Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5600/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Sarıyevin sədrliyi ilə, X18 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(005)-753/2023 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X20, X14, X21, X11, X15, X16, X22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması və adı çəkilən yardımçı tikilinin və avtomonil dayanacağının “İddiaçı-nin ümumi əmlakı sayılaraq MMMC-yə təhvil verilməsi; İddiaçı ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd kameranı, 1(bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitoru, həmçinin MMMC-nin nizamnaməsi, MMMC-nin VÖENşəhadətnaməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin İddiaçı MMMC-yə təhvil verilməsi; Binanın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti, həmçinin MMMCnin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 (bir yüz) manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 (yetmiş beş) manat pul vəsaitinin İddiaçı MMMC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək, onun yaratdığı bütün hüquqi nəticələrin tamamilə ləğv edilməsi; cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının cavabdehdən alınıb ona təhvil verilməsi, 602 (altı yüz iki) manat vəkil xidmət haqqı və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 702 (yeddi yüz iki) manat məhkəmə xərclərinin cavabdeh İddiaçındən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını və saxta sənədlərin tərtib edilməsində iştirakçı olan şəxslər barəsində xüsusi qərardad qəbul edilərək, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X17, X14, X21, X12, X10, X11, X15 və X16 cavabdeh İddiaçınə qarşı “mülkiyyətdən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payçı X24ma məxsus Bakı şəhər Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 26-27 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, vəkilə ödənilmiş 602 manat məbləği və 100 manat dövlət rüsumunun cəmi 702 manat vəsaitin İddiaçındən tutularaq ona ödənilməsi, payçı X23ma məxsus Bakı şəhər Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 18-19 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, payçı X13 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 10,11,12 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi ; payçı X2 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 13-14 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X3 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 5-6 nömrəli avtomobil dayanacağından (qarajdan) İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X4 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 24-25 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X7 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 16 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X8 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 32-33 nömrəli avtomobil dayancağından (qarajdan) İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, payçı X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 15 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçı idarə heyətinin sədri və üzvləri barəsində xüsusi qərardad çıxarılaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(005)-753/2023 saylı qətnaməsi ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X17, X14, X21, X12, X10, X11, X15 və X5 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkdən çıxarılma və mülkün təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması, İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi, ünvan 6 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının İddiaçındən alınıb Cavabdeh təhvil verilməsi, 602 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu cəmi 702 manat məhkəmə məsrəflərinin cavabdeh İddiaçındən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı MMMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X20, X14, X21, X11, X15, X16, X22 tərəfindən tərəfindən apellyasiya şikayətləri verilmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən sorğu daxil olaraq, İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X17, X14, X21, X12, X10, X11, X15 və X16 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «mülkdən çıxarılma və mülkün təhvil verilməsi» tələbinə dair iddia ərizələrinə dair mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili X22 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 23 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X17, X14, X21, X12, X10, X11, X15 və X16 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkdən çıxarılma və mülkün təhvil verilməsi” tələbinə dair iddia ərizələrinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 23 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5600/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5600/2023
20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver