yerləşdiyi ərazinin 9 saylı mənzilə aid pilləkən meydançasının olduğu müəyyən edilmişdir. Yəni 9 saylı mənzilin texniki pasportunda mənzilin sahəsi 6,5 kv.m. olan mətbəx və sahəsi 24,9 kv.m. olan bir yaşayış otağından ibarət olmaqla mənzilə girişin ayrıca pilləkən meydançası vasitəsi ilə olduğu görünür. 75.Bundan əlavə məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, ünvan 7 ünvanda inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükü saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynayan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir. 76.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 77.Göründüyü kimi, cavabdehin tələbi üzrə işin faktiki halları MM-nin 157.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqla ünvan 7 ünvanda inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı, həmçinin İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükü saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynayan dəmir dirəklərinə qaynaq olunduğu və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu, Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilmişdir. 78.Buna görə də kollegiya qarşılıqlı iddianın qismən təmin edilən hissəsində məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək, qeyd edir ki, məhkəmə 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində əlavə yüksaxlama işləri aparılması, həmin özbaşına tikilinin fasad hissəsində Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, İddiaçı məxsus özbaşına tikili ilə onun üzərində Cavabdeh məxsus mənzilin sanitar qovşağı arasındakı boşluğun açılması, həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi vəzifəsinin onun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 79.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 80.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 81.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 82.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 83.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 84.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 85.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 86.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-187/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar